28
imkanlarının inkişafına, özünütəhsil bacarıqlarının möhkəmləndiril-
məsinə, onlarda dünyagörüşün formalaşdırılmasına xidmət edir. Tə-
lim təhsilalma prosesi kimi anlaşıla bilər. Təlim prosesində şagirdlər
elmi bilikləri mənimsəyir, müəyyən bacarıq və vərdişlər əldə edirlər.
Tərbiyə anlayışı. Tərbiyə - davranışla əlaqədar olan mənəvi
keyfiyyətlərin məqsədyönlü, planlı və mütəşəkkil şəkildə formalaşdı-
rılması prosesidir.
Yaşlı nəslin əldə etdiyi bilk, bacarıq və təcrübənin yetişən
nəslə məqsədyönlü, planlı, mütəşəkkil şəkildə verilməsi, öyrədilmə-
sidir.
Demək, tərbiyə etmək həm də öyrətmək deməkdir. Tərbiyə
prosesində həm təlim prosesi, təlim prosesində də tərbiyə prosesi
mövcuddur.
Tərbiyə - təlim, məlumat verməklə hər hansı bir adət, ədəb və
davranış qaydalarını aşılamaqla yetişdirib böyütmə, ərsəyə çatdırma
deməkdir. İnsanın ümumi mədəni inkişafı, sistematik təsir və təlim
nəticəsində biliyə, əxlaqi vərdişlərə yiyələnməsi həm də gözəl
əxlaqa sahib olması deməkdir.
Tərbiyə ( ər. ﺔﻴﺑﺭﺗ ) rəbb kökündən əmələ gəlmiş və aşağıdakı
mənaları ifadə edir: 1) rəba ﺎﺑﺮ artmaq, çoxalmaq; 2) rabbə ﯽﺑﺭ bö-
yütmək, ərsəyə çatdırmaq ; 3) rəbb ﱠﺏﺮ tərbiyə etmək, doğru yol
göstərmək, islah etmək. Göstərilən hər üç məna “tərbiyə” sözünün
etimologiyasına aiddir. Müqəddəs Qurani-Kərimdə ən çox xatır-
lanan
"
bbRR
"
sözü Allahın 99 adından biri olub “tərbiyə edən, ne-
mət verən, insanları mənəvi yüksəlişə aparan” deməkdir. Mürəbbiyə
(ər. ﺔﻴﱢﺑﺭﻤ ) sözü də “rəbb” kəlməsindən əmələ gəlib “tərbiyəçi”
mənasını verir.
Dilimizdə tərbiyə anlayışı ədəb, əxlaq sözü ilə də yaxın mə-
nalarda işlənir. Ədəb sözü ərəb dilində “nəzakətli, tərbiyəli, ədəbli
olmaq” mənalarını verən ﺏﺪﺃ “ədəbə” kökündən əmələ gəlmişdir.
Əxlaq ﻖﻻﺨﺃ sözü isə ərəbcə ﻖﻟﺨ “xəlq” (mənası “yaratma, sə-
ciyyə, xarakter”) sözünün cəmi olub, insanın təbiətində olan xasiy-
yətləri və davranışları, eləcə də həyatı boyu qazandığı keyfiyyətləri
və xasiyyətləri yaratmaq, səciyyələndirmək tərbiyə etmək deməkdir.
“Məxluq” sözü də “xəlq” sözündən əmələ gəlmişdir. Azərbay-
can xalqının milli xüsusiyyətləri, özünəməxsus səciyyəsi, adət və
ənənələri vardır. Məsələn, qonaqpərvərlik, böyüyə hörmət, qadına
29
hörmət, ağsaqqal, ağbirçək sözünün eşidilməsi, xalqın səciyyəvi,
xarakterik xüsusiyyəti olmaqla, həm də əxlaqi keyfiyyətdir. Xalq
misalında deyilir: “Qonağın ruzusunu Allah yetirir”. M. Kaşqarlı
hələ XI əsrdə deyirdi: “Paltarın yaxşısını özünə götür, yeməyin
yaxşısını qonağa ötür. ”
Pedaqogika öyrədir ki, insan yaşadığı cəmiyyətin üzvləri ilə
rəftarında əxalqi normalara, etik prinsiplərə əməl etməlidir.
Demək, tərbiyə məqsədyönlü, planlı təsir nəricəsində şəxsiy-
yətin formalaşması prosesidir. Hazırda bəzi tədris ədəbiyyatında tər-
biyə hələ də həm geniş və dar sosial mənada, həm də geniş və dar
pedaqoji mənada işlədilir. Bəzi tədqiqatçılar haqlı olaraq belə çox-
mənalılığın əleyhinə çıxır, elmi anlayışların, bir məna kəsb etməsi
fikrini müdafiə edirlər. Tərbiyə anlayışının ən azı dörd mənada
işlədilməsi uzun illər tərbiyənin pedaqogika elminin predmeti hesab
edilməsi ilə bağlı olmuşdur.
Tərbiyə şəxsiyyətə mütəşəkkil, məqsədyönlü, planlı təsirlərin
bütün növlərini, o cümlədən təlimin tərbiyələndirici cəhətini özündə
ehtiva edir.
Yenidəntərbiyə. Yenidəntərbiyə tərbiyəyə nisbətən çətin və
mürəkkəb pedaqoji prosesdir. Bu pis tərbiyənin nəticəsidir. Çünki
yenidəntərbiyə zamanı tərbiyəçi iki əsas istiqamətdə iş aparmalı olur.
O, bir tərəfdən uşağın şüurunda həkk olunmuş arzuolunmaz, zərərli
əxlaqi və ya digər mənəvi keyfiyyətin yanlışlığını isbat etməli, onu
inandırmalı və aradan qaldırmalıdır. Digər tərəfdən də tərbiyəçi cə-
miyyət üçün faydalı olan yeni keyfiyyətləri uşağa aşılamalıdır. Yanlış
və ya zərərli mənəvi keyfiyyətlər uşağın şüurundan davranışına
süzüldükdə tərbiyəçinin işi daha da çətinləşir. O, nəinki uşağın mə-
nəvi aləminə, həm də əməlinə, davranış tərzinə təsir göstərməli olur.
Odur ki, uşağın tərbiyəsini lap balacalıqdan düzgün qurmaq zəruridir.
Ona görə deyirlər: “Ağac yaş ikən, uşaq beşikdə ikən”.
Uşağın şüurunda və ya davranışında kök salmış zərərli
əlamətlərin ləğvi, onların əvəzində ictimai əhəmiyyət kəsb edən
keyfiyyətlərin uşaqlara aşılanması yenidəntərbiyədir.
Özünütərbiyə. Tərbiyə də, yenidəntərbiyə də özünütərbiyə ilə
nəticələnməlidir. Özünütərbiyə yaxşı tərbiyənin nəticəsidr. Tərbiyə
və yenidəntərbiyə zamanı uşağa özünütərbiyə bacarığı verilməlidir.
30
Bəzi uşaqlar və yeniyetmələr valideynlərin, müəllimlərin və digər
tərbiyəçilərin bilavasitə nəzarəti olmayan şəraitdə düzgün düşünə və
düzgün hərəkət edə bilmirlər. Belə uşaqları öz tərbiyəçilərinin tələb-
lərinə uyğun şəkildə fikirləşməyə və davranmağa alışdırmaq lazım-
dır. Tərbiyəçilərin bilavasitə nəzarəti olmadan, lakin onların məslə-
hətlərinə uyğun şəkildə uşaqlar nə qədər tez fəaliyyət göstərsələr,
bir o qədər ailə üçün, cəmiyyət üçün yaxşıdır. Bu tərbiyə işinin
müvəffəqiyyətli getdiyini göstərən əsas meyarlardan biridir.
Valideynlərin, müəllimlərin, digər tərbiyəçilərin nəzarəti ol-
madığı şəraitdə onların verdiyi istiqamətə uyğun düşünməyə və
davranmağa uşaqların alışması prosesi özünütərbiyədir.
Təhsil anlayışı. Pedaqogika elminin başlıca analyışlarından
olan ﻞﻴﺼﺤﺘ
“təhsil” sözü ərəb dilində “hasil”, “məhsul” mənalarını
verən ﻞﺼﺤ “həsələ” kökündən əmələ gəlmişdir. Təhsil haqqında
Azərbaycan Respublikasının Qanunda yazılmışdır: “Təhsil – sistem-
ləşdirilmiş bilik, bacarıq, təcrübə və vərdişlərin mənimsənilməsi
prosesi və onun nəticəsidir”. Hər bir dövlətin və millətin inkişafında
onun təhsilinin müstəsna rolu var. Təsadüfi deyil ki, Ulu Öndərimiz
Heydər Əliyev təhsili “Millətin gələcəyi, müstəqil dövlətin təməli”
adlandırmış və demişdir ki, cəmiyyət təhsilsiz yaşaya bilməz.
Təhsilin məqsədi: hərtərəfli inkişaf etmiş şəxsiyyətin forma-
laşdırılması; özünün maraqlarına və cəmiyyətin tələbinə uyğun
olaraq yaradıcı potensialından istifadə etmək bacarığının inkişaf et-
dirilməsi; mütərəqqi adət və ənənələrin davam etdirilməsi; elmin,
texnikanın, mədəniyyətin inkişaf etdirilməsi, tarixi varisliyin təmin
edilməsi; dünyanın elmi surətdə anlaşılması; millətlər arası mədə-
niyyətlərin inkişaf etdirilməsi; təhsilin bütün istiqamətlərinin yeni-
ləşdirilməsi; insanın bütün həyatı boyu fasiləsiz təhsili; təhsilin
müyəssərliyi; distant təlimin inkişaf etdirilməsi; informasiya texno-
logiyalarından geniş surətdə istifadə olunması; təhsilalanların aka-
demik mobilliyi; vətəndaş tərbiyəsi; pedaqoji kadrların elmi tədqi-
qatçılıqda fəal iştirakı; yüksək ixtisaslı mütəxəssis kadrlarının
hazırlığının təmin edilməsi; peşə mobilliyi və s.
Təhsil müəyyən tədris müəssisələrində və ya müstəqil yolla
həyata kеçirilir.
Dostları ilə paylaş: |