Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə32/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   28   29   30   31   32   33   34   35   ...   123

107
ğan ümidlər, nə qədər real ola bilərdilər? Dözə bilməyib qapını 
taqqıldatdı, içəridəkinə, Laraya, tez ol çıx deyirdi. Bir qurtum 
daha. Qapı açıldı.
Şalvarının  zəncirbəndini  bağlaya-bağlaya  hündür  bir  oğ-
lan çıxdı içəridən. Mavini salamladı. Hıçqırdı. Necəsən dedi. 
Döndü, bara getdi. Mavi dəliyə dönmüş kimi onun ardınca get-
di. Harda oturduğunu görmək istəyirdi. Oğlan Laranın dünən 
oturduğu stolda, bayaqki yarımçıq içkinin başına oturdu. Bü-
tün bunlar bir zarafat olmalıydı deyə düşündü. Əlindəki içkini 
yerə vurmaq istədi. Özünü saxladı. Çölə atmağa tələsdi özünü. 
Qarşısına çıxan stollara təpiklə vurub aşırmaq istəyirdi. Çölə 
çıxdı. Vodkanın hamısını başına çəkib sonra bir başa yerə çırp-
dı. Evə doğru səndələməyə başladı əsəb və içki təsiriylə. Tək-
rar yol üstü Rubl aldı. Bu dəfə böyük butulkada. Pilləkənləri 
çıxdı. Açıq buraxdığı qapıdan içəri girdi. Təkrar otaqları bir-
bir yoxladı. Heç kim yox idi. 
Divana  çöküb  düşünmək  üçün  iki  dəqiqə  ayırmaq  istədi 
bütün bu olanlara. Hər yerin necə də səliqəli təmizlənmiş ol-
duğuna fikir verdi. Hər şey səliqəyə salınmışdı. Günlərdir yerə 
dağlmış gülqabının zibilləri artıq orda yox idi. Lara hər şeyi 
yığışdırmışdı. Bu yaxşı bir əlamət idimi? O getməmişmiydi? 
Bəlkə də hansısa parkdaydı? Axı əgər o getmişdisə, niyə onun 
evini  yığışdırsın?  Əgər  ona  əsəbi  deyildisə?  Niyə  getsin?  O 
nədi elə? O, masanın  üstündəki, fincana söykənən o kağız par-
çası nədir elə? Qorxaraq yaxınlaşdı. 
“Tanışlığımıza səbəb olduğum üçün üzr istəyirəm, Lara.”  
- yazılı lənət bir not. Getmişdi. Birdəfəlik həm də. Daha da 
pisi, Mavinin onu tapa bilməyəcəyi formada yoxa çıxmış ol-
malı idi. Oturdu stolda sakitcə. Bu yeddi sözdən ibarət cümləni 
on dəfə oxudu. İki söz arasında bir paraqraf qaçırmış olmaq-
dan qorxar kimi, təkrar oxudu və təkrar oxudu. Səbəb-oldu-
ğum-üçün.  Heç  nə  yox  idi,  sözlərin  arasında  heçnə  yox  idi. 
Getdiyi  evin  adresini  hara  yazmışdı  bəs?  Telefon  nömrəsi? 
Burda bir yerdə yazılmış olmalıdı axı. Hanı. Arxası, arxasına 
baxdı, yoxdu. Əlbətdəki gedəcəkdi. Ona kaş səni tanımamış 


108
olsaydım demişdim. Əlbətdəki gedəcəkdi. Həm, kim niyə öl-
mək istəyən intihara meyilli axmağın biriylə bir gündən artıq 
qalsın axı. Lənət olsun. 
Baxışları  boşluğun  mənasızlığını  doldururdu.  Üç  metrlik 
otaqda, gözləri kainatın ta dibinə zillənmişdi. Peşman, qərarsız, 
çaşqın, cavabsız və niyələrlə dolu baxışlar. Niyə elə demişdi 
ona səhər. Niyə o axmaqlığı etmişdi. Niyə getmişdi Lara. Niyə 
yığışdırmışdı otağı əgər ona nifrət edirdisə? Evə bu qədər gec 
gəldiyi üçünmü getmişdi yoxsa? Görəsən bir müddət gözləyib 
sonra bezibmi getmişdi, yoxsa səhərdənmi qərarını vermişdi? 
Yoxsa qərar dünəndən verilmişdi? Axı ona evində bir neçə gün 
qala biləcəyini demişdi Lara. Lənət olsun. 
Böyük  Rublu  açdı.  İçdi.  Ucuz  olduğu  üçün  dadı  bərbad 
idi. Ağzına bir şeylər atmaq üçün ayağa durdu. Hissləri key-
ləşmişdi. İçki təsirini çox tez göstərirdi. Ayağa niyə durduğu-
nu unutdu. Ortadakı stolun altından var gücüylə sağ ayağıyla 
vurdu, yüngül stol havaya qalxdı, üstündəki fincan və içində-
ki yarımçıq çay ayrı-ayrı istiqamətlərə səpələndi. Yerə düşən 
fincan parçalara ayrıldı. Stolun ardından stul divara doğru tə-
pikləndi. Qışqırıq səsinin dalğaları pəncərədən azalaraq çölə 
doğru uzaqlaşırdı və keçməkdə olan xoşbəxt quşları narahat 
etdi. Əlinə keçən hər şeyi yerə atırdı. Boşqablar. Soyuducunun 
üstündəki əşyalar. Hər şeyi dağıtmaq istəyirdi və hər şeyi da-
ğıdırdı.
Ürəyi,  yuvasına  geri  dönüb  dişisini  tapmayan  bir  aslan 
kimi  kükrəyirdi.  Ürəyində  yas  elan  olunmuşdu  və  hamı  ağ-
lar vəziyyətdə idi. Bütün orqanları bir-bir süqut edirdi. Üsyan 
edirdilər. Divara söykənərək aşağı doğru çökdü. İstəmsiz ola-
raq ağlamağa başladı. Səssiz zırıltı və ardından çıxan o nalə. 
Çarəsizlik. Göz yaşı. Vodka. Çarəsizlik. Nalə. Siqaret. İnilti. 
İntihar.  Lara.  Zarıltı.  Sərxoşluq.  Göz  yaşı  və  sinədəki  o  dü-
yüm.  Düşünməmə  istəyi.  Orqanların  süqutu.  Çarəsiz  beynin 
ümidsizcə işləri qaydasında saxlama cəhdi. Beyninə baş qal-
dıran şəxsiyyəti. İntihar etmək istəyən şəxsiyyəti. Lara üçün 
darıxan şəxsiyyəti. Onu unutmağa çalışanı.  Hər şeyi dağıtmaq 


109
istəyən şəxsiyyəti və sakinləşmənin tərəfini saxlayan şəxsiy-
yəti.  İçində  hamı  bir-birinə  girmişdi.  Şəxsiyyət  müharibəsi. 
Dəlilik və dəliliyə bir addım qala. 
Fəaliyyəti pozulmuş frontal lob. Qorxu hissini itirmiş amiq-
dala.  Bağrına  basmaq  istədiyi  Laranın  yerini  belə  bilməyən 
oksidosin.  Hər  şeyi  vurub  dağıtmaq  istəyən  vazopressin. 
Bir-birinə qarışmış hormonlar və fizioloji müdafiə mexaniz-
mi. Stresi yüksəlmiş bədəni sakitləşdirmək üçün ağlama əmri 
verən metabolizm, artmış ürək döyüntüsü, nəfəsi yavaşladıb 
boğazda  heçklikdən  ibarət  o  yumrunu  yaradan  kortizol,  göz 
yaşlarının işə saldığı və işləri yoluna salmaq üçün səfərbərlik 
elan etmiş endorfin dənəcikləri, sakitləşməyə doğru azalaraq 
çökən sakitlik.  Ətrafdakı insanlara siqnal verərək onlarda em-
patiya hissini gücləndirmək üçün yanaqdan axan göz yaşları, 
amma, hansı insanlara? Yalnızın ətrafında neçə insan vardır? 
Yer üzündə tək şanslı canlı olan insana təbiət tərəfindən bəxş 
edilmiş o gözəl hədiyyə, göz yaşları, bir insan axtarırlar indi 
ətrafda, ağrıyan bir bədəndən axdıqlarını və dəstəyə ehtiyacı 
olduqlarını bildirmək üçün. Ancaq kimə? Kimi vardır yalnı-
zın? Siqnal fəaliyyətini yerinə yetirə bilməyən göz yaşları və 
əlacsızlıq. İşlərini yarımçıq da olsalar gördülər, ifraz etdikləri 
sehirli kimyəvi zərrəciklər şirə dönmüş bədəni divarın bir kün-
cünə doğru sıxıb dizlərini qucaqlayan bir zərərsizə çevirdilər. 
Zərərsiz, çarəsiz və yalnız. Qapının altından sızıb qonşulara 
qonaq olan inilti səsi və mavi bir çarəsizlik. Tünd mavi çarə-
sizlik.
O gün evində ölsəydi, qapı altından sızıb qonşuları nara-
hat edəcək o qoxuya qədərki bir neçə gün içində heç kimin 
xəbəri olmayacaqdı bəlkə də yoxluğundan. Bu yalnızlığı özü 
seçmişdi  və  indiyə  qədər  belə  yalnız  olmamışdı.  Sadəcə  o 
deyildi bu situasiyanın içində olan, getdikcə yalnızlaşan yüz-
minlər var idi çöldə. Ətrafda nə qədər mavilər var idi, mavi 
ruhlar. İyirmi birinci əsrin mavi xəstəliyi, yalnızlıq və depre-
siya. Mavi ruhlar qəbrislanlığı. İnsanlar yalnızlaşırdı. Yollar, 
içində  tək  nəfərlərin  oturduğu  maşınlarla  doluydu.  Magist-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə