Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə33/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   29   30   31   32   33   34   35   36   ...   123

110
ralların ən solundakı o “iki və daha artıq sərnişini olan av-
tomobillər üçün” yazılı xüsusi olaraq ayrılmış ekspres yollar 
boş idi. Ya da ən azından Mavi və onun kimi digər yalnızlar 
üçün elə bir yol yox idi. Magistralda hər dəfə o yol ayrıcına 
gəldiyi vaxt, sağdakı, yalnızlar üçün ayrılmış olan yola ke-
çirdi. Bəzən nifrət edirdi o işarəyə. Magistraldakı iki və daha 
artıq sərnişini olan maşınları mənzillərinə daha tez çatdırmaq 
üçün asılmış cansız işarədən başqa bir şey deyildi o göstəriş 
yazısı ancaq yenə də, Mavi nifrət edirdi o işarəyə. İki və daha 
artıq. İki bəs idi ona, daha artığı yox, ancaq yox idi, ikinci 
nəfər, yox idi. Lara, yox idi. Onu ləpəli suyu olan o hüznlü 
və şən gölə aparacaqdı halbuki.
Saatlar  sonra  küncdə  yerə  yıxılıb  bir  neçə  saat  yuxu  ilə 
reallıq arasında gedib gəldikdən sonra gecənin dərinliklərinə 
doğru  qonşudan  bir  drel  səsi  eşitdi. Aşağı  qatlardan  gəlirdi 
səs. Bir müddət qulaq asdı gecənin səssizliyini dağıdan dre-
lin səsinə. Sonra səs dayandı bir anlıq və Mavinin yanaqlarına 
enən ümidsiz təbəssümün yerini səssizliyin narahatedici süku-
tu  aldı.  Səs  yenidən  başladı  və  Mavi  yenidən  təbəssüb  edib 
laylaya qulaq asan uşaq kimi səsi dinləməyə başladı. Gecənin 
bu saatında qonşuları narahat edəcəyini düşünmədən drel işlə-
dən bu adama qəzəb yox minnətdarlıq duyurdu Mavi. O lənətə 
gələsi səssizliyi dağıtdığı üçün. Bu lənət binada tək yaşamadı-
ğını yada saldığı üçün. Bu lənət gecələr çox səssiz keçirdi. Bir 
zamanlar çox sevdiyi o gecə səssizliklərinə indi nifrət edirdi. 
Gecə gözəldir, gecə səssizdir deyirdi bir vaxtlar, ancaq artıq 
səssizlikdən qaçırdı. Çünki gecənin səssizliyi, beyninin və fi-
kirlərinin gurultusu ilə əvəz olunurdu.
Ondan olsa durub gedib qucaqlayacaqdı o dreli işlədəni. 
Bu lənət olası binada yaşayan hamı çox ciddi idi. Sanki eyni 
yerdə yaşamırmış kimiydilər. Qonşu deyildilər. İnsanlar əvvəl-
cə fərdi azadlıqları üçün can atmışdılar, indi isə azadlıqlarının 
gətirdiyi yalnızlığın içində boğulurdular. Binada yaşayanların 
hərəsi bir ölkədən idi və yarısı bir-birinə nifrət edirdi. Ameri-
kalısı, çinlisi, hindistanlısı, italyanı, yaponu və fransızı. Onla-


111
rın hamısını birlikdə sadəcə bir dəfə binanın təhlükəsizlik siq-
nallarının işə düşdüyü gün görmüşdü. Birdən-birə gecə vaxtı 
binanın hər tərəfini siqnal səsləri bürümüşdü və hamı ümüd-
lərini qucağına alıb ölüm təhlüksindən qorxaraq aşağı enmiş-
di.  Mavi  enməmişdi.  Nə  ölümdən  qorxurdu  nə  də  ki  özünü 
tərpədəcək taqəti var idi. Ancaq hamının aşağı endiyini görüb 
sevinmiş  və  aşağı  enib  qonşuları  ilə  tanış  olmaq  istəmişdi. 
İstədiyi tək şey qonşularıyla və yeni insanlarla tanış olmaq idi, 
ancaq ona da nail ola bilmədən məyus formada geri qayıtmış-
dı. Hamı çox ciddi idi. Çünki hamının başı öz həyatına və ölü 
ümidlərinə qarışmışdı.
Drel səsi kəsildi və yıxıldığı küncdə yatıb tünd mavi bir 
yuxuya daldı.
* * *
Bir zooparkta qəfəsin arxasına düşmüş kiçik uşaq və onun 
üstünə cummağa çalışan qəzəbli bir şirin olduğu yuxuya ayıl-
dı. Qəfəsin ətrafındakı insanlar qorxuyla onları izləyirdi. Şir 
Mavini görmürdü və onun qaçıb getmə şansı varıydı. Əlində 
xəncər olduğu görüb tərəddüdə düşdü. Ya şir ya uşaq öləcək-
di.  Heç  fikirləşməyə  macal  tapmamışdı  ki  şir  uşağın  üstünə 
tullandı və Mavi də cəld şirin üstünə tullanaraq xəncəri onun 
boynuna keçirdi. Şir yerə yıxılıb can verdi. Mavi peşmanlıq 
hissiylə şiri qucaqlayıb ağlamağa və ondan üzr istəməyə baş-
ladı. Şirin nə olduğundan xəbərsiz yeni doğmuş balaları Mavi-
nin yanına gələrək onun ayağını yalamağa başladılar və o daha 
da çox ağlamağa başladı.
Ordan şiddətli qaranlıq tufanların ağacları yerindən çıxa-
rıb atdığı başqa bir yuxuya oyandı. Şimşəklər çaxır və bəd-
bəxtlik  leysanları  yağırdı.  Ətraf  alçaq  dağlarla  doluydu  və 
birinin arxasından daha əvvəl heç görmədiyi licimdə nəhəng 
və  qorxunc  bir  yaratıq  uzun  boynunu  qaldırmağa  başladı 
ağır-ağır.  Bir bina qədər böyük idi. Nə əjdaha nə dinozavr 
idi, ancaq hər ikisini xatırladırdı. Yuxulardakı o üzünü belə 


112
görmədən yanımızdakının kim olduğunu anladığımız hissin 
köməyi ilə bir anda gördüyünün Laplas şeytanı olduğundan 
əmin oldu. Nəhəng və vahiməli şeytan ona qorxunc gözlərlə 
baxırdı. 
Mavi onun kim olduğunu anladıqdan sonra qışqıraraq ona 
səsləndi: “Sən keçmişin nəticəsi və gələcəyin səbəbi olan kos-
mosun aqibətini görəbilən tək varlıqsan. Haqqında deyilənlər 
doğrudurmu?  Doğrudan  da  sən  kosmosdakı  hər  atomun  ye-
rini hesablayaraq gələcəkdəki formalarını anlaya bilirsənmi? 
Eləisə mənim gələcəyimi görə bilirsənmi? Nə görürsən? Nə 
olacaq?  Ölmək  istəmirəm.  Ancaq  gələcəyimdə  qaranlıqdan 
başqa  heçnə  görmürəm. Yenə  bu  qədər  bədbəxt  olacağamsa 
ölmək istəyirəm. Səndən istədiyim tək şey, xoşbəxt olub olma-
yacağımı deməyindi.”
Şeytan ona ikrah hissiylə baxmağa davam edir gözlərin-
dəki nifrətlə onu süzürdü. “Sənə ancaq burdan baxanda nə qə-
dər qədirbilməz, nankor, naşükür, tamahkar, doymaz və acgöz 
göründüyünü deyə bilərəm” - deyə kinli səslə onu cavabladı, 
sualları cavabsız qalmışdı.
Cavab ala bilməyən Mavi yalvarmağa başladı amma heç 
bir qarşılıq ala bilməyib şeytana əsəbləşməyə başladı: “Heç 
bir  cavab  vermirsən,  çünki  heçnə  bilmirsən!  Gələcəyi  he-
sablaya bilməzsən. Lap bütün atomların fəzadakı mövqeyini 
bilsən belə yenə də hesablaya bilməzsən! Lənət olsun sənə 
də o determinist Laplasa da! Onsuz da Heisenberg səni də 
Laplası da təkzib edib qeyri-müəyyənsizlik prinsipi ilə. Kaş 
ki real olsaydın və kaş ki Laplas haqlı olsaydı. Kaş ki mənim 
iradəmin xaricində olsaydı aqibətim. Daha rahat olardım. Ta-
leyimin məsuliyyətindən azad olardım. Ancaq təəssüf ki elə 
deyil. Hər şey olmasa da çox şey bizim öz əlimizdədi. İradə-
miz yarı da olsa azaddır. Sənə yazığım gəlir. Varlığının heç 
bir mənası yoxdur, bunu özün də bilirsən. Elə ona görədə sən 
reallıqda yox, ancaq yuxularda mövcud ola bilərsən. İndi get 
və rədd ol burdan.” 
Şeytan qaranlığı qucaqlayaraq yox oldu.


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə