Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə43/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
1   ...   39   40   41   42   43   44   45   46   ...   60

114        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
yaşayış  məntəqələrinin  su  təminatını  yaxşılaşdırmaq  məqsədilə  nasos 
stansiyalarının,  suqəbuledici  hovuzların  və  təzyiqli  boru  kəmərlərinin 
tikintisi və mövcud qurğularda təmir-bərpa işləri sürətlənmişdir.  
Mingəçevir Su Elektrik Stansiyası
Xatırladaq  ki,  təqribən  50  ildir  istismar  olunan  və  uzunluğu  180 
kilometrə  çatan  Samur-Abşeron  suvarma  sistemi  ölkənin  Şimal 
bölgələrini,  Bakı  və  Sumqayıt  şəhərlərini,  o  cümlədən,  Abşeron 
yarımadasını şirin su ilə təmin edən kompleks su təsərrüfatı obyektidir. 
Onun 50 kilometr uzunluğunda olan kanal hissəsi ötən əsrin 40-cı illərində 
tikilib istifadəyə verilmiş, 1950-ci illərdə kanal uzadılmış, su sızmalarının 
qarşısının  alınması  məqsədilə  beton  örtüklə  üzlənmiş  və  əlavə  nasos 
stansiyaları qurulmuşdur. 1960-cı illərdə isə artan tələbat nəzərə alınaraq 
kanal  sistemi  daha  da  genişləndirilmiş,  Abşeron  yarımadasınadək 
uzadılmışdır.  Lakin  sənayenin,  kənd  təsərrüfatının,  əhalinin  şirin  suya 
ehtiyacının ödənilməsi məsələsi Samur-Abşeron suvarma sisteminin də 
təkmilləşdirilməsini və onun yenidən qurulmasını gündəmə gətirmişdir. 
Azərbaycan  Respublikası  Prezidenti  İlham  Əliyevin  yürütdüyü  sosial-
iqtisadi siyasətin tələblərinə və dövlət başçısının Azərbaycan Respublikası 
Dövlət Neft Fondunun 2006-cı il büdcəsi barədə 28 dekabr 2005-ci il 
tarixli Fərmanından irəli gələn vəzifələrə uyğun olaraq, Şabran rayonunda 
Taxtakörpü su anbarının və su elektrik stansiyasının, eləcə də, Taxtakörpü 
-  Ceyranbatan  su  kanalının  tikintisinə  başlanılmışdır.  Bu  layihədən 
məqsəd  ölkənin  Şimal  bölgələrinin,  Abşeron  yarımadasının  və  Bakı 


       115
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
şəhərinin sənaye obyektlərinin, aqrar sektorun və yaşayış məntəqələrinin 
fasiləsiz  şirin  su  ilə  təminatını  yaxşılaşdırmaqla  yanaşı,  həm  də  Samur 
çayının su ehtiyatlarından asılılığı azaltmaq, hidrosiyasi təhdidlərin risk 
dərəcələrini nəzərəçarpacaq dərəcədə minimuma endirməkdir. 
Taxtakörpü  su  anbarı  Ceyranbatan  gölünə  saniyədə  40  m
3
    su 
ötürməklə  ətraf  ərazilərin  və  Bakı  şəhərinin  şirin  su  problemini  həll 
edəcəkdir. Qeyd etmək lazımdır ki, Taxtakörpü su anbarının su elektrik 
stansiyası  ilə  birgə  və  Vəlvələçay-Taxtakörpü,  Taxtakörpü-Ceyranbatan 
kanallarının  tikintisi  Samur-Abşeron  kanalı  sistemi  üzrə  uzunmüddətli 
strategiyaya  əsasən  həyata  keçirilir.  Layihə  çərçivəsində  kanalın  baş 
qurğusunun  yeniləşdirilməsi,  50  kilometrlik  hissəsinin  əsaslı  təmir 
olunması,  Taxtakörpü  su  anbarının,  Taxtakörpü-Ceyranbatan  və 
Vəlvələçay-Taxtakörpü kanalının tikintisi, su anbarının yerləşdiyi ərazidə 
məskunlaşmış məcburi köçkünlər üçün Şabran rayonunda 70 evlik yeni 
qəsəbənin  salınması,  maqistral  qaz  və  neft  boru  kəmərlərinin  subasar 
ərazidən  keçən  hissələrinin  istiqamətinin  dəyişdirilməsi  və  s.  nəzərdə 
tutulmuşdur.
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vəlvələçay-Taxtakörpü 
su kanalının birinci hissəsinin açılışında (15.09.2011)
122
.  
Vəlvələçay-Taxtakörpü su kanalının bir hissəsi
İlkin hesablamalara görə, ümumi su tutumu 268 milyon m
3
 olan su 
anbarı Bakı və Sumqayıt şəhərləri də daxil olmaqla Abşeron yarımadasının 
şirin su ilə təminatını 2 dəfə yaxşılaşdıracaqdır. Layihə üzrə Taxtakörpü 
və Ceyranbatan su anbarları arasında ümumi uzunluğu 110,33 kilometrə, 
dərinliyi  3,8  metrə,  suburaxma  qabiliyyəti  isə  saniyədə  40  kubmetrə 
çatan kanalın çəkilişi və istifadəsi nəzərdə tutulmuşdur. Eyni zamanda, 
122   http://mst.gov.az/ru/pages/gallery/


116        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
Vəlvələçay və Taxtakörpü su anbarı da kanal vasitəsilə 
(uzunluğu 31,45 
kilometr,  dərinliyi  3,8  metr,  suburaxma  qabiliyyəti  saniyədə  75  m
3
/san.) 
birləşdiriləcəkdir.  Bu  kanallar  üzərində  512  hidrotexniki  qurğunun, 
o  cümlədən,  13  akveduk,  35  düker,  1  tunel,  99  avtomobil  və  piyada 
keçid körpüsünün, 255 selötürücünün və 129 leysan keçidlərinin inşası 
planlaşdırılmışdır. Kanalların istismara verilməsi sayəsində əlavə olaraq 
49,174  hektar  sahədə  kənd  təsərrüfatı  işlərinin  aparılması  mümkün 
olacaqdır. 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin 
«Əkin 
sahələrinin  suvarma  suyu  ilə  təminatının  yaxşılaşdırılmasına 
və  əhalinin  içməli  suya  olan  tələbatının  ödənilməsinə  dair  əlavə 
tədbirlər haqqında» 15 may 2013-cü il tarixli Sərəncamı da son illərdə 
ölkədə  torpaqlardan  istifadənin  səmərəliliyinin  artırılması  və  əkinə 
yararlı  torpaqların  genişləndirilməsi,  əkin  sahələrinnin  suvarma  suyu 
ilə təminatının yaxşılaşdırılması, o cümlədən əhalinin içməli suya olan 
tələbatının  ödənilməsi  məqsədilə  aparılan  məqsədyönlü  fəaliyyətin 
bariz  nümunəsidir.  Təkcə  tikilməkdə  olan  Taxtakörpü  və  Şəmkirçay 
su anbarlarının istismara buraxılması nəticəsində daha 200 min hektar 
torpaq  sahəsinin  suvarma  suyu  ilə  təminatı  yaxşılaşdırılacaq,  50  min 
hektardan artıq torpağın isə əkin dövriyyəsinə daxil edilməsi mümkün 
olacaqdır. 
2013-cü ildə Hacıqabul rayonunun Qubalı Baloğlan kəndində istifadəyə 
verilmiş sutəmizləyici qurğular kompleksi


       117
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
Qeyd  edək  ki,  2005-2012-ci  illərdə  Azərbaycanın  34  şəhər  və 
rayonunun 407 yaşayış məntəqəsində 721 subartezian quyusu qazılmış, 
400  min  nəfər  əhalinin  məskunlaşdığı  221  kəndin  sakinlərinin  ekoloji 
təmiz içməli su ilə təminatı məqsədilə modul tipli sutəmizləyici qurğular 
quraşdırılmışdır. Sərəncama əsasən, əhalisi 310 min nəfərdən çox olan 
29 rayonun 104 yaşayış məntəqəsində əkin sahələrinin suvarma suyu ilə 
təminatının yaxşılaşdırılması və əhalinin 
içməli  suya  olan  tələbatının  ödənilməsi 
üçün  cari  ildə  subartezian  quyularının 
layihələndirilməsi  və  qazılması  üçün 
Azərbaycan  Respublikasının  2013-cü 
il  Dövlət  büdcəsində  nəzərdə  tutulmuş 
Azərbaycan  Respublikası  Prezidentinin 
Ehtiyat  fondundan  6  milyon  manat 
vəsait ayrılmışdır. 
Azərbaycan 
Respublikası 
regionlarının  2009-2013-cü  illərdə 
sosial-iqtisadi 
inkişafı 
Dövlət 
Proqramına  uyğun  olaraq,  bölgələrdə 
su 
təchizatının 
yaxşılaşdırılması, 
kanalizasiya  sistemlərinin  tikintisi 
və  yenidən  qurulması  istiqamətində 
kompleks  tədbirlər  sürətlə  davam 
etdirməkdədir. Bununla əlaqədar olaraq, 
tikinti-quraşdırma işlərinə büdcə vəsaiti 
ilə  yanaşı,  Dünya  Bankı,  Asiya  İnkişaf 
Bankı, Almaniyanın KFW Bankı və digər 
maliyyə qurumlarından 35 milyon ABŞ 
dolları  məbləğidə  alınan  kreditlər  də 
cəlb edilmişdir. Məmələn,  Şəkidə -  Kiş 
çayının  məcrasında  sugötürücü  qurğu 
tikilmiş,  magistral  su  xətti  çəkilmiş, 
su  anbarı  bərpa  edilmişdir.  Gəncə 
şəhərinin  su  təchizatı  və  kanalizasiya  sistemlərinin  yenidən  qurulması 
istiqamətində  də  sugötürücü  mənbələrin,  anbarların  və  magistral  su 
xətlərinin  inşası  davam  etdirilməkdədir.  Asiya  İnkişaf  Bankı  ilə  birgə 
həyata keçirilən «Şəhər su təchizatı və kanalizasiya layihəsi» çərçivəsində 
Ağdaş və Göyçay şəhərlərində də müvafiq işlər görülmüşdür. Məsələn, 
Ağdaş şəhərində 3 subartezian quyusu qazılimış, sugötürücü kamera və 
«Bu layihələrə qoyulan 
investisiyalar yüz milyonlarla, 
bəlkə milyardlarla ölçüləcəkdir. 
Çünki biz ölkəmizin bütün 
su təsərrüfatını yenidən 
qurmalıyıq və qururuq. Buraya 
qoyulan investisiyalar qayıdan 
investisiyalar deyildir. Çünki 
Azərbaycanda suya olan dövlət 
tarifləri çox aşağıdır və qoyulan 
investisiyaları əhalidən yığılan 
tariflər hesabına qaytarmaq 
mümkün olmayacaqdır. Bunu 
istəyirəm ki, hamı bilsin. 
Elə investisiyalar var ki, 
onlar kommersiya xarakteri 
daşıyır. Amma Azərbaycanda 
infrastruktur layihələrinə qoyulan 
vəsait sırf sosial xarakter daşıyır». 
Azərbaycan Respublikası 
Prezidenti İlham Əliyev.


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə