16
* * *
Əgər yetəri qədər yalnızsınızsa, səssizliyin gurultusunu
eşidə bilərsiniz. Yalnızlığının bom-boş otaqda əks-səda verən
səssizliyinin gurultusu onu incidirdi və buna həyatda hər şey-
dən çox nifrət edirdi.
Memento mori
Memento
te hominem esse
Respice post te! Hominem te esse memento!
(Fani olduğunu xatırla.
Sadəcə bir insan olduğunu xatırla,
Arxana bax! Sadəcə bir insansan, xatırla!)
- Roman triumph (qədim Roma zəfər paradları)
* * *
18
radikal sayıları azalmış kiçik dini qruplar isə insan həyatının
tanrı tərəfindən verildiyini və sadəcə tanrı tərəfindən alına
biləcəyini müdafiə edirdilər. Ölümcül xətsəliklərə belə son
anda çarə tapıla bilinəcəyi, evtanaziyanın həyatın yaşamağa
dəymədiyi mənasına gəldiyi, leqallaşmanın daha çox ölümlərə
səbəb olacağı, tibbi tədqiqatların azalacağı kimi səbəblər də
var idi evtanaziyaya qarşı olan tərəflərin səbəbləri arasında.
Evtanaziyanı dəstəkləyən tərəf isə nə olursa olsun insanın
həyatı barədə qərarlarının öz əlində olması gərəkdiyini vur-
ğulayırdılar. Xəstələrin çəkdikləri ağrılara diqqət çəkərək, bu
ağrıları hiss etməyən yad insanların bir insanın o ağrılarla ya-
şayıb yaşamayacağı haqqında müzakirə etmə haqlarının belə
olmadıqlarını sərt bir dil ilə tənqid edir və müasir insan haq-
larını şiddətlə qınayırdılar. Ölkənin müxtəlif şəhərlərində ki-
çik qruplaşmalar əllərində Hüqo Jeseina və digər evtanaziya
istəyən ölümcül və ağır xəstəliklərə məhkum xəstələrin şəkil-
ləri ilə kiçik aksiyalar edir və “Xoşbəxt ölüm! Xoşbəxt ölüm!”
deyə qışqırırdılar.
Tarixçi Suetonius miladın ilk illərində imperator Oktavian
Avqustun ölümü ilə bağlı belə yazırdı: “Tez və əzabsız şəkildə
yoldaşı Livianın qollarında əbədiyyətə qovuşdu, arzuladığı
ev-
tanaziyanı yaşayaraq”. Beləcə, insanlıq tarixinə yeni bir ifadə
daha daxil olurdu, xoşbəxt ölüm, şərəfli ölüm, ya da ağrısız
ölüm mənasına gələn söz: evtanaziya. İndi, Avqustun ölümün-
dən əsrlər sonra, xoşbəxt ölüm ifadəsi pankartlarda,
küçələrdə
gəzirdi, Hüqonu xilas etmək adına.
Bütün insanlıq tarixinə, bütün yaşamış insanlara, əgər ha-
mısına
insan irqinin nümayəndəsi kimi,
tək nəfər ya orqanizm
kimi baxa bilsək, bütün o milyardlarla insanı tək bir nəfər say-
mış olsaq əgər, onda, ilk insanın doğumundan bugünə qədər
keçmiş müddəti sanki bir insanın doğulub böyümə prosesi
kimi canlandıra bilərik gözümüzdə. Belə olan halda, ilk insan,
ana rəhmindən başlayaraq böyüyən bir uşaq kimi, düşüncəsi
yeni formalaşan və illər keçdikcə böyüyən, dünyanı tanıma-
ğa başlayan, kəşf edən, sonra yeniyetməlik dövrünü yaşayan,