Annotasiya


Anlayışın çıxarılması üsulu



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə225/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   221   222   223   224   225   226   227   228   ...   236

 

665 


Anlayışın çıxarılması üsulu 

 

Məqsəd: Yeni anlayışların müstəqil olaraq çıxarılması. 

Hər  hansı  vacib  anlayışın  dərk  edilməsi  müəllimdən  çox  za-

man böyük zəhmət  tələb edir. Təklif olunan üsul anlayışın çıxarıl-

ması və daha dərindən mənimsənilməsini təmin edir. Bu üsul oyun-

tapmaca  formasında  keçirildikdə  şagirdlərdə  həmişə  yüksək  fəallıq 

yaradır və onların həm məntiqi, həm də tənqidi təfəkkürü fəallaşır. 



Alqoritm: 

Addım  1.  Lövhədə  3  müxtəlif  rəngli  dairəvi  kartoçkalar 

asılır.  Müəllim  gizlənilmiş  anlayışların  altında  onlara  aid  2  və 

ya 3 yönəldici söz (anlayışların xüsusiyyətləri) yazır. 

Müəllim:  “Bu  kartoçkaların  arxa  tərəfində  3  anlayış  yazılıb. 

Siz bu sözləri tapmalısınız. Sizə kömək etmək üçün mən hər bir an-

layışa məxsus olan 1 xüsusiyyət yazıram.” 

Anlayışlar  müvəqqəti  olaraq  ya  nömrələnir,  ya  da  öyrənilən 

anlayış “bəli” və ona əks olan anlayışı “xeyr” sözləri ilə adlandırılır. 

 

1 variant: 

 

 

2 variant: 



 

 

Addım 2. Şagirdlərdə ilk fərziyyələrin yaranması. 

Müəllim: “Bu xüsusiyyətlərin əsasında siz gizlətdiyim sözləri 

tapa bilərsinizmi? Sizdə hər hansı fərziyyələr yarandımı?” 

Addım 3. Müəllim tərəfindən gizlənilmiş anlayışlara aid yeni 

Bəli 


?

 

Xeyr 












 

666 


xüsusiyyətlərin təqdim edilməsi və şagirdlər tərəfindən onların təs-

nifatı (anlayışlara aid edilməsi). 

Müəllim şagirdlərin cavablarını dinləyəndən sonra yeni xüsu-

siyyətləri  səsləndirir  və  xahiş  edir  ki,  şagirdlər  bu  xüsusiyyətləri  öz 

fərziyyələrinə uyğun olaraq dairələrin (anlayışların) birinə aid etsinlər. 

Addim  4.  Şagirdlərdə  yeni  fərziyyələrin  yaranması.  Müəl-

lim bu sözlərin düzgün olub-olmamasını qiymətləndirdikdən və şa-

girdlərin vasitəsi ilə onları lazımi dairələrə aid etdikdən sonra yenə 

bu anlayışların tapılmasını xahiş edir və fərziyyələri dinləyir. 



Addım  5.  Şagirdlər  tərəfindən  anlayışa  (fərziyyəyə)  uyğun 

olan yeni xüsusiyyətlərin təklif edilməsi və müəllim tərəfindən düz-

gün olub-olmamasının qiymətləndirilməsi. 

Müəllim seçilən anlayışlara-fərziyyələrə aid olan daha çox ye-

ni xüsusiyyətləri təklif etməyi şagirdlərdən xahiş edir. 

Addım 6. Şagirdlər tərəfindən anlayışın çıxarılması və mü-

zakirəsi.  Şagirdlər  öz  xüsusiyyətlərini  dedikdən  sonra  müəllim  bu 

tapmacanın  tapılıb-tapılmamasını  hamıya  çatdırır  və  kartoçkalarda 

yazılan sözləri açır. 

Addım  7.  Anlayışın  müəllim  tərəfindən  təsdiq  və  ya  daxil 

edilməsi, onun tərifinin verilməsi. Müəllim xahiş edir ki, şagirdlər 

bu anlayışlara daha da geniş tərif vermək üçün onlara aid olan yeni 

xüsusiyyətlər və misallar əlavə etsinlər. 

Şərtlər: 

 

Anlayışlar təxminən, şagirdlərə tanış olmalıdırlar, lakin on-



ların tam tərifi aydın olmamalıdır. 

 



Müəllim tərəfindən seçilən xüsusiyyətlər şagirdlərə fərziyyə-

lər irəli sürməyə imkan  verməlidir, lakin anlayışı bir başa tapmağa 

qoymamalıdır. 

 



Bu üsula təxminən 10-15 dəqiqə vaxt ayrılmalıdır. 

 



Üsul bütün siniflə aparılır. 

Vasitələr:  Rəngli  dairəvi  kartoçkalar,  anlayışın  açıqlaması 

üçün xüsusiyyətlər. 

Yarana biləcək problemlər: 

 



Səs-küy; 

 



Anlayışın çətin olması; 

 



Müzakirənin uzanması. 


 

667 


 

Kub strategiyası 

 

Kublaşdırma  (Kovan  E.  və  Kovan  C.,  1980)  mövzunun 

hərtərəfli  öyrənilməsi  məqsədilə  şagirdləri  onu  təsvir  və  müqayisə, 

əlaqələndirmə, təhlil, tətbiq və mübahisə etməyə istiqamətləndirir. 

Məqsəd: 

1.

 



Mövzuya  müxtəlif  cəhətlərdən  nəzər  salmağın  planlaşdırıl-

ması; 


2.

 

Məntiqi və tənqidi təfəkkürün inkişafı; 



3.

 

Cisim və ya hadisəyə hərtərəfli baxışın formalaşdırılması; 



4.

 

Qiymətləndirmə bacarığının formalaşdırılması; 



5.

 

Təhlil prosesinin inkişaf etdirilməsi



6.

 

Əməkdaşlıq vərdişlərinin formalaşdırılması; 



Bu metod müəllim mövzusunu, situasiyanı və s. tədqiq etmək 

istədikdə istifadə olunur. Bununla da şagirdlər mürəkkəb və inteqra-

tiv yanaşmalar üçün tələb olunan bacarıqları inkişaf etdirmək imka-

nı əldə edirlər. 



Alqoritm: 

1.

 



Kub düzəltmək (kiçik, 15-20sm tili olan, kağızdan hazırlanır) 

2.

 



Kubun  hər  üzünə  verilən  altı  qısa  göstərişdən  birini  yaz-

maq: Təsvir et; Müqayisə et; Əlaqələndir; Təhlil et; Tətbiq et; Lehi-

nə yaxud əleyhinə mübahisə et. 

 

 

 

 

 



 

 

 



 

 

 



 

 

1.Təsvir 



et 

2.Müqa-


yisə et 

3.Assosi-

asiya yarat 

4.Təhlil et 

5.Tətbiq 

et 


6.Lehinə və 

ya əleyhinə 

çıxış

 

et 




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə