Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə15/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   11   12   13   14   15   16   17   18   ...   123

52
dan canını qurtara bilsəydi əgər, bəlkə də xoşbəxt ola bilərdi 
deyə düşünürdü. Həyat, gözəl idi amma. Həyatın heç vaxt bər-
bad bir yer olduğunu düşünməmişdi. Həyat gözəl idi, ancaq 
həyatı  davam  etdirmək  üçün  çəkilən  əziyyətin  ağrılığı  hərə 
üçün fərqliydi. 
Bəziləri kasıb doğulurdu məsələn. Başdan uduzaraq. Suya, 
qidaya, sevgiyə möhtaç doğulanlar. Həyatda qalmaq üçün (sırf 
genlərin səni vadar edir deyə) sevmədiyin bir işdə işləmək ya 
da onu belə tapa bilmədən sürünmək. Yaşamaq gözəl idi, ancaq 
bəziləri üçün yaşamaq əziyyətinə dəyirdi, bəziləri üçün yox. 
Hər insanın həyatı və ağrıları ayrı idi, bəziləri nostalgiyadan 
əziyyət çəkib, keçmişə duyulan həsrət səbəbilə hətta canlarına 
belə qəsd etmək istəyərkən bəziləriysə nostofobiyadan əziy-
yət çəkir və keçmişlərindən qaçır, olmamasını istəyir, unutmaq 
istəyir və bunun üçün canlarına qıyırdılar. Bəziləriysə solastal-
giyadan əziyyət çəkir, olduqları yerdə olduqları yerin keçmişi 
üçün darıxırdılar. Bəzilərinin evi yox idi, bəzilərinin işi, bə-
zilərinin kimsəsi, bəzilərinin heç nəyi.
Nostalgiyanın ən pis tərəfi və insanın ona bu qədər bağlı 
olmasının səbəbi beynin keçmişdəki sadəcə xoş xatirələri ya-
dında saxlaması, pisləri unutmağa çalışmasıdır. Köhnə günlərə 
olan həsrət və hər şeyin keçmişdə sanki çox yaxşı olmuş olma-
sının səbəbi heç şübhəsiz ki bu idi. Əslində keçmişdə heç də 
hər şey daha asan ya yaxşı olmur. Hər ilin hər günün öz prob-
lemləri olur, ancaq beyin onları unutdurur. Beləcə insan keç-
mişə həsrət duyurdu. Təkamüli olaraq beyin nostalgiya hissini 
həm də yalnızlığa qarşı bir qalxan olaraq inkişaf etdirmişdi. 
Yalnızlığa düşmüş fərdə keçmiş xatirələrdən kadrlar xatırla-
daraq onun əslində heç də həmişə yalnız olmamış olduğunu, 
dostlarını və ailəsini, yaxşı günlərini xatırladırdı. Beyin, fərdi 
həyatda saxlamaq üçün bütün yollara əl atırdı nə də olsa. 
İçində əksik bir şeylər var idi. Saudade. İtirilmiş xatirələr, 
dostlar və sevgililər. Günün təsadüfi anlarında keçmişdən xoş 
xatirələr canlanırdı gözünün qarşısında. Gedəcəkdi deyə dü-
şünürdü  buralardan.  Sanki  çarə  bu  imiş  kimi.  Deyildi.  Fərq 


53
etməyəcəkdi. Burdan getsə, sonra da bura üçün darıxacaqdı. 
Ya da sanki getsə, gedəcəyi köhnə yerlər ona yad kimi gələ-
cəkdi bəlkə də. Sanki heç yaşamamış olduğu yerlər kimi. İllər 
keçmişdi. Heç kimi tapa bilməyəcəkdi bəlkə də. Qıvrımsaçı 
tapa bilməyəckdi bəlkə də. Bəlkə də evlənmişdi. Geri dönüb 
görsəydi bunu qıvrımsaçın xoşbəxtliyi onun bədbəxliyinə çev-
riləcəkdi. Geri dönsə belə, xatirələrinə dönə bilməyəcəkdi nə 
də olsa. Onlar keçmişdə qalmışdı. Hər şey keçmişdə qalmışdı. 
Keçmiş, bəzən sanki olmamış kimi gəlirdi. Anı yaşamağı 
üstün tutmuşdu həmişə. Ancaq anı yaşaya bilmək, ən böyük 
sənət olmalıydı. İnsanın hər anı, keçmişdən xatirələr və gələ-
cəkdən planlarla dolur. Praktiki olaraq anı yaşamaq mümkün-
süzdür çünki insan sahib olduğu xatirələr bütünüdür. Baxdığı-
mız hər bir obyekt bizə keçmişimizdən izlər xatırladır. Şanslı 
olanlar  bu  şüuraltı  xatırlamaların  hamısının  fərqində  olmur, 
bəziləriysə baxdıqları bir ağacın hər bir budağınnda keçmişdən 
bir xatirəni xatırlayır. Hər şeyi bir kənara buraxıb o anın için-
də ola bilmək olduqca çətin, bəzən mümkünsüzdür. O, həya-
tının ortalarındaydı hələlik, amma bəzən yaşlıları düşünürdü. 
O qədər xatirəni özüylə daşımaq? Çətin olmalıydı. Yaşlıların 
çəkdikləri əziyyəti bilmək istəyirdi bəzən. Necəydi görəsən? 
Altmış ya yetmiş illik xatirələrin içində yaşamaq. Hər birini 
xatırlayanda orda olma istəyi və sızıldayan bir ürək. Hər gün 
küçələrdə görülən gənclərə olan qısqanclıq hissi. Yenidən gənc 
olma istəyi. Həyatın o ən gözəl vaxtına geri dönmə istəyi.
O hətta indi belə keçmişdə yaşamadığı anların peşmançılı-
ğını yaşayırdı. Xoşbəxt anlarından çox bədbəxt keçmiş vaxt-
larını düşünür və elə deyil də belə olsaydı necə olardı deyə 
özünü pafosun içində boğurdu. Yaşanmamış yaşlar və kədər.
Bəlkə də hamı onun kimi deyildi, bəlkə də baş edə bilir-
dilər xatirələrlə. Bəlkə də xoşbəxtlik onlara unutdururdu hər 
şeyi. Bir yerlərdə oxumuşdu, tədqiqatlar insanların yaşlandıq-
ca daha da dinc və xoşbəxt olduqlarını göstərir. Daha az şeyi 
dərd etməyə başlayır yaşlılar. Bəlkə də xatirələrini unudurlar. 
Hə, unudurlar. Onun kimi. Artıq onda da başlamışdı. Necə ola 


54
bilərdi? Xatirələri unutmaq? Bu ki daha betər idi. Yoxsa yox? 
Bəlkə də daha yaxşıydı hə, beləcə içindəki o gözəl günlərin 
həsrətindən azad olardı. Sanki yaşanmamış kimi. Köhnə sev-
gililər və şəhərlər.
Bəzən  oxuduğu  kitab  ya  izlədiyi  filmin  ortasında  bunu 
daha əvvəl oxumuş ya izlədiyini görüb təəccüblənmişdi. An-
caq xatırlamırdı. Bu ən sadə misal idi. Bəs insanlar? Yadına 
sala bilmirdi. Getmiş olduğu şəhərlərin bəzilərinə bəzən get-
miş olub olmadığından əmin ola bilmirdi. Getmiş olduğu kon-
sertlər və başqaları. Yaşlanmaq belə bir şey olmalıydı. Yaşlan-
dıqca insanlar özündən xəbərsiz olaraq daha da yalançı olurdu 
bəlkə də. Olmamış şeyləri olmuş və olmuşları olmamış kimi 
xatırlayaraq. Yenə də, nə dəyişir dəyişsin, buludlar olduqları 
kimi qalırdılar.
Beyin idi hamısının günahkarı. Yalançı beyin. Tətiyi çə-
kib  dağıtmalıydı  bəlkə  də  əsas  günahkarı.  Nəmi  edirdi  be-
yin? Onu daşıyan bədəni həyatda saxlamaq və xoşbəxt edə 
bilmək  üçün  nə  lazımdırsa.  Məqsədə  gedən  bütün  yollara 
bəraət qazandırırdı beyin. Aramızdakı ən böyük makiavellist 
başımızın üstündə gəzdirdiyimiz o boz maddədir. Xoşbəxtlik 
və həyatda qalma, vasitəyə haqq qazandırırdı. Necəmi edirdi 
bunu? Məsələn pis xatirələri ya unutmağa çalışır ya da yaxşı-
ya doğru dəyişir, bəzəyirdi. İkincisi daha da betər idi. Sanki 
elə deyil də, belə olmuş kimi inandırırdı özünü və onu daşı-
yan fərdi. Bunu ilk öyrəndiyində, başda bunun üçün beyninə 
onu heç vaxt bağışlamayacağını demişdisə də, bugünlərdə o 
xüsusiyyəti  üçün  ona  az  qala  yalvarırdı.  Unut  deyirdi.  Hər 
şeyi unut. Sanki olmamış kimi. Sanki uzaqlar və yaşanmış-
lıqlar  olmamış  kimi.  Unut  qıvrımsaçı  və  o  şimal  küləkləri 
əsən gözəlim şəhəri. 
Hiss edirdi də bunu, unudulmuş və bəzədilmiş ya dəyiş-
dirilmiş  xatirələrlə  sarıldığını  ətrafının.  Əmin  ola  bilmirdi 
məsələn bəzən, hansı xatirənin doğru olduğuna. Ürəyinin eşq 
üçün hələ yenicə döyünməyə başladığı o yeniyetməlik illə-
rindəki, üzünü və adını unutduğu o tenisçi qızı xatırlayırdı 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə