Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə26/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   22   23   24   25   26   27   28   29   ...   123

88
dılar. Girişində çin mədəniyyətini əks etdirən böyük və bəzəkli 
bir qapı düzəldilmiş uzun bir məhlə idi. Bir küncdə dayandılar. 
Riçard ona burda gözləməsini, əvvəlcə özünün getməsi gərək-
diyini  sonra  isə  onun  vodkanı  almaq  üçün  gedə  biləcəyini 
dedi. Mağazaya doğru getdi. Hər yer insan qaynayırdı. Çində 
olduğu kimi bura da izdihamlı idi. Ətrafda olduqca çox evsiz 
insan var id. Günəş tam təpədəydi. Gözəl bir gün idi. Özünü 
rahat və dinc hiss edirdi indi. Bir müddət reallığından uzaqlaşa 
bilmişdi. Bir siqaret yandırdı, üstündən kofesini içdi. Xüsusilə 
bu  kafenin  kofesini  çox  sevirdi,  siqaretlə  birlikdə  çox  yaxşı 
olduğunu  düşünürdü.  Bir  qədər  sonra  Riçard  içəridən  çıxdı, 
əlində qara bir torba var idi. Ona yaxınlaşdı. İki pivə var idi, 
oğrulamışdı. “Hə, indi sən get, Rubl vodkasını alacaqsan, tam 
satıcının arxasında olur, 5 dollar, al bu pulu” deyib dəmir pul-
ları və əzik kağız pulları onun ovcuna qoydu.
Mağazaya getdi, içəridə sıra var idi, sıranın arxasına keçdi. 
Gözü ilə Rubl vokdasını axtarmağa başladı. İçəridən narahat 
edici və pis iy gəlirdi, bütün çin mağazalarında olduğu kimi. 
“Yerlisən sən?” - deyə qarşısındakı iri və yaşlı qaradərili 
kişi çevrilib bir müddət onu süzdükdən sonra soruşdu.
“Anlamadım?”  -  deyə  qarşılıq  verdi,  söhbətin  hansı  yer-
lilərdən getdiyini anlamamışdı, ancaq ikisindən də deyildi on-
suz.
“Yerli, yerli deyirəm, yerlisən sən?”
“Yox deyiləm”
“Yaxşı, mən yerliyəm. Burda doğulub burda böyümüşəm. 
İndi qulaq as mənə, al sən bu pulu” – deyib onun ovcuna xır-
da-xuruş pulları tökdü – “burda 3 dollar 25 sent var, bunu 4 
dollar 50 sentə tamamla mənim göstərəcəyim vodkanı al, vəs-
salam, başqa da söz demə. Yaxşı?
“Yaxşı” deyib gülümsəyərək cavab verdi. Yaşlı kişi qəzəbli 
və qorxulu danışırdı, ya onu qorxudub vodkanı aldırmaq üçün 
belə ciddiləşmişdi ya da onu həyat bu hala salmışdı. İstənilən 
halda  o,  onsuz  da  kişinin  heç  pulu  olmasaydı  belə  vodkanı 
alardı yəqin, deyə düşündü. 


89
Növbələri gəldi çatdı. Kişi satıcıya vodkanı göstərdi, satı-
cı uzatdı, o vodkanın pulunu ödədi və kişi mağazadan çıxdı. 
Sonra o Rubl vodkasını istədi “və bir də qızıl Marlboro zəhmət 
olmasa” deyib pulu uzatdı, xırdanı götürüb çıxdı çölə.
Çöldə  həmin  yaşlı  kişi  onun  qolundan  tutdu,  çönüb  ona 
baxdı, kişi təkərli əlil arabasında oturmuşdu. Yuxardan aşağı 
kişiyə doğru baxırdı. Kişinin arabasını ağ dərili gənc və gözəl 
bir qız sürürdü.
-Özünü necə hiss edirsən əzizim?
-Nə??  -  O  heç  nə  anlamamış  formada  təəccüblə  kişiyə 
baxırdı.
-Özünü deyirəm, necə hiss edirsən? Orda içəridə etdiyin 
hərəkətə görə? Məmnun hiss edirsən? Hə?
-Hə, hə, yaxşı hiss edirəm.
-Ay sağol, Tanrı səni qorusun, yaxşı iş gördün içəridə. Min-
nətdaram əzizim.
-Bir şey deyil
Riçard  da  gəlmişdi,  qızla  nəsə  söhbət  edirdilər.  Vodkanı 
Riçarda  uzadıb  aldığı  siqaret  paketini  açmağa  başladı. Yola 
düşdülər. Riçard kişinin arabasını sürürdü, ən qabaqda onlar 
gedirdilər,  arxada  həmin  ağbəniz  qara  saçlı  qız  və  bir  nəfər 
daha gedirdi. Qızla həmin üçüncü şəxs nəsə qızğın müzakirə 
edirdilər.  Siqaretini  yandırdı.  Kişinin  təkərli  arabasına  bax-
dı. Dilənmək üçünmü bu arabaya oturmuşdu görəsən, yoxsa 
həqiqətən də çox gəzə bilmirdi? Mağazanın içində ayaq üstəy-
di çünki. Yəqin dilənmək üçün belə edirdi, deyə düşündü. Bir 
qədər  yeridikdən  sonra  qız  dörd  beş  metr  aralıdakı  Riçarda 
baxaraq “mənim heç bir fikrim yoxdu, bu kimdi və arabanı 
hara sürür” - deyə mızıldandı və yüksək səslə Riçardı çağıra-
raq soruşdu:
“Heey, hara gedirsən axı sən?”
“Bilmirəm”
“Dayan orda görüm” - dedi qız və Riçardın yanına yaxın-
laşdılar, qız arabanı aldı, “Yaxşı, burda yollarımız ayrılır gənc-
lər, sağolun” - dedi.


90
“Sürürdüm  də,  nolub”  deyə  Riçard  arabası  alınmış  uşaq 
kimi mızıldandı. Geri döndülər və yeriməyə başladılar. İzdi-
hamlı küçəni enləməsinə keçərək yolun o biri başındakı sakit 
və ağaclar olan kiçik parka bənzər yerə getdilər.
“Bura necədi? Oturaq səncə burada?” 
“Aha olar, olar oturaq” - dedi  və oturdular.
Riçard yeni alınan vodkanı içdi, sonra oğrulamış olduğu 
iki pivəni çıxardı, “içmək istəsən götür iç” - dedi. 
“Steel reserve? Mən də bu pivədən içirəm, çox sevirəm, 
amma  dəmir  qabda  satdıqlarını  bilmirdim  heç,  bunu  neçəyə 
satırlar bəs?
“Bilmirəm”
“Yaxşıdı bu, ucuz və faizi çoxdu, səkkiz faiz, tez tutur adamı”
“Çəkmək istəyirsən birini də? Saraq?”
“Olar”
Oturduqları yer dar bir küçə kimiydi, baş tərəfində süni şə-
lalə var idi və ordan axan su küçənin kənarıyla axıb gedib başqa 
bir yerə tökülürdü. Sakit idi, arada bir-iki nəfər adam keçirdi. 
Keçənlər  onları  müşahidə  edirdi,  onlar  da  keçənləri.  Onlara 
baxanlar qəribə gözlərlə baxırdılar, bəzən çəkinərək və qorxa-
raq.  Küçədə  oturub  içən  evsizlər  kimi.  “Qızınızın  çox  gözəl 
saçları var xanım” deyə Riçard nəzakətlə yoldan keçən ana və 
qızına səslənir və təşəkkür cavabı alırdı. Arada bir keçənlərə 
nəsə  söz  atır,  bəziləri  qorxur,  bəziləri  gülür,  bəziləri  qarşılıq 
verirdilər. “Hey, siz iki bacısınız?” - deyə o başqa bir ana və 
qızına səslənir, anaya hələ də cavan göründüyünü xatırlatmağa 
çalışaraq dostcasına sataşır və gülürdü. Qadınlıq qüruru oxşa-
nan ana da ona gülüb keçirdi. “Ona bax, ona bax” - deyə Riçard 
qarşılarından keçib sağa doğru irəliləyən üç nəfəri göstərdi. O 
baxdı amma bir şey anlamadı. “Nəyə?” - deyə soruşdu. 
“Homoseksual deyilsən sən təsadüfən? Ortadakı qızın gö-
tünü deyirdim, keçdi artıq”
“Yox deyiləm, baxdım qıza baxmasına amma yaxşı heç nə 
görmədim” 
Yoldan  keçən  evsizlər  onlara  salam  verib  keçirdilər.  Bə-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə