Amid Əlioğlu



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə29/43
tarix30.10.2018
ölçüsü1,73 Mb.
#76472
1   ...   25   26   27   28   29   30   31   32   ...   43

www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
Mətləb  də  ona  aid  işarələr  verirdi.  Odur  ki, 
hisslərimin  məni aldatmamasına güvənib bir  gün ona 
yaxınlaşdım. 
Xırda 
gözləri 
ilə 
ucu-bucağı 
görünməyən  adsız  yüksəkliklərə  baxırdı.  Onunla 
danışdıqca, həyat hekayəmizi bir-birinə bənzədirdim. 
Anasının  xəstə  olmasını  dolumsunaraq  deməsi 
dizlərimi 
bükmüşdü. 
Taleyin 
əsl 
dostları 
qarşılaşdırdığına  olan  inamım  məni  İslamla 
yaxınlaşmağıma  kifayət  qədər  yetərli  idi.  Odur  ki, 
onu buradakı təhlükələrdən qorumağa özlüyümdə söz 
verdim.  Mənim  başıma  gələnlərin  onun  başına 
gəlməsinə razı ola bilməzdim.  
Amma  çox  təəssüf  ki,  xoş  hadisələrdən  fərqli 
olaraq  bəd  hadisələr  həqiqətən  də  təkrarlanırdı. 
İslamla  həmsöhbət  olduğumu  çox  güman  ki, 
müşahidə  edən  çavuş  Səfərov  səhər  yeməyində  ona 
yaxınlaşaraq üç ay əvvəl mənə dediyi sözü eyni həvəs 
və eyni tonla təkrarladı: 
-
 
Bəşirov,  yerimi  sən  yığarsan!  –  Bu  əmri 
eşidəndə İslamın durumu mənim vəziyyətimin təkrarı 
idi.  Aliminium  çay  bardağını  yerə  qoyub  çətinliklə 
udqunduğunu  gördüm.  Sezdirmədən  ətrafdakılara 
baxmağa  çalışır,  çarəsiz  olduğu  açıq-aşkar  hiss 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
edilirdi.  Baş  verənlər  onunla  gələn  digər  iki  əsgər 
yoldaşından  və  təbii  ki,  məndən  başqa  heç  kimin 
vecinə deyildi.  
Yeməyini  bitirənlər  tək-tək  yeməkxananı  tərk 
edirdi,  nəhayət,  hamı  çölə  çıxdı.  Yeməkxanada  bir 
mən,  bir  də  gözlərini  iki  əliylə  bərk-bərk  tutduğu 
aliminium  bardağdan  çəkməyən  İslam  qalmışdı. 
Ayağa  durub  qapıya  tərəf  çevriləndə  məni  görüb 
əvvəl  diksinsə  də,  sonra  dərindən  nəfəs  alıb  yanıma 
yaxınlaşdı. Belə bir hadisəylə ilk dəfə rastlaşdığından 
özünü  çarəsiz  sayır,  nə  deyəcəyini,  nə  edəcəyini 
bilmirdi.  İndi  o,  sadəcə  susurdu.  Eynən  vaxtilə  mən 
susduğum kimi.  
Yaşadıqlarımı  ona  yaşatmamaq  üçün  əhvalını 
yüksəltməyə başladım. 
-
 
Nə  oldu  e,  kefin  pozuldu?  Yaxşı  olacaq, 
ürəyini  sıxma!  –  söyləyib  gülümsədim,  yanına  keçib 
əlimi çiyninə aşırdım. Bir yerdə yeməkxanadan çıxıb 
blindaja  daxil  olduq.  Çavuş  Səfərovun  yatdığı  qalın 
döşəkli, taxta çarpayısına yaxınlaşanda İslamla axşam 
yarımçıq qaldığımız söhbəti davam etdirdim. 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
-
 
Hə,  İslam,  demədin  axı  yeni  il  günü  parkda 
qabağınızı kəsən başqa məktəbin şagirdlərilə söhbətin 
ardı necə oldu.  
-
 
Demədim  ki,  onu?  –  O,  asta  və  həvəssiz 
şəkildə dilləndi. 
-
 
Yox,  demədin.  Yaxşı  yadımdadır  ki,  demədin. 
Daha  doğrusu,  mənim  posta  çıxmaq  növbəm  gəldiyi 
üçün getdim deyə, söhbətimiz yarımçıq qalmışdı. 
-
 
Hə,  hə...  Düz  deyirsən,  qaravul  rəisi  posta 
çıxanları səslədi deyə, sən getməli oldun... Hə, heç nə 
də...–deyə  gülümsəyən  İslamı  bir  az  əvvəl  baş  verən 
hadisənin pis aurasından çıxara bilmişdim. – Uzaqdan 
səs-küy 
sala-sala  gəlib  dayandı  düz  mənim 
qabağımda.  Düzdür,  biz  onlardan  çox  idik,  amma 
qətiyyən  dalaşmaq  niyyətimiz  yox  idi.  Onlardan  biri 
əvvəlcə alnını alnıma dirəyib, sonra kənara çəkilərək 
qışqırmağa  başladı:  “Mənim  keyfim  zordu!  Keyfimi 
heç  kim  poza  bilməz.  Rayonda  mənim  bir  yerimi 
yeyən  oğlan  var?..  Rayonun  istənilən  oğlanının 
ağzına...”  -  sözünü  tamamlamağa  imkan  tapmayan 
oğlana içimizdən kimsə necə kəllə vurdusa, zərbənin 
gücü onu yaxınlıqdakı oturacağın altına qədər apardı.  


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
-
 
Nə danışırsan?. Doğrudan o qədər güclü zərbə 
idi? – Mən həqiqətən təəccüblənmişdim. 
-
 
Hə,  vallah.  Yalan  olmasın,  iki-üç  metr  kənara 
yıxıldı.  Hamımız  donub  qalmışdıq.  Oğlan  ayağa 
qalxandan  sonra  al-qan  içində  olan  üzünü  tutub  
“Məni  kim  vurdu?  Məni  kim  vurdu?”  –  deməsi  hələ 
də  qulağımdadı!  –  bunu  söyləyəndə  İslam  artıq 
əməlli-başlı gülürdü.  
-
 
Kim  vurmuşdu  ki,  onu  elə?  –  Vuranın  kim 
olduğunu  tanımasam  da,  özümdən  qeyri-asılı 
soruşdum.  
-
 
Hava  alatoranlıq  olduğundan  əvvəl  biz  də 
bilmədik  ki,  kim  vurub.  Lakin  sonra  Tural  adlı  sinif 
yoldaşımın  alnında  qan  ləkəsi  olduğunu  görəndə 
“zərbənin müəllifi”nin kim olduğunu dəqiqləşdirdik.  
-
 
Sonra nə oldu? Kütləvi dava baş verdi? 
-
 
Adətən  elə  olanda  hər  iki  qrup  bir-birinə 
qarışaraq  dava  düşür,  düz  deyirsən.  Lakin  bu  dəfə 
belə  olmadı.  Görünür,  onun  dostları  da  bu  zərbənin 
təsirindən heyrətə gəlmişdilər.  
-
 
Hə,  ola  bilər,  –  söylədim  və  gülüşdük.  Söhbət 
əsnasında  Səfərovun  yerini  yığmışdım  deyə,  İslamın 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
qoluna girərək onu blindajdan çıxarmaq istədim lakin 
o: 
-
 
Sən  neylədin?  Oranı  mən  yığmalı  idim  axı,  – 
etiraz etdi. 
-
 
İslam,  üç  aydır  ki,  bu  yeri  mən  yığışdırıram. 
Belə  deyək,  öyrəşmişəm.  Səfərov  yəqin  ki,  bayaq 
səhv  saldı  bizi.  Sən  yenə  də  heç  kimə  bu  barədə 
danışma! Qoy elə bilsinlər ki, sən yığışdırmısan.  
-
 
Axı... 
-
 
Sənə  dedim  belə  məsləhətdir!  -  mənimlə 
razılaşmaq istəməyən İslamla bir qədər sərt danışaraq 
razı saldım.  
Həmin  günü  yola  verə  bilmişdim.  Bu  qayda  ilə 
İslamı  mənəvi  əzab  çəkəcəyi  əmrlərdən  uzaq  tutmaq 
fikrində idim. Məncə, alınacaqdı. Bunu  yalnız ikimiz 
bilirdiksə, problem olmamalı idi.  
Üç ay ərzində kifayət qədər təcrübə topladığıma 
görə  postlara  sərbəst  şəkildə  çıxa  bilirdim.  Havalar 
getdikcə  hiss  olunacaq  dərəcədə  sərinləyirdi.  Gecə 
vaxtları  növbədə  olmaq,  xüsusən  yuxunun  ən  şirin 
vaxtı  hesab  edilən  saat  dörddən  altıya  qədər  olan 
müddəti ayıq-sayıq keçirmək çox çətin və yorucu idi. 
Düşmən  tərəfinin  atəşkəsi  tez-tez  pozması  bu 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə