Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə17/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   13   14   15   16   17   18   19   20   ...   123

59
ya və aqresiyadan melanxoliyaya keçmişdi əhvalı. Melanxo-
liya tanrının ya başqa deyişlə təkamülün insana depresiyadan 
yoğrulmuş  hədiyyəsi  olmalıydı.  Depresiyadan  zövq  almağın 
başqa açıqlaması ola bilməzdi yoxsa.
  Kəskin  bir  qoxu  firkini  dağıtdı  və  yumulu  gözlərini 
açdı. Marixuana iyini hiss etdi. Gözlərini və üzünü əliylə sildi. 
Başını azaca qaldırıb sağdakı evsiz qocaya baxdı. Qoca yerini 
dəyişib üzü dənizə doğru baxır və əlindəki yarımçıq ot sarma-
sını çəkirdi. Bir müddət onu izlədi. Gözlərində qara eynəklər 
var idi. Bir anlıq çəkdiyi otun ona xoşbəxtlik verib vermədiyini 
bilmək istədi. Onun gün boyu tapdığı bu kiçik xoşbəxtlik anını 
düşündü və yazığı gəldi. Ürəyini mərhəmət və şəfqət bürüdü. 
Kaş onun üçün edə biləcəyi bir şeylər olsaydı deyə düşündü. 
Görəsən siqaret istəyirmi deyə fikirləşdi. 
Başını  aşağı  saldı  və  gözlərini  yaxşıca  sildi.  Burnundan 
axan suyu əlinin üstüylə silib sonra əlini şalvarına sürtdü. Ba-
şını qaldırıb dənizə və sonra sol sahil boyunca uzanıb gedən 
şəhərə,  qarşıdakı  hündür  binalara  baxdı.  Dənizin  bu  hissəsi 
körfəz kimi şəhərin nisbətən içinə girmişdi. Şəhər dənizi qu-
caqlayırdı. Buludları yarıb çıxan günəş şüaları gözünü qıyma-
sına səbəb oldu. Ətrafa saçılan günəş şüaları hər yerin parla-
masına səbəb olurdu. Çəmənlər daha da yaxşı görünürdülər. 
Ordaca yıxılıb yatmaq, bəlkə də heç oyanmamaq istədi. 
Yatıb da oyanmamağın necə gözəl bir xoşbəxtlik olduğunu 
fikirləşdi. Öləcəyindən xəbərin olmurdu. Yatırdın və oyanmır-
dın. Ağrısız və xəbərsiz. Görəsən o anda insan nə yuxu görür-
dü? Bəlkə də yuxuda öldüyünü görürdü insan, ancaq bunun 
sadəcə bir yuxu olduğunu sanırdı. Yuxuda ölmək gedənə yox, 
qalana ağır idi ən çox. Gedən gedirdi, hiss etmədən, həyatın 
ağırlığını bir daha hiss etməmək üzərə. Ancaq qalan, hələ də 
yanında yatan biri varsa. Eyni yataqda. Oyanıb da birinin nəfəs 
almadığını görmək, necə ağır olmalı idi. Bir anlıq o insanları 
düşünərək kədərləndi. Onların yerinə ürəyini qəm bürüdü. 
Atası sübh çağında gözlərinin qarşısında can vermiş dos-
tunu xatırladı. Dostunun dediyinə görə səhər gün yenicə ağa-


60
rarkən anası qışqıraraq onu yanına çağırmışdı, atası onu gör-
mək istəyirmiş. O qorxu və vahiməylə otağa gəldiyində atası 
yerində vurnuxmuş və nəfəs ala bilmirəm deyərək həyata göz-
lərini yummuşdu. Bu bütün ailə üzvləri üçün olduqca ağır bir 
ayrılıq  forması  olmalı  idi.  Həmin  dostuna  buna  görə  xüsusi 
nəvazişlə  yanaşırdı  həmişə.  Üstündən  illər  keçmiş  olmasına 
baxmayaraq  ona  rəhmi  gəlirdi.  Son  anda  oğlunun  və  arva-
dının çarəsiz və qorxu dolu baxışlarını görən ata və onu can 
verən halda görüb ancaq heç nə edə bilməyən çarəsiz ana və 
uşaq. Yaşanılabilinəcək ən böyük travmalardan biri olmalıydı. 
Qorxu dolu çarəsizlik.
İki  başqa  evsizin  yandakı  qocanın  yanına  gəlib  onunla 
salamlaşmaları fikrini yayındırdı.  Çönüb onlara baxdı. Orta 
yaşlı iki nəfərdi. Paltarları köhnə və çirkli idi. İkisinin də çiy-
nində böyük çantaları var idi. Evsizlərin hamısının böyük çan-
taları olurdu. Evlərini yanlarında daşıyırdılar. Başqa heçnələri 
yox  idi.  Paltarları  rəngbərəng  idi,  adətən  belə  olurdu,  çünki 
ordan-burdan  tapdıqları  paltarları  geyinirdilər  və  o  paltarlar 
adətən  bir-birinə  uymur,  dəst  olmurdular.  Dəriləri  günəşin 
təsirindən  qızarmış  olurdu.  Çoxunun  saçları  təmiz  kəsilmiş 
olurdu. Çöldə qaldıqları müddətdə saçları çirklənməsin deyə 
edirdilər bunu. Saç sadəcə artıq problem yaradırdı və kəsilməli 
idi. Bu görünüşləri ilə onları istənilən yerdə rahatca tanımaq 
olurdu, rəngbərəng köhnə və çirkli paltarlar, böyük çanta və 
bəzən də olduqca qısa saç. Şəhərin bu hissəsi onların ən çox 
yığışdığı və görüşdüyü yerlərdən biri idi. Günəşli havalarda 
onları həmişə burada tapa bilərdin. Ətrafda çəmənlərin üstün-
də oturur, söhbət edir və yatırdılar.
Diqqətini cəmləyərək onların söhbətlərini eşitməyə çalışdı. 
Yeni gələn iki nəfər də digərinin yanında oturub siqaret çəkir-
dilər. Bir müddət sonra onlardan biri dilləndi:
“Tanışlarımdan biri bir iş deyib mənə. İki nəfərlik işdi, bir 
saatlıq, saatı əlli dollar” 
“Əlli?”
“Hə, bir saat, iki nəfər, əlli əlli”


61
“Əladı ki” 
Ötüb  keçən  maşınların  səsi  onların  səsini  bir  müddətlik 
basdırdı. Yanlarına bir cavan oğlan gəldi və qocadan soruşdu:
“Çips istəmirsən?”- Hansısa narkotikə taxdıqları ad olma-
lıydı.
“Yox!” qoca tamamilə əminmiş kimi uca səslə cavabladı.
“Əminsən?”
“Çips zad istəmirəm mən əşi! Çıx get başımdan!” 
“Yaxşı,” deyə cavab verdi cavan, sonra yanındakı oğlanla 
söhbətləşməyə davam etdi, hansısa görüşün vaxtını təyin et-
məyə çalışırdılar. Bir qədər davam etdikdən sonra ayrıldılar. 
Cavan oğlan böyük ehtimalla narkotik satıcısı olmalıydı. Üst 
başı da digərlərinə nisbətən daha düzgün formada idi. Uzaq-
laşıb çəmənliyin o biri başında yerdə oturmuş dörd-beş nəfər 
evsiz qadın və kişinin olduğu yerə yönəldi. Yəqin çips istəyib 
istəmədiklərini soruşacaqdı. 
Onların  arxasındakı  böyük  reklam  lövhəsindəki  yazı 
diqqətini çəkdi: “Kariyeranız əmin əllərdə! Bizə zəng edin!”. 
Yandakı digər lövhəyə baxdı: “İstədik və etdik! Sən də istə, 
sən də et! Bizə səng edin!” Taleyin ironiyası, evsizlərin arxa-
sındakı kapitalist sloqanları. Əsəbləşdi, sanki hər şeyi etmək 
üçün  istəmək  bəs  imiş  kimi.  Yerə  uzanıb  gözlərini  yumdu. 
Gözünü günəş şüalarından gizlətmək üçün qolunu gözlərinin 
üstünə uzatdı. Günəşin qızdırmış olduğu torpağın və otların is-
tiliyini kürəyində hiss etdi. Əsnədi. Bir anlıq heç nə düşünmək 
istəmədi və  ordaca yatmağı arzzuladı. Bir-biri ilə əlaqəli və 
əlaqəsiz sayısız fikir gəlməyə başladı ağlına.
Bəzən  gəlib  burda  oturaraq  evsizləri  uzaqdan  izləyirdi. 
Həm də burdakı çəmənliyi, dənizi və günəşi sevirdi. Evsizlərin 
arasında özünü rahat hiss edirdi. Kənardan durub söhbətlərinə 
qulaq asırdı, bəzən də söhbət edirdi. Siqaret paylaşırdı. Çox 
vaxt bəziləri onun da evsiz olduğunu sanırdı. Çünki üst başı 
adətən səliqəli olmurdu, yanında çox vaxt çantası olurdu və bu 
tip yerlərə tez-tez gəlib gedirdi.
Onların  bərbad  həyatları  var  idi,  hətta  bir  həyatlarının 
olub-olmaması müzakirəyə açıq idi. Meşə insanı üçün həyat 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə