Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə13/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   9   10   11   12   13   14   15   16   ...   123

46
tirələrlə dolacaqdı. Ta ki bir gün yaxasına qədər dırmaşıb onu 
öldürəcəkləri günə qədər. O son qışa qədər.
Bunu hesaba qatmamışdı, getdiyi və yaşadığı yerlərin bir 
gün  daş  olub  ürəyindən  sallanacaqlarını.  Tarixin  və  ədəbiy-
yatın ilk və ən böyük vətən həsrəti çəkmişlərindən biri olan 
Homerin Odisseyi sadəcə evi üçün, Penelopesi üçün darıxırdı, 
onunsa evi on beş dənəydi, hər ölkədə hər şəhərdə bir ev. Özü-
nü bu qədər zəif sanmamışdı heç vaxt. Xatirələrdə boğulacaq 
qədər aciz. Bəlkə də məsələ xatirələr deyildi? Bəlkə məsələ 
xoşbəxtlik idi? 
Məsələ - bəlkəsiz - elə həqiqətən də xoşbəxtlik idi, bəlkə də. 
Xoşbəxt olmadığı üçün xatirələrinə sarılaraq yatırdı hər gecə, 
divarlara asırdı onları. Xoşgünlərini yada salaraq pis günlərini 
yola verirdi amma boğacaqdı o xoşgünlərin xatirələri onu. Ya-
vaş-yavaş. Bütün deşikləri bağlı vannanı aramla dolduran su 
kimi içində uzanan bədəni öldürəcəkdilər vaxtı gələndə.
Sonra  bir  gün,  dayan  demişdi  özünə.  Bəsdir,  öldürəcək-
sən özünü. Bəsdir getdiyin. Bəsdir qaçdığın. Yaşadığı bu son 
şəhər, onun son dayanacağı olmuşdu. Və deyəsən, belə getsə, 
həyatdakı son dayanacağı da olacaqdı. Az qalmışdı. Buna bir 
son verəcəkdi.
Köçəri həyatı arzulamışdı həmişə. 60 illik ömrü məsələn, 
tək şəhərdə tək şəxsiyyətə bürünərək yaşamaqdansa, 60 illik 
həyatın hər ilini ayrı şəhər ölkə ya qitədə ayrı şəxsiyyətlərə 
bürünərəkl yaşamağa tərcih etmişdi. Sanki onun maraq hissi 
digər insanlardan o qədər yüksəkdəydi ki, dayana bilməmişdi 
tək bir yerdə ya ikisində. Yeni həyəcanlar üçün təhlükəli belə 
olsa, hər deşiyə soxmuşdu özünü. Ötdüyü kimsəsiz yolun üs-
tündəki qorxulu qaranlıq bir dərənin içindən onu çağıran bir 
əl görsəydi əgər, gedərdi o bilinməz qaranlığa doğru. Başını 
hər cür bəlaya soxmuşdu və bu bəlalar nəticəsində möhtəşəm 
insanlar tanımış, möhtəşəm xatirələrə sahib olmuşdu.
 Ancaq,  eynilə  narkotik  maddələrdə  olduğu  kimi,  eynilə 
süni  xoşbəxtliklərdə  olduğu  kimi,  həyatının  ilk  dövrlərdinə 
partlama yaşayan maraq hissi indilərdə dibə vurmuşdu. Riyazi 


47
dillə, üzü aşağı baxan parabola tək, sıfırdan sürətlə yuxarıla-
ra doğru yüksəlmiş maraq hissi, artıq sürətlə mənfilərə enirdi.  
Bəlkə də maraq hissi deyildi bitən, xatirələri boğmuşdu onu, 
yoxsa hələ də yerindəydi bütün köhnə xarakteristikası. Ya da 
maraq hissi o qədər şey dadmışdı ki artıq daha artıq dozada 
xoşbəxtliklərə və yeniliklərə ehtiyacı var idi və o hissi doyu-
ra bilmədiyi üçün kefsizləşirdi. Narkotik aludəçisinin hər dəfə 
daha artıq dozaya ehtiyac duyduğu kimi, həyatda da hər dəfə 
daha artıq dozaya ehtiyac duyuruq.  Bir vaxtlar yaşamaq eşqiy-
lə dolub daşarkən, bir başqa yorğun və həvəssiz Oblomov idi 
indilərdə, ya da bir başqa nihilist Bazarov.
Son dayanacağı olan bu şəhərdə düşdüyü tənhalıq ona bir 
daha getməmə əmri vermişdi. Bir daha getməyəcəkdi. Sıfırdan 
başlamayacaqdı. Bu şəhərdən də gedərək yaralı ürəyindəki de-
şiklərin sayına bir də bu şəhəri əlavə etməyəcəkdi. Getmək heç 
vaxt asan deyildi, getmək zəiflərə görə deyildi, onun kimi bi-
rini belə vurmuşdu getmək. Hansı ki özünü illərcə buna hazır-
lamışdı uşaqkən. Bəlkə də həddindən artıq getmişdi. Həddini 
aşmışdı. Oturaq həyat tərzi anlayışına indi əvvəlkinə nisbətən 
başqa pəncərədən baxır və zaman-zaman haqq verirdi. Çox da 
pis bir fikir deyildi, səyahətlərinin ona yaşatdığı bu qədər yal-
nızlıq və keçmiş həsrətindən sonra.  
Gedə bilməməsinin bir səbəbi də o idi ki əgər bu şəhərdən 
və ölkədən getsə, bir daha geri qayıda bilməyəcəkdi. Ameri-
kan imiqrasiya qanunlarına görə ölkədən çıxma icazəsi alması 
üçün bir neçə il keçməli və başvurusu dəyərləndirilməliydi. O 
vaxta qədər bu ölkəyə həbs olmuşdu. Başda bunun böyük bir 
problem olacağını düşünməmişdisə də indi bu gözləmə pros-
sesi içində böyüyərək bir yaraya çevrilmiş və nostalgiya xəstə-
liyinə  tutulmuşdu.  Onun  kimi  getmək  alışqanlığı  olan  insan 
üçün ölüm əmri idi sanki bu. Qəfəsə salınmış quşa çevrilmişdi 
və çırpınırdı. 
Bu ölkəni sevirdi. Özünü bu torpaqlara aid hiss edirdi. Bur-
dakı qarışıq irqliliyi, kosmopolitan havanı sevirdi. Sanki kiçik 
dünya  kimiydi.  Dünyaya  olan  acgözlülüyünü  azaldırdı.  Ona 


48
görə də getmək və tərk etmək istəmirdi. Kierkegaardı dinləyir 
və özünə təsəlli verirdi. Nə edirsən et peşman olacaqsan. Get-
sən də, qalsan da. Özünü assan da, asmasan da.
Sahib olduğu bu nostalgiya xəstəliyi iyirmi birinci əsrin 
xəstəliyi idi həm də ona görə. Dünya kiçildikcə ölkələr arası 
imiqrasiya traffikləri artıdqca insanların sinəsində hər keçən 
gün böyüyən bir nostalgia yarası yaranırdı. Ancaq daha çox 
kasıblar  üçün.  Varlılar  üçün  işlər  o  qədər  də  çətin  deyildi. 
Onun kimi kasıbları vururdu nostalgiya daha çox. Qlobalizm 
haqqında işlədilən o dünyanın kiçik bir kəndə çevrilməsi və 
hər yerin bir-birinə yaxın olması ifadəsi varlılara aid idi daha 
çox. Kasıblar üçün əksinə dünya hər keçən gün böyüyür və 
məsafələr daha da uzanırdı. Çünki görürsən, ancaq gedə bil-
mirsən, toxuna bilmirsən. Elektron ekranlarda virtual dünya-
lar görürsən ancaq gedə bilmirsən. Texnologiyanın insanları 
depressivləşdirən  tərəfi.  Ya  da  getmiş  olanların  nostalgiya 
xəstəliyini daha da artırırdı texnologiya onların keçmişlərini 
virtual ekranlarda canlı tutaraq. İnternetin bu xüsusiyyəti sə-
bəbilə yaşamış olduğu heç bir yerin şəklini görməməyə çalı-
şırdı. Heç kimlə danışmamağa çalışırdı keçmişindən. Qloba-
lizm kasıblar üçün dünyanı böyüdürdü, çünki virtual ekranda 
sevdiyin  kimlərləsə  danışa  bilir  ancaq  toxuna  bilmirdin.  O 
heç kimlə danışmırdı. Yaddaşını canlı tutacaq heç bir xəbə-
ri oxumur, yaşamış olduğu o yerlərin musiqilərini dinləmir, 
filmlərini  izləmir,  sanki  yoxmuşlar  kimi  davranırdı. Ancaq 
ordaydılar və varıydılar. 
Madam ki heç harda yaşamağa alışa bilmirdi, madam ki 
geri getsə yenə başqa yeri ya ən son yaşadığı yeri özləyəcəkdi 
onda getməmək ən yaxşısıydı deyə qərara almışdı.
* * *
Ancaq yenə də, içində getməyi istəyən biriləri var idi. Bir-
dən çox kimsələr var idi içində, bəziləriylə danışmırdı belə, 
küsülüydü. Bəzilərinə nifrət edirdi. Bəziləri dayanmadan da-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə