Anlayış verməkdən ibarətdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/28
tarix11.10.2017
ölçüsü5,01 Kb.
#4251
1   ...   20   21   22   23   24   25   26   27   28

 
 
95
 
 
 
Şək. 37. Seysmik stansiyaların (SS) profildə sxemi. HM-elastik 
dalğaları yaradan  həyəcanlanma mərkəzi. 
 
Seysmik kanalın gücləndiricisi seysmik qəbuledicinin elektrik 
siqnallarını təxminən bir milyona qədər, yəni gözlə görünən səviy-
yəyə  qədər gücləndirir. Bu gücləndiricinin yeganə  vəzifəsi deyil. 
O eyni zamanda faydalı seysmik dalğaları süzgəcləyir və avto-
matik olaraq onun amplitudunu tənzimləyir. 
Seysmik qəbulediciyə müxtəlif:  əksolunan, sınan, səthi, səs 
dalğaları, Yerin rəqsləri, hərəkət edən nəqliyyatların yaratdıqları 
rəqslər və s.gəlir. 
Gücləndiricinin vəzifələrindən biri də faydalı elastik dalğaları 
maneə dalğalarından ayırmaqdır. Bunu elektrik süzgəclərinin 
köməyi ilə edirlər. Məlumdur ki, dalğalar tezliklərinə görə bir-
birindən fərqlənirlər. Gücləndiricilərə  gələn faydalı  və maneə 
dalğaları müxtəlif tezlikdə olduqlarından, gücləndirici faydalı dal-
ğanı öz tezlik diapozonu daxilində gücləndirir, maneə dalğalarını 
isə zəiflədir. 
Müxtəlif dərinlikdən gələn əksolunan dalğalar amplitudlarına 
görə bir-birindən kəskin fərqlənirlər. Buna görə  də seysmik 
kəşfiyyat cihazları avtomatik olaraq güclənməni tənzimləyir, 


 
 
96
 
böyük amplitudlu seysmik dalğaları  zəiflədir, zəif dalğaları isə 
yüksək dərəcədə gücləndirərək yazır. 
Rəqəmli seysmik stansiyalar əmək məhsuldarlığının xeyli art-
masına imkan verir və geniş dinamik diapozona malikdir, nəticə-
lərin təhlilində heç bir məhdudiyyəti yoxdur, çoxlu variantlar işlə-
tmək mümkündür, tədqiqatlar yüksək dəqiqliyə və böyük əhəmiy-
yətə malikdir. 
Seysmoqrammada elastik dalğalar impuls formasında 
böyüdülmüş amplituda ilə göstərilir. (şəkil 38).   
 
        
 
 
Şək. 38. Seysmoqramma. Birinci və əksolunan dalğaların çıxışları 
aydın görünür, bunlardan birinin fazası üstəgəl işarəsi ilə qeyd olunub. 
 
6.3. Seysmik kəşfiyyat üsulları 
Seysmik kəşfiyyatın modifikasiyasına aşağıdakılar daxildir: 
sınan dalğalar üsulu (SDÜ), əksolunan dalğalar üsulu (ƏDÜ) və 
dərin seysmik zondlama üsulu (DSZÜ). 
 Sınan dalğa üsulları tarixən birinci çıxış modifikasiyasında 
başqalarından çox əvvəl irəli sürülüb, seysmoqrammada bu çıxış 
başqalarından asanlıqla ayrılır (şəkil 38-ə bax). 
Həyəcanlanma məntəqəsinə yaxın Yerləşdirilmiş seysmik qə-
bulediciyə birinci düz dalğalar (səthi dalğalar) gəlib çatırlar (şəkil 


 
 
97
 
36-ya bax). Həyəcanlanma məntəqəsindən xeyli uzaqda sınan baş 
dalğa səthi dalğaları ötüb birinci çatır. Bu, o vaxt baş verir ki, 
elastik dalğaların sürəti alt qatlarda üst qata nisbətən çox olsun. 
Onlar aşağıdakı  şərtlər daxilində  əmələ  gəlir. Seysmik dalğa iki 
mühitin sərhədində i bucağı altında tam daxili əksolunmaya 
malikdirsə, (şəkil 39) onda sınma bucağı 90
º
-yə bərabərdir, sınan 
şüa sərhəd boyunca sürüşür. 
 
 
 
 
Şək. 39. Seysmik dalğaların əsas növləri. 
1 - düşən dalğa; 2 - əksolunan dalğa; 3 - sınıb keçən; 4 - əksolunan 
sürüşən;5 - əksolunan baş dalğa
α - düşmə bucağı. 
 
Ayırma sərhədinin hər bir nöqtəsi ardıcıl olaraq baş dalğa 
yaradır və Yerin səthinə HM-dən X
m
  məsafədə  çıxır. Həyacan-
lanma məntəqəsi ilə birinci əksolunan dalğanın Yer səthinə çıxışı 
arasındakı məsafə ölü zona adlanır. 
Baş dalğanı izləmək üçün həmişə seysmik qəbuledicilərin 
qarşılıqlı Yerləşdirilməsi seysmik müşahidələrin  əsasını  təşkil 
edir. Eyni zamanda buna bənzər bir neçə  əksetdirən  sərhədləri 
müşahidə etmək olar. Bu halda əksetdirən sərhəd nə qədər dərində 
Yerləşsə, seysmik qəbuledici HM-dən bir o qədər uzaqda 
Yerləşdirilməlidir. Bəzən bu məsafə 10 km-dən çox olur. 
SDÜ-nun inkişafı korrelyasiya üsulunun yaranmasına gətirib 
çıxarır. Bu üsul nəinki birinci çıxışı, eyni zamanda ardıcıl olaraq 


 
 
98
 
digər çıxışları da istifadə etməyə imkan verir. Hazırda korrel-
yasiya üsulu demək olar ki, tamamilə birinci çıxış üsulunu 
sıxışdırıb aradan çıxarıb. Korrelyasiya üsulu ilə beşə  qədər 
əksetdirən sərhədi ayırmaq olur və onların dərinliyi bir neçə km-
dən 10 km-ə qədər olur. 
Sınan  şüaların qodoqraflarının köməyi ilə  sərhəd sürətini 
təyin etmək mümkündür. Bu qiymət isə  əksetdirən qatda olan 
süxurlarn tərkibi haqda mülahizə yürütməyə imkan verir. 
Əksolunan dalğa üsulu (ƏDÜ) müxtəlif akustik sərtliyə malik 
olan seysmik sərhədlərdən qayıdan dalğaların qeyd olunmasına 
əsaslanır. 
Əksolunan dalğalar baş dalğalardan sonra gələn dalğalardır. 
Ona görə  də seysmoqramlarda əksolunan dalğaları birinci sıxan 
sınan dalğalardan ayırmaq çətinlik törədir. Bu səbəbə görə  də 
ƏDÜ-dan adətən dərin qatları öyrənmək üçün istifadə edirlər (yüz 
metrdən dərin qatlara qədər). 
Əksolunan dalğaların əmələ gəlməsi 40-cı şəkildə göstəril-
mişdir.  Şəkildən aydın görünür ki, əksolunan dalğaların qodo-
qrafı hiperbola əyrisinə  bənzəyir.  ƏDÜ eyni zamanda 10-15 
əksetdirən sərhədi 5-7 km dərinliyə  qədər qeyd etməyə imkan 
verir. 
Əksolunan dalğaların qodoqrafının köməyi ilə üst qatlarda 
elastik dalğaların yayılma sürəti və dalğanı  əksetdirən sərhəddə 
qədər olan məsafəni təyin etmək olur. 
Seysmik materialların müasir kompüterlərlə hesablanması 
lazımi düzəlişlərdən sonra, vaxt seysmik kəsiliş qurmağa və 
bunun köməyi ilə  kəsilişlərdə istinad seysmik qatları ayırmağa 
imkan verir. 
Bir nöqtədə  dəfələrlə aparılan seysmik müşahidələr seysmik 
kəşfiyyatın ayırdetmə qabiliyyəti nəzərə çarpacaq dərəcədə artır. 
Buna misal  ümumi dərinlik nöqtə üsulunu (ÜDNÜ) qeyd etmək 
olar. ÜDNÜ  ilə geoloji kəsilişdə bir nöqtədə bir neçə bir-birindən 
asılı olmayan ölçmələr aparılır. 41-ci şəkildən görünür ki, 
həyəcanlanma nöqtəsini I nöqtədən III nöqtəyə dəyişdirmə zamanı 
üç dəfəəksolunan dalğa qeyd olunur 1-3. Bu misalda (üç dəfə bir-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə