Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə16/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   12   13   14   15   16   17   18   19   ...   123

55
məsələn zaman-zaman. Tanışlıqdan üç gün sonrakı ilk seviş-
mələrində dəlicəsinə vurulduğu qız ona bu son görüşməmiz-
dir deyərək sancmışdı qəlbinə zəhərli oxu. İlk eşq yarasını 
ürəyinin  üstünə,  döş  cibinə  qoyub  ayrılmışdı  o  gün  həmin 
evdən. Yaşlı şəhərin qəlbini tam ortadan ikiyə bölən o çayın 
bilinməz və hamıdan uzaq bir sahilində oturub ağlamışdı hə-
min gecə, qucağında yeni sevgilisi alkoqolla birlikdə. Hava 
soyuduqca daha da çox sarılmışdı o şüşəyə, yalnızlaşdıqca 
daha da çox sarılmışdı. O gündən başlamışdı bəlkə də, içkiylə 
aralarındakı ayrılmaz bağ. Beyninə kömək edirdi spirt, unut-
ma işləmini uğurla tamamlamaq üçün. Əmin ola bilmədiyi 
və beyninin bəzədiyi xatirəysə o idi ki, daha sonra sevişmiş-
dilərmi? Artıq  xatırlamırdı.  Göydən  leysan  yağan  günlərdə 
qızın iş yerinin qarşısında onu gözlədiyini xatırlayırdı, bura 
qədərindən əmin idi. Sonra nə olmuşdu? Bir neçə alternativ 
xatırlayırdı: qız labaratoriyasından çıxıb onu görməməzlik-
dən gələrək çıxıb getmişdi, qız çıxıb onu son dəfə öpmüş və 
getmişdi, qız çıxmış və onlar yenidən sevişmişlərdi, dəfələr-
lə. Sanki illər keçdikcə yeni alternativlər əlavə olunmuşdu. 
Doğrunu xatırlamırdı. Hər şeyin ən pis formada olmuş oldu-
ğundan şübhələnirdi. Özündən yaşca böyük olan o qız, onu  
tək  səfərlik  cinsi  istək  doyurucusu  olaraq  istifadə  edib  bir 
prezervativ kimi atmışdı. Ancaq beyni onu aldatmağa davam 
edərək əslində elə olmadığına inandırmağa çalışırdı. O gün 
bu gündür, doğruya həsrət yaralı ürəyi yalançı beyninə savaş 
açmışdı həqiqətlər üçün. İçində özüylə daşıdığı bir savaş var 
idi illərdir. Beynin yalanlarına yeniləri əlavə edilmiş və içi 
savaş meydanına dönmüşdü.
Doğrular artıq vecinə də deyildi. Tək istədiyi xoşbəxt ol-
maq  idi,  qarşılığı  nə  olur  olsun.  Beyninə  xatirələri unutmaq 
üçün tam səlahiyyət vermişdi. Təslim olmuşdu. Keçmişi xatır-
ladacaq heç nəyi etməməyə çalışırdı artıq. Keçmişi və uzaqları 
xatırladacaq  heç  bir  musiqini  dinləmirdi  artıq  məsələn.  Ona 
müəyyən insanları xatırladan yazarlar və rejissorlardan uzaq 
qaçırdı. Kundera oxumur, Trier izləmirdi. Keçmişi xatırlada-


56
caq heç bir çiçəyi qoxlamırdı artıq. Proustvari yaddaşdan qa-
çırdı. Proust’un müasir elmdən əvvəl insanlığa xəbər vermiş 
olduğu o qoxlama hissinin keçmişi xatırlatmasından bacardığı 
qədər qaçırdı.
Que sont mes amis devenus
Que j'avais de si près tenus
Et tant aimés ?
(Hanı mənim dostlarım, 
bir vaxtlar çox bağlı olduğum 
və çox sevdiyim)
-Poèmes de l'infortune (Bəxtsizliyin şeirləri)
Rutebeuf, (1245 – 1285)
Ubi sunt? 
(hardadırlar?)


57
5
EVSIZ VƏ IŞSIZ
Dənizə çatdı. Çəmənlərlə dolu sahildə oturub başını dizinə 
qoydu  və  ağlamağa  başladı.  Nadir  hallarda  ağlayırdı.  Daha 
doğrusu ağlaya bilmirdi. Ancaq bu dəfə çox asan olmuşdu, heç 
nə düşünmürdü. Bu dəfə sanki həyatında ilk dəfə durduğu yer-
də ağlamağa başlamışdı.  Və ağlamaqdan qəribə formada zövq 
alırdı. Boşalırdı sanki içi, sinəsi.  Ən son nə vaxt bu dərəcədə 
şiddətli və sakitləşdirici ağlamışdı yadında deyildi. Başını iki 
dizinin arasında saxlayıb səssizcə zırıldayırdı yaşıl otların üs-
tündə. Yaxınlıqda  heç  kim  yox  idi,  çimənlərin  bitdiyi  yerdə 
səki başlayırdı və ordan arada-sırada keçən insanlar var idi. 
Bir neçə metr aralıdakı ağacın dibində qoca bir evsiz kişi uzan-
mışdı, yaşlı ağacın gövdəsinə söykənərək. Ağlamasını heç ki-
min görmədiyindən əmin olmaq istəyirdi. Buna görə də uzun 
müddət başını dizlərindən qaldırmadı. Əllərini dizlərinin bir-
ləşdiyi nöqtədə çarpazlayaraq üzünü də gizlətmişdi. Ağladıq-
ca rahatlayır, boğazına dirənən qəhər azalırdı. Ürəyindən daş 
sallanırdı və ağladıqca yüngülləşirdi. Ürəyini sıxan məngənə 
ağladıqca boşalır və yumuşalırdı. 
Kirpikləri və yanaqları göz yaşı içindəyi. Əli ilə gözünü 
silərkən  kiminsə  onu  ağlayarkən  görəcəyindən  qorxur,  çəki-
nirdi. Ona görə də üzünü arada dizinə sürtərək silirdi. Əzab 


58
dolu keçmiş uşaqlığını xatırladı. Və uşaq vaxtı ağlamalarını və 
bunun necə rahatladıcı olduğu düşündü. Əvvəllər, lap balaca 
olanda ağlayarkən kiminsə təsəlli verməsini xatırladı, bir qa-
dının məsələn ağlayan kəsin başını sinəsinə dayayaraq “ağla-
ma” deməsinin necə rahatladıcı olduğunu və o sinənin üstündə 
ağlamağın necə dinc olduğunu düşündü. Bunun üçün darıxdı, 
birinin ona təsəlli verməsi üçün darıxdı. Birinin ona mərhəmə-
ti üçün darıxdı. Birinin onunla uşaq kimi rəftar etməsiyçün da-
rıxdı. Başını sinəsinə dayamış qadının hər şeyə rəğmən verdiyi 
yalan təsəllilər üçün darıxdı. Hər şey yaxşı olacaq yalanı üçün 
darıxdı. Saçlarının öpülməsi üçün darıxdı. 
Böyüdükcə gizlin ağlamağa başladığı vaxtlar yadına düşdü. 
Artıq başqalarının yanında ağlaya bilmədiyi, ağlamağa icazə 
olmadığı vaxtları xatırladı. Qadağan olunmuş emosiyaları dü-
şündü. Qadınları qısqandı. Onların hər xırda şey üçün ağlaya 
bilmə bacarıqlarına və bunu bir-birlərinin yanında çəkinmədən 
edə bilmələrinə qibtə etdi. Bir-birlərinə  yalan da olsa verdik-
ləri təsəlliləri qısqandı. Həyat onlar üçün bu səbəblə kişilərə 
nisbətən, bir zərrə nisbətində olsa belə, daha asan olmalıydı 
deyə düşündü. Həm istədiyin vaxtı ağlaya bilmə bacarığı, həm 
də yanında ağlaya biləcəyin kimlərinsə olması. Kişilər üçün 
ağlamaq o qədər də asan deyildi. Ağlamaq istəsən belə gözün-
dən yaş gəlməməsi, yuxuda qışqırmaq istəyib də qışqıra bil-
məməyə bənzəyirdi. Bəlkə də bəzi qadınlarda da eləydi deyə 
düşündü. 
Ona heç vaxt ağlamadığını demiş bir sevgilisini xatırladı. 
İndi başa düşürdü, bəlkə də o heç vaxt ağlaya bilməmiş oldu-
ğunu vurğulamağa çalışmışdı. Onun adına üzüldü. Onu nə qə-
dər sevdiyini xatırladı. Onun üçün darıxdı. Ağlamaq ilə sərxoş-
kən qusmaq arasındakı əlaqəni düşündü. Hardasa eyni şey idi. 
Sərxoş olduqdan sonra qusarkən insan rahatlayırdı. Ancaq ən 
azından qusamaq üçün barmağını boğazına sala bilirdin, ancaq 
ağlamaq üçün barmaqlarını gözülərinə sala bilmirdin.
Ağladığı üçün indi nisbətən daha yaxşı hiss edirdi özünü. 
Göz yaşları bədənindəki stres toksinlərini atmışdı. Depressi-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə