136
stansiyasını ya televiziya kanalını dinləyib də digərlərini gö-
zardı edə bilmək sağlam iradə ya da ən azından nisbətən düz-
gün iradə tələb edirdi. Bəlkə də buna görə Kasparov şahmatı
beyin işgəncəsi adlandırırdı çünki veriləcək qərarların sayı bir
yığın idi və beyin yorulurdu deyə düşündü.
Bəzi seçimləri gözü yumulu edirsən onların doğruluğuna
əminsən ya da əmin olduğuna dair özünü inandırırsan. Hər şey
haqqında düşünüb nəticəyə gələ və hər şeyi bilə bilməzsən ona
görə bəzi şeylərə məcbur inanırsan. Doğrusuna əmin olmadan
seçdiyin cavaba inanırsan ideologiyandakı boşluqları doldur-
maq üçün. Məsələn deyirsən ki öldükdən sonra insan yox olur
ancaq əslində isə müşahidə etməmisən. Eynilə oyaq olduğunda
oyaq olduğunu bildiyin kimi bunu da doğru qəbul edirsən. Əs-
lindəysə oyaq ikən belə bir kompyuter ya süni intellekt simu-
lasiyasının içində olub olmadığından belə əmin ola bilməzsən.
Bir qərar vermişdi və onun rahatlığını yaşayırdı. Yaşamaq
seçmək demək idi, hər anında. Hər anda bir seçim var idi. İx-
tiyari və qeyri-ixtiyari qərarlar toplusu. Beyin həyatda oldu-
ğu hər an qərar vermək zorundaydı. Sağolsun ki qeyri-ixtiyari
olanları beyin özü bizim yerimizə yerinə yetirirdisə də, ix-
tiyari olanlara birlikdə qərar verməliydik - bizi manipulasiya
etməyə çalışan hisslərimizlə savaşaraq. İntuisiyalar rasionaliz-
mə qarşı. İki yenilməz düşmən ordu. İnsanın düşüncə və qərar
vermə prossesinə ən çox təsir edənlər intuisiyalar və emosiya-
lardır. Genlər və hisslər. İnsan tam olaraq rasional qərar verə
bilməz buna görə də. O lotareyanın həmişə ona çıxma ehtima-
lının normalda olduğundan daha da yüksək olduğuna inana-
caq. Çünki insanların böyük çoxluğu təkamüli olaraq optimist
düşüncə tərzinə meyillidir. Əks halda meşədə ac qalan ilkin in-
san riskə girməz və ac qalardı. Rasional düşüncə tərzinə sahib
heç bir canlı bir başqasının sağlığı üçün heç vaxt müharibəyə
getməzdi məsələn. Buna görə də rasional düşüncə tərzi ancaq
süni intellektin
düşüncə tərzi ola bilər, insanın yox.
Beynimizdə seçimlər və qərarlarla apardığımız böyük bir
müharibə var. Ehtimalları bir-biri ilə ölç və ən faydalı və doğru