Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə223/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   219   220   221   222   223   224   225   226   ...   236

 

659 


Yekunlaşdırarkən  müəllim  diqqəti  aktyorların  söylədiyi  ayrı-

ayrı sözlərə deyil, məşğələnin məqsədlərinə yönəldir. 



 

Vəziyyət üzrə praktikum 

 

Bu üsul şagirdlərdə, az da olsa, şəxsi hüquqi təcrübənin olma-



sını  nəzərdə  tutur.  Şagirdlərə  mənəvi  sahəyə  aid  problemlərin  qo-

yulduğu  və  sinifdə  ciddi  müzakirə  tələb  edən  müxtəlif  vəziyyətlər 

təklif olunur. Vəziyyət üzrə praktikum tənqidi təfəkkür vərdişlərini, 

təhlil  qabiliyyətini  inkişaf  etdirir,  mənəvi  dəyərləri,  mövqeləri  for-

malaşdırır. Dəyərlərin müəyyənləşdirilməsinə dair vəziyyət üzrə ça-

lışmalar şagirdlərə öz rəylərinə görə cavab verməyi və bunları mü-

dafiə etməyi öyrədir. 

Tətbiq etmək qaydası 

Müəllim dərsdə müzakirə olunacaq problem və sualları  əv-



vəlcədən fikirləşib tapır. 

Vəziyyət üzrə praktikum üçün materialları diqqətlə seçir. 



Hər vəziyyətə dair suallar və tapşırıqlar düşünülür. Bunlar 2-

dən 5-dək ola bilər. 

Vəziyyət  ayrı-ayrı  kağız  vərəqlərində,  kartoçkalar  şəklində 



yazılır. 

Sinif ya cütlüklərə, üçlüklərə, ya da 4-5 qrupa bölünür. 



Şagirdlərə təlimat, tapşırıq və suallar verilir. 

Qrupların işi sona çatan kimi müzakirə başlanır. 



 

Diskussiya 

 

Bu üsul həm müəllim, həm də şagirdlər üçün universaldır. Bu 



üsul onların qoyulmuş problemlərə və suallara münasibətini öyrən-

məyə imkan verir. Şagirdlər verilmiş mövzunu 10-20 dəqiqə ərzində 

müzakirə edirlər. 

Diskussiya  şagirdlərə  tarix,  vətəndaşşünaslıq,  hüquqi  xarak-

terli  məsələlər  və  digər  fənlərə  aid  mühüm  problemlərin  müstəqil 

şəkildə müzakirə etmək imkanı verir, informasiya toplamaq vərdiş-

lərini və fəallığını inkişaf etdirir, bütün şagirdlərə öz nöqteyi-nəzəri-



 

660 


ni bildirmək və eyni zamanda mübahisədə kiminsə üstünlük qazan-

maq imkanlarını məhdudlaşdırır. 

Bu üsul həmçinin, müəllimin tələbi olmadan fikir mübadiləsi-

nə  kömək  edir,  dinləmək,  növbə  ilə  danışmaq,  tolerantlıq  nümayiş 

etdirmək bacarıqlarını inkişaf etdirir. 

Tətbiq etmək qaydası. 

Başlanğıcda  şagirdlərə  diskussiyanın  aparılmasının  əvvəlcə-

dən tərtib edilən əsas qaydalarını xatırlatmaq yaxşı olardı: 

1.

 



Danışanı dinləmək. 

2.

 



Eyni vaxtda yalnız bir adam danışa bilər. 

3.

 



Çıxış etmək istəyi varsa, əlini qaldırmalıdır. 

4.

 



Danışanın sözünü kəsməmək. 

Müəllim  keçiriləcək  diskussiyanın  mövzusunu  əvvəlcədən 

elan  edir.  Diskussiyanın  gedişində  o,  yazı  taxtasından  asılmış  vat-

man  kağızı  vərəqində  yazılmış  mövzu  və  plan  haqqında  məlumat 

verir. Sonra diskussiyanın başlanması üçün işarə verir. Müəllim dis-

kussiyanın gedişinə qarışmır, sonda isə yekun vurur. 



 

Yazılı debatlar 

 

Debatlar  şagirdləri  həyəcanlandıran,  xarakterli,  mübahisəli 



mövzular üzrə planlaşdırılmış xüsusi dialoqdur. 

Debatların  məqsədi  öz  mövqeyini,  nöqteyi-nəzərini  dəlil-sü-

butlu şəkildə, sakitcəsinə müdafiə etməyi şagirdlərə öyrətməkdir. 

İştirakçılar müzakirə olunan mövzunun “lehinə” və “əleyhinə” 

olan dəlilləri gətirməli və opponentlərini öz mövqeyinin düzgün ol-

duğuna inandırmağa çalışmalıdırlar. 

Debatların aparılmasının 2 forması mövcuddur: şifahi və yazılı. 

Yazılı debatlar - tərəflər arasında yazılı dialoq formasıdır. 



Debatlar  cütlüklər,  ya  da  üç-dörd  nəfərlik  qruplar  şəklində 

aparıla bilər. 

Debatlar A-4 (albom) və A-1 (vatman) vərəqlərində, xüsusi 



forma üzrə keçirilir. 

Debatlar zamanı şagirdlər yalnız öz dəlillərini təqdim etmir, 



həm də digər tərəfin dəlillərinə cavab verirlər. 


 

661 


Debatlar şagirdlərin müzakirə olunan məsələ ilə bağlı fikir-

lərini dərinləşdirir, onları diskussiya mədəniyyətinə alışdırır. 

Tətbiq etmək qaydası 

1.  Müəllim  şagirdlərə  debatların  necə  keçirildiyini  izah  edir: 

bir qrup mövzusunu təsdiq edir və öz mövqeyini sübuta yetirir, di-

gəri isə həmin mövzunu təkzib edir və öz sübutlarını təqdim edir. 

2.  Şagirdlər  debatın  keçiriləcəyi  mövzu  ilə  irəlicədən  tanış 

olurlar. 

3. Sinif ya cütlüklərə, ya da cüt saylı qruplara, məsələn, hərə-

sində üç şagird olmaqla 8, yaxud 10 qrupa bölünür. 

4. Müəllim şagirdlərə sinif otağının hər iki tərəfi boyu düzül-

müş  stullara  əyləşməyi  təklif  edir  və  püşkatma  yolu  ilə  hər  qrupun 

üzvlərinin hansı nöqteyi-nəzəri müdafiə edəcəklərini müəyyənləşdirir. 

5. Sinif otağının hər iki tərəfində əyləşmiş qruplar iki-iki yazı-

lı  dialoqa  başlayırlar.  Birinci  qrupdan  olan  şagirdlərə  öz  dəlilinin 

formalaşdırılması üçün 5 dəqiqə vaxt verilir. Həmin dəlil kağız və-

rəqinə yazılır. 

6. Sonra vərəqlər opponentlərə ötürülür və onlara öz tərəf-mü-

qabillərinin  dəlillərinə  cavablarını  formalaşdırmağa  və  yazmağa, 

eləcə də öz əks-dəlillərini şərh etməyə 8 dəqiqə vaxt ayrılır. 

7. Bu cür mübadilə prosesi 2-3 dəfə təkrarlanır, özü də bu za-

man  hər  şagird  mütləq  tərəf-müqabilinin  dəlilinə  cavab  verməli  və 

öz dəlilini də buraya əlavə etməlidir. Adətən 3-4 raund kifayət edir. 

Sonuncu raundda şagirdlərə nəticəni yazmaq imkanı verilir. Bundan 

sonra  işlər  yığılır  (əgər  A-4  formatlı  kağızda  yerinə  yetirilmişsə), 

yaxud bunların təqdimatı keçirilir (əgər iş A-1 formatlı kağızda icra 

edilmişsə).  Əgər  qruplarda  icra  olunmuş  işlərin  təqdimatı  keçirilir-

sə, dəlillər və əks-dəlillər iki şagird tərəfindən oxunur. Çox vacibdir 

ki, oxu zamanı müəllim şagirdlərin  yalnız öz cavablarını oxuması-

na, mübahisəyə girişməməsinə, bir-birinin dəlillərini “saf-çürük” et-

məsinə  göz  yetirsin,  çünki  bunlar  yazılı  debatlardır  və  şagirdlər  öz 

fikirlərini yazılı formada bildirirlər. 

Əgər işlər A4 formatında və cütlükdə yerinə yetirilibsə, onda 

həmin işlər toplanır və müəllim tərəfindən qiymətləndirilir. 

8. Yekunlaşdırmanın ən yaxşı forması hər iki tərəfə ünvanlanmış 

aşağıdakı sual ola bilərdi: “Rəqibin ən yaxşı dəlilləri hansılar idi?” 

 



Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   219   220   221   222   223   224   225   226   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə