Altay məMMƏdov kəNGƏRLƏR



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə17/45
tarix15.03.2018
ölçüsü0,96 Mb.
#32577
1   ...   13   14   15   16   17   18   19   20   ...   45

36 

 

Qayıdaq türk dili ilə bağlı baxıĢa. Burada e. ə. II əsrdə hunların böyük tayfa 



ittifaqı barədəki məlumatdan söhbət gedir və onların həmin əsrlərdən semireçye  və 

Sırdərya  ətrafı  çöllərə  daxil  olduqları  söylənir.  Qafurova  nisbətən  bu  müəlliflər 

ehtiyatla  türklərin  sızmasını  eranın  əvvəllərinə  çəkirlər.  Lakin  unudulur  ki,  hunlar 

eradan əvvəl XV- XIV əsrlərdən məlumdur və həmin dövrlərdə onların artıq böyük 

atlı qoĢunları vardı və Çinlə müharibələr aparırdılar. Onlar e. ə. IX əsrdə Çində Çjou 

dövlətinin  paytaxtını  da  tutmuĢdular.  E.  ə.  IV-III  əsrlərdə  qüdrətli  ġərqi  hun 

imperiyasının  mövcudluğu  isə  məlum  faktdır.  Sual  olunur:  E.  ə.  XV-XIV  əsrlərdə 

Çinə yürüĢlər edən hun ordularının Semireçye və Sırdərya ətraflarına gəliĢinə hansı 

dövlət  mane  ola  bilərdi?  E.  ə.  IV  əsrdə  hun  orduları  Çin  səddini  aĢaraq  Çinin 

dərinliklərinə girirdilər, onlara Orta Asiyaya gəlməkdə hansı sədd mane ola bilərdi? 

Alimlər  faktlardan  çıxıĢ  edib,  elmi  nəticəyə  gəlməlidirlər.  Özbək 

qardaĢlarımız  isə  konsepsiyadan,  özü  də  yanlıĢ  konsepsiyadan  çıxıĢ  edib  faktları 

həmin  konsepsiyaya  uyğunlaĢdırmağa  çalıĢırlar.  Ġranizm  konsepsiyası  artıq 

fetiĢləĢdirilmiĢdir.  B  .Q.  Qafurova  görə  türklər  Orta  Asiyaya  gəlir,  burada 

irandilliləri türkləĢdirir, daha sonra gələn monqolları türkləĢdirir və daha əvvəllərdən 

gəlmiĢ yunanları da, hindliləri də, əfqanları da, yəhudiləri də, nə bilək daha kimləri 

də  tükləĢdirirlər,  daha  doğrusu,  «assimilyasiya  edirlər”.  Nə  cür?  Necə?  Hansı 

üsullarla?  Bütün  bunların  cavabı  yoxdur,  ona  görə  ki,  uydurmadır.  AĢağıda  bu 

«assimilyasiya»  prosesinin  nə  qədər  çətin,  ağlagəlməz  dərəcədə  ağır  bir  proses 

olduğunu görəcəyik. 

Ġndi  B  .Q.  Qafurovun  konsepsiyasının  müdafiəçilərinin  bir  xalqın  digər 

xalqı  assimilyasiya  etməsi  haqqındakı  müddəalarını  bir  məhək  daĢına  vuraq. 

Tarixçilərin  etiraflarından  məlum  olur  ki,  heç  bir  türk  xanlığı,  yaxud  xaqanlığı 

ərazilərindəki  xalqlardan hər hansı  birini türkləĢdirmək məqsədi güdməmiĢlər.  Rus 

imperatorluğu  isə  ərazisindəki  bütün  xalqları  ruslaĢdırmağı  qarĢısına  məqsəd 

qoymuĢdu.  Xaqanlıqlardan  fərqli  olaraq  rus  imperiyası  polis  dövləti  idi.  Ġmperiya 

əhalisinin  nəinki  davranıĢı,  hətta  danıĢığı,  tənəffüsü  də  nəzarətdə  idi.  Polis  aparatı 

dövlət  prinsiplərini  bilavasitə  həyata  keçirərkən  olduqca  dəqiq  və  rəvan  iĢləyirdi. 

Məlumdur  ki,  baĢqa  xalqlarla  yanaĢı  tatar  xalqının  ruslaĢdırılması  problemi 

imperiyanın xüsusi diqqət mərkəzində olmuĢdur. Tatar dilində məktəb və tədrisdən 

söhbət gedə bilməzdi. Məktəblər, mədrəsələr məscidlərin nəzdində idi. Lakin senatın 

qərarı  ilə  çar  hökumət  orqanları  1742-1744-cü  illər  arasında  Qazan  quberniyasında 

536 məsciddən 418-ni uçurub dağıtmıĢdılar (4. IX. 410). Belə dəhĢətli rəqəmə tarixin 

az-az  səhifələrində  rast  gəlmək  olar.  RuslaĢdırma  siyasətində  çar  polis  aparatı, 

pravoslav  kilsəsi,  senat  və  sinod  müttəfiq  idilər.  Tatarıstan  ərazilərinə  sistematik 

surətdə  rus  əhalisi  köçürülür,  rus  dilli  məktəblər  hər  tərəfi  bürüyürdü.  Qazan 

universiteti də tatar xalqına, onun milli ənənələrinə hörmətdən yaranmamıĢdı. Bəlkə 

əksinə  tatarların  xristianlaĢdırılması  kilsənin  və  dövlətin  diqqət  mərkəzində  idi; 

xristianlığı qəbul edən tatarlar vergidən azad olunurdular. 



37 

 

Sovet  hakimiyyəti  dövründə  müttəfiq  respublikalara  nisbətən  muxtar 



qurumların  hüquqları  daha  məhdud  idi.  Ana  dili  yalnız  ibtidai  siniflərdə  tədris 

olunurdu.  Radio,  televiziya,  maarif  və  mədəniyyət  sistemləri,  partiya  və  sovet 

aparatları hamısı ruslaĢdırma siyasətinin xidmətində olmuĢdur. Tatarıstan baĢqa türk 

xalqlarından  ərazisə  aralı  idi.  Kontaktlar  da  qorxulu  idi.  Pantürkizm  xofu  hər  yanı 

çulğamıĢdı.  Kommunist  partiyası  və  sovet  dövləti  nəinki  muxtar  qurumları,  hətta 

müttəfiq respublikaları da XX  əsrin sonunadək tam ruslaĢdırmaq niyyətində idi. Bu 

artıq planlaĢdırılmıĢdı. 

Çoxları  Tatarıstandan  bir  türk  qurumu  kimi  artıq  əllərini  üzmüĢdülər. 

Amma  necə  oldu?  450  illik  fiziki,  maddi,  mənəvi  təzyiq  və  zülmdən,  sürgün  və 

məhrumiyyətlərdən sonra tatar xalqı çoxmilyonlu bir türk respublikası kimi yenidən 

bəy  verdi.  Özunün  bütün  dünyaya  yayılmıĢ  çoxsaylı  diasporu  ilə  dəyiĢməkdə  olan 

təzə  dünyanın  tamhüquqlu  üzvü  səviyyəsində  olduğunu  sübut  etdi.  Bütün  ideoloji 

əllaməliklərə  baxmayaraq  tatar  xalqı  özünün  böyük  mənliyini  hifz  etdi.  Tək  tatar 

xalqımı?  BaĢqırdlar,  yakutlar  (saxa),  hətta  çuvaĢlar  da,  bir  çox  türk  və  qeyri-türk 

xalqları da qəddar imperiya daxilində öz mənliklərini itirib ruslaĢmadılar. 

Elə  təkcə  bu  fakt  Orta  Asiya  xalqlarının  guya  türklər  tərəfindən 

assimilyasiya edildiklərinə dair müddəanın cəfəngliyini sübut etmirmi? Belə çıxır ki, 

türklər özləri özlərini assimilyasiya etmiĢlər. Hətta kütləvi sürgünlər belə çeçenlərin, 

inquĢların,  balkarların,  qaraqalpaqların  və  kalmıkların  dillərini  əllərindən  alıb 

ruslaĢdıra bilmədi. 

 

KƏNGƏRLƏR TÜRK XAQANLIĞI TƏRKĠBĠNDƏ 

 

Ġranpərəst  tarixçilərin  məkrli  konsepsiyası  ilə  tanıĢlıqdan  sonra  Orta 



Asiyanın  Türküstan  olması  problemi  ilə  əlaqədar  Kanq  dövlətinin  tarixini  izlərkən 

indiyə  qədər  nəzərdən  qaçırılmıĢ,  yaxud  əhəmiyyət  verilməyən  mətləblərə  keçməyi 

zəruri sayırıq. Ġndi nəzərdən keçirəcəyimiz mətləblər heç də detal xarakteri daĢımır, 

müxtəlif  və  ya  eyni  kökə  mənsub  etnosların  bir-birlərinə  olan  münasibətlərdən 

çıxarılan  nəticələrdir.  Həmin  nəticələr  bəzən  heyrət  və  ya  təəccüb  doğursa  da  - 

müəyyən  elmi  ümumiləĢdirmələrə  gəlmək  imkanı  da  verir.  Orta  Asiya  tarixinin 

müəyyən kəsiyinə bir ekskurs indiyədək diqqət yetirmədiyimiz mətləbləri aĢkarlaya 

bilər. 


Orta  Asiyaya  yadelli  iĢğalçıların  istilaçı  hücumları  və  bunların  nəticələri 

ümumiləĢdirilmiĢ  tarix  kitablarında  nisbətən  yaxĢı  izlənilir.  Orta  Asiya  əhalisi 

iĢğalçılara  güclü  müqavimət  göstərmiĢ,  yadellilər  öz  hökmranlıqlarını  bərqərar 

etdikdən sonra da üsyanlar davam etmiĢ, çoxlu qanlar axıdılmıĢdır. Ġmkanın azlığını 

nəzərə  alıb  hər  bir  iĢğalçı  dövlətin  bu  regionda  törətdiyi  vəhĢiliklər  barədə 

fraqmentlərlə  kifayətlənməli  olacağıq.  Orta  Asiyada  oturaq  və  köçərilərin  güclü 

müqavimətinə rast gələn əhəmənilər üsyanları yatırarkən heç kəsi sağ buraxmırdılar. 



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə