Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə22/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   18   19   20   21   22   23   24   25   ...   123

74
Poe və Emerson’un ruhunun dolaşdığı bu ziddiyətli şəhərin 
qoşatəbiətli bədbəxtliyi getdikcə üstünə çökür, bu bəs deyilmiş 
kimi üstünə bir də soyuq və bom-boz payızın ağırlığı yüklənir-
di. Buralardan getməliydi. Ya da bu şəhərin onu öldürməsinə 
razı olmalıydı.


75
6
RIÇARD
Bir müddət sonra küçədəki inşaatın səsi onu oyatdı. Qısa 
müddət ərzində dərin yuxuya gedə bilmişdi. Gözlərini qıyaraq 
yavaşca və azca açıb ətrafa baxındı. Bir qədər uzanmış vəziy-
yətdə gözlədi. Dikəldi. Yüngül baş gicəllənməsinin keçməsini 
gözlədi. Alçaq təzyiq problemi var idi. Ayağa durub həmişə 
getdiyi o parka doğru yollandı.
Parkın  ortasındakı  hündür  heykəlin  olduğu  kiçik  təpəyə 
getdi. Adətən gənclərin yığışıb oturduğu yer idi. Ot çəkənlər 
və satanlar olurdu. Həmçinin hündür heykəlin şəklini çəkməyə 
gələn turistlər, uşaqlarını ya itlərini gəzdirənlər, idman edənlər, 
oturub  kitab  oxuyan  ya  söhbət  edənlər  və  s.  Heykəlin  başı-
na bir dəfə fırlandıqdan sonra boş oturacaqlardan birini seçib 
oturdu. Gəlib keçənləri izlədi. Tam qarşısında oturub ot çəkən  
yeniyetmələrə  baxdı,  onların  xoşbəxtliyini  qısqandı.  Qibtə 
etdi. Bir müddət onlara baxdı və ortada oturan gözəl gülüşlü 
qızın təbəssümündə itdi. Bir qədər sonra gənc qızın ehtirasının 
yaratdığı xəyaldan oyanıb əlini cibinə atdı, son oxuduğu kiçik 
kitabçanı çıxarıb oxumağa başladı.
Kitab  oxumağın  bütün  məntiqi  səbəblərindən  əlavə,  son 
vaxtlar  sadəcə  reallıqdan  uzaqlaşmaq,  beynindəki  keçmişlə 
bağlı  xatirələrdən  bir  an  belə  olsun  yayınmaq  üçün  oxuyur-


76
du. Bu günlərdə oxuduğu vaxtlara nifrət etdiyi anlar olurdu. 
Həddindən artıq kitab oxumağı kasıbın əyləncəsi adlandırırdı. 
Ucuz əyləncə. Ən çox kitab oxuduğu aylar ən yalnız qaldığı 
aylar idi və bu fakta nifrət edirdi. Əgər xoşbəxt olsaydı bu qə-
dər oxumazdı bəlkə də. Bədbəxtliyindən bu qədər oxuduğunu 
düşünürdü. Yenə də bəzən bitməməsini istədiyi kitablar olur-
du, bədbəxtliyindən deyil sevdiyindən oxuduğu. Qərarsız və 
doymaz xisləti nəticəsində yarım buraxdığı yüzlərlə kitab var 
idi, digər yarım buraxdığı hər şey kimi.
Çox  düşünən  insan  reallıqla  əlaqəni  itirir  və  illuziyalar 
dünyasında yaşayır deyirdi Alan Watts. Haqq verirdi ona, çox 
düşünən  insan  ya  gələcək  ya  keçmiş  ya  da  fikirlərin  illuzi-
yasında yaşayır. İndidə, anı yaşamaq üçün düşünməməlisən. 
Oxumaq ən azından onun fikirləşməsini dayandırırdı. Öz keç-
miş ya gələcəyindən uzaqlaşdırırdı. Bir neçə saatlıq belə uzaq-
laşdıra bilirdisə kitab onu öz reallığından, sevinirdi. Bir neçə 
saat fikirləşmədən, əzab çəkmədən keçmişdi.
Ümumiyyətlə,  sadəcə  oxumağın  deyil,  yazmağın  da  sə-
bəbini yalnızlıq olaraq görürdü. İnsanlar yalnızlığa məhkum 
idilər. İnsanlar həm birlikdə yaşamağa, həm də təkliyə məhkum 
idilər. Taleyin ironiyası. Başqa bir insanı anlamaq həddindən 
artıq yorucuydu, onun iç dünyasına girmək və başa düşmək. 
İnsanı tamamilə başa düşəcək başqa birini tapması çətindir. O 
adam onun üçün bəlkə də Lara idi, bəlkə də sabah səhər şimal 
küçəsindən keçəcək olan o şəxs idi, bəlkə yox idi, bəlkə də 
Qodot idi. Dinlənilmək və başa düşülmək deyə düşündü, bü-
tün insanların əsas dərdiydi. Tarixin səhifələrini bəzəyən qalın 
romanlar bəlkə də bunun ən yaxşı nümunəsiydi. Özü-özüylə 
yüzlərcə ya minlərcə səhifə söhbət edən dialoq quran yazarlar 
niyə yazırdı? Ədəbiyyat tarixi danışmağa yaxşı bir insan tapa 
bilməmiş yalnızlarla doludur deyirlər. Məsələ ətrafında kimə-
rinsə olması deyil. Milyonlarca sevəni olan insanlar belə yal-
nızdırlar. Söhbət etməyə yaxşı bir dostları olsa bəlkə yazmaz-
dılar,  ehtiyaclarını  danışaraq  ödəyərdilər,  bəlkə  də  yanılırdı 
deyə düşündü. Səhifəni çevirərkən oxuduğu səhifədə heç nəyi 


77
xatırlamadığını görüb yenidən eyni səhifəni oxumağa başladı. 
Oxumaq belə düşünməsini dayandırmırdı. O qənaətə gəldi ki 
insanlar yalnız qalmamaq üçün başqa bir insanla danışarkən 
dürüstlük və təsdiqlənmə arasında qalırlar. İnsanlarla heç vaxt 
tam səmimi ola bilməzsən, yoxsa həm söhbət edəcək kimsən 
qalmaz, həm də hamını incidə bilərsən onlar haqqındakı əsl 
fikirlərinlə. Ona görə də nəzakətli insanlar ən çox şirin yalan 
danışan insanlardırlar.  Olanı deyil, qarşı tərəfin eşitmək istə-
diyini  deyirdilər.  Bunu  yaxşı  bacaranların çox  dostu  olurdu, 
bacarmayanların, ya da bunu etmək istəyənlərinsə az.
Yaşadığı köçəri həyat onu yalnızlaşdırmışdı. Hər dəfə bir 
yerdən köçdükcə bütün əlaqələri ilə sağollaşmış və yenilə-
rini  qurmuşdu  və  bir  nöqtədən  sonra  o  qədər  uzaqlaşmışdı 
ki  artıq  özü  belə  yanında  deyildi. Artıq  tənha  belə  deyildi, 
daha  da  betər  idi.  İnsanların  xoşbəxtliyinin  ya  da  xoşbəxt 
hiss etmələrinin ən güclü faktrounun nə pul nə şöhrət, sosial 
əlaqələr olduğunu düşünürdü. İnsan, başqa bir insana və bir 
nöqtədən sonra daha da başqalarına möhtacdır. Eyni insan-
lar  bir  nöqtədən  sonra  darıxdırıcı  gəlir,  yenilərinə  möhtac-
dır insan. Ən azından onun təbiəti eləydi, bir introvert üçün 
belə olmaya bilərdi. Sosial əlaqələri zəif olan, ya da ətrafında 
heç kim olmayan insanlar ona görə də süni sosial mühitlərin, 
sosial medianın, internetin aludəçisi olurlar. Bir qrup içində 
olmaq üçün darıxmışdı. Onu başa düşəcək bir qrup insanın 
içində  olmaq  üçün,  ortaq  maraqlara  sahib  olduğu  bir  qrup 
üçün, köhnə günləri üçün darıxmışdı.
“Yanında otura bilərəmmi dost?” deyə kimsə səsləndi bir-
dən. Başını qaldırıb səslənənə baxdı və “aha, otura bilərsən” 
dedi. Otuzlu yaşlarında bir oğlan idi. İlk görünüşdən bir evsizə 
oxşatdı onu. Əmin ola bilmədi. Dodaqlarının və burnunun bir 
hissəsinin dərisi soyulmuşdu. Yanıq izinə oxşayırdı. Sağ qo-
lunda diqqəti tez cəlb edən ağ sarıq var idi. Kürəyində qara 
bel çantası. Hündür boy, sarı saç, yaraşıqlı, üst-başı dağınıqdı. 
Oturub əlində nəyləsə məşğul olmağa başladı. Kitabını oxu-
mağa davam edirdi ki oğlan yenidən səsləndi:


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə