91
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
Regionun ən iri su axarlarından olan Fərat çayının su ehtiyatlarının
98%-i, Dəclə çayının isə 45%-i Türkiyə ərazisində formalaşır. Fərat çayının
su axımının 98%-i
(31 milyard m
3
) Türkiyənin, cəmi 11%-i isə Suriyanın
payına düşür. Türkiyə və Suriya arasında münasibətlərin pisləşməsinin
arxasında rəsmi Dəməşqin kürd separatizmini asıq şəkildə dəstəkləməsi,
öz ərazisində Kürd İşçi Partiyasının
(PKK) hərbi təlim düşərgələrinə yer
verməsi ilə yanaşı, Dəclə və Fərat çayları sularının bölüşdürülməsində
yaranan ziddiyyətlər də dayanır. 1980-ci ildən başlanan diplomatik
polemika dəfələrlə hər iki tərəfdən qoşunların sərhəddə cəmləşdirilməsi
həddinə çatdırılmışdır. Suriyada getdikcə kəskin xarakter alan su
çatışmazlığı, nəhayət, 1987-ci ildə Dəməşqi su ehtiyatlarından istifadəyə
dair ikitərəfli sazişə imza atmağa, Türkiyənin irəli sürdüyü siyasi şərtlərlə
razılaşmağa vadar etmişdir. Beləliklə, Suriya terrorçu-separatçı PKK
qruplaşmalarına hərbi-siyasi yardım göstərməkdən rəsmi şəkildə imtina
etmişdir. Lakin reallıqda Suriya rəhbərliyi həmin qüvvələrə hərtərəfli
dəstək verməkdən çəkinməmişdir. 1987-ci ildə hər iki ölkə Suriyanın
Fərat çayından istifadəsi haqqında Protokol imzalasalar da, aralarındakı
hidrosiyasi qarşıdurma səngiməmiş, 1990-cı ilin yanvar ayında Türkiyə
tərəfinin Atatürk adına su anbarının (
Atatürk Barajı) səviyyəsinin
istismar həddinə çatdırılması məqsədilə bir ay müddətinə Fərat çayının
Suriya ərazisinə keçən hissəsində suyun həcmini azaltması növbəti
siyasi gərginliyə səbəb olmuşdur. Nəticədə, Dəməşq və Bağdad bir
araya gələrək çayın Türkiyənin cənubundan Hələb yaxınlığındakı «əl-
Əsəd» süni dəryaçasınadək olan hissəsinin «tamamilə qurumasını»
bəhanə gətirmiş, Ankaranın bu hərəkətini «ərəb dünyasına qəsd» kimi
dəyərləndirmiş, problemi beynəlxalq səviyyədə müzakirəyə çıxarmaq
məqsədilə Ərəb Dövlətləri Liqasına
müraciət etmişlər
99
.
Fərat və Dəclə çaylarının su ehtiyatlarının bölüşdürülməsinə dair
mübahisələrin hüquqi baxımdan tənzimlənməsi sahəsində ilk addım
1946-cı ildə Türkiyə və İraq arasında bağlanmış müqavilə olmuşdur.
Müqavilənin şərtlərinə görə, həmin çaylar üzərində tikiləcək istənilən
hidrolayihə haqqında tərəflərin qabaqcadan bir-birini məlumatlandırması
və qarşılıqlı məsləhətləşmələrin aparılması nəzərdə tutulmuşdur. 1980-ci
ildə bu ölkələr arasında bağlanmış protokola əsasən, su mübahisələrini
nizamlayan qurum –
Birgə Texniki Komitə yaradılmışdır. 1983-cü ildə
Suriyanın da həmin komitəyə qoşulmasına baxmayaraq, yeni qurum su
münaqişələrinin həllində nəzərəçarpacaq irəliləyişə nail ola bilməmiş,
99 Ю.Рысбеков, «Трансграничное сотрудничество на международных реках:
проблемы,
опыт, уроки, прогнозы экспертов»,
Научно-информационный центр, МКВК, 2009
92
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
1992-ci ildə formal fəaliyyətini tamamilə dayandırmışdır. Bu zaman İraq
və Suriya yenə də Türkiyəni su ehtiyatlarının istifadəsi ilə bağlı danışıqları
pozmaqda təqsirləndirmiş, rəsmi Ankara isə onları Türkiyənin və regionın
mənafelərinə zidd tələblər irəli sürməkdə ittiham etmişdir. Lakin Türkiyəni
«su işğalında» günahlandıran Suriyanın özü də görünmək istədiyi kimi
«məsum» deyildir. Rəsmi Dəməşqin transsərhəd Asi çayının
(Oront)
qarşısını kəsərək üzərində Dastan və Mahərd bəndlərini inşa etdirməsi,
Cizr əl-Uqhur şəhərində sutəmizləyici qurğunun istifadəyə verilməsi və
beləliklə, çayın illik su axımının 90%-ni mənimsəməsi Türkiyənin Hatay
vilayətinin su təchizatını xeyli dərəcədə pisləşdirmişdir. Üstəlik, Suriya
tikilməkdə olan Zezun və Kastun bəndlərini də istismara daxil edərsə, bu
zaman illik su axımı 1,2 milyard m
3
-ə çatan Asi çayından Türkiyəyə ildə
cəmi 25 milyon m
3
pay düşəcəkdir
100
. Lakin Ankara və Dəməşq nəhayət
ki, bir araya gələrək Asi çayı üzərində müştərək su bəndi tikməyi qərara
almışlar. Bunu görən Bağdad da Dəclə çayı üzərində tikilən və Türkiyə ilə
su mübahisələrinə səbəb olan digər hidrotexniki qurğunun - İlısu bəndinin
inşasından imtina etmişdir.
Bundan başqa, rəsmi Ankara transsərhəd
sulardan istifadəyə dair region dövlətləri üçün məqbul sayıla biləcək yeni
hidrosiyasət modelinin hazırlanmasını və adaptasiyasının başlanılmasını
bildirmiş və su bölgüsü ilə əlaqəli bütün mübahisəli məsələlərin üçüncü
tərəfin müdaxiləsi olmadan, yalnız ikitərəfli danışıqlar yolu ilə həllini
təklif etmişdir. Ekspertlərin fikrincə, Türkiyənin bu mövqeyi bir tərəfdən
qonşu dövlətlərlə münasibətlərinin yaxşılaşmasına, digər tərəfdən isə
İraqın şimal hissəsində müstəqil kürd dövlətinin yaradılmasına qarşı
yönəldilmişdir.
101
Türkiyənin yeni hidrosiyasi konsepsiyası dünyanın ən böyük
doqquz layihəsindən biri olan Cənub-Şərqi Anadolu Layihəsində
(Güneydoğu Anadolu Projesi - GDA) öz təzahürünü tapmaqdadır. Bu
barədə fərqli mövqelərə baxmayaraq, GDA layihəsi transsərhəd Dəclə
və Fərat çaylarının su ehtiyatlarını təkcə Türkiyənin deyil, İraq və
Suriyanın da maraqlarının təminatına yönəltməyə, onların da elektrik
enerjisi ilə təminatının yaxşılaşdırılmasına, suvarılan torpaq sahələrini
artırmaqla kənd təsərrüfatının inkişaf etdirilməsinə geniş imkanlar
açacaqdır. Layihəyə əsasən, Fərat və Dəclə çayları üzərində 22 su bəndi,
19 hidroelektrik stansiya, irriqasiya obyektləri inşa etmək, şəhər və
100 A.Ирхин, «Проблема водных ресурсов в реализации
региональной политики
Турции», http://nomos.com.ua/content/view/64/84/)
101 A.Караева, «Водные ресурсы Азербайджана и Турции», http://kornelij.livejournal.
com/707443.html)