90
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
baş verən kütləvi səhnələri, dramatik dəyişiklikləri, radikal yollarla
«demokratikləşmə» və «modernləşmə» proseslərini nəzərdə tutan
qlobal plana əsasən, Türkiyə Respublikasına Şərq və Qərb dövlətləri,
islam və xristian mədəniyyətləri arasında vasitəçi, «etalon Şərq dövlət
modeli» obrazını yaratmaq funksiyası ayrılmışdır
96
. Z.Bjezinskinin
sözləri ilə desək,
«Türkiyənin indiki vəziyyəti onu «regional lider»
adlandırmağa əsas verir. Bu dövlət Orta və Yaxın Şərqdə regional güc
mərkəzi və Amerikanın xarici siyasətinin dayaq məntəqəsidir»
97
.
Anadolu yaylası istisna olunmaqla, Türkiyənin əksər əraziləri zəngin
yerüstü və yeraltı su ehtiyatlarına malikdir. Bununla belə, mürəkkəb
geomorfoloji şərait, regionlarda iqtisadiyyatın zəif inkişafı həmin
ehtiyatlardan səmərəli istifadə etmək imkanlarını xeyli məhdudlaşdırır.
Qlobal təbii və antropogen proseslər – iqlim dəyişmələri, təbii
ehtiyatlardan qeyri-səmərəli istifadə olunması, ətraf mühitin, o cümlədən
şirin su mənbələrinin çirklənməsi, səhralaşma, torpaqların şoranlaşması
və s. fəsadlar Türkiyədən də yan keçməmişdir. Hesablamalara əsasən, son
40 ildə ölkənin şirin su ehtiyatları təqribən 50% azalmışdır. Türkiyənin
Təbiəti Mühafizə Cəmiyyətinin baş direktoru Filiz Dəmirayağın sözlərinə
görə, qlobal istiləşmə, yağıntıların miqdarının aşağı enməsi, buzlaqların
sürətlə əriməsi şirin su hövzələrində ehtiyatın azalmasına, əhalinin içməli
su ilə təmin olunmasında fasilələrə səbəb olmuşdur. Onun fikrincə:
«Əgər dövlətimiz qısa vaxt ərzində su ehtiyatlarının qorunmasına
və istifadəsinə dair düzgün siyasət həyata keçirməzsə, ölkədə su
çatışmazlığı fəlakət həddinə çatacaqdır». Türkiyənin Elmi-Texniki
Tədqiqatlar Şurasının mütəxəssisləri də bir neçə yüz il sonra ölkə ərazisinin
səhralaşmasını proqnozlaşdırır və çevik su strategiyasının yürüdülməsinin
vacibliyini vurğulayırlar. Qaziantep Universitetinin professoru Ö.Kesici
bu qənaətdədir ki, qlobal iqlim dəyişmələri nəticəsində buzlaqların ərimə
prosesinin sürətlənməsi və tükənməsi ölkədə flora və fauna nümunələrinin
böyük hissəsinin məhvinə, dəniz səviyyəsinin isə xeyli yüksəlməsinə gətirib
çıxaracaqdır
98
. Bu baxımdan, Türkiyə Respublikasının çevik, bəzən isə
sərt hidrosiyasəti başa düşüləndir və bir çox hallarda milli təhlükəsizlik
mənafelərindən irəli gəlir.
96 Will America Bring Democracy to the Middle East// Zaman. 29.04.2004
97 Z.Brzezinski. The Grand Chessboard: American Primacy and
Its Geostrategic Imperatives,
New York:
Basic Books, 1997
98 «Запасы пресной воды в Турции за последние
лет сократились наполовину и
продолжают уменшаться», www.ami-tass.ru