Amid Əlioğlu



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə28/43
tarix30.10.2018
ölçüsü1,73 Mb.
#76472
1   ...   24   25   26   27   28   29   30   31   ...   43

www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
də, həm gözünün zəifliyi, həm də ayağının altının düz 
olması,  onun  əsgərliyə  getməsinə,  məndən  fərqli 
olaraq, ümumiyyətlə, mane oldu.  
 
-
 
Yaxşıdı,  yaxşıdı!  –  Çox  guman  ki,  qeyri-
səmimi olduğumu hiss etmişdi. 
-
 
Nəsə yaxşıya oxşamır axı, deyəsən! – Xəttin o 
başından güldüyünü eşitdim. 
-
 
Yox  əşi,  yaxşıdı.  Hər  şey  qaydasındadı.  Bircə 
Səfərov tərxis olunsa, lap yaxşı olacaq. 
-
 
O kimdi ki? 
-
 
Tağımın  çavuşudur.  Çavuş  Səfərov...Bezdirib 
milləti. 
-
 
Adı  yoxdu?  –  deyib  yenidən  gülümsəyən 
Elşənin 
hərbidə 
hamının 
yalnız 
soyadla 
çağırılmasından məlumatı yox idi.  
-
 
Adı  var  e,  sadəcə,  burda  hamı  bir-birinə 
soyadla müraciət edir deyə, adlar yaddan çıxır... Adı, 
yanılmıramsa, Telman olmalıdır. Hə, Telman, Telman 
Səfərov... 
-
 
Telman? – Elşən təəccüblə soruşdu. 
-
 
Hə, nədi ki? 
-
 
Bu Telman bizim kəndçi Telman olmasın?.  


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
-
 
Bizim  kəndçi  olsa,  mən  tanımaram?  –  tələsik 
soruşdum ondan. 
-
 
Əgər o Telmandırsa, tanımaya bilərsən, qardaş. 
Səndən  hardasa  beş-altı  yaş  kiçikdir.  Uşaq  vaxtından 
Rusiyaya 
gedib-gəlirdi. 
Kəndin 
aşağısında  – 
dayımgilin qonşuluğundadır evləri. Çox nadir halda - 
ildə iki-üç dəfə gəlirlər kəndə. - Bir qədər fasilə verib 
soruşdu: – arıq, qarayanız, alçaq boyludu? 
-
 
Hə, elədi... Balacaboy, arıq... 
-
 
Onda  yüz  faiz  elə  odur.  Rusiyadan  hərbi 
xidmətə  görə  gəldi.  Gələn  kimi  də,  gedib. 
Dayımgildən  eşitmişdim.  Özü  də  sərhəd  bölgəsinə 
göndərildiyi deyilirdi. 
-
 
Nə bilim, ola bilər, – dilim bu sözləri desə də, 
fikrim  tamam  qarmaqarışıq  olmuşdu.  Axı  Səfərov 
mənim  haradan  gəldiyimi  bilirdi.  Hətta  bir  dəfə 
kəndimizin necə olduğu ilə maraqlanmışdı. Elə idisə, 
mənə niyə bu qədər əziyyət verirdi?! İlk ağlıma gələn 
ona kəndçi olduğumuzu xatırlatmaq oldu... Amma... 
-
 
Dedin  bezdirib  sizi?  –  Elşən  qəribə  tonla 
soruşdu. 
-
 
Bezdirib  deyəndə  ki,  yəni  nə  istəyir  eləyir  də. 
Burda  onun  bir  dediyini  iki  eliyən  yoxdu.  Komandir 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
də ona heç nə demir. İstədiyi vaxt  yatır, istədiyi vaxt 
durur.  Hətta  istədiyi  vaxt  rayon  mərkəzinə  enib 
“bazlıq” da eliyir, deyilənə görə. 
-
 
Maraqlıdır, 
həqiqətən, 
– 
dedi 
Elşən. 
Təəccübünü telefondan hiss edə bilirdim. 
-
 
Nə maraqlıdır? – soruşdum. 
-
 
Qorxağın  biri  kimi  tanıyıram  mən  onu. 
Rusiyada  dəfələrlə  döyüldüyünü  eşitmişəm.  Həm  də 
deyilənə  görə,  anası  da....  nə  isə...  nə  bilim,  yəqin 
səhv  eşitmişəm.  Elə  onunla  münasibətin  olmasa 
yaxşıdır. 
-
 
Başa düşmədim. Niyə ki? 
-
 
Nə  bilim,  Azər.  Kənddə  eşitdiyimizə  görə 
Telman  atası  ilə  Rusiyaya  işləməyə  gedəndən  anası 
Bakıda  boş  dayanmayıb.  Hətta  belə  zarafat  da 
edirdilər  ki,  guya  onun  anasını  bizim  kəndin 
kişilərindən  başqa  hamı...o  məsələ.  Telefon  söhbəti 
deyil, görüşəndə danışarıq. 
-
 
Bəlkə  Telmanın  bu  haqda  xəbəri  yoxdur?  – 
Özüm  də  bilmədən  nifrət  etdiyim  bir  insanı  müdafiə 
edirdim. 
-
 
Əzizim,  maraqlısı  elə  odur  ki,  Telman  bunu 
gözəl  bilir.  Atası  da  bildiyi  üçün  uzun  illərdir 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
Azərbaycana  gəlmir.  Amma  Telman  ildə  bir  dəfə  də 
olsa,  gəlib  anası  ilə  bir  müddət  qalır.  Və  hər  kəs 
əmindir ki, o, bütün məsələləri bilir.  
           Mən  susurdum.  Beynimdə  onlarla  fikir  bir-
birinə qarışmışdı. Elşən isə elə hey davam edirdi. 
-
 
Hətta  maddi  imkanları  ola-ola  Telmanın  niyə 
şəhərlərdə  olan hərbi hissələrə  yox, sərhəd bölgəsinə 
göndərilməsi  məsələsi  müzakirə  olundu  bir  müddət. 
Nə isə ee... – Anidən sual verib söhbəti dəyişdi: - Nə 
vaxt gəlirsən məzuniyyətə?  
-
 
Gərək  ən  azı  altı  ay  xidmət  edəm  ki, 
məzuniyyət verilsin, – bildirdim, amma fikrim hələ də 
qarışıq idi. 
-
 
Hə, inşallah, gəl, danışarıq ətraflı. Üzrlü hesab 
elə qardaş, mən müəyyən səbəblərə görə gəlib səninlə 
görüşə  bilmirəm,  -  deyərək  üzrxahlıq  etdi,  sonda 
mehribanlıqla sağollaşdı. 
O  danışıqdan  sonra  iki  ay  ərzində  hər  dəfə 
Səfərovun  yerini  yığan  zaman  onun  haqqında  əsl 
həqiqəti  bilə-bilə  bunu  etmək  məni  çox  sıxırdı.  Bu 
barədə  kimsəyə  bir  kəlmə  də  deməyəcəyim  barədə 
özümə verdiyim sözü bacardıqca tutmağa çalışırdım.   


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
Və  budur,  tağımdan  hərbi  xidmətini  başa 
vuraraq tərxis olunan  üç  əsgərin əvəzinə andiçməsini 
yerinə yetirmiş eyni sayda yeni əsgər gətirildi. Tərxis 
olunanların  içində  çox  təəssüf  ki,  çavuş  Səfərov  yox 
idi. Onun müddətinin bitməsinə daha üç ay qalmışdı.  
Amma  istənilən  halda  hadisələr  təkrarlanırdı.  Bura 
gələndə  nə  baş  verdiyini  bilməsələr  də,  başlarını 
starşınanın  əmrilə  aşağı  əyməklərindən  tutmuş, 
“başınızı  qaldırın”  deməyənə  qədər  o  vəziyyətdə 
qalmaqlarına,  eləcə  də  blendaj,  səngər,  post, 
qurğularla  tanış  olmaqdan  tutmuş,  tağımın  köhnə 
əsgərlərindən o yolda baş verənləri eşitdiklərinə görə 
heyrətlənmələrinə qədər hər şey təkrarlandı.  Bəli, hər 
şey təkrarlanırdı...                 
Üç  ay  heç  kimlə  münasibət  qurmamağım  məni 
münasibət 
məsələsindən, 
ümumiyyətlə, 
uzaqlaşdırmışdı.  Dolayısı  ilə  xidmətimi  yoldaşsız 
başa vuracağımı yəqinləşdirmişdim. Tərxis olunandan 
sonra  digərləri  kimi,  təəssüf  ki,  mənim  əsgər 
yoldaşlarım olmayacaqdı.     
Bir  müddətdən  sonra  yeni  gələn  əsgərlərin 
içərisində  İslamı  fərqləndirməyə  başlamışdım.  Sanki 
onda  qeyri-adi  nəsə  var  idi.  Hər  gecə  yuxuma  girən 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə