Anemiya nəyə deyilir?



Yüklə 211,76 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix30.04.2018
ölçüsü211,76 Kb.
#40446
1   2   3   4   5   6   7   8

128

 Aşağıda kəskin virus hepatitlərinin hansı klinik-morfoloji forması göstərilmişdir?

A) Xroniki aktiv hepatit

B) Sarılıqsız forma

C) Hemorragik hepatit forması

D) Siderofilik forma 

E) Anemik forma 

129


Qara ciyər sirrozunun əsas mikroskopik morfoloji əlaməti hansıdır?

A) Qara ciyərdə massiv nekroz və zülal distrofiyası 

B) Portal traktlarda birləşdirici toxumanın inkişafı 

C) Qara ciyərdə muskat dəyişikliklər və ocaqlı piy distrofiyası 

D) Qara ciyərdə ağır distrofik və kəskin nekrotik dəyişikliklər

E) Qara ciyərin diffuz sklerozu, paycıqlı quruluşun pozulması, yalançı paycıqların 

əmələ gəlməsi

130


 Aşağıda xroniki hepatitlərin hansı növü göstərilmişdir?

A) Xroniki difteritik hepatit

B) Xroniki fibroz hepatit

C) Xroniki xolestatik hepatit 

D)  Xroniki krupoz hepatit

E) İrinli hepatit 

131

Göstərilən hansı patologiya kəskin böyrək çatışmazlığına səbəb ola bilir?



A) İntrakapilyar proliferativ qlomerulonefrit

B) Nekrotik nefroz 

C) Böyrəyin amiloidozu 

D) Mezangial qlomerulonefrit

E) Aterosklerotik nefroskleroz 

132


Xroniki böyrək çatışmazlığının morfoloji ekvivalenti nədir?

A) Nefrotik sindrom 

B) Nekrotik nefroz

C) Ekstrakapilyar qlomerulonefrit

D) Nefroskleroz 

E) Tubulopatiya 




133

Aşağıdakı hansı qlomerulonefrit klinikada adətən kəskin gedişli olur?

A) Berje xəstəliyi 

B) Mezangio-proliferativ qlomerulonefrit

C) Proliferativ intrakapilyar qlomerulonefrit

D) Minimal dəyişikliklər xəstəliyi

E) Ekssudativ intrakapilyar qlomerulonefrit 

134


  Aşağıdakı hansı qlomerulonefrit klinikada adətən xroniki gedişli olur?

A) Ekstrakapilyar qlomerulonefrit 

B) Yarımkəskin qlomerulonefrit

C) Bədxassəli qlomerulonefrit

D) Fibroplastik qlomerulonefrit

E) Ekssudativ intrakapilyar qlomerulonefrit 

135

Aşağıda böyrək amiloidozunun hansı mərhələsi göstərilmişdir?



A) Ekssudativ qlomerulonefrit mərhələsi

B) Difteritik nefrit mərhələsi

C) Aqonal mərhələ

D) Hematuriya mərhələsi

E) Uremiya mərhələsi 

136


  Aşağıdakı hansı qlomerulonefrit klinikada adətən yarımkəskin gedişə malik olur?

A) Fibroplastik qlomerulonefrit

B) Ekstrakapilyar proliferativ qlomerulonefrit 

C) Mezangio-proliferativ qlomerulonefrit

D) Ekssudativ intrakapilyar qlomerulonefrit

E) Mezangial qlomerulonefrit

137

Nefroskleroz klinikada nə ilə təzahür olunur?



A) Hematuriya 

B) Silindruriya

C) Xroniki  böyrək çatışmazlığı (uremiya)

D) Kəskin böyrək çatışmazlığı (anuriya)

E) Massiv proteinuriya



138

 Böyrəyin birincili büzüşməsi nə deməkdir?

A) Keçirilmiş qlomerulonefritlərlə əlaqədar böyrək toxumasının                      

sklerozlaşması və büzüşməsi

B) Böyrəyin anadangəlmə büzüşmüş vəziyyətdə olması 

C) Böyrək damarlarındakı patologiyalarla əlaqədar böyrək toxumasının 

sklerozlaşması və büzüşməsi 

D) Böyrəyin hipoplaziyası

E) Böyrəyin aplaziyası 

139


  Şəkərli diabetin xarakter patomorfoloji əlaməti hansıdır?

A) Qanda qlükozanın miqdarının yüksəlməsi və hiperqlikemiya, qlükozuriya 

B) Arteriolların divarında sadə hialinin meydana çıxması, arterioloskleroz

C) Ağız suyu vəzlərində stromanın dezorqanizasiyası, bununla da əlaqədar 

hiposalivasiya və kserostomiya (ağızda quruluq)

D) Mikrosirkulyator damarların divarında lipohialinin meydana çıxması, hialinoz 

və sklerozun inkişafı 

E) Damarların divarında mürəkkəb hialinin meydana çıxması, qranulomatoz 

vaskulitlərin inkişafı

140


Göstərilən patologiyalardan hansı zobun növü deyildir?

A) Düyünlü zob

B) Parenximatoz  zob

C) Endemik zob

D) Epidemik zob

E) Kolloid zob

141

 Şəkərli diabet zamanı kiçik kalibrli damarlarda baş verən dəyişikliklər necə 



adlanır?

A) Vazopatiya

B) Diabetik makroangiopatiya

C) Vazoparalitik şəkərli diabet

D) Diabetik mikroangiopatiya 

E) Şəkərli kapilyaropatiya 




142

Şəkərli diabet zamanı toxumalarda baş verən ən xarakter morfoloji dəyişiklik 

hansıdır?

A) Arteriolların divarında hialinoz

B) Kapilyarların divarında hialinoz və skleroz 

C) Bütün toxumalarda diapedez qansızma ocaqlarının olması

D) Parenximatoz üzvlərdə piy distrofiyasının inkişafı 

E) Bütün toxumalarda hüceyrələrin sitoplazmalarında qlükozanın toplanması 

143

Şəkərli diabet zamanı iri kalibrli damarlarda – arteriyalarda baş verən dəyişikliklər 



necə adlanır?

A) Şəkərli aortopatiya 

B) Diabetik mikroangiopatiya

C) Diabetik vazopatiya

D) Vazoparalitik şəkərli diabet

E) Diabetik makroangiopatiya 

144

Zob nəyə deyilir?



A) Qalxanabənzər vəzin xoşxassəli şişinə

B) Qalxanabənzər vəzin distrofiya və nekrozuna

C) Qalxanabənzər vəzin həcmcə böyüməsinə

D) Qalxanabənzər vəzin adenomasına

E) Qalxanabənzər vəzin hiperplaziyasına

145


Pecet xəstəliyi nədir?

A) Süd vəzlərində döş giləsindən və areoladan inkişaf edən xərçəng 

B) Süd vəzlərinin dishormonal xəstəliklərinin, mastopatiyaların bir növü

C) Uşaqlıq cisminin bədxassəli mezenximal şişi

D) Süd vəzlərinin paycıq epitellərindən inkişaf edən xoşxassəli şiş

E) Süd vəzlərinin paycıq epitellərindən inkişaf edən bədxassəli şiş

146

Aşağıdakı hansı patologiya uşaqlığın trofoblast xəstəliklərinə aiddir?



A) Endometrioz

B) Beçəxor

C) Uşaqlığın polipi

D) Uşaqlıq boynunun papilloması

E) Uşaqlıq cisminin xərçəngi



Yüklə 211,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə