31
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
birgə siyasət və strategiya əsasında həyata keçirilməlidir.
«Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsinə
və istifadəsinə dair» Konvensiyanın 2-ci maddəsinə əsasən, sənədə
qoşulan tərəflər ekoloji rejimi qorumaqla sərhəddən keçən su axarlarda
zərərli təsirləri aradan qaldırmalı, su ehtiyatlarının ekoloji cəhətdən
əsaslandırılmış və səmərəli idarə olunmasını, şüurlu və ədalətli istifadəsini
təmin etməli, ətraf mühitin mühafizəsi, ekosistemin saxlanılması və
lazım olduqda bərpası üçün təxirəsalınmaz tədbirlər görməlidirlər.
Konvensiyadan irəli gələn öhdəliklərdə göstərildiyi kimi, həmin fəaliyyət
zamanı ehtiyat tədbirləri görülməsi zəruridir və transsərhəd sularda
daşınan təhlükəli maddələrin mümkün təsiri barədə xəbərdarlıq etməli,
bu sulara zərərli maddələr axıdılarsa, məsuliyyətli tərəf dəymiş ziyanın
aradan qaldırılmasına çəkilən xərcləri ödəməlidir. Bundan başqa, sənədə
qoşulan tərəflər yerüstü sulara kiçik mənbələrdən atılan tullantıların
miqdarının hədd normasını da müəyyən etməli, kiçik və diffizion
mənbələrdən suya daxil olan təhlükəli maddələrin istehsalını, yaxud
istifadəsini tamamilə və ya qismən qadağan etməli, ortaq şəkildə suyun
keyfiyyət meyarlarını müəyyənləşdirməlidirlər. Helsinki Konvensiyasında
o da bildirilir ki, sahilyanı dövlətlər transsərhəd zərərli təsirin aradan
qaldırılması, məhdudlaşdırılması və azaldılması məqsədilə qarşılıqlı
münasibətlərini və fəaliyyətlərini müəyyən edərkən mövcud müqavilə
və razılaşmalara dəyişikliklər etmək, əgər aralarında belə razılaşma
yoxdursa, ikitərəfli və yaxud çoxtərəfli müqavilələr bağlamaq hüququna
malikdirlər
(2-ci hissə, «Sahilyanı tərəflərə aid müddəalar», 9-cu maddə).
Tərəflər arasında yaranan münaqişələrin aradan qaldırılmasına gəldikdə
isə, zərər çəkmiş dövlət ziyan vuran tərəfi Beynəlxalq Məhkəməyə və ya
arbitraj
məhkəməsinə verə bilər
24
.
Konvensiyada bir tərəfin digərinə «əhəmiyyətli zərər vurmamasına»,
transsərhəd suların «ədalətli və şüurlu istifadəsinə» dair mühüm
fəaliyyət prinsipləri ilə yanaşı, ümumi su ehtiyatlarının birgə mühafizəsi
və idarə edilməsi, mübahisəli məsələlərin dinc üsullarla həlli, zəruri
informasiya mübadiləsi və s. kimi universal qaydaların əksini tapmasına
və qüvvəyə minməsindən 15 il keçməsinə baxmayaraq, ona qoşulan
dövlətlərdən ibarət kvorumun
(35 ölkə) hələ də əldə edilməməsi
sənədin geniş tətbiqinə başlıca maneədir
25
. Konvensiyaya qoşulmaqdan
imtina edən dövlətlər, xüsusilə zəngin su ehtiyatlarına malik ölkələr
24 www.eco.gov.az/qanunlar/q29.doc
25 http://untreaty.un.org/cod/avl/ha/clnuiw/clnuiw.html