9
Bütün bunlardan başqa, həmin məktəbləri bitirənlər Berufsschule adlı peşə məktəblərində
tətbiq edilən staj sisteminə uyğun olaraq, məzuniyyətdən sonra profesyonal iş həyatına başlaya
bilirlər. Berufsschule, adətən 2, 3 və ya 3,5 illik bir staj kimi həftədə iki dəfə olmaqla, tətbiq
edilir. Digər günlər isə bir şirkətdə çalışılaraq keçirilir. Bu sistem şagirdləri nəzəri biliklərini
praktiki vərdişlərlə birləşdirməsini təmin edir. Şirkət, stajın başlaması üçün stajyer şagirdi qəbul
etməlidir. Bundan sonra şagird Industre-und Handelskammer IHK (ticarət şurası) listinə qeyd
edilir. Staj dövrü böyunca şagird, şirkətin yarımştat işçisi statusundadır və şirkətdən maaş alır.
Berufsschule və buraxılış imtahanı olan IHK-ni uğurla keçdikdən sonra, şagirdə bir sertifikat
verilir və aşağı idarəetmə səviyyəsinə qədər bir profesional kariyeraya başlamağa hazır vəziyyətə
gəlir. Bəzi regionlarda şagirdlərə qanunların tələb etdiyi şəkildə təhsil də verilir (banklarda
xüsusi bir mövqe, hüquqçu).
Almaniyada daimi işi olanların bitirdiyi məktəblərin xüsusi çəkisi
1970
1982
1991
2000
Hauptschulabschluss
87,7 %
79,3 %
66,5 %
54,9 %
Realschulabschluss
10,9 %
17,7 %
27 %
34,1 %
Abitur
1,4 %
3 %
6,5 %
11 %
5 və 6-cı sinifdə olan şagirdlərə valideyin və müəllimləri tərəfindən göstərilən təhsil
pillələrindən hansını seçmələrilə bağlı bir
orientasiya mə
rhə
lə
si (Orientierunsstufe) verilir.
Berlin və Brandenburg xaricində digər bütün əyalətlərdə, bu orientasiya mərhələsi orta
məktəblərin proqramına qoyulmuşdur. Berlin və Breandenburgda, orientasiya ibtidai təhsil
mərhələsində həyata keçirilir. Müəllimlər əsas dərslərdən (Riyaziyyat, Almanca, Elm, Xarici dil)
alınan qiymətlərdən asılı olaraq və əyalətə görə dəyişən qanun tələblərilə təhsil tövsiyyəsi verir.
Almaniyada 16 əyalətin hamısının təhsillə bağlı xüsusi məsuliyyəti vardir. Federal
parlament və hökumət təhsil sisteminə yalnız maliyyə yardımı ilə bağlı təsir göstərə bilir (əyalətə
görə). Bu baxımdan bir sıra fərqli məktəb sistemi mövcuddur. Ancaq hər əyalətdə başlanğıc
nöqtəsi olan Grundschule (ibtidai məktəb) dörd illik bir təhsil xidməti təklif edir(Berlin və
Brandenburgda 6 il).
Bütün Alman əyalətlərində bacarıqlı şagirdlər üçün Gymnasiumlar mövcuddur və bütün
ə
yalətlərdə - Baden-Württemberg, Bavariya, Saksoniya xaric – fərqli formalarda da olsa
10
Gesamtschule vardır. Şərq əyalətləri Saksoniya, Saksoniya-Anhalt və Turingiya, Hauptschule və
Realschuleni bir yerə toplayaraq, Sekundarschule, Mittelschule və Regelschule məktəblərini
formalaşdırmışlar. Digər bütün əyalətlər isə bu məktəb tiplərini ayırırlar.
ngilis dili bütün əyalət orta məktəblərində məcburidir. Bəzi əyalətlərdə isə xarici dil təhsili
Grundschule, yəni ibtidai təhsil pilləsində başlayır. Məsələn, North Rhine-Westphaliada ngilis
dili məktəbin 3-cü ilində başlayır; Brandenburg həm ngilis, həm də Polyak dilinə və Baden –
Württemberg də ngilis dilinə ilk iki ildə başlayır. Məcburi xarici dillərlə yanaşı, mövcud ikinci
xarici dil listəsi əyalətdən əyalətə fərqlənir. Fransızca, spanca və Latınca ən çox ikinci xarici dil
kimi seçilən dillərdir. Əksər məktəblər də digər dillərin tədrisi ilə bağlı könüllü fəaliyyət qrupları
təklif edir.
Almaniyada ailələrin övladlarının məktəblərindən irəli gələrək bir əyalətdən digərinə
keçmələri çox çətindir. Çünki məktəblərdə dərs proqramları çox fərqlidir.
Təhsilini başa vurmada problemlə üzləşmiş yetkinlər, sonralar Abendgymnasium və ya
Abendrealschule (axşam məktəbləri) adlı məktəblərə yazılırlar.
1.3 Xüsusi ehtiyacları olan uşaqların təhsili
Xüsusi ehtiyacları olan əksər alman uşaqları Förderschule və ya Sonderschule (xüsusi
məktəb) adlı məktəblərdə oxuyurlar. Bu məktəblər ancaq xüsusi ehtiyacları olan şagirdlərə
xidmət göstərir. Almaniyada bu tipli məktəblərə aşağıdakıları göstərmək mümkündür:
•
“Sonderschule für Lernbehinderte” – öyrənmək çətinlikləri olan uşaqlar üçündür.
•
Schule mit dem Förderschwerpunkt Geistige Entwicklung” – çox ciddi öyrənmək
çətinlikləri olan uşaqlar üçündür.
•
"Förderschule Schwerpunkt emotionale und soziale Entwicklung" – xüsusi emosional
ehtiyacları olan uşaqlar üçündür.
Bu gün hər 21 alman şagirdindən biri bu xüsusi məktəblərdə təhsil alır. Bu məktəblərdə dərs
verən müəllimlər xüsusi ehtiyaclar təhsili üzrə ixtisaslaşmış kolleclərdə yüksək təhsil alırlar.
1.4 Xüsusi istedadlı uşaqların təhsili
Almaniyada bir sıra ixtisaslaşmış məktəblər xüsusi istedadlı uşaqlar üçün fəaliyyət göstərir.