Amid Əlioğlu



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə26/43
tarix30.10.2018
ölçüsü1,73 Mb.
#76472
1   ...   22   23   24   25   26   27   28   29   ...   43

www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
İlk  günümüz  xidmət  yeri  ilə  tanışlıqla  keçdiyi 
üçün  qeyri-adi  hadisə  baş  vermədi.  Həmin  gün 
öyrəndiyimiz  ən  maraqlı  məlumatlardan  biri  posta 
gələrkən  maşında  əyilməyimizin  səbəbi  oldu.  Sən 
demə,  yolun həmin hissəsi düşmən postunun görüntü 
sahəsinə  düşür.  Orada  baş  verən  hadisələrlə  bağlı 
danışan  əsgər  yoldaşlarımız,  özləri də  bilmədən,  bizi 
daha da həyəcanlandırırdılar. Düşmənin bizim yüksək 
ərazilərimizi  işğal  edərək,orada  qərar  tutması,onların 
xeyrinə  idi.  Görüş  sahəsinə  düşən  yolun  həmin  on 
beş-iyirmi  metrlik  hisəsində  baş  verənləri  eşitmək 
adamı  hiddətə  gətirirdi.  Düşmən  əsgərləri  o  yolda 
dəfələrlə  mal-heyvanı  üçün  ot  aparan  kəndlinin 
arabasını  yanan  güllə  ilə  atəşə  tutmuş  və  nəticədə  ot 
yanmış,  neçə-neçə  mal-qaranı  vuraraq  öldürmüş, 
onlarla  avtomobilə  atəş  açmağa  macal  tapmış,  lakin 
xoşbəxtlikdən  indiyəcən  heç  bir  insan  itkisi  baş 
verməmişdi. 
Yeni  gələnlərlə  birlikdə  cəmi  iyirmi  bir  nəfər 
heyəti olan bu tağımın bircə  komandiri, bir starşınası 
və  bir  çavuşu  var  idi.  Tağım  komandiri  kapitan 
Tapdıqov  otuz  üç-otuz  beş  yaşlarında  olardı: 
idmançılara  oxşayan  bədənini  dik  yerişilə  hamıya 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
göstərən,  qalın  qaşlı,  qarabənizli,  yeriyəndə  əllərini 
asta-asta  dalğalandıran,  bir  sözlə,  lovğa  bir  insan  idi. 
Xidmət 
yerindən  narazı  olması,  şəhər  hərbi 
hissələrindən  birinə  təyinat  almaq  üçün  dəridən-
qabıqdan  çıxması,  əsgərin  maddi  imkanını  nəzərə 
almadan  müxtəlif  sifarişlər  verməsi,  tabeliyində 
olanların  ən  adi  səhvini  dağ  boyda  edərək  söyüşlə 
təhqir  etməsi,  zəhmli  və  hətta  qəddar  olması  çox 
keçmədi ki, hamımıza məlum oldu.  
Starşına  nisbətən  yaşlı  olsa  da,  özünü  həmişə 
gənc  hiss  etdiyini  vurğulayan,  bəstəboylu,  yeyib-
içməyi  sevən,  lopa  bığları  sarışın  sifətinə  yaraşıq 
verən,  mehriban  insan  idi.  Əsgərdən  heç  nə  ummaz, 
əksinə,  daim  onlarla  maraqlanırdı.  Əsgərlər  arasında 
köhnə  əsgər,  təzə  əsgər  qarşıdurmasının  qətiyyən 
əleyhinə  olması,  yeni  gələnlərin  xeyrinə,  köhnə 
əsgərlərin  isə  zərərinə  işləyirdi.  Amma  bu  istəyinə 
həmişə  çata  bilmirdi.  Onun  ərazidə  olmadığından 
istifadə  edən  çavuş  Səfərov  nəinki  yeni  əsgərləri, 
hətta  dilsiz-ağızsız,  fağır  köhnə  əsgərləri  də 
gözümçıxdıya  salırdı.  Səfərov  tağım  komandiri 
Tapdıqovun  ona  verdiyi  imtiyazlardan  yüksək 
səviyyədə  yararlanır  və  çox  vaxt  komandirin 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
vəzifələrini  qeyri-rəsmi  olaraq  elə  özü  icra  edirdi. 
Bizə  qeyri-müəyyən  olan  bu  imtiyazların  səbəbi 
əvvəllər  maraq  dairəmizdə  olmasa  da,  sonralar 
Səfərovun  özbaşınalığının  bizi  cana  yığması  bu 
barədə düşünməyimizə səbəb oldu. 
Çavuş  Səfərov  çəlimsiz  biri  olsa  da,  güclü  əl, 
xüsusən  də  ayaq  zərbələri  endirməyi  ilə  tanınırdı. 
Həmin  tağıma  gələndən  üç  gün  sonra  bunun  şahidi 
olmuşdum.  Səhər  hamıdan  iki  saat  gec  oyanan 
Səfərov  yeməkxanada  mənə  yaxınlaşaraq  yüksək 
səslə: 
-
 
Bu gün yerimi sən yığarsan!- deyəndə yediyim 
hülqumumda ilişib qalmışdı. Baş verənə mənimlə bir 
yerdə 
gələn 
əsgərlərdən 
başqa 
heç 
kim 
təəccüblənməmişdi. Adi bir şey olurmuş kimi hər kəs 
yeməyini  yeyirdi.  Yarıda  qalan  yeməyimi  davam 
etdirə  bilmədiyimi  indi  də  yaxşı  xatırlayıram. 
Yeməkdən  sonra  sıra  düzülüşünə  qədər  olan  şəxsi 
vaxtı  tualetdə  boş  oturmaqla  keçirdim.  Belə  bir 
vəziyyətdən çıxış yolunu ağlıma gətirə bilmirdim. Ya 
dediyini  etməli  idim,  ya  da...  Ya  da  bilmirdim  necə 
olacaq.  


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
Sıra  düzülüşü  üçün  toplanma  əmri  eşidiləndə 
tualetdən 
çıxdım. 
Üst-başımı 
düzəldə-düzəldə 
gedirdim  ki,  çavuş  Səfərov  məndən  şübhələnməsin. 
Uzun  müddət  dayandıqdan  sonra  gözlərimi  sıranın 
önünə keçən çavuşun üzündən yayındırmağa çalışsam 
da, mənə diqqətlə baxdığını hiss edirdim. Elə bilirdim 
ürəyimin  döyüntüsünü  yanımda  dayanan  əsgər 
yoldaşlarım  eşidir.  Bu  arada  çavuş  Səfərov  az  qala 
eşşək  kimi  anqıra-anqıra  müxtəlif  əmrlər  verərək, 
guya səhər idmanı etdirməyə başladı. 
-
 
“Jim”  vəziyyəti  allll!  -  deyən  vaxtı  isə  son 
kəlməsini  uzadaraq  qışqırması  adamın  əsəblərini 
korlayırdı.  -  Olmadııı,  “jim”  vəziyyəti  al,  olmadııı,  - 
əmrlərini  dəfələrlə  təkrarlaması  onu  qətiyyən 
bezdirmirdi. Görünür, məktəbdə ancaq rus dili dərsini 
oxuyurmuş.  Nəinki  yat,  qalx  əmrlərini,  hətta  bir  sıra 
sözləri  də  rus  dilində  səsləndirməsi  bu  qənaətə 
gəlməyimə  səbəb  olmuşdu.  Tərləyən  bədənimiz 
qollarımızdan  ümidini  üzüb  zaman-zaman  yerə 
dəydikcə, bədən ölçülərimiz torpağa həkk olunurdu.  
Ən  dəhşətlisi  isə  komandirin  bu  prosesi 
damağında  siqaret,  gözündə  güzgü  effektli  gün 
eynəyi,  təbəssümlə  izləməsi  idi.  Otuz  dəqiqədən  çox 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
çəkən işgəncəyə bənzər idmandan sonra öyrəndim ki, 
hər  kəs  mənə  görə  əziyyət  çəkibmiş.  Çavuş  Səfərov 
mənim  üstümdə  digərlərini  incitmişdi  ki,  onlarda  da 
mənə qarşı nifrət yaransın. Bunu acıqla və açıqca dilə 
gətirən digər əsgərlərdən öyrənməli olmuşdum. Səbəb 
isə Səfərovun yerini yığmamağım idi. 
Şam  yeməyində  çavuş  Səfərovun  mənə  baxa-
baxa  qımıldanaraq  yemək  yeməsi  düzünü  deyim, 
canıma  qorxu  salmışdı.  Axşam  düzülüşündən  və 
siyahı  yoxlanışından  sonra  bir  başa  yerlərimizə 
yollandıq.  Əmin  idim  ki,  axşam  nəsə  baş  verəcək. 
Amma nə?! 
Hərbi  xidmətdə  köhnə  əsgərlərin  gənc  əsgərləri 
sınaqdan  keçirmək  üçün  gecə  yuxusundan  oyadıb 
döyməklərini  eşitsəm  də,  buna  heç  cur  inanmaq 
istəmirdim. 
Tanışların  o  sınaqdan  layiqincə 
çıxdıqlarını  dilə  gətirməsi  mənim  də  bu  imtahandan 
müsbət  qiymət  alacağımı  yəqinləşdirmişdi.  Belə  ki, 
yerimə  girəndən  gözümə  yuxu  getmədi.  Nə  qədər 
həyəcanla  gözləsəm  də,  heç  kim  yaxınlaşmadı. 
Beləcə  həyəcanı  yavaş-yavaş  kənara  qoyan  vücudum 
yuxuya “gəl-gəl” deməyə  başladı. Yorğunluq  yuxusu 
bir başqa olur, həqiqətən. Gözümü bir anlıq nənəmin 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə