Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə34/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   30   31   32   33   34   35   36   37   ...   123

113
* * *
Pəncərədən  içəri  sızan  günəş  şüaları  otağı  aydınladırdı. 
Gözləri  heç  açılmayacaqmış  kimiydilər.  Yumulu  gözlərinin 
ardındakı  aydınlığı  hiss  edə  bilirdi.  Açdı  gözlərini.  Yuxuda 
keçirdiyi şiddətli hissləri xatırlayırdı, ancaq yuxunu xatırlaya 
bilmədi. Sanki çox vacib bir sualın cavabı gizliymişcəsinə xa-
tırlamağa çalışdı yuxunu, alınmadı. Bir müddət eyni nöqtəyə 
zillənmiş  formada  qaldı  göz  bəbəkləri.  Sanki  oyanmaq  istə-
mirdilər. Sanki bir başqa cəhənnəmdən canlarını qurtarıb, daha 
da betərinə düşmüşdülər. Yuxu və reallıq. 
Bəzi insanlar üçün, yuxu, çıxış yoludur. Real həyatın dəh-
şətli əziyyətindən qaçmaq üçün bir çıxış yolu. Yatmaq və heç 
oyanmamaq istəyən insanlar vardır. Həyatındakı ağrı və acıları 
unutmaq və bir an belə olsa düşünməmək üçün hər gün içən 
insanlar kimi, real həyatda daha az oyaq qalmaq üçün davamlı 
yatmaq istəyən insanlar var. Axşamın gəlməsi üçün can atan 
insanlar, darıxan insanlar. 
Yatmaq  hamı  üçün  asan  da  deyildi.  Əvvəllər  çox  rahat 
yuxuya  gedə  bilirdi.  Son  illər  niyə  rahatca  yata  bilmədiyi-
ni bir gün durduq yerdə başa düşmüşdü. Çünki artıq yatağa 
girərkən xəyal qurmurdu. Xəyal qura bilmədiyi üçün də yuxu-
nu gözləmək uzun və darıxdırıcı çəkirdi. Xəyal qurmağı özünə 
qadağa etmiş sonra da peşman olmuşdu. İndi istəsə də xəyal 
qura bilmirdi. Bütün xəyallar mümkünlüyü çox uzaq bir yalan 
kimi gəlirdi. Xəyal qura bilməmək deyə bir xəstəlik adı var-
mıydı görəsən. Xəyalpərəst vaxtlarında çox xoşbəxt idi çünki 
ümidi var idi. Çünki bilirdi, xəyalpərəstlər yalnız uyumaz və 
xəyalpərəstlər  yalnız  oyanmazdı.  İnsanın  həyata  olan  bütün 
inamını  öldürən  ən  güclü  şeylərdən  biri  də  artıq  xəyal  qura 
bilməməsidir. Çünki gələcəkdən heç bir gözləntin olmur, heç 
bir motivasiyan olmur. Belə adamın tək dərdi olur, yatmaq və 
oyanmamaq.
Birdə yatmaq üçün can atan insanın əksi var: yatmamaq 
üçün hər şeyi edən insanlar. Yuxuları kabus dolu olan insanlar. 


114
Hər  gecə  qışqıraraq  oyanan  insanlar. Və  ya,  daha  da  betəri, 
qışqırıb amma oyana bilməyən insanlar. Oyanmaq üçün can 
atan  insanlar.  Şüuraltılarında  cəhənnəm  əzabı  kimi  kabuslar 
yatan insanlar var.
Bu ikisinin birləşmiş forması var birdə: həm yuxusu həm 
həyatı kabus olan insanlar. Ən betəri. Ağrıların ən böyüyü. Nə 
oyaqkən nə yuxudaykən rahat tapa bilən o ürəyi yaşlı pərişan 
insanlar. O insanlar, bu dünyanın cəhənnəmindən qurtulmaq 
üçün  başlarını  hər  gecə  böyük  ümidlərlə  daş  yastığa  qoyub 
bir neçə saatlıq belə olsa var olmamaq üçün yuxuya gedirlər. 
Və başqa bir cəhənnəmə oyanırlar, başqa bir dünyaya, başqa 
kabus dolu bir kainata. Sonra o qaranlıq və qorxu dolu cəhən-
nəmdən  qurtulmaq  üçün  hər  gecə  erkən  saatlarda  qışqıraraq 
ayılıb səhərlərə qədər oyaq qalan insanlar. Gözlərində kədər 
yaşları  və  əllərində  qan  ağlayan  parçalı  bir  ürək.  Beyinləri-
ni iki dəqiqəlik belə olsa susdurmaq üçün nələr verməzdilər. 
Düşünməmək. Artıq o lənət ağrılı fikirləri düşünməmək üçün 
həyatını verəcək insanlar var. Biz buna intihar deyirik. Düşün-
məmək  üçün,  bir  an  belə  olsa  varlığından  uzaqlaşmaq  üçün 
intihar edən insanlar.
Kabus  dolu  yuxudan  əzab  dolu  reallığa oyanırsan,  sonra 
yenə o kabus dolu yuxulara yatıb sonra yenə oyanırsan. Son-
suz dövr. Çıxılmaz vəziyyət. Hansı dünyanın daha ağır oldu-
ğuna qərar verə bilmirsən, reallığın ya yuxuların.
O  səhər  gözlərini  açarkən,  tam  da  bu  lənətli  paradoskun 
içindəydi Mavi. Şiddətli yuxular və ardından oyanılmaq istə-
nilməyən bədbəxt bir həyat. Nə bir dostun var nə işin nə gedəsi 
yerin. O sabah nə edəcəyi ilə bağlı heç bir fikri yox idi. Heç bir 
planı yox idi. Sanki bir qaranlığa oyanmışdı və işıq axtarırdı. 
Yorğun və tənbəl göz qapaqları onun eyni lənət nöqtəyə 
zillənmiş  ümidsiz  baxışlarını  yavaş-yavaş  örtdü.  Yerdəcə 
yatıb  qalmışdı.  İçilmiş  alkoqolun  təsirindən  olacaqdı  ki  bu 
qədər narahat formada soyuq döşəmənin üstündə yatmış ol-
masına baxmayaraq gecə oyanmamış, yerini belə dəyişmə-
mişdi. O an bədəninin buz kəsdiyini hiss etdi. Soyuq və sərt 


115
döşəmə bədənini ağırlaştırmışdı. Azacıq tərpənməklə belin-
dəki dözülməz ağrını hiss etdi. Yanağının bir hissəsi döşəmə-
dəydi. Təkrar açdı gözünü, yerdəki qırıq əşyalar və dağınıq 
otağı gördü, lənətə gələsi gecəni xatırladı. Otaqdakı hər detal 
onu daha da əsəbləşdirməyə və kefsizləşdirməyə başladı. İlk 
başda yerə düşüb solmuş gül dəstəsindən səpələnmiş solğun 
mavi gül ləçəklərini gördü. Ürəyini kədər bürüdü. Sanki sa-
yısı yüzminlərdən ibarət qanlı ordunun hər bir cəlladı ürəyinə 
hər tərəfdən xəncərini basırdı. Amma ölmürdü. Ən betəri də 
bu idi. Yumruq boyda bir ürək, nə qədər ağrıya dözəbiləcək 
formada proqramlanmışdı?
Heçnə düşünməməyə çalışdı. Bəziləri üçün ən çətin olan 
şeyi  etmək  istəyirdi,  düşünməmək.  Dünəni  xatırlamaq  istə-
mirdi, ancaq hər cəhdi, ona bir detalı daha xatırladırdı. Bara 
gedişini xatırladı. Laranın orda olma ehtimal və ümidinin puç 
çıxdığı anı. Düşünməmək üçün cəhd etdi və Laranın buraxdığı 
notu xatırladı. Hər cəhd bir detalı xatırlatdı. 
Bu tip anlarda düşünməmək üçün kəşf etdiyi o işəyaramaz 
meditasiya üsuluna əl atdı yenə. Dənizdə üzmək. Gözünü yu-
murdu və bir dənizdə, böyük bir okeanda üzdüyünü düşünür-
dü. Qurbağavari üzmə tərzində əlləri ortada birləşib iləri gedib 
və iki kənara açılırdılar. Beləcə o gözünü yumub ağlına gələn 
fikirləri əlləri ilə sağa ya sola ataraq düşünməməyə çalışırdı. 
Üzməyə davam edirdi. Ağlına gələn və xatırladıqca onu məhv 
edən keçmiş qırıntılarından xilas edirdi özünü. Zaman-zaman 
işə yarayan bu üsul, zaman-zaman xatirə ya da fikrin qorxunc 
ağırlığı altında əzilir və heç bir işə yaramırdı. Dəniz suları ara-
sında yox, fikirlər içində boğulurdu. Fikirləşməmək üçün hər 
şeyi  verərdi.  Canını  belə.  Verəcəkdi  də. Az  qalmışdı.  Lənət 
keçmiş. Lara. Barselona. Həsrət. Üzməyə davam. Fikirləşmə. 
Qaranlıq bir boşluq. Düşünmə. Açma gözünü. Lara. Boşluq. 
Və yenə Lara. Lənət olsun.
Bütün ümidini üzərək açdı gözlərini. Üzündə kədər, əsəb, 
qəm və həsrətin o möhtəşəm qarışımı var idi. Qaşları çatılmış-
dı. Heç bir insanın səhəri belə açılmamalıydı. Hər səhəri bir 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə