Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə233/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   228   229   230   231   232   233   234   235   236

 

689 


 

 

 



Ölkələr 

Harada yerləşir 

Sərvətləri 

Konsorsuma 

qoşulması 

barədə 


Avropa  Asiya  Afrika  neft  qızıl  kömür   

1.Azərbaycan 

2.Türkiyə 

3.Norveç 

















 

Bundan sonra şagirdlər mütaliə yolu ilə mətni öyrənməyə baş-

layırlar  və  müzakirə  edirlər.  Mətnlə  tanış  olduqdan  sonra  lazım 

gəlsə  öz  sxemlərində  düzəliş  aparırlar.  Sonda  müəllim  özünün  ha-

zırladığı sxem üzərində şagirdlərin köməyi ilə düzəliş edir və ya ca-

vabları təsdiq edir. 



 

Venn diaqramı 

 

Venn diaqramı kəsişən iki və ya daha artıq çevrə üzərində qu-



rulur. Çevrələrin üst-üstə düşdüyü hissədə yazmaq üçün kifayət qə-

dər yer olmalıdır. Həmin hissədə sözü gedən məsələnin oxşar yaxud 

ümumi cəhətləri qeyd olunur. Tutaq ki, şagirdlər coğrafiyadan və ya 

tarixdən  iki  ölkəni  müqayisə  edirlər.  (Hər  bir  fənnə  aid  müqayisə 

olunan  məsələ,  obyekt  ola  bilər).  Venn  diaqramı  vasitəsi  ilə  oxşar 

və ya fərqli cəhətləri vermək olar. Sinif qruplara bölünür, mövzuya 

aid mətn paylanılır. Müəllim qruplara tapşırır ki, mətnlə tanış olsun-

lar  və  onlara  təqdim  olunan  ağ  kağızlar  üzərində  Venn  diaqramı 

qursunlar. Bu zaman müəllim diaqramı yazı lövhəsində qurur. Diaq-

ramın kənar hissələrində (çevrələrin) fərqli cəhətlər, üst-üstə düşən 

hissədə  isə  oxşar  cəhətlər  yazılır.  Qruplarda  iş  bitdikdən  sonra  hər 

qrup öz işini təqdim edir. Dərsin sonunda müəllim fikirləri ümumi-

ləşdirərək lövhədə qurulmuş Venn diaqramında qeydlər edir və son 

nəticəni söyləyir. Bu diaqramdan bütün fənlərin tədrisi zamanı isti-

fadə etmək əlverişlidir. 



 

690 


 

 

 



 

 

 



 

Venn  diaqramından  həm  öyrədici,  inkişafetdirici,  həm  də 

ümumiləşdirici dərsdə istifadə etmək olar. 

Müqayisə olunacaq obyektin, məsələnin sayından asılı olaraq çev-

rələrin kəsiyini artırmaq olar. Məsələn aşağıdakı kimi . 

 

 



 

 

 



 

Məqsəd: 

1.

 



Cisim və ya hadisələri müqayisə etmək və onların oxşar və 

fərqli cəhətlərini müəyyənləşdirmək

2.

 

Biliklərin aktuallaşması; 



3.

 

Təhlil proseslərinin inkişafı; 



4.

 

Qiymətləndirmə prosesinin inkişafı; 



 

Alqoritm: 

1.

 



Müqayisə olunacaq cismin və hadisələrin müəyyənləşdiril-

məsi; 


2.

 

Kəsişən dairələrin çəkilməsi (ortada yazmaq üçün yer sax-



lamaq); 

3.

 



I və II dairədə müqayisə olunacaq obyektləri qeyd etmək

4.

 



Şagirdlərə təlimat vermək (təlimatda nəyin müqayisə olu-

nacağı və dairələrdə oxşar və fərqli cəhətlərin necə qeyd olunacağı 

barədə deyilir); 

5.

 



Müqayisə  olunan  obyektlər  təsvir  olunur:  fərqli  cəhətlər 

sol və sağ tərəfə, oxşar cəhətlər kəsişmə dairəsində qeyd olunur

6.

 

Müqayisə nəticəsində şagirdlər ümumiləşdirmə aparırlar; 



Oxşar 

               Fərqli 




 

691 


Şərtlər: (hər cür ola bilər) 

A)

 



İş forması- böyük və kiçik qruplarda və cütlərdə

B)

 



Auditoriyanın  bilik  səviyyəsi  –  müqayisə  olunacaq  cisim 

və ya hadisələrin xüsusiyyətləri haqqında biliklər olmalıdır; 

C)

 

Vaxt – maksimum 15 dəqiqə (materiallardan asılı olaraq); 



D)

 

Dərs  tipi  –  ümumiləşdirici  dərs,  bilik  və  bacarıqların  for-



malaşdırılması; 

E)

 



Dərs  mərhələsi  –  yeni  materialın  təqdimatı  -  motivasiya, 

tədqiqat mərhələsi, nəticələrin çıxarılması, tətbiq etmə



Vəsaitlər: Lövhə, flomaster, kağız, əlavə ədəbiyyat və material; 

Yarana biləcək problemlər: 

1.

 



Ümumi cəhəti müəyyənləşdirməkdə çətinlik; 

2.

 



Vaxtın uzanması; 

3.

 



Nəticənin çıxarılmasında çətinlik. 

 

İki hissəli gündəlik strategiyası 

 

Sinifdəki  şagirdləri  cütlərə  ayırırıq.  Hər  birisinə  tapşırırıq  ki, 

“Vətən  həsrəti  nədir?”  mövzusuna  aid  fikirlərini  qısa  şəkildə  qeyd 

etsinlər.  Hər  iki  yoldaş  (cütlər)  yazıb  qurtardıqdan  sonra  fikirlərini 

bir-birilə  bölüşürlər.  Bütün  siniflə  müzakirə  aparmaq  üçün  bir  şa-

girdi qaldırır, öz fikirlərini soruşuruq və digər şagirdlər də deyilən-

lərə  əlavələr  edə  bilərlər.  Sonra  şagirdlərə  Almas  İldırımın  “Əziz 

Azərbaycanım”  şeirini  oxumağı  tapşırırıq,  şeiri  oxuduqca  onlar  iki 

hissəli gündəliyə uyğun qeydlər etməlidirlər. 

İki hissəli gündəlik tərtib etmək üçün şagirdlər ağ vərəqi şaqu-

li xətlə iki yerə ayırırlar. Vərəqin sol tərəfində onlar mətndən yadda 

qalan, onlara çox təsir etmiş, nəyi isə xatırladan sitatları qeyd edir-

lər.  Vərəqin  sağ  tərəfində  isə  onlar  fikirlərini  şərh  edirlər:  Niyə  bu 

sitatı  yazıblar?, Sitat  onlarda hansı  fikirləri oyadıb?, Bununla bağlı 

hansı suallar meydana çıxmışdır?  



Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   228   229   230   231   232   233   234   235   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə