Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə36/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   32   33   34   35   36   37   38   39   ...   123

119
Hormonal  balans  sanki  beynin  fərqli  prespektivləri  ki-
miydi.  Homronal  balansı  kimisi  üçünsə  həyatı  möhtəşəm 
gözəllikdə  bir  yer  kimi  göstərərkən,  kimisi  üçünsə  həyatın 
nə qədər bərbad bir yer olduğuna dair arqumentlər sıralayır-
dı  ona.  Həyat,  kimisinin  pəncərəsindən  yeni  insanlar  yeni 
şəhərlər yeni hekayələr tanımaq və ondan alınan o möhtəşəm 
hissdən ibarətdir, kimisinin pəncərəsindən nə qədər xoşbəxt 
olursan  ol  hər  gecə  yuxularında  ölmüş  uşağını  görməkdən 
ibarətdir,  yenə  bir  başqasıyçün  həyat  sadəcə  istəksizlikdən 
ibarət bir zaman yolçuluğudur. Kimisi üçün həyat, dadına do-
yulmayacaq nemətlərlə dolu ikən, kimisi üçün o nemətlər heç 
bir dad vermirdi.
Mavi,  ədalət  axtarmırdı.  Ədalətin  sadəcə  bir  zarafat  ol-
duğundan xəbərdar idi. Yuxarılarda bir yerlərdə onun taleyi 
ilə maraqlanan bir tanrısı olmadığına inanırdı. Amma kaş ki 
deyirdi  bəzən,  kaş  ki  bir  tanrı  olsaydı.  Kaş  ki  bir  tanrı  ol-
saydı da, bərabər bölsəydi ədaləti. Kaş ki təsadüflərin əsəri 
olmasaydıq. Əziyyət üstünə əziyyət çəkilməsəydi. Üzündəki 
hər  nöqtədən,  heç  vaxt  əziyyət  çəkməmiş  olduğu  anlaşılan 
insanlar var idi. Bir də üzündəki hər qırışda olmazın əziyyə-
tini çəkmiş insanlar. İşgəncə üstünə işgəncə. Dözülməz ağır-
lıqda  bir  dərdin  vurduğu  insanı  eyni  həftdədə  arxa-arxaya 
vuran lənətə gələsi başqa ağrılar var idi. İnanılmaz saydakı 
təsadüflərin qəribə formada tək bir insanda birləşmələri var 
idi. Kimisində xoş təsadüflər idi bunlar, kimisində ağırlığı-
na  dözülməyəcək  təsadüflər. Yaşamaq  üçün  proqramlanmış 
o güclü genlər, nə qədər ağrıya dözə bilələrdi? Varlığın neçə 
qramına dözə bilərdilər?
Gözü  dünən  hər  yeri  dağıdarkən  yerə  düşmüş  əşyaların 
arasından bir zamanlar cücərtməyə çalışdığı öz düzəltdiyi di-
bçəkdəki bitkinin quru saplağına sataşdı və onu əkdiyi gecəni 
xatırladı.
Kliniki  yalnızlıq  bədbəxtliyinizlə  birləşərək  sizdə  absurd 
davranışlara səbəb ola bilər. Məsələn evinizdə cücərmiş bit-
ki ilə emosional bir bağ qura bilərsiniz. Bu olduqca sevimli 


120
səslənsə  də  əslində  dəhşətli  bir  hadisədir.  Ən  azından  Mavi 
ona yalnızlığını xatırlatdığı hər şey kimi bu hissinə də nifrət 
etmişdi. Mavi bu dəhşətli xəstiliyi ilk dəfə otağında elə-belə 
cücərmək  üçün  isladıb  saxladığı  marixuana  toxumunda  hiss 
etmişdi. Bir gecə, bütün gecələrində olduğu kimi yuxusu qaç-
mış və saat dörddə oyanıb boş otaqda fırlanarkən toxumun üs-
tünü örtüyü yaş parçanı qaldırmış və cücərdiyini görmüşdü. 
Ürəyində nə olduğu bilinməz bir hiss baş qaldırmış və sürət-
lə  döyünmüşdü. Yanında sevincini paylaşacaq heç  kimi yox 
idi. Bəlkə də ona görə daha da çox sevmişdi cücərən bitkini, 
yalnızlığından. Əlləri əsmişdi, birdən əli dəyər cücərən toxum 
qırılar deyə. Bütün bədənini basan o qəribə hissin təkidiylə ge-
cənin qaranlığını bölərək həyətə enmiş və ağacların dibindən 
torpaq yığaraq evə qayıtmış və onu bir su butulkasını kəsərək 
basdırmışdı. Bitkinin başında uşağının ilk qızdırmasını yaşa-
yan ana kimi əsmiş və sanki evinə yeni bir otaq yoldaşı gəlib-
mişcəsinə sevinmişdi.
Bildiyi ya hiss etdiyi tək şey var idi, o da ki o bitkiyə nəsə 
olma ehtimalını düşünmək belə onun şiddətli dərəcdə kefini 
pozmuşdu. Bəs o bitkinin yerinə bir evində heyvan, bir it ya 
bir insan olsaydı necə? Dəhşətli düşüncəydi, bağlandığın biri-
ni itirmək. Bağlanmağın pis fikir olduğunu təkrar inandırmışdı 
özünə. Sonra təkrar düşünmüşdü, insan səbəbi hər nə olursa 
olsun güclü emosiyalarla bağlanır başqa canlılara. İnsan sosial 
varlıqdır və sosial olacağı başqa insanlar olmayanda heyvan-
lara hətta bitkilərə sarılır.
Yoxsa küçədə çəmənləri tapdalayaraq gəzən insanı evin-
də cücərmiş bitkiyə bu qədər bağlayan şey nə idi? Bədbəxtlik 
məntiq tanımır, emosiyalar rasional deyillər və insan həm bəd-
bəxt həm emosional varlıqdır.
Bəşəriyyətin bütün mənasızlğını dərk edən Mavi, bitkisi-
nin quruyacağı təqdirdə keçirəcəyi üzüntü hissinə olan qorxu-
sundan qaça bilməmişdi və tədirgin yaşamışdı ilk günlərini. 
Ona görə yox ki Mavi sadəcə emosional idi, ona görə ki o həm 
də bədbəxt və yalnız idi. Sonra absurd həyatın təsadüfi bir bəd-


121
bəxtliyi bitkini vurmuş və onu durduq yerə qurutmuşdu, ya da 
bəlkə də bitkini qurudan Mavinin neqativliyi olmuşdu. Bütün 
ümidləri kimi bitkisi də qurumuşdu və o lənətli bəxti səbəbilə 
çox da təəccüblənməmişdi.
Ayağa durdu və dibçəkdə qurumuş bitkini yerdən qaldırıb 
bir kənara qoydu və sonra dünən yerə düşmüş gül dəstəsini gö-
türdü əlinə. Bir ananın, görsə, dözə bilməyəcəyi ağırlıqda hü-
zün var idi yanaqlarında. O hüznlü gözlərlə süzdü çiçəkləri min 
bir xəyalla. Qurumuş və solğun ləçəklər tökülürdü döşəməyə. 
Dərinləməsinə düşüncələrə daldı. Əşyalara mənalar yükləyən 
biri deyildi. Amma insanlar bu işin ustasıydılar, əsas da yalnız 
olanları. O da bir insan idi nəticədə, yalnız olanlarından həm 
də. Çiçək dəstəsiylə arasında bir bağ qurulurdu ona baxdıq-
ca. Hər ləçək ona Laranı xatırladırdı. Bağrına basmaq istəyirdi 
dəstəni. Qucaqlamaq və Laranın yoxluğunu doldurmaq. Evin 
boş divarlarına çevirdi gözlərini. Bəlkə də, deyə düşündü, as-
malı idi o çiçəkləri bir yerdən. Dekorativ gözəllikləri üçün yox 
əlbətdə,  Laradan  geri  qalan  tək  parça  xatirə  olduqları  üçün. 
Ama yox, əlbətdəki yox. Ağrı divarımı yaradacaqdı yaşadığı 
yerdə? İşgəncə divarı kimi, hər baxanda Laranı ya keçmişi xa-
tırladacaq? Əlbətdəki yox. 
Divarlardakı deşiklərə baxdı. Kiçik mismar yuvaları. Yapış-
dırıcı izləri. Divardakı bütün şəkil və xatirələri yerlə bir etdiyi 
o günü xatırladı. Dəliyə döndüyü o günü. Nostalgia xəstəliyinin 
dəliliyə çevrildiyi günü. Boş divarın əvvəlki forması gəldi gö-
zünün önünə. Hər tərəfdə şəkil və digər xatirə dolu əşyalarla 
dolu divar. Keçmiş həsrəti ona hər gün yeni bir şəkili asdırmışdı 
divara. Bu kiralıq evə köçdüyü gündən bəri hər gün bir neçə şə-
kil asmışdı divara. Hər gün keçmişin həsrəti ilə qıvrılaraq yeni 
bir fotoşəkil yeni bir xatirə. Beləcə o, keçmişi gözünün önündə 
saxlayaraq  daha  yaxşı  hiss  edəcəyini  düşünmüşdü.  Bu  lənətə 
gələsi yalnız otağında hər gecəsində ona bir vodka butulkası və 
o divarlar müşayiət etmişdi. Yüzlərcə fotoşəkil yapışdırılmışdı 
divarlara, həmçinin, kitablardan səhifələr, əllə çəkilmiş məlum 
və  qeyri-məlum  rəsmlər.  Danışmışdı  o  şəkillərlə  bəzi  gecələr 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə