Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə31/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   27   28   29   30   31   32   33   34   ...   123

104
İndi, Laraya ən yaxın vaqonda idi və növbəti stansiya son 
stansiyası idi. Ayaqlarını yellədirdi. Daha doğrusu mindiyin-
dən  bəri  dayandırmamışdı  ayaqları.  Dayanmadan  yelləyirdi. 
Vaqondakı siqaretiydi sanki yellənən ayaqları. Həyəcanını ya-
tışdırır, gözlədiyi vaxtın tez keçməsinə kömək edirdilər. Sanki 
dağları aşmışdı bu kiçik amma ona uzunmu uzun gələn metro 
yolçuluğunda.  Laranın  həsrətinin  yaratmış  olduğu  adrenalin 
səbəbi ilə heç bir ağrısını hiss etmirdi.
Bir  qoxu  diqqətini  dağıtdı  və  keçmişə  getdi  yenə.  Çox 
gözəl hisslər xatırladı və qoxunun nəyin qoxusu olduğunu an-
lamağa çalışdı. Bir anda xatırladı, nərgiz gülüydü. Amma bu 
dəfə, ona keçmişi xatırlatmış qoxuya nifrət etməmiş, əksinə 
onu təkrar qoxlamışdı. Başqa vaxt olsa durub yerini dəyişər 
və xatırladığı keçmiş hisslərindən qurtulmağa çalışardı. An-
caq indi xoşbəxt idi. Və xoşbəxt insan üçün keçmiş xatirəsi 
də gələcək xatirəsi də gözəldir. Dünyanın və hisslərin nə qə-
dər nisbi olduğunun göstəricisi, bir nərgiz gülü qoxusu bəd-
bəxtkən sizi ağrıdan ağlada, xoşbəxtkən sevincdən meyxoş 
edə bilərdi. İyi dərin nəfəslə ciyərlərinə çəkdi və üzünə nos-
talgia təbəssümü qondu.
Mavinin son, qatarınsa sondan üçüncü stansiyasına girdi 
vaqonlar. Yavaşladılar. Qapıda hamıdan əvvəldə durub hazır 
gözləyirdi.  Çıxışda  önündə  heç  kim  olmasın  da  qaça  bilsin 
deyə.  Açıldı  qapılar.  Evə  tələsdi.  Sürətli  addımlarla  qalxdı 
eskalatoru.  Yuxarıdakı  çıxış  qapısında  digər  istiqamətlərdə 
hərəkət edən qatarlardan çıxmış insan izdihamında biraz göz-
ləməli  oldu.  İzdiham  qapıdan  əvvəl  qıf  kimi  enlidən  ensizə 
doğru  yavaş-yavaş  daralıb,  qapıdan  sonraysa  getdikcə  eyni 
həndəsi silsilə ilə yavaş-yavaş genişlənir və bütün bu proses 
ona qum saatını xatırladırdı.
Ən pis hiss isə sözsüz ki, xüsusilə də belə bir istəklə alı-
şıb yanarkən, var gücünlə qaçmaq istəyərkən o izdiham içində 
önündəki insanın ardınca yavaş-yavaş addımlamalı olmaq idi. 
Çıxdı metrodan və evə yönəldi.
Metronun iki küçə aşağısında qalırdı. Nisbətən izdihamlı 


105
olan ilk küçəni bitirib sağa dönərkən tindəki hər gün gördü-
yü gül satıcısına sataşdı gözü. Qadınlara gül almaq kimi bir 
xasiyyəti yox idi. Deyəsən heç vaxt da almamışdı. Amma bu 
dəfə,  Laraya  bir  üzür  borclu  olduğunu  düşündü.  Laranın  da 
onun kimi bir tip olduğunu və gülün çox da önəmi olmaya-
cağını bilirdi. Amma ikisi üçün də simvolik bir mənada belə 
olsa ayaq saxladı, geri döndü və qoxladıqdan sonra bir dəstə 
mavi gül aldı. Adlarını bilmirdi, o an üçün vacib də deyildilər. 
Tələsməyə davam etdi. Gülü qoxlayırdı ara sıra, heç də pis ol-
madıqlarını və əslində Laranın da onları sevəcəyini düşündü, 
daha da sevindi, təkrar qoxladı. Uzun zamandır ayıq başla təbii 
olan nədənsə heç bu qədər zövq almamışdı, həyatın əslində nə 
qədər gözəl olduğunu düşündü və təkrar qoxladı. 
Dörd mərtəbəli binanın qarşısına çatdı, pilləkənləri qaça-
raq çıxdı və qapını açıb içəri atdı özünü.
“Lara!” deyə qışqırdı qapını açıb girərkən. O gedərkən da-
ğınıq olan evin hər tərəfi səliqə ilə yığışdırılmışdı. Təbəssüm 
qondu üzünə. Ancaq bir tərəfdən də üzündəki sevinc, həyəcan 
və təbəssüm ifadəsi boş otaq qarşısında qərarsız və anlamsız 
forma  aldı.  Qaşlar  çatıldı.  Yataq  otağında  olduğunu  güman 
etdi. Oradaydı əlbətdə, başqa harda olacaqdı. Qorxaq iki ad-
dımın  ardından  otağa  boylandı.  Boş  idi.  Dayandı  bir  qədər. 
Lara,  əlbətdəki  hamamda  olmuş  olmalıydı. Evin  qapısı  açıq 
idisə əgər, demək ki Lara evdəydi. Və deməli hamamdaydı. 
Qapısı bağlı hamama doğru yaxınlaşdı. Barmaqları ilə sakitcə 
döydü. Ölü səsslizliyi dinlədi. Ürkək bir ürək döyüntüsü səsi 
qulaqlarında əks-səda verirdi.  Qapını açdı. Boş otaq. Dondu. 
Ordaca dayandı. Gül dəstəsi boşalan əlindən yerə düşdü. Nəyi 
düşünəcəyindən əmin deyildi. Bəlkə aşağı mağazaya düşmüş-
dü?  Qapı  niyə  açıq  idi?  Bəlkə  sıxılıb,  dünənki  yaxınlıqdakı 
bara gedib içməyə? Başqa nə ola bilərdi ki, orda olmuş olma-
lıydı.  Özünə  təsəlli  verərək  qorxusunu  azaltdı. Ağlına  gələn 
başqa fikirlər onu qorxutdu və narahat etdi. Sakitləşməliydi. 
İçməliydi. Evdə heç içki qalmadığını xatırlayıb gəldiyi kimi 
evin açıq qapısından aşağı doğru tələsdi.


106
Məhlənin başındakı içki mağazasına getdi. Bir Rubl aldı. 
Hesabı verərkən satıcıya “bugün qara həcmli saçları olan bir 
qız nəsə almayıb səndən?” kimi tutarsız bir cümlə qurdu, satıcı 
mənasızca ona baxdı. Çarəsiz idi. Vodkanı açıb ordaca içdi, su 
kimi içirdi. Sakitləşməliydi. Pulun üstünü aldı “Görməmisən?” 
deyə təkrar soruşdu. Bilmirəm cavabını aldı. Çölə çıxdı. Bar. 
Barda olmalıydı. Sadəcə canı sıxılmışdı. Ordaydı. Bara qaçdı. 
Onu barda başqa oğlanla içib gülərkən düşündü. Bu düşüncə 
onu məhv edirdi. Var gücüylə bara yaxınlaşırdı. Birdən qorx-
duğu mənzərə ilə qarşılaşsaydı? Hər nəysə, əsas onu tapmaq 
idi. Qapıdan içəri girdi. İçəri o qədər sürətli girdi ki, içəridəki 
beş altı müştəri və barmen dönüb hamı ona baxdı. Aralarında 
heç biri görmək istədiyi o üz deyildi. Ümidləri puç olurdu bir-
bir. Barmenə yaxınlaşdı. Dünən onunla birlikdə oturan qızı gö-
rüb görmədiyini soruşdu. Yox cavabını aldı. Barmendən qızı 
xatırlayıb xatırlamadığını soruşdu. Xatırlamırdı.
Birdən  gözü  tam  onun  solunda,  barın  o  başında  dünən 
onunla Laranın oturduğu stola sataşdı. Bir oğlan oturmuşdu. 
Qarşısında içkisi. Tək idi. Ancaq, qarşısında yarısı içilmiş bir 
içki daha gördü, Laranın burda içdiyi həmin içkidən idi və o 
içkini çox nadir hallarda sifariş verən olurdu. Başını çevirib tu-
aletlərə zillədi gözünü. Yaxınlaşdı. İki tualetin ikisi də bağlıy-
dı. Kişi tualetinin qapısını əliylə yoxladı yavaşca, qapı açıldı. 
İçəri boş idi. Ürək döyüntüsü getdikcə artırdı. Qadın tualetinə 
apardı əlini ağlında min bir düşüncəylə, sağa doğru çevirdi tu-
tacağı, bağlıydı. Min bir düşüncə. Vodkadan bir qurtum daha. 
Geri addım atdı. Gözləməyə başladı. Qapıdan çıxanın Lara ol-
ması təqdirində nə edəcəyini bilmirdi, hər şeydən əvvəl o oğ-
lan kim idi? Bəlkə də sadəcə can sıxıntısından danışmaq istə-
diyi bir yad idi. Ya da bəlkə də oğlan gəlib ona yaxınlaşıb, o da 
nəzakət xətrinə bir içkisini içirmiş. Başqa nə olacadı? Lara hər 
gün gəlib burda biri ilə tanışıb özünə qalacaq yer axtarmırdı 
yəqin ya da Mavi elə olmamasını arzulayırdı.
İçəridən su səsi gəldi. Ürək döyüntüləri son həddə çatdı. 
Bütün ümidləri tualet qapısına bağlı idi. Tualet qapısından do-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə