147
qoruyurdu? Bəlkə də sadəcə özünü razı salmağa çalışırdı. Əgər
şikəst, qalıcı xəstəliyi olan insanların intiharı ilə razılaşsaq
onda əqli qüsur, major depresiya ya bipolar pozuntu kimi ciddi
psixoloji xəstəliklərə sahib insanların intiharı ilə də razılaşa-
rıq. Əgər major depresiyə xəstəliyinə sahib insanların intiharı
ilə razıyıqsa onda ortaya Sorites ya Eubulides paradoksu çıxır:
major depresiya xəstəliyi yaşayan insanı daha aşağı səviyyəli
depresiya xəstəsindən nə ayırır? Və daha az depresiya xəstəli-
yi olan insanı arabir depresiyalar keçirən normal insandan nə
ayırır? Hansı nöqtədə biz qərar veririk ki kişinin ağrısı
çoxdur
ya az? İntihar edə bilər yoxsa yox?
Nikbinliyi cibimizə, papağımızı qabağımıza qoyub cavab
verməliyik: intihar, hər insanın haqqı və qurtuluş yoludur. İnti-
harı dəstəkləyən filosoflar da bunu deyirdilər, əgər insanın hə-
yatı xoşbəxtlikdən uzaq və kədər içində keçirsə o zaman canını
almasında bir problem görmürdülər.
Bütün bunlardan bir nəticəyə gəldi Mavi, nə heç bir fi-
losof dünyanı tam başa düşüb şərh edə bilər, nə də heç biri-
nin fəlsəfəsini bütün insanlara aid etmək olar. Çünki bütün
həyatları yaşamayıblar, bütün seçimləri dəyərləndirib təc-
rübə etməyiblər və böyük ehtimal bir çoxu bədbəxt olublar,
ona görə də xoşbəxt insana ya xoşbəxt həyata onların ana-
lizləri tətbiq edilə bilməz. Təkcə bədbəxt insan həyatındakı
bədbəxtliyi analiz etməyə və nəyin, niyə, necə olduğunu ir-
dələməyə başlayır. Xoşbəxt insan çox da baş yormur nə, necə
olsa yaxşı olardı deyə, o sadəcə su kimi öz həyatını yaşayır.
Bədbəxt isə öz girdabında boğularaq keçmişdə atmış olduğu
addımları ya indi atmaqda olduqlarını analiz edir və mənasız
bir bəhanələr yığının içində boğulur. Bunu etsəm yaxşı olardı
bunu etməsəm pis olardı və sair.
“Ümumiyyətlə xoşbəxt insan varmı?” deyə düşündü Mavi.
Ya xoşbəxt insan yoxdur ya da “xoşbəxt insan yoxdur və xoş-
bəxtlik keçicidir” frazaları bədbəxt insanın sığındığı yeganə
təskinlikdir. Xoşbəxt isnanlar hardadırlar? Əgər bədbəxlərdən
soruşsan sənə onların kimlər olduğunu və harda olduqlarını
148
göstərəcəklər ancaq gedib o xoşbəxt sayılanlardan soruşsan
onlar xoşbəxt olduqlarını inkar edəcəklər. Çünki insan doyum-
suzdur ya da hərənin dərdi özünə böyükdür. Yenə də, ortada
mütləq olmasa da nisbi bir xoşbəxtlik anlayışının olduğu da-
nılmazdır və bəzi insanlar nisbi də olsa xoşbəxtdirlər. Dinc
insanlar da var, xoşbəxtlik arxasınca qaçmırlar. Sakit təbiətli
və rahatdırlar. Kasıbın ya bədbəxtin özünə təsəlli verdiyi “nə
olursa olsun hamı həmişə əzab çəkəcək” kimi fəlsəfələr tam
olmasa da yarı-yanılmadan ibarətdirlər deyə düşündü Mavi.
Paketi çıxarıb bir siqaret daha yandırdı. Yanında
içiləcək bir
şeylər arzuladı. Gün batımı bənövşəyi rəngə bürüyürdü uzaq-
lardakı səmanı. Yorğun şəhərin axşam işıqlarına baxdı. Təpənin
aşağısından böyük magistral keçirdi. Daimi olaraq keçən ma-
şınların yaratdığı səs frekansları diqqətini dağıdaraq yola cəlb
etdi. Baxışları bir neçə saniyə hərəkətsiz olaraq magistralı süz-
dü. Yolun ona yaxın olan tərəfindən nəqliyyət sağa doğru axırdı,
digər tərəfdən isə sola doğru. Yuxarıdan maşınların yaratdıqları
işıqları aydın görmək olurdu. Sola doğru gedən maşınların arxa-
larındakı qırmızı işıqlara, sonraysa sağa doğru gələn maşınların
qabaqlarındakı ağ işıqlara baxdı. Başını sağa çevirdikdə isə sağ-
dan gələn eyni maşınların ağ və sağa gedən maşınların arxada-
kı qırmızı işıqlarına baxdı. Qəribə bir şəkildə bu ona şeytan və
mələk, pis və yaxşını xatırlatdı. Prespektiv dəyişdirildiyi zaman
eyni maşınaların həm qırmızı həm də ağ işıqlara sahib olduqla-
rını görmək mümkün idi. Bir insanın içində ağ və qaranın, pis
və yaxşının birləşməsi kimi. Bir insanın həyatında yaxşı və pis
günlərin iç-içə yoğrulmuş olması kimi. Yin və yang kimi. Göz-
yaşının həm sevinc həm kədəri təmsil etməsi kimi.
Başqa bir təyyarə daha diqqətini dağıtdı. Qarşısındakı ge-
niş mənzərədən şəhərə enib qalxan bütün təyyarələri görmək
olurdu. Həmin təyyarələri izləməyi heç sevmirdi, xüsusilə də
şərqə doğru gedənlərini. Ölkədən çıxma qadağası səbəbilə
başqa bir ölkəyə ya öz ölkəsinə gedən heç bir təyyarənin için-
də ola bilməzdi və bu onu dəli edirdi. O təyyarələrin içindəki
hamını qısqanırdı. Getməyə bu qədər alışmış biri üçün hansısa
149
ölkədən çıxma qadağasının olması ölüm əmrinə bərabər idi.
Ümumiyətlə ölkə içi belə olsa harasa gedən bütün təyyarələrə
təşvişlə baxırdı həmişə, çünki hamısının içində ola bilərdi və
sadəcə birini seçmə düşüncəsi onu məhv edirdi. Təyyarə, qatar
və şəhərlərarası avtobus stansiyalarında özünü pis hiss edir-
di. İçindəki getmə təlaşı baş qaldırırdı. Şərqə doğru uçan bir
təyyarə daha gördü və sonra özünə xatırlatdı: şərqə baxmaq
qadağandır. Xroniki nostalgiyaya səbəb ola bilər.
Birdən yenə şərqdə yaşamış olduğu ölkələrdən birini və ilk
ekstazi atdığı günü xatırladı. O günü
və o gün ki xoşbəxtliyini
xatırladı, sanki heç vaxt üzülməyəcək kimi hiss etmişdi, sanki
bir daha kefini heçnə pozmayacaqmış kimi hiss etmişdi. Sonra
yenə durduq yerə keçmişdən kadrlar xatırlamağa başladı,
İlk öpüş
İlk kokain
İlk sevişmə
İlk dodaqlar
İlk qələbəsini
Və ilk məğlubiyyətini xatırladı.
Uşaqkən getdikləri ilk meşəni xatırladı,
Meşədə çimdiyi ilk soyuq çayı xatırladı,
İlikləri üşüdü.
İlk sərxoş olduğu anı,
Və ilk kefli olduğu anı xatırladı.
Göbələklərin ilk hallusinasiyalarını xatırladı.
İlk yediyi yumruğu xatırladı,
Və ilk vurduğu yumruğu.
İlk
qəzəbini,
İlk
mübarizəsini,
İlk intiqamını,
İlk xəyalını xatırladı.
Buludları ilk fərq etdiyi günü xatırladı.