Altay məMMƏdov kəNGƏRLƏR



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə16/45
tarix15.03.2018
ölçüsü0,96 Mb.
#32577
1   ...   12   13   14   15   16   17   18   19   ...   45

34 

 

türklərin və ya  on qədim oturaq türklərin sıx yerinə düĢüblər. Burada məhz az-çox 



səmərəli toxum həmin sıxlıq mətləbidir. Semireçyedə soğdlar türklərin sıx yerində öz 

dillərini dəyiĢiblər. Onlar türkləĢdirilməyib, sadəcə olaraq türkləĢiblər. Orta Asiyada 

monqollar türklərin sıx əhatəsində türkləĢiblər. 

Axı  oturaq  əhali  köçərilərə  nisbətən  daha  sıx  olur,  sayları  da  buna 

uyğundur.  Köçəri hunlar  və  göytürklərlə  oturaq  çinlilərin  sayı  bəlkə  də  birin  otuza 

nisbətində imiĢ. Belə olan yerdə Orta Asiyanın oturaq əhalisi (yəni «qədim irandilli» 

əhalisi) nə üçün köçəri türklərin sayından az olmalı idi ki, asanlıqla türkləĢə idilər. 

Onu  da  yada  salaq  ki,  Orta  Asiyanın  adı  heç  bir  zaman  Tacikistan  və  yaxud  da 

«Farsistan» olmayıb. Bunu uĢaq da bilir ki, Orta Asiyanın adı Türküstan olub, özü də 

bu  adı  ona  çox  guman  ki,  irandillilərin  özləri  verib,  çünki  türk  etnoniminə  əlavə 

edilmiĢ «stan» Ģəkilçisi onların halalca dil ünsürüdür. 

Orta Asiyada türk dövlət qurumlarının tarixini Kanqdan, yəni eradan əvvəl 

IV əsrdən baĢlamaq üçün əldə faktlar olduğu halda problemi XI əsrə, hətta XV-XVI 

əsrlərə gətirmək nə üçündür? 

Əslində  Əhəmənilərə  sinə  gərən,  Makedoniyalı  Ġskəndərə rahatlıq  verməyən 

Orta  Asiya  türklərinin  dövlətçiliyi  daha  əvvəllərdən  baĢlayırdı.  Eradan  əvvəl  XIV-

XII  əsrlərdə  köçəri  dövlət  tipinə  malik  olan  hunların  Çinə  sarsıdıcı  zərbələr 

vurduqları da tarixi həqiqətdir. Orta Asiya türklərinin hun türklərindən nələri əskik 

idi ki? 

Bəzi  tarixçilər  Orta  Asiyada  tayfa-sülalələrin  bir-birini  əvəz  etməsini, 

hakimiyyətə  yeni  xalqların  gəlməsi  kimi  götürür,  bununla  da  türk  kökünü,  türk 

əsilliyini  qəsdən  bir  kənara  qoyurlar.  Özbəklər  özlərindən  əvvəlki  türk  hakim 

sülaləsini  əvəz  etmiĢlər,  burada  qeyri-təbii  bir  Ģey  yoxdur. Onlar qan  qardaĢlarının 

ənənələrini  davam  etdirmiĢlər,  kəngərlərdən  və  daha  əvvəllərdən  baĢlamıĢ  yolu 

tutmuĢlar.  B.  Q.  Qafurov  da  buna  bənzər  bir  fikir  (lakin  mahiyyətcə  yüz  həĢtad 

dərəcə  fərqli)  irəli  sürür.  Bunu  təxminən  belə  formalaĢdırmaq  olar:  «Özbəklər 

özlərindən  əvvəlki  mədəniyyətin,  tarixin  varisləridir,  lakin  irandillilər 

mədəniyyətinin,  irandillilər  tarixinin  varisləridir-bu  hələ  azmıĢ  -  özbəklər  dillərini 

dəyiĢmiĢ  taciklərdir.  Orta  Asiya  tarixinin  baĢına  açılan  hoqqalar  yalnız  və  yalnız 

bunun üçün imiĢ! Bu tarixçilərdə dəhĢətli bir qəddarlıq da: müĢahidə olunur. Onlar 

Orta Asiya və Qazaxıstan əzrazisinin bircə qarıĢ torpağını da türklərə qıymırlar», 

QarĢı  tərəfdən  cavab  almayan  iranpərəst  tarixçilər  məsələni  bax  bu  həddə 

gətirib çıxarmıĢlar. Onlar «rus elm mərkəzinin» onları açıqca dəstəkləməsindən get-

gedə  həyasızlaĢırdılar.  Əslində  Moskvanın  müttəfiq  respublikaların  xalqlarına 

münasibəti  eyni  deyildi.  Ermənilərin  hər  cür  Ģıltaqlığına  dözən  Moskva  baĢqa 

respublikaların hərəkətlərinə o qədər də məhəl qoymurdu. Onlara akvarium balıqları 

kimi,  qəfəsdə  «sərbəst»  hərəkət  edən  bioloji  varlıqlar  kimi  baxırdı,  «nə  edirsiniz 

edin,  onsuz  da  akvariumda,  qəfəsdəsiniz».  Türk  respubdikalarına  münasibətdə 

Moskva  açıq  və  ya  gizli,  qəddar,  ehtiyatlı  mövqedə  durur,  onları  daim  nəzarət  və 



35 

 

təzyiq  altında  saxlayırdı,  çünki  onlar  çox  idilər  -  sovet  Ġttifaqında  onlar  on  yeddi 



qurum idi, slavyanlardan sonra ikinci böyük etnos idi. Xaricdə də Türk dövləti, Ġran 

əhalisinin yarısını təĢkil edən Cənubi Azərbaycan türkləri vardı. Üstəlik SSRĠ tarixi 

rus-türk münaqiĢələri kimi yazılmıĢdı və gənclər altı-yeddi yaĢından bu düĢmənçilik 

emosiyaları  ruhunda  tərbiyə  olunmuĢdular.  Bütün  bunlara  görə  türk  tarixinə  qarĢı 

zorakılıqlar  çox  hallarda  cavabsız  qalırdı  və  yaxud  olduqca  cılız  və  zəif  xarakterli 

yazılarda əks olunurdu. 

B.  Q.  Qafurovun  saxta  konsepsiyası  ilə  səsləĢən  əsərlərdən  biri  də  1955-ci 

ildə  buraxılmıĢ  «Özbəkistan  SSR  tarixi»  kitabıdır.  Burada  faktlara  yanaĢma, 

müəyyən mətləbləri vurğulama baxımından fərqlər olsa da etnogenez məsələsində B 

.Q.  Qafurovla  həmrəylik  var.  Kitabda  eradan  əvvəl  Orta  Asiya  tayfalarının  Ġran 

dillərində  danıĢdıqlarını  qeyd  etdikdən  sonra  yazırlar:  «Eradan  əvvəl  II əsrdə  yazılı 

abidələrə  ilk  dəfə  Mərkəzi  Asiyada  Çinin  ġimali-qərbində  formalaĢan  hunların 

böyük tayfa ittifaqı, qeydə alınmıĢdır. Tədqiqatçıların əksərinin fikrincə hunlar Altay 

ailəsinin Türk qrupu dilində danıĢırdılar; istisna deyilki, hun ittifaqına bu dil ailəsinin 

baĢqa qruplarına aid olan tayfalar da (monqol dunqus) daxil idilər. Hunlar artıq e.ə. 

II-I əsrlərdə Semireçye və Sırdərya ətrafı çöllərə də daxil olur və yerli Hind-Avropa 

mənĢəli tayfalar iskid-massaketlərlə qaynayıb qarıĢmağa baĢlayırlar. Bu barədə təkçə 

Çin  xronikalarının  məlumatları  yox,  həm  də  Çinin  hüdudlarından  Orta  Asiyaya 

gəlmələrin özləri ilə gətirdikləri monqoloid antropoloji tipin olmasını göstərən qəbir 

qazıntılarının  abidələri  də  Ģəhadət  verir.  Beləliklə,  Orta  Asiyaya,  o  cünlədən 

Özbəkistana  Mərkəzi  Asiya  türk  dilli  etnik  elementlərin  daxil  olması  tarixinin 

baĢlanğıcını məhz e. ə. II-I əsrlərdən hesablamaq gərəkdir; bu proses çox əsrlərdən 

sonra türk tayfa dillərinin qələbəsi ilə baĢa çatır. Bu dil sonralar Orta Asiya və baĢqa 

türk dillərinin əsasında durur». (17,84-85).  

Buradakı mülahizələrin çoxu köhnə görünür; Az qala bütün köhnə dünyanı 

irandilli  elan  edən  hind-Avropa  alimlərinin  iddiaları  get-gedə  boyatlaĢmağa 

baĢlamıĢdır. Ancaq nə edəsən ki, onların yalan-yanlıĢ iddialarına cavab verilmədikcə 

yenidən  kükrəyə  bilər.  Bəlkə  Əhəmənilər  Orta  Asiyaya  baĢqa  irandilliləri  də  özləri 

ilə gətirmiĢlər? Yox, Ġranda farslar o qədər də çox deyildilər ki, bütün aləmi bürüyə 

idilər. Onlar tutduqları ərazilərdə yalnız yüksək vəzifələrə (caniĢin, vergi idarələri və 

qarnizon rəisliyi) farsları təyin edirdilər. 

ĠranĢünaslar  XIX  əsrin  II  yarısında  siyasətə  bərk  çulğalanmıĢdılar.  Hind-

Avropa  nəzəriyyəsi  artıq  mərəzə  çevrilmiĢdi.  Ona  görə  onların  tədqiqatlarının 

nəticələrinə ehtiyatla yanaĢmaq gərəkdir. «Özbəkistan SSR tarixi» kitabında deyilir: 

«S. P. Tolstov V. V. Bartoldun və baĢqa müəlliflərin toxarların iranizmi haqqındakı 

fikirlərini  qəbul  etmir  və  o  dilĢünasların  mülahizələrinə  qoĢulur  ki,  onlar  «toxar» 

dilini  hind-Avropa  dillərindən  biri  hesab  edirlər.  Onların  fikrincə  bu  dil  balto-

slavyan,  yunan  və  erməni  dilləri  arasında  aralıq  yeri  tutur  və  frako-friqiy  dillərinə 

daha çox yaxındır» ( 17 ,84). Ġlahi, görəsən ermənilərin bundan xəbəri varmı? 



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə