Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə19/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   15   16   17   18   19   20   21   22   ...   123

65
üçün heç nə etmir, qılını belə tərpətməyə ərinir. Tənbəllikmiy-
di bu yoxsa nə? İstəksiz deyildi, digər insanlardan daha çox 
şey  istəyirdi,  içində  dolub  daşan  istəklər  yığını  var  idi. An-
hedoniyaya qapılmamışdı, fəaliyyətlərdən hələ də həzz alırdı 
və hətta hedonist idi. Ancaq onu hərəkətə keçirən motivasiya 
mexanizmində problem var idi.
Baxılan ya təsəvvür edilən istənilən şeyə toxunma və ya 
ona doğru hərəkət etmə istəyi dopamin sistemini aktivləşdirir 
beyində. Və insan beləcə o şeyi əldə etmək üçün hərəkətə keçir. 
Məsələn ac meşə insanı gördüyü ya düşündüyü meyvə ya dov-
şanı əldə etmək üçün hərəkət edir. Əgər beynindəki motivasiya 
mərkəzi, dopamin sistemində xəsarət olsaydı hərəkət etməz və 
aclıqdan ölərdi. O düşünürdü ki, bəlkə də onun beynində tərs 
gedən bir şeylər var, bəlkə də dopamin sistemi nasazdı. Bəlkə 
də belə doğulub deyirdi, ya da bu bəd inama qapılaraq özünü 
aldadır və rahatlayırdı.
Ya da bəlkə də yaşama sevinci o qədər artıq idi ki, həyat-
dakı bütün seçimləri seçə bilmədiyini başa düşdüyü üçün on-
dan  imtina  edirdi.  Yaşam  sevincinin  əksikliyi  kimi  artıqlığı 
da problem deməkdir deyə düşündü. Əgər artıqdırsa yaşama 
sevincin bir formada onun qol-qanadını qıracaq və öldürəcək-
sən, çünki hər şeyi edə bilməzsən. Nəticədə yaşama sevincin 
yenə əksik qalacaq. Deməli, həyat çox gözəl olduğu üçün həm 
də pismi olmuş olur? - paradoksuna cavab tapa bilmədi.
İstədiklərini əldə edə bilmədiyinə görə də bu son bir ildə 
ümidlərini öldürməklə məşğul idi. Hər insanın həyatında gir-
diyi ağır bir dövr olur, böyük ümidlərlə girib sınıq ya budan-
mış ya yontulmuş ya ölmüş ümidlərlə çıxdığı o ağır depressiv 
dövr. O dövrdən çıxmağı bacaranlar həyatda qalırdılar bəlkə 
də, çıxmağı bacaramayanlarsa intihar edirdilər. 27’lər klubu-
nun səbəbi bu idi bəlkə də. Çünki çoxları üçün tam bir keçid 
dövrüydü. Doğumdan bu yana davam edən həzzlər, yenilik-
lər bitir və yerini monotoluq almağa başlayır. Bir körpü kimi. 
Əgər  yaxşı  bir  həyatın  varsa  yaşamağa  davam  edirsən  yox-
dursa da ya onu yaratmaq ümidiylə sürünür ya ölürsən. O elə 


66
düşünürdü. Ona görə də bügünlərdə səs küylü olaraq ümidlə-
rini öldürürdü. Yerə çırpıb qırdığı hər bardaqda bir ümidi daha 
ölürdü. Yüksəkdə olan həyat gözləntisini aşağı endirirdi.
Hər dəfə insan biraz da çox təəccüblənir. Hər dəfə deyirsən 
ki yəqin daha artıq dözə bilmərəm amma dözürsən. Ümidləri-
nin, xəyallarının və gözləntilərinin hər ölüşündə, tragediyayla 
hər üz-üzə qaldığın anda bu yəqin ki sondur və bundan artı-
ğına dözə bilmərəm deyirsən ancaq dözürsən. İnsan hər şeyə 
alışır. Hətta aclığıa belə alışır. Pulsuzluqdan günlərcə ac qal-
dığı vaxtları və hər keçən gün bədənin necə də buna alışdığını 
xatırladı. O günlər üçün belə darıxdı. Restoranların qarşısında 
ac yeridiyi günləri və girib içəridən yeməkləri götürüb qaçmaq 
istədiyi anları xatırladı. Küçələrdə aclıqdan baş gicəllənməsi 
ilə yeridiyi vaxtlar. 
O vaxtlar üçün belə darıxırdı çünki ən azından daha az yal-
nız idi o vaxtlar. İnsanlarla daha asan tanışa bilirdi. Bəlkə də 
yaşına görəydi, çünki yaş keçdikcə daha da az insanla tanış-
mağa başlayırsan. Çox vaxt maraqlı da olmur. 20li yaşlardan 
30lu yaşlara keçdikcə daha da sakitləşir və bir kənara çəkilir-
sən. Yeniyetmə entuziazmı, coşqunluğu və həvəsi yox olur. Ya 
da tab gətirə bilmədiyin insanların və xaraketrlərin sayı artır. 
Daha az insanla danışır və əlaqə qurursan. Ən azından onda 
elə olmuşdu.
Həmin yalnız olmayan günlərini xatırladı, üzüldü və əsəb-
ləşdi. O günlərə heç vaxt qayıda bilməzdi çünki keçmişdə qal-
mışdılar. Artıq heç nə geri gəlməyəcəkdi. O günləri daha da 
dolu-dolu yaşasaydı kaş deyə düşündü, bir şansı daha olsaydı 
kaş, deyə dilədi. Lənətə gələsi o günlərdə ətrafında diqqətini 
dağıdacağı o qədər insan və şey var idiki hətta yalnızlığı belə 
arzulamış və onu əldə etmişdi də. Amma sonra, tənhalığın necə 
bir zillət olduğunu daddıqdan sonra, ondan son sürətlə qaçıb 
uzaqlaşmış və bir daha heç vaxt geri baxmamışdı. Onda başa 
düşmüşdü, əgər sizi heç vaxt bir yaban köpəyi dişləməyibsə 
onun ağrısını bilə bilməzsiniz. O ağrını hiss etdikdən sonra bir 
daha ona geri dönməmək üzərə qaçmışdısa da taleyin ironiyası 
onu indilərdə o ağrının, yalnızlığın ortasına qoymuşdu. 


67
İçindəki bu keçmişə, o günlərə olan həsrəti yox etmənin 
ölümdən başqa bir yolu varmıydı görəsən deyə düşündü. Yeni-
dən xoşbəxt olmaqmı? Çox uzaq bir xəyal kimi görünürdü. Bu 
lənət ölkədən çıxıb gedərək o xoşbəxt olduğu yerlərə qayıtmaq 
da istəmirdi çünki məyus olmaqdan qorxurdu. Heçnəyi əvvəlki 
kimi tapa bilməyəcəyindən şübhələnirdi. Və hər şey bir tərəfə, 
hansı küçəyə, hansı şəhərə ya hansı ölkəyə qayıdacaqdı? Bü-
tün xatirələr param-parçaydı və hərəsi bir yerə səpələnmişdi. 
Nə olduğuna tam əmin ola bilmədiyi bir anı xatırladı, içində 
yenə yaxşı bir xatirənin izlərini hiss etdi, sinəsinə sanki yığınla 
hava doldu və yaz müjdəçisi quşları eşitdi. Sonra o ani hiss 
təkrar yox oldu. Onun hansı xatirənin hissi olduğunu xatırla-
mağa çalışdı ancaq heçnə təsəvvür edə bilmədi. Təsəvvüründə 
heçnə canlanmırdı, bom-boş və qaranlıq bir səhifə canlanırdı  
gözündə,  ancaq  hisslər  bütün  şiddətiylə  oradaydı,  sinəsində. 
Bəlkə də olmamış bir xatirənin izləriydi, bəlkə də gələcəkdən 
bir xatirənin izləriydi. Hə gələcəkdən, üç il bundan əvvəl beş 
il bundan sonrası üçün qurduğu xəyalların hissləri. Nə vaxt-
sa gəlib çıxacağını umduğu anların sevinciydi, ancaq heç vaxt 
gəlməyəcəklər. Sonra qərar verdi: insanı ən betər günlərə salan 
xatirələr keçmişdəkilər deyil, gələcəkdən xatirələr idilər.
İndi anlayırdı, gənclərin ən böyük səhvlərindən biri də odur 
ki onlar elə bilir ki gələcək var. Amma gələcək yoxdur. Onu 
sənin addımların təyin edəcək. Sabah məsələn, yoxdur. Bir dü-
şün dedi özünə, sabahı, qaranlıqdır hə? Boş səhifə. Sabah deyə 
bir şey yoxdur. Sadəcə indi var. Sabah sadəcə təsəvvürdəki bir 
anlayışdan ibarətdir və bəzən zərərli ola bilər. Çünki insanlar 
sabahlara böyük mənalar yükləyirlər. Bəzən insan elə düşünür 
ki  onun  mövcud  yazılmış  bir  gələcəyi  var  və  nə  vaxtsa  ora 
gedib çatacaq. İnsanlar o qədər xəyal qururlar ki bəzən xəyalın 
fakt deyil sadəcə bir xəyal olduğunu unudurlar. Məsələn o, hə-
mişə düşünmüşdü ki, işlər gələcəkdə yaxşı olacaq, daha yaxşı 
işlərdə işləyəcəyini düşünmüşdü məsələn. Yaşamağın çox da 
çətin olmadığını və həmişə bir yolunu tapacağını düşünmüş-
dü. Xəyallar qurmuşdu ancaq indi onları yaratmış olduğu üçün 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə