ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə61/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   57   58   59   60   61   62   63   64   ...   110

130 
 
92%-ni  müsəlmanlar  təşkil  edirdi.  Türklər,  avarlar  və  ingiloylardan  ibarət  bu 
toplum  Azərbaycan  tarixi  və  sosiomədəni  məkanının  ayrılmaz  hissəsi  idi  ki,  bu, 
Zaqatala milli şurasının 26 iyun 1918-ci il tarixli Azərbaycana birləşmək haqqında 
qərarında da öz ifadəsini tapmışdı. 
İkincisi,  mahalın  göstərilən  tarixdən  etibarən  Birinci  Azərbaycan 
Respublikasının  siyasi  məkanında,  özü  də  əhalinin  könüllü  seçimi  nəticəsində 
bulunması  faktı  da  məsələnin  ədalətli  həllinə  təsirini  göstərmişdi.  Həmçinin 
Orconikidze  və  Kirovun  timsalında  RK(b)P  MK  Qafqaz  Bürosunun  məsələ  ilə 
bağlı yuxarıda səsləndirilən praqmatik mövqeyi də öz rolunu oynamışdı. 
Bundan əlavə, yaranmaqda olan Sovetlər Birliyi mahiyyətcə imperiya idi. 
Onun  əsas  ideya-siyasi  yönəlişliyi  (ustanovkası)  -  Avrasiya  məkanında  yaşayan 
fərqli  etnosları  bir  ümumiliyə  inteqrasiya  etmək  idi.  Bu  da  etnoərazi  münaqişə-
lərin tənzimlənməsi istəyini obyektiv olaraq şərtləndirirdi. 
Digər  amil  kimi  qarşımıza  gürcü  bolşeviklərinin  öz  ölkələrinin  məlum 
milli-intellektual  ənənəsi  və  onun  tərkib  hissəsi  olan  ərazi  ideologiyasından 
uzaqlaşması çıxırdı. 
Zaqatala  mahalının  mənsubluğu  məsələsinin  həlli  ilə  Sığnaq  qəzasındakı 
torpaq sahələri məsələsi münaqişənin yeganə süjet xəttinə çevrildi və 30-cu illərin 
əvvəllərinədək öz aktuallığını qoruyub saxladı. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


131 
 
IV FƏSĠL
 
 
«ÇĠAUR MEġƏLĠYĠ» VƏ ġĠRƏK ÇÖLÜNDƏKĠ 
TORPAQLARIN GÜRCÜSTANA VERĠLMƏSĠ VƏ 
ONUN SOSĠAL-ĠQTĠSADĠ NƏTĠCƏLƏRĠ 
(1921-1930-cu illərin əvvəlləri) 
 
1. 1921-1923-cü illərdə «mübahisəli torpaq sahələri» məsələsi Azərbaycan-
Gürcüstan sərhədlərinin müəyyənləĢdirilməsinin 
bir aspekti kimi
 
 
XX  əsrin  20-30-cu  illərinin  əvvəlləri  Cənubi  Qafqazın  milli-ərazi 
mərzlənməsi (ayrılması) baxımından son dərəcədə əhəmiyyətli bir dövr idi. Faktiki 
olaraq,  o  illərdə  hər  üç  respublikanın  sərhəd  və  əraziləri  əsasən  təsbit  edilmiş  və 
regionun  vərdiş  etdiyimiz  siyasi-coğrafi  siması  təşəkkül  tapmışdı.  Bu  proses 
paralel  olaraq  region  xalqlarının  ərazi  identikliklərinin  formalaşması  onların 
ictimai  şüurunda  öz  respublikalarının  dayanıqlı  ərazi  obrazının  yaranması  ilə 
müşayiət olunurdu və onunla çulğalaşırdı. 
Milli-ərazi  mərzlənməsi  prosesi  üç  Qafqaz  respublikası  arasında  məhz 
Azərbaycan  üçün  ağır  və  ağrılı  cərəyan  edərək,  əhəmiyyətli  ərazi  itkiləri  ilə 
müşayiət  olunmuşdu.  İqtisadi  planda  Azərbaycan  regionun  aparıcı  respublikası  - 
lokomotivi  və  qonşularının  donoru  idi.  Siyasi  planda  isə  formalaşmaqda  olan 
Cənubi  Qafqaz  dövlətçilik  sistemində  Azərbaycan  qonşularına  nisbətən  daha  zəif 
təsir bağışlayırdı: o öz milli mənafelərinin müdafiəsində daha az ardıcıl və məqsəd-
yönlü mövqe tuturdu. Bu, onunla şərtlənirdi ki, əgər digər Qafqaz respublikalarının 
rəhbərliyində  titul  millətin  nümayəndələri  qeyd-şərtsiz  dominant  mövqe 
tuturdularsa,  Azərbaycanın  partiya-dövlət  elitası  bəhs  etdiyimiz  dövrdə  etnik 
cəhətdən  daha  rəngarəng  idi  və  yerli  zəminlə  çox  vaxt  bağlı  olmurdu.  20-30-cu 
illərdə  azərbaycanlılar  nəinki  Cənubi  Qafqazın,  hətta  öz  respublikalarının  belə 
hakimiyyət  strukturlarında  saylarına  müvafiq  surətdə  təmsil  olunmamışdılar. 
Nərimanovun 
Azərbaycandan 
uzaqlaşdırılmasından  sonra  uzun
 
müddət 
respublikada partiya işinə qeyri-azərbaycanlı və kənardan gəlmə şəxslərin rəhbərlik 
etməsi isə artıq müəyyən tendensiyadan xəbər verirdi. 
Sovet  federasiyası  çərçivəsində  mövcud  müttəfiq  respublikaların  bir  növ 
«millət-dövlətləri»  xatırladıqlarını  biz  artıq  əvvəlki  fəsildə yazmışdıq.  Mövzunun 
davamı olaraq qeyd edərdik ki, bu ehtimal Qafqaz respublikaları arasında daha çox 
Gürcüstan  və  Ermənistana  şamil  oluna  bilərdi.  Onlardan  fərqli  olaraq,  yuxarıda 
qeyd  etdiyimiz  amillə  əlaqədar  Azərbaycan  20-30-cu  illərdə  titul  etnosun  milli 
dövlət qurumundan daha çox müəyyən dövlətin inzibati-ərazi vahidini xatırladırdı. 


132 
 
Yalnız  çox-çox  sonralar  -  50-ci  illərdə,  Azərbaycanda  yerli  kadrlar  zümrəsinin 
idarəetmə  strukturlarında  tədricən  üstünlük  qazandığı,  milli  özünüdərkin  isə  yeni 
inkişaf  mərhələsinə  qədəm  basdığı  bir  şəraitdə  vəziyyət  dəyişməyə  üz  tutdu. 
Azərbaycan  milli  dövlətçiliyinin  bərpasının  praktiki  əsasları  isə  H.Əliyevin 
respublika rəhbərliyinə gəlişindən sonraya - 70-ci illərə təsadüf edirdi. 
Qeyd olunan amil Azərbaycan üçün başqa sahələrdə olduğu kimi, ərazi və 
sərhədlərin  təsbiti  gedişində  də  dramatik  nəticələrə  gətirib  çıxarmışdı.  Qonşu 
respublikalar  Azərbaycanın  qədim  torpaqları  hesabına  öz  ərazilərini  xeyli  artır-
mağa  müvəffəq  olmuşdular.    Məsələn,  bizdə  olan  bilgilərə  əsasən,  təkcə  Qazax 
qəzasından  təqribən    155112  desyatin,  yəni  169460  hektar  ərazi  qopardılaraq, 
Ermənistana verilmişdi. Qazax camaatının əsasən yaylaqlarından  ibarət bu torpaq-
larda Karvansaray və Dilican qəzaları təşkil olunmuşdu.
1
 
Sözügedən  illərdə  Azərbaycan  və  Gürcüstan  arasında  sərhədlərin  və 
ərazilərin  təsbiti  də  son  dərəcə  mürəkkəb  proses  olub,  dramatik  kolliziyalarla 
müşayiət  olunurdu.  Bu  prosesin  ilk  mərhələsi  20-ci  illərin  əvvəllərinə  təsadüf 
edirdi. 
1921-ci ilin martında Gürcüstanın Qızıl Ordu tərəfindən ələ keçirilməsi ilə 
Cənubi  Qafqazın  sovetləşməsi  başa  çatmışdı.  Bundan  sonra,  ötən  fəsildə  də  qeyd 
etdiyimiz kimi, regionun milli-ərazi bölgüsünə başlanıldı. 
Cənubi  Qafqaz  respublikaları  arasında  mübahisəli  ərazi  və  sərhəd   
məsələlərinin  həllinə   ilkin   olaraq   1921-ci   ilin yayında təşəbbüs edildi. Onun 
ərəfəsində,  1921-ci  ilin  martında    Azərbaycanın    yeni    inzibati-ərazi    bölgüsünü  
işləyib-hazırlamaq  üçün  xüsusi  komissiya  fəaliyyət  göstərmişdi.  Komissiyanın 
tərtib etdiyi «İzahedici qeydlərdə» Azərbaycan tərəfinin sərhədlərin təsbiti zamanı 
irəli sürdüyü əsas prinsip ifadə olunurdu: «Əhalinin sərəncamında dövlət sərhədləri 
ilə  ayrı-ayrı  hissələrə  bölünməmiş  otlaqların  olması  vacibdir...  Sabiq  rus 
hökmranlığı  dövründə  inzibati  sərhədlər  qoyularkən  diqqətə  alınmayan  suvarma 
sistemləri,  otlaqlar,  torpaq  adda-buddalığı  və  yerli  əkinçiliyin  və  torpaq 
sahibliyinin  digər  şərtləri  yeni  inzibati  bölgü  zamanı  xüsusi  əhəmiyyət  kəsb 
etməlidir».
2
  Göründüyü  kimi,  sərhədlərin  təsbitinin  əsasına  qoyulmalı    olacaq 
başlıca    prinsip    sırf  təsərrüfat    xarakteri  daşıyırdı  ki,  bu  da  sovet  sisteminin 
mahiyyət  məqamları  ilə  bağlı  idi:  bu  və  ya  digər  problemin  (ələlxüsus  da  milli-
ərazi  məsələlərinin)    həllində  etnikliyə,    yaxud    da    tarixi  keçmişə  retrospektiv 
müraciət yolverilməz sayılırdı, belə ki, o, nəzərdə tutulan yeni ümumiliyin - sovet 
fövqəletnik  birliyinin  təşəkkülünə  maneə  hesab  edilirdi.  Məhz  ona  görə  də  ərazi 
mübahisələri  ilə  bağlı  20-30-cu  illərdə  açılmış  diskussiyalarda  həm  Azərbaycan, 
həm  də  gürcü  tərəfinin  etnotarixi  mülahizələrə  istinad  etmədiyini  (hər  halda  açıq 
formada)  və  problemin  bu  və  ya  digər  həlli  variantının  sadəcə  iqtisadi 
məqsədəuyğunluq nöqteyi-nəzərindən  əsaslandırdığını  görürük.  Yeri  gəlmişkən,  o 
dövrdə  gerçəkləşdirilən  inzibati-ərazi  islahatlarının  əsasında  da  rəsmən  birinci 
yerdə iqtisadi və yalnız sonuncu yerdə milli mülahizələr dururdu.
3
 Lakin, təbii ki, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə