Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə45/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
1   ...   41   42   43   44   45   46   47   48   ...   60

120        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
etdiyini bildirən dövlət başçısı içməli su ilə bağlı problemlərin bundan 
sonra da davamlı olaraq həlli məsələsinə də toxunmüşdur. 
Prezident İlham Əliyev Kürdəmir şəhərində su şəbəkəsinin
istifadəyə verilməsi mərasimində
2010-cu  ilin  noyabr  ayından  etibarən,  Azərbaycan  Respublikasının 
Milli  Su  Təchizatı  və  Kanalizasiya  Xidmətləri  Layihəsi  çərçivəsində 
ölkənin  əksər  bölgələrində  əhalinin  içməli  su  ilə  təmin  olunması 
istiqamətində  kompleks  tədbirlərin  icrasına  başlanılmışdır.  Məsələn, 
həmin  layihə  üzrə  Oğuz  rayonunun  su  təchizatı  sistemlərinin  yenidən 
qurulması işləri sürətlənmiş, bütün mühəndis-axtarış və layihələndirmə 
işləri  Azərbaycan-Türkiyə  Konsorsiumu  tərəfindən  icra  olunmuşdur. 
Yeni içməli su təchizatı sistemi Oğuz şəhərini, həmçinin rayonun Bayan, 
Kərimli,  Qumlaq,  Şirvanlı,  Tayıflı  və  Xalxalqışlaq  kəndlərini  əhatə 
edəcəkdir.  Layihəyə  əsasən,  təqribən  20  min  nəfərin  su  ilə  fasiləsiz 
təmin  olunması  nəzərdə  tutulmuşdur.  Oğuz  şəhərinin  su  təchizatı  və 
kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı işlər üç mərhələdə 
aparılır. Birinci mərhələdə Sazur və Almalıq su mənbələrindən magistral 
boru  xətti,  su  anbarları,  xlorlama  təsərrüfatı,  laboratoriya  və  digər 
struktur  obyektlərinin  tikintisi  başa  çatdırılmışdır.  Bu  mərhələdə 
hidrogeoloji  və  mühəndis-axtarış  işlərinin  nəticələrinə  görə,  Sazur  və 
Almalıq bulaqları ərazisində yeraltı suların yığılması və süzülməsi üçün 
üfüqi  sutoplayıcı  qurğu  tikilmiş,  2,3  kilometr  uzunluqda  magistral  su 
xətti  çəkilmişdir.  Bundan  başqa,  Hər  birinin  həcmi  1000  m
3
  olan  iki 


       121
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
yeni su anbarı tikilmiş, həcmi 200 m
3
 olan su anbarı isə bərpa edilmişdir. 
Suqəbuledici qurğular meydançasında transformator yarımstansiyası və 
generator  quraşdırılmışdır.  İkinci  mərhələdə  şəhərin  üç  zonasında  su 
anbarları şəbəkəsi yaradılmış, hər birinin tutumu 250 m
3
 olan altı anbar 
və  s.  inşa  olunmuşdur.  Bu  mərhələdə  içməli  su  şəbəkəsində  müxtəlif 
diametrli 112,9 kilometr uzunluqda, o cümlədən anbarlararası xətlərdə 
8,2  kilometr,  şəhər  magistral  su  xətlərində  57,7  kilometrlik,  abonent 
qoşulmalarında isə 47 kilometrlik boru xətti çəkilmişdir. Üçüncü mərhələ 
çərçivəsində gün ərzində məhsuldarlığı 2500 m
3
 olacaq çirkabtəmizləyici 
qurğular  kompleksinin  tikintisi  və  texnoloji  sistemlərin  quraşdırılması 
işləri aparılır. 
Biləsuvar rayonuna su kəməri çəkilişi
Əsasən dövlət büdcəsi hesabına maliyyələşdirilən Milli Su Təchizatı 
və  Kanalizasiya  Xidmətləri  Layihəsi  çərçivəsində  Biləsuvar  şəhərinin 
su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərin 
böyük hissəsi tamamlanmışdır.  Nəticədə, Biləsuvar şəhəri içməli su ilə 
Şirvan-Muğan  su  kəməri  vasttəsilə  təmin  olunacaq,  su  və  kanalizasiya 
şəbəkələri  yenidən  qurulacaqdır.  Biləsuvar  şəhərinin  fasiləsiz  rejimdə 
içməli su ilə təmin etmək üçün hər birinin tutumu 5 min metr
3
 olan 2 su 
anbarı tikilir. Uzunluğu təqribən 55 kilometrə çatan magistral su xəttinin 
30,3  kilometrlik  hissəsində  işlər  başa  çatdırılmışdır.  Bundan  başqa, 
ümumi uzunluğu 110 kilometr olan şəhərdaxili su şəbəkəsinin 106 km-lik 
hissəsi də tamamlanmışdır. Layihəyə əsasən, Biləsuvar şəhərində ilk dəfə 
olaraq  kanalizasiya  sistemi  yaradılacaqdır.  Hazırda  Biləsuvar  şəhərinə 
içməli su Əzizbəyov adına kanaldan qrafik əsasında verilir. Yeni layihənin 


122        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
icrası  nəticəsində  2035-ci  ilə  qədər  olan  perspektiv  inkişaf  nəzərə 
alınmaqla 26,2 min nəfərin içməli su təchizatı nəzərəçarpacaq dərəcədə 
yaxşılaşdırılacaqdır.  Bununla  yanaşı,  Şirvan-Muğan  qrup  su  kəmərinin 
tikintisi  layihəsi  çərçivəsində  marşrut  boyu  Biləsuvar  rayonunun  23 
kəndinə də içməli su veriləcəkdir.
 Şabran rayon mərkəzinin 29 min 659 nəfərlik əhalisini içməli su ilə 
təmin etmək üçün layihəyə əsasən su mənbəyi kimi ikinci Bakı su kəməri 
nəzərdə tutulmuşdur. Bu məqsədlə 134 min 800 metrlik su xəttinin və 122 
min 700 metr kanalizasiya xəttinin çəkilməsi, 100 kubmetrlik sutəmizləyici 
qurğunun  nasos  stansiyası  ilə  birlikdə  tikintisi,  2  min  kubmetrlik  su 
anbarının  nasos  stansiyası  ilə  birlikdə  inşası,  700  kubmetrlik  və  1000 
kubmetr həcmində su anbarlarının, həmçinin çirkab su nasos stansiyası 
və  gücü  29  min  əhali  ekvivalenti  olan  çirkab  sutəmizləyici  qurğunun 
inşası  planlaşdırılır.  Layihə  üzrə  tikinti  işlərinin  müqavilə  qiyməti  29 
milyon  manat,  inşaat  işləri  zamanı  yarana  biləcək  əlavə  işlər  nəzərə 
alınmaqla tikintinin qiyməti 37 milyon 50 min manat təşkil edir. 2010-
cu ilin dekabrında Fransanın «SADE» və ölkəmizin RAMKO şirkətləri 
ilə bağlanan müqavilə əsasında Şabran rayon mərkəzinin su təchizatı və 
kanalizasiya şəbəkələrinin bərpası və tikintisinə başlanmışdır. İndiyədək 
145 min 879 metr uzunluğunda su, 129 min 356 metr uzunluğunda isə 
kanalizasiya  xətləri  çəkilmişdir.  kanalizasiya  xəttinə  birləşdirilmişdir. 
Suyun şəhər əhalisinə verilməsi üçün tənzimləyici anbarın, tutumu 700, 
1000 və 2000 metr
3
 olan su anbarlarının və çirkab su nasos stansiyasının 
tikintisi üzrə işlər başa çatdırılmışdır. 
Məlumdur  ki,  müasir  dövrdə  su  dövlətlərin  sosial-iqtisadi  və 
xarici  siyasətində  təyinedici  predmetlərdən  birinə  çevrilməkdədir. 
Bu  baxımdan,  əsas  su  ehtiyatları  xarici  ölkə  ərazilərində  formalaşan 
Azərbaycan  Respublikasının  hidrosiyasi  baxımdan  üstün  mövqeyə 
malik olan qonşuları – İran, Türkiyə, Gürcüstan, Rusiya və Ermənistanla 
müqayisədə  hidrosiyasi  manevr  və  təsir  imkanları  məhduddur. 
Nəticədə,  ölkədə  strateji  şirin  su  ehtiyatlarının  həcmi  azaldıqca,  bu 
amil  sosial-iqtisadi  siyasətin  təşkilində,  dövlətlərarası  münasibətlərin 
tənzimlənməsində  yeni  və  fərqli  yanaşmalar,  preventiv  tədbirlər  tələb 
edir.  Qeyd  edildiyi  kimi,  Rusiya  Federasiyasının  malik  olduğu  zəngin 
şirin  su  fondu,  onun  paylanması  və  satışı  vasitəsilə  digər  dövlətlərə 
təsiretmə  imkanlarının  genişliyi  perspektivdə  rəsmi  Moskvanın  yaxın 
qonşuları ilə iqtisadi-siyasi münasibətlərini yeni müstəvidə qurmasında, 
geosiyasi  maraqlarının  ödənilməsində  böyük  əhəmiyyət  kəsb  edir. 
Məsələn,  rusiyalı  siyasətçilərin  və  ekspertlərin  ümumi  qənaətinə 


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə