71
yəsini, eksperimental tədqiqata həvəsi və bacarığı eksperimentə
qoyulan ideya, fərziyyə, yeni sistemin xarakteri, əvvəlkindən fərqi,
üstünlüyü, onun təcrübədə müvəffəqiyyətlə sınaqdan keçirilməsi
üçün nəzərdə tutulmuş çalışmaların növləri, məzmunu haqqında
məlumat verir. Həmin çalışmalar da sistemin tətbiqi prosesində la-
zım olacaq əyani vəsait, didaktik materiallar, testlər, şagirdlərin
uğurlarının öyrənilməsi və ona nəzarətlə bağlı məsələlər açıqlanır,
lakin işin gedişində bir neçə sinifdə müşahidə zamanı müəyyən
situasiyada qarşıya çıxan çətinliklər, yeni ideyalar metodikada (iş
sistemində) müəyyən dəyişikliklərin, korrektlərin aparılmasını diktə
edə bilər. Eksperimentator belə faktları qeydə almalı və bütün
siniflərə göstəriş verməlidir.
Müəllimlər eksperimentin gedişində ideyanı, sistemi dəyişmə-
dən situasiyanı, çalışmanı azacıq dəyişməklə işi davam etdirə bilər-
lər. Bəzən şagirdlərin fəaliyyəti nədə isə müəyyən dəyişikliyin apa-
rılmasını diktə edə bilər. Belə dəyişikliklər müqayisəli fikir söy-
ləməyə, nəticə çıxarmağa imkan verir. Beləliklə, eksperimentator
müəllimlərə eyni çalışmalar sistemini yerinə yetirməyi təklif edir və
müxtəlif hazırlıqlı qruplarda öyrədilmə prosesində qarşıya çıxan
fərqləri nəzərə almağı tapşırır. Eksperimentatorun təqdim etdiyi
metodika əsasında yerli şəraiti, imkanları nəzərə almaqla hər bir
müəllim öz metodikasını hazırlaya bilər.
Eksperimentator və müəllim öyrətdiyi yeni sistemin necə qav-
ranılması üzərində müntəzəm müşahidə aparmalı, müvafiq şəraitin
yaranmasına nail olmalı, əvvəlkindən (adət etdiyindən) fərqli olaraq
hansı halların yarandığını izləməli, təlimin keyfiyyətinin necə yük-
səldiyinə inanmalıdır.
Bəzən eksperiment mürəkkəb problem üzrə qoyulduqda siste-
min iki-üç variantı sınaqdan keçirilə bilər. Tədqiqatçı onların içəri-
sindən daha az vaxt, vəsait, qüvvə itirməklə alınan ən yaxşı nəticəni
seçməklə sistemin optimallaşdırılmasını təmin edir. Seçilmiş vari-
antı hazırlığı bərabər səviyyəli siniflərdə tətbiq etməklə üstünlüyünü
bir daha sübut edir.
Yoxlayıcı eksperiment. Eksperimental tədqiqatın nəticələrinin
obyektivliyi onun necə yoxlanmasından da asılı olur. Eksperimental
tədqiqatın nəticələri qiymətləndirilərkən didaktik prosesin kompo-
72
nentləri – müəllim, şagird, dərslik, dərs vəsaiti, didaktik material, iş
şəraiti və s. nəzərə alınmalıdır.
Yoxlayıcı eksperiment ayrı-ayrı faktların alınması və ya də-
qiqləşdirilməsi üçün zəruri olan güman və fərziyyənin yoxlanması
məqsədini daşıyır.
Yoxlayıcı eksperimentdən sonra eyni xarakterli dəqiqləşdirici
eksperimentin aparılması da vacibdir. Belə təkrar eksperiment za-
manı ideya və fərziyyə yeni şəraitdə yoxlanır. Əvvəlki və təkrar yox-
layıcı eksperimentlərin nəticələrinin müqayisəsi fərziyyənin doğrulu-
ğu haqqında dəqiq və etibarlı fikir irəli sürməyə imkan verir. Eks-
perimentin birinci mərhələsində – müəyyənedici eksperiment zamanı
bərabər səviyyəli eksperimental və kontrol siniflərin hamısında sorğu
eyni suallar əsasında aparılır. Onların hamısına eyni mətn üzrə yazı,
eyni məsələ və misallar, eyni çalışmalar və s. verilir. Eksperimentdə
dəqiq ölçmə və riyazi aparatdan bir vasitə kimi istifadə olunur.
Didaktik tədqiqatların göstəricilərinin etibarlılığı şagirdlərin tam və
aydın xarakteristikaları ilə bağlıdır. Bu gün uşaq pedaqoji proseslərin
mərkəzində durur. Ona görə də sinfin xarakteristikasını tərtib etmək
lazımdır. Şagirdlərin inkişafının hərtərəfli ölçülməsi üçün etibarlı
standart ekspertiza metodikası işlənilməlidir.
Didaktik eksperimentin (didaktik eksperimentdən fərqli olaraq
metodik eksperiment bilavasitə tədris fənni sisteminə daxil olmaqla
frontal xarakter daşıyır, didaktik eksperiment bəzən laborator ekspe-
rimentlə məhdudlaşır) ən faydalı növlərindən biri çarpaz eksperi-
mentdir. Mümkün olan amillərin eksperimentə təsirini aradan qal-
dırmaq və alınan nəticənin tam obyektivliyini təmin etmək məqsə-
dilə çarpaz (çarpazlaşan) eksperiment tətbiq olunur: paralel sinif-
lərdə (məktəblərdə) tətbiq olunan iş tərzinin yerləri dəyişdirilir və
eksperiment davam etdirilir. Y.Ş.Kərimov yazır ki, çarpaz ekspe-
rimentin yüksək obyektivliyini təmin etmək üçün onu bəzən bir
sinifdə, bir dərs ərzində aparmaq məsləhət görülür. Bu zaman
müəllim sinfi iki qrupa ayırır, yaxud eyni partada əyləşənlərin biri
(bir sıra) eksperimental, digəri (o biri sırası) kontrol hesab olunur.
Belə eksperimentdə şagirdlərə bütün materiallar yazılı verilir.
Müəllim heç bir qrupa izahat vermir. Bununla da müəllimin
pedaqoji ustalığının, əhval-ruhiyyəsinin təsirinin qarşısı alınır .
73
Məktəb sənədlərinin öyrənilməsi. Pedaqoji prosesin xarak-
terizə edilməsində məktəb sənədlərinin öyrənilməsi mühüm yer
tutur. Tədqiqatçı üçün sinif jurnalları, yığıncaqların və iclasların
protokolları, dərs cədvəli, daxili intizam qaydaları, müəllimlərin
təqvim-tematik planları, dərslərin icmalları və s. zəngin informasiya
mənbəyidir. Tədqiq olunan pedaqoji fakt və hadisələr arasındakı
səbəb-nəticə asılılıqlarını və qarşılıqlı əlaqələri müəyyən etməkdə,
obyektiv məlumatlar almaqda həmin sənədlər ilkin və qiymətli
mənbədir. Ancaq məktəb sənədlərinin öyrənilməsi mütləq başqa
metodlarla əlaqələndirilməlidir.
Şagirdlərin yaradıcılıq məhsullarının öyrənilməsi. Fəaliyyət
məhsulları da pedaqoji təcrübənin öyrənilməsinə xidmət etmək im-
kanına malikdir. Şagirdlərin müxtəlif formalı işlərinin nəticələrini
nəzərdən keçirən tədqiqatçı nəinki şagirdlərin qabiliyyətləri barədə,
bu və ya digər fənn üzrə proqram materiallarını nə dərəcədə mənim-
sədikləri barədə, habelə onlara pedaqoji rəhbərliyin vəziyyəti barədə
müəyyən məlumat əldə edir.
Qabaqcıl təcrübənin öyrənilməsi və ümumiləşdirilməsi. Bu
metod qabaqcıl məktəblərin və müəllimlərin iş təcrübəsini öyrən-
mək və nəzəri cəhətdən ümumiləşdirmək məqsədi daşıyır. Bəzən
müəllimlər empirik yolla (təcrübə yolu ilə) yenilik xarakteri daşı-
yan, pedaqogikaya bəlli olmayan vacib metodiki uğur qazanırlar.
Təlim-tərbiyə işində qabaqcıl pedaqoji təcrübənin nəzəri cəhətdən
ümumiləşdirilməsi həmin yeniliyi pedaqoji elmin sisteminə daxil
etməyə imkan verir.
Modelləşdirmə. Bu, modellərin yaradılması və tədqiqi meto-
dudur. Didaktikada modelləşdirmə aşağıdakı məsələləri uğurla həll
etmək üçün tətbiq olunur:
1) tədris materiallarının strukturunu optimallaşdırmaq; 2) təd-
ris prosesinin planlaşdırılmasını yaxşılaşdırmaq; 3) idrak fəaliyyə-
tini idarə etmək; 4) təlim-tərbiyə fəaliyyətini idarə etmək; 5) təlimi
diaqnozlaşdırmaq, proqnozlaşdırmaq və layihələşdirmək.
Tarixi müqayisəli tədqiqat üsulu. Azərbaycanda təhsilin, tə-
lim və tərbiyə məsələlərinin, habelə pedaqoji fikrin tarixini və ya
xarici ölkələrdə müxtəlif təhsil sistemlərinin xüsusiyyətlərini müqa-
Dostları ilə paylaş: |