Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə28/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   24   25   26   27   28   29   30   31   ...   123

94
müş neçə ümidsiz və başdan uduzan Ra var idi? Fərqli nə edə 
bilərdi ki? Bir işə başlaya bilərdi məsələn, bəlkə də? Əgər ona 
iş verən birini tapsaydı təbii ki. Yaxşı olmasına ehtiyac yox 
idi, təki iş olsaydı? Bu hər şeyi həll edirdimi? Tək problem 
bumuydu? İşindən sonra insanlar yenəmi ondan qorxacaqdı? 
Bəlkə dişlərini düzəltdirərdi ilk maaşıyla? Bəlkə yeni paltar-
lar alardı? Bəlkə bir gün bir qadın gülümsəyərdi onun üzünə? 
Unutmuşdu bəlkə də isti bir qadın gülümsəməsini küçələrdə 
yaşayarkən. Unutmuşdu, yoxsa o istiliyi heç vaxt hiss etmə-
mişdi? Necə üç fərqli dünya yaşamışdı Ra, Mavi və Riçard? 
Dünya qavrayışı onlar üçün nə qədər nisbi və subyektiv idi?
Hər  üçü  nə  qədər  fərqli  həyatlar  yaşamışdılarsa  da,  ara-
larından biri ölmək istəyir, digər ikisi sürünsələr də ölümdən 
imtina edirdilər. Həyat bu qədər çox dəyərliydi. Hər gün daha 
da əzilərək, ancaq yenə də yaşayacaq qədər. Yoxsa məsələ hə-
yatın gözəlliyi deyil də, insanın həyatda qalma instiktimiydi?
“Yaxşı  bir  işin  olmalıdı,  yaxşı  iş  çox  vacibdi  və  başının 
üstündə bir daxman” - Riçard dilləndi və davam etdi - “Ancaq 
yaxşı iş çox azdı. Hamıya bəs edəcək qədər yoxdu, nə olursa 
olsun, əhalinin yarısı həmişə əziyyət çəkəcək. Getdikcə də çə-
tinləşir, işlər azalır, texnoloji işsizlik artır. Daha da betər ola-
caq. Ev və kira qiymətləri də çox bahadı. Neçə min illik dün-
yada milyardlarla insanın yaşadığı evlər sanki yoxdu və biz 
yaşamağa ev tapmırıq. Lənətə gələsi əmlak lobbisi.”
“Lənətə  gələsi  dövlət  şəhərlərin  xaricində  park  yerləri 
ayırsa, maşında ya furqonda yaşamaq istəyənlər üçün, elektrik 
dirəkləri olsa ucuz qiymətə və duş yerləri qoyulsa, əla olar-
dı. Amma kapitalist əmlak lobbisi ona da icazə verməz yəqin. 
Mən nə kira vermək nə ev almaq istəmirəm. Geniş furqonda 
yaşaya bilərdim. Lənətə gələsi yaxşı işləri tapmaqsa həddin-
dən artıq həvəs tələb edir. Nifrət edirəm iş axtarma prosesinə. 
Sırf onun üçün belə özümü öldürə bilərəm” - Mavi dedi.
“Sənin gəldiyin yerin qadınları necədi?” - deyə Ra söhbəti 
dəyişib Mavidən soruşdu.
“Qadınları?  Belə  də.  Bəzən  ehtiraslı,  bəzən  təhlükəli, 


95
bəzən dindar, bəzən utancaq. Darıxıram onlar üçün. Hamısının 
öz yeri var, utancaq qadının öz yeri var, utancaq olmayanın öz 
yeri. Ancaq yenə də bir qadında vaginadan əvvəl beynini üstün 
tuturam.”
“Maraqlıdı. Daha əvvəl dindar qadınla birlikdə olmamışam” 
“Rəqibin  başqa  oğlan  yox,  tanrı  olur.  Maraqlı  və  şərəfli 
işdi”
“Bəs təhlükəli niyə dedin? Nə təhlükəsi??”
“Məni evinə çağıran qızın evindən əli bıçaqlı üç qardaşı 
çıxmışdı  bir  dəfə.  Onu  deyirdim,  bəzən  bilmirsən  başına  nə 
gələcək, bunun da öz marağı var.”
“Əli bıçaqlı qardaşları? Doğrudan? Niyə? Neylədin bəs??”
“Qızla  evə  girəndə  evin  içindən  çıxdılar,  gizlənmişdilər. 
Tez qaçıb çölə çıxdım, arxamca qaçmağa başladılar. Bir neçə 
küçə qaçdıqdan sonra gördüm ki qaça bilmirəm, yandakı diva-
rın dibində gizləndim. Ya yanımdan qaçıb gedəcəkdilər ya da 
görəcəkdilər. Bəxtim gətirdi, keçib getdilər. Əsl nazi filmində 
hiss etmişdim özümü. Sonra onların küçəsindən altı ay keçmə-
dim. Niyə o qədər əsəbiydilər bilmirəm. Qız razıdırsa sənə nə 
axı?  Bəlkə də məni qısqanırdılar, bacılarına sahib ola bildiyim 
üçün. Bəlkə də onlar da istəyirdi. Bəlkə də insest əlaqəyə ən 
çox əsəbləşənlər onu ən çox istəyənlərdi. Bilmirəm.”
“Mənim bir dostum var idi. Anası uşaqlıqdan ona oral seks 
edirmiş, atası da bilirmiş. Qəribədi, amma düz deyirsən, hərə-
nin öz işidi, bəyənmirsən etmə. Başqasını niyə qınayırsan öz 
şəxsi həyatına görə” dedi Ra və davam etdi “Hər şey bir tərəfə, 
nə vaxt ot çəksəm ya həyəcanlansam bağırsaqlarımda nəsə bir 
şey hiss edirəm, kəpənəklər uçuşur, çox qəribədi”
“Bilirsən niyə? Çünki bağırsaqlar beyindən sonra ən çox 
neyron  olan  yerdi.  Ona  görə  sevinəndə  ya  həyəcanlananda 
filan bağırsaqlarda neyron partlaması yaşayırsan, kəpənəklər 
uçuşur. Sinir impulslarıdı onlar. Bağırsaq instikti ya intuisiyası 
ki deyirlər ha? Ordan gəlir”
“Doğrudan? Bağırsaq hisslərin deyir ki hər şey yaxşı ola-
caq” - dedi və güldü Ra.


96
“Onu ot dedirdir sənə Ra” - deyə Riçard araya girdi.
Gülürdü indi Ra. Riçard təkrar nəsə məzəli bir şeylər dedi. 
Ürəkdən gülürdü. Bir uşaq kimi bütün dərdlərini unutmuşca-
sına gülürdü, otun verdiyi təsirlə. Gözətrafı və yanaq əzələləri 
sonadək gərilmişdi. Qabaq üstdəki dörd əksik dişi ilə gülürdü. 
Biraz əvvəlki o zəhmli görünüşündən əsər-əlamət qalmamışdı. 
Yarımca  saat  içində  yola  gedə  bilmişdilər.  Bir  insanın  daxi-
li dünyasını görəbilmək və onunla tanış olmaq bu qədər asan 
idi əslində. İnsanlar instiktiv olaraq tanımadıqları bütün digər 
insanlara ehtiyyatla yanaşırlar ilk başda. Şübhəylə. “Tanımda-
dığın yad insanlardan uzaq dur” cümləsini onlara analarından 
əvvəl genlərinə işləmiş olan təbiət öyrətmişdi. Meşə insanının 
bir başqa mirası. Əslində bütün insanlar - ən azından bir çoxu 
– eyni dərdləri bölüşərkən və bu lənətə gələsi həyatın eyni zül-
münü paylaşarkən niyə də yeni bir insan görərkən sanki yad 
planetli kimi ondan çəkinir, tez öz ciddi qabığına bürünür, cid-
di üz ifadəsi alır, qarşı tərəfi şübhəylə süzür və qorxurlar?  
“Orada,  divardakı  yazını  oxuya  biləniniz  var?  Mənim 
gözərim zəifdi, oxuya bilmirəm” - deyə Riçard onun düşüncə 
axışını pozdu.  
“dörd, üç.. Üçdü o ya beş? Yox, mən görə bilmirəm” - dedi 
Mavi.
“4,8,15,16,23 və 42” deyə bir nəfəsə bütün rəqəmləri oxu-
du Ra.
“Aa, halaldı Ra. Sən çox yaxşı görürsən deyəsən. Bilirsən, 
sənin kimilərə pilot göz deyirlər, yaxşı görənlərə, nadir tapılan 
dərəcədə yaxşı görənlərə” - dedi Mavi
“Doğrudan? Pilot göz?” - deyə soruşdu Ra. Sevinir və gü-
lürdü. Bir işdə yaxşı olduğunu bilmək onu sevindirmiş olma-
lıydı. Özünü bir işə yarayır hiss edirdi ən azından.
“Aha”
“Mən həm də yaxşı üzə bilirəm” - deyə o həyəcanla əlavə etdi.
“Sən lap sağ qala bilmək üçün yaradılmısan ki” - deyə Ri-
çard dilləndi. “Bəs qaçmaq? Yaxşı qaça bilirsənmi, geniş çi-
yinlərin və güclü qolların da var.”


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə