128
ru. Dodaqları arasındakı siqareti alışdırdı. Və son vəzifəsini də
yerinə yetirmiş olan xatirəni alovun tam ortasına doğru atdı.
İnsanda olduğu kimi, xatirələrin də tək xilas yolu varlığın ağır-
lığından qurtularaq yoxluğu qucaqlamaq idi.
Ürəyinin ağrısı, ona əlindəki yanığın ağrısını unutdurmuş-
du. Geri dönüş yolunda əlinin sızıldadığını hiss etdi. Evə gəlib
soyuq suyun altına tutdu əlini. Kaş ki ürəyini də tuta bilsəydi
deyə düşündü. Başını qaldırıb güzgüyə baxdı. Üzünün hər çiz-
gisini incələdi. Görmək istəmirdi. Baxmaq istəmirdi. İstəmsiz
olaraq yumruğunu düz üzünün ortasına vurdu. Görmək istəmə-
diyi üzündən indi sınıq güzgüdə on-onbeş dənə görürdü. San-
ki içindəki şəxsiyyətləri idi və düz gözünün içinə baxırdılar.
Parçalanmış güzgü, Mavinin tam gözünün içinə baxaraq sanki
ona bir şeylər deməyə çalışırdı. Sağ əlindəki yanığı sakitləş-
dirmək üçün girdiyi hamamdan digər əli kəsik və qanlı olaraq
çıxmışdı Mavi.
Ürəyini qucaqlayıb yatmışdı o gecə Mavi, başqa qucaqla-
yacaq kimsəsi yox idi. O gecə, terapist dinc yatmışdı. Xoşbəxt
və intensiv həyatı Mavinin dediklərini bir neçə saata unutdur-
muşdu. Maviysə, əlləri yaralı, ürəyi əzab içində yatan tərəf idi.
Otağını yandıran tərəf də o olmuşdu. Taleyin istehzası bu ol-
muş olmalıydı.
* * *
– Je suis malheureux.
–Sans blague! Depuis quand?
– J’avais oublié.
-
Mən xoşbəxt deyiləm
-Yox bir! Nə vaxtdan bəri?
-Xatırlamıram
En attendant Godot (Qodotu gözlərkən)
Samuel Beckett, 1953