Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə37/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
1   ...   33   34   35   36   37   38   39   40   ...   60

98        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
ki,  Cənubi  Qafqazın  ümumi  su  ehtiyatının  62%-i  Gürcüstanın,  28%-i 
Ermənistan  və  yalnız  10%-i  Azərbaycanın  payına  düşür.  Bütövlükdə, 
hər  il  təbii  ehtiyatlardan  10-14  km³  su  götürülür  və  onun  60-70%-i 
kənd təsərrüfatının, 20-25%-i sənayenin ehtiyaclarına sərf olunur. Ölkə 
ərazisinin 4,6 milyon hektarı aqrar sahə üçün yararlı olsa da, suvarılan 
torpaqların ümumi sahəsi cəmi 1,45 milyon hektara bərabərdir və kənd 
təsərrüfatı məhsullarının 90%-i məhz həmin sahələrdə yetişdirilir. 2012-
ci ilədək kompleks meliorasiya işləri hələlik həmin sahələrin yalnız 610 
min  hektarını  əhatə  edə  bilmişdir.  Azərbaycan  Respublikası  Ekologiya 
və Təbii Sərvətlər Nazirliyinin rəsmi məlumatına əsasən, ölkənin ümumi 
su ehtiyatlarının həcmi 35 milyard km³-ə çatır. Onun təqribən 5 milyard 
km³-ni  isə  yeraltı  sular  təşkil  edir.  «Sukanal»  Elmi-Tədqiqat  Layihə 
İnstitutunun  statistik  rəqəmlərində  ölkənin  yerüstü  su  ehtiyatlarının 
həcminin 32 milyard m
3
 olduğu və quraqlıq illərində 23 milyard m
3
-ə 
qədər azaldığı bildirilir. 
Kür çayı
Azərbaycan  Meliorasiya  və  Su  Təsərrüfati  Açiq  Səhmdar 
Cəmiyyətinin məlumatına əsasən, ölkədə  Xəzər dənizi hövzəsinə daxil 
olan  8350  böyük  və  kiçik  çay  vardır.  Bu  çayların  böyük  hissəsinin, 
yəni    7860  suaxarın  uzunluğu  10  kilometrdən  də  azdır.  Daxili  çaylar  
ayrı-ayrı  bölgələr  üzrə  qeyri-bərabər  şəkildə  paylanmışdır  və  onların 
axımının  əsas  hissəsi  yaz  dövrünə  düşür.  Çayların  əksəriyyətinin 
axımı tənzimlənmədiyindən daşqın və sel sularından səmərəli istifadə 
etmək  mümkün  olmur  və  bu  sular  dənizə  axır.  İlin  isti  aylarında  isə 
kiçik  çayların  bir  çoxunun  suları  quruyur.  Sellər  və  daşqınlar  hər 


       99
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
il  ölkə  iqtisadiyyatına  xeyli  miqdarda  ziyan  vurur.  Onların    zərərli 
təsirinə yüzlərlə yaşayış evi, min hektarlarla  əkin sahələri,  dəmiryolu 
və  avtomobil  magistralları,  elektrik  xətləri,  qaz  kəmərləri,  kanal  və 
kollektorlar, hidrotexniki qurğular, digər mühəndis kommunikasiyaları 
məruz qalır. Cəmiyyətin məlumatında bildirilir: 
«Çaylardan ekoloji, 
energetika  və  digər  məqsədlər  üçün  məcburi  su  buraxmalarını 
nəzərə  alsaq,  su  çatışmamazlığının  miqdarı  təsəvvür  edilməz 
qiymətə  malik  olacaqdır».  Cənubi  Qafqazın,  o  cümlədən  də 
Azərbaycanın əsas su arteriyası Kür çay hesab olunur. Uzunluğuna və su 
ehtiyatlarına görə ölkənin ikinci suaxarı isə Araz çayıdır. Qlobal  iqlim 
dəyişilmələrli ilə əlaqədar dünyada, eləcə də Azərbaycanda müşahidə 
olunan uzunsürən quraqlıqlar və son 2-3 ildə   çaylarda baş verən sel 
və  daşqınlar  ölkə  iqtisadiyyatına  və  əhalisinə  xeyli  zərər  vurmuşdur. 
Ümumi  su  tutumu  640  milyon  m3  olan  su  anbarları  Ermənistan 
tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində qaldığı üçün ölkədə su 
problemi daha da dərinləşdirir. Su çatışmamazlığı ilə yanaşı, çayların, 
xüsusi  ilə  transsərhəd  çaylarının  sularının    Ermənistan  və  Gürcüstan 
ərazilərində  çirkləndirilməsi  və  suyun  keyfiyyətinin  pisləşməsi 
ölkədə  sosial-ekoloji  gərginliyi  artıran  əsas  amillərdəndir.  Hazırda 
Azərbaycanda suvarılan torpaqlarını su ilə təmin etmək və energetika 
məqsədləri üçün 135 hidrotexniki qurğu, o cümlədən su tutumu 100 
milyon m3-dən çox olan 8,  su tutumu 10-100 milyon m3-dən çox 12, 
su tutumu 1-10 milyon m3-ə bərabər 42, həcmi milyon m3-dən aşağı 
73 su anbarı istismar olunur. 
108
Azərbaycanın yerüstü su ehtiyatlarının 70%-i onun sərhədlərindən 
kənarda  formalaşır  və  onun  da  böyük  hissəsi  ölkə  ərazisinə  kənd 
təsərrüfatı, sənaye və məişət tullantıları ilə çirklənmiş vəziyyətdə daxil 
olur.  Suaxarların  19-20,6  km³-i  20-yə  yaxın  transsərhəd  çayların,  o 
cümlədən, 
Kür, Araz, Qanıx (Alazan), Samur, Ağstafaçay, İorinin, 
9,5-10  km³-i  isə  daxili  çayların  payına  düşür.  Azərbaycan  əhalisinin 
təqribən 80%-i Kür və Araz çaylarının sularından istifadə edir. Samur 
çayı istisna olmaqla, Xəzər dənizinə tökülən digər çayların illik su ehtiyatı 
2,2-2,5 km³-ə, Kür çayı hövzəsinə daxil olan qolların ümumi ehtiyatı 
isə  7,5-7,8  km³-ə  çatır.  Azərbaycan  ərazisindəki  şirin  sulu  göllərin 
ehtiyatı da məhduddur: cəmi 0,03-0,05 km³. İstifadəyə yararlı yeraltı 
su ehtiyatlarının illik istismar həcmi isə təqribən 9 milyard m³-ə çatır. 
Həmin mənbələrin 60%-i Samur-Dəvəçi, Şəki-Zaqatala, Gəncə-Qazax 
bölgələrində,  qalan  hissəsi  isə  Mil-Qarabağ,  Cəbrayıl  və  Naxçıvanın 
108  http://mst.gov.az/az/pages/mst/su-anbarlari/


100        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
dağətəyi  zonalarında  yerləşir.  Yeraltı  su  yataqlarının  bir  çoxunun 
istismar müddəti bitmək üzrədir. Bundan başqa, Azərbaycanda ümumi 
su  tutumu  22  km³  olan  140  su  anbarı  vardır.  Onların  ən  tutumluları 
Mingəçevir,  Şəmkir,  Araz  və  hazırda  işğal  altında  olan  Sərsəng  su 
anbarlarıdır.  Bakı  şəhərinin  və  Abşeron  yarımadasının  içməli  su  ilə 
təminatı məqsədilə 5 yeraltı mənbə istismar olunur. Bu mənbələrdən 
ikisi Xaçmaz, biri isə Oğuz rayonlarının ərazilərindədir. Bundan başqa, 
su  təminatında  Ceyranbatan  su  anbarının  və  Kür  çayının  sularından 
da  istifadə  edilir.  İçməli  suyun  Bakı  və  Abşerona  nəqli  məqsədilə 
Xaçmazdan  «Şollar»  və  2-ci  Bakı  su  kəmərləri,  Kür  çayından, 
Ceyranbatan  su  anbarından  magistral  kəmərlər  və  Oğuz-Qəbələ-
Bakı  su  kəməri  istifadəyə  verilmişdir
109
.  1996-cı  ildən  başlanan  aqrar 
islahatlar Azərbaycanda planlı fəaliyyət göstərən dövlət kənd təsərrüfatı 
müəssisələrinin, kolxoz və sovxozların ləğvinə, əvəzində isə xeyli sayda 
kiçik  fermer  təsərrüfatlarının  yaranmasına  imkan  vermişdir.  Bununla 
belə, ilk dövrlərdə su ehtiyatlarından nəzarətsiz və israfçılıqla istifadə 
edilməsi,  innovativ  aqrotexniki  qaydaların  zəif  tətbiqi  nəticəsində 
daxili suvarma və meliorasiya, irriqasiya və subölüşdürücü sistemlərin 
böyük hissəsi sıradan çıxmış, ən nəhayət, suvarılan torpaqların 40%-i 
şoranlaşmışdır. 
Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar 
Cəmiyyətinin məlumatına görə, ölkə ərazisində orta illik su çatışmazlığı 
3,7-4,75 km³ arasında dəyişir. Ölkədə su çatışmazlığı təkcə təbii amillərlə 
əlaqəli deyildir. Bu problem həm də mövcud su ehtiyatlarından rasional 
istifadə  olunmamasının  nəticəsidir.  Məsələn,  Kür  çayından,  Oğuz-
Qəbələ-Bakı  və  Samur-Abşeron  kəmərlərindən  Bakı  şəhərinə  və  onun 
ətrafına  saniyədə  30  kubmetr  su  daxil  olsa  da,  onun  təqribən  40%-i 
israfçılıq,  nəzarətsizlik,  texniki  qurğuların  və  boru  xəttlərinin  nasazlığı 
üzündən itkiyə gedir.
Azərbaycan  Respublikası  Cənubi  Qafqaz  dövlətlərindən  ilk  və 
hələlik yeganə ölkədir ki, 
BMT-nin Avropa İqtisadi Komissiyasının 
«Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsinə 
və  istifadəsinə  dair»  Helsinki  Konvensiyasına  qoşulmuşdur. 
Ermənistan və Gürcüstan isə müxtəlif əsassız səbəbləri, əsasən həmin 
sənəddən irəli gələn öhdəliklərin icrasını, məsələn, transsərhəd sulardan 
istifadə  zamanı  qonşuların  maraq  və  ehtiyaclarının  nəzərə  alınması, 
qənaət  rejiminin  tətbiqi,  kanalizasiya  sisteminin  yaxşılaşdırılması, 
109   http://www.eco.gov.az/hid-chay-gol-suanbar.php.


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə