Altay məMMƏdov kəNGƏRLƏR



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə15/45
tarix15.03.2018
ölçüsü0,96 Mb.
#32577
1   ...   11   12   13   14   15   16   17   18   ...   45

32 

 

Bu məsələyə elə buradaca münasibət bildirmək olar. Soğdlular yaxĢı alverçi 



idilər.  Mavəraünnəhr  bazarları  onlara  kifayət  etmirdi.  Onlar  öz  əlaqələrini  köçəri 

heyvandarların  ən  çox  olduqları  ərazilərə  uzadırlar.  «Soğd  koloniyaları»  dedikdə 

müstəmləkəyə çevrilmiĢ torpaqları düĢünmək lazım deyil. Soğdlar getdikləri yerlərin 

hakimlərindən  icazə  almat  yolu  ilə  düĢərgələr  salır,  ticarət  və  ya  mübadilə 

məntəqələri  yaradırlar.  Onlar  bu  yerlərdə  sadədil  köçərilərdən  heyvandarlıq 

məhsullarını,  qiymətli  dəriləri  su  qiymətinə  ala,  onlara  lazım  olan  malları  od 

qiymətinə  sata  bilirdilər.  Belə  ticarət  məntəqələrinin,  düĢərgələrinin  sayı  köçəri 

heyvandarlar aləmində dənizdə damla nisbətində idi. Soğdlar hökmən türklərin dilini 

öyrənməli idilər. Bu, rahat, xeyirli alıĢ-veriĢ üçün vacib idi. Türklərə gəlincə, onların 

kimlərisə türkləĢdirməyə heç bir ehtiyacı yox idi. Ümumiyyətlə, götürdükdə bir sıra 

tarixçilərin türklərin baĢqa xalqları türkləĢdirdikləri barədə müddəaları nağıldır. 

Ġndi  keçək  «Qafurov  konsepsiyası»nın  mühüm  müddəalarından  birinə-

«xalqın etnik tarixində dilin vahid indikator kimi götürülməməsi» tezisinə. Görəsən, 

onun uzun müddət baĢ sındırıb gəldiyi bu nəticə hansı məqsədə xidmət etməlidir? Ġlk 

oxuda  mücərrəd  görünən  və  o  qədər  də  diqqəti  cəlb  etməyən  bu  tezis  iranpərəst 

alimlər tərəfindən sübutu mümkün olmayan müddəaların sübutuna kömək etməlidir. 

Gərək guya əzəli bir etnosun müəyyən ərazidə yoxa çıxmasının səbəblərini izah edən 

bir elmi dəlil və ya faktlar toplusu ola. Bunlar iranpərəst alimlərdə yoxdur. Məsələn, 

necə  oldu  ki,  Özbəkistan  adlanan  ərazidən  guya  dominant  olan  irandilli  xalq  yoxa 

çıxdı,  yerində  türksoylu  xalq  bitdi?  Ya  gərək  deyilə  ki,  dəhĢətli,  qlobal  bir  təbii 

fəlakət nəticəsində həmin ərazidəki irandilli xalq, allah eləməmiĢ, məhv olub, ya da 

indi  orada  mövcud  olan  xalq  kütləvi,  müntəzəm  genosid  vasitəsi  ilə  əvvəlki  xalqı 

yoxa çıxarıb. Onların əllərində belə dəlillər yoxdur. Üstəlik burası da artıq məlumdur 

ki,  öndə  görəcəyimiz  kimi,  Qərbi  Türk  xaqanlığı  dövründə  həmin  ərazinin 

məskunları  əsil  intibah  dövrü  yaĢamıĢ,  hətta  tabelikdən  çıxandan  sonra  belə  Orta 

Asiyaya  istila,  talan  məqsədi  ilə  gələn  qəsbkarlara  qarĢı  mübarizədə  göytürklər 

onlara təmənnasız yardım göstərmiĢlər. Deməli, iranpərəst alimlər bir xalqın digərini 

zorla  assimilyasiya  etməsi  faktorundan  danıĢa  bilməzlər.  Bəs  onda  nə  etməli?  Bir 

ayrı səbəb, bir ayrı vasitə, bir ayrı sübut yolu tapmaq gərəkdir. Bunu bəzi iranĢünas 

Avropa  tarixçiləri  çoxdan  tapıblar:  «Adı  çəkilən  ərazi  irandilli  xalqa  məxsusdur». 

Bəs  ərazinin  sahibi  olan  həmin  irandilli  xalq  hanı?  «Bilirsinizmi,  həmin  xalq 

eramızın  əvvəllərində  türkləĢdirilib,  gördüyünüz  bu  xalq  elə  həmin  irandillilərdir». 

Bu tarixçilərin heç biri zəhmət çəkib bu «türkləĢdirmənin» mexanizmini səthi də olsa 

izah  etmək  təĢəbbusündə  bulunmayıb.  «TürkləĢdirilib!  Vəssalam!»  Ġzahata  ehtiyac 

yoxdur. 

Adam  az  qalır  döyüĢ  zamanı  düĢmən  üzərinə  «yağıĢ  yağdıran»,  «duman 

çökdürən»,  «ildırım  çaxdıran»,  «tüstü  buraxdıran»,  «gündüzü  gecəyə  çevirən»  türk 

yadaçılarının  (sehrbazlarının)  möcüzələri  barədə  rəvayətlərə  inansın.  Belə  çıxır  ki, 

heç  orduluq  iĢ  olmayıb.  TürkləĢdirməni  də  belə  təsəvvür  etmək  olar:  Yadaçı  bir 



33 

 

xalqın qarĢısına çıxıb (fərqi yoxdur, irandilli və ya baĢqa xalq olsun), əlindəki sehrli 



çubuğu  onlara  yönəldib  qıĢqırır:  «TürkləĢin!».  Və  həmin  xalq  da  həmin  andaca 

dönüb türk olur. 

Qafurov isə türkləĢdirmə məsələsini ortalığa atıb bunu əsaslandırmaq üçün 

həmin mexanizmi (əgər varsa) Ģərh etmək əvəzinə «xalqın etnik tarixində dilin vahid 

indikator kimi götürülməməsi» «nəzəriyyəsini» irəli sürür. Yəni özbəklərin dili türk 

dili  olsa  da,  dəxli  yoxdur,  onlar  «tacik»  olaraq  qalırlar.  FikirləĢirsən  ki,  ilahi,  «bu 

xalqlar dostluğu mübəlliğləri» daha hansı «nəzəriyyələri» icad etməyə qadir imiĢlər. 

Onların çox uzaqlara tuĢlanmıĢ məqsədləri var. B. Q. Qafurov təkcə dil məsələsi ilə 

kifayətlənmir. Ġrq probleminə də toxunur. «Antropoloji baxımdan özbəklər taciklərin 

mənsub olduqları Orta Asiyanın avropoid braxitsefal irqindəndirlər» (6.548). Nə az, 

nə də çox! 

Belə  məqamda  tarixçi  tarixçidən  daha  çox  kimyagəri  xatırladır.  O  yaddan 

çıxarır  ki,  tədqiqat  obyekti  canlı  insanlardan  təĢkil  olunmuĢ  xalqdır,  millətdir,  bir 

sözlə,  etnosdur,  - «filan  qədər  filan maddədən  və ilaxirə  götür  qat,  kimyəvi  tərkibi 

filan maddələrdən ibarət filan xalq və ya etnos alınacaq». 

Əgər  belə  olmasa  idi  B.  Q.  Qafurovun  həlledici  müddəası  da  iĢıq  ucu 

görməzdi.  Dinləyin!  «Beləliklə,  tacik  və  özbək  xalqlarının  müxtəlif  dövrlərdə  (?) 

formalaĢmalarına  baxmayaraq,  özü  də  bu  xalqların  dillərinin  müxtəlif  linqvistik 

qruplara  mənsub  olmalarına  da  baxmayaraq,  hər  iki  xalqın  əsas  etno-antropoloji 

substratı eynidir» (6,548). 

Qafurov mürəkkəb bir problemi çox asanlıqla belə «həll etmiĢ olur». 

Bəs görəsən Qafurov qazaxlar və qırğızlar barədə hansı fikirdədir? «Qazax 

və qırğızlar öz fiziki tiplərinə görə monqoloiddirlər, qırğızlar qazaxlara nisbətən daha 

çox  monqoloiddirlər».  Beləliklə,  Qafurov  (ortada  axı  Buxara,  Səmərqənd,  Fərqanə 

və b. mətləblər var) qırğız və qazaxları fərqləndirən tərəfləri vurğulayır. 

Görək  B.  Q.  Qafurov  monqolların  Orta  Asiyaya  gəliĢi  və  onların  etnik 

əlamətlərindəki dəyiĢmələr haqqında nə söyləyir: «Monqol istilaçıları Orta Asiyanın 

etnik  xəritəsinə  böyük  dəyiĢikliklər  gətirdilər.  Çoxlu  sayda  monqolların  bu  əraziyə 

köçü olduqca əhəmiyyətli faktor idi. Bu monqol tayfaları-manqıt, cəlair, barlas və s. 

Orta Asiyaya düĢən kimi az müddətdə dil baxımından türkləĢmiĢ oldular. Gəlmələrin 

tacikləĢdirilməsi  yox,  məhz  türkləĢdirilməsi  onunla  izah  olunur  ki,  öz  həyat 

tərzlərinə görə monqollar və türklər köçəri idilər və təbii ki, monqollar türklərlə daha 

yaxın  ünsiyyətdə  olurdular.  Prosesin  intensiv  və  sürətli  olması,  Ģübhəsiz  ki, 

gəlmələrin türklərin olduqca sıx əhatəsinə düĢmələri barədə nəticəyə gəlmək imkanı 

verir» (6,546). 

Əvvəla,  qeyd  edək  ki;  türk-monqol  yaxınlığı  olduqca  ümumidir,  onları 

ayıran  xüsusi  tərəflər  daha  çoxdur.  Ġkincisi, köçəri həyat  tərzi  əgər  əsas  Ģərt hesab 

olunursa  onda  nə  üçün  «köçəri  türklər»  «oturaq  tacikləri»  belə  «asanlıqla 

assimilyasiya»  edə  bilmiĢlər?  Ġkincisi,  bu  da  aydın  deyil  ki,  monqollar  köçəri 



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə