Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə40/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
1   ...   36   37   38   39   40   41   42   43   ...   60

       105
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
mənbələrinə 5 milyard 68 milyon m
3
 çirkab atılmışdır. Həmin göstərici 
1991-2010-cu  illərlə  müqayisədə  çox  olsa  da,  yalnız  2010-cu  ilə  aid 
rəqəmlərdən 
( 6 milyard 5 milyon m
3
) azdır. 2011-ci ildə rekord miqdarda 
– 223 milyon m
3
 çirkab təmizlənmədən su mənbələrinə axıdılmışdır. 
Qeyd olunduğu kimi, Azərbaycanda yerüstü və yeraltı
 su ehtiyatlarının 
istismarı,  nəqli,  normalaşdırılması,  təmizlənməsi,  paylanması,  satışı, 
mühafizəsi,  sel  və  daşqınlar  əleyhinə  tədbirlərin  keçirilməsi  və  s. 
vəzifələrin icrasında da qeyri-rasionallıq mövcuddur. Digər dövlətlərdə 
su  təsərrüfatı  ilə  bağlı  həmin  vəzifələr  mərkəzləşdirilmiş  qaydada 
həyata  keçirildiyi  halda,  Azərbaycan 
Respublikasında  bir-biri  ilə  rəqabətdə 
olan, bir çox hallarda paralel funksiyalar 
yerinə  yetirən  6  dövlət  qurumunun 
səlahiyyətindədir: 
Ekologiya  və  Təbii 
Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, 
Sənaye  və  Energetika  Nazirliyi, 
Meliorasiya  və  Su  Təsərrüfatı  Açıq 
Səhmdar  Cəmiyyəti,  «Azərsu»  Açıq 
Səhmdar Cəmiyyəti, Fövqəladə Hallar 
Nazirliyinin  Su  Ehtiyatları  Dövlət 
Agentliyi.  Bundan  başqa,  digər  dövlət 
qurumlarının nəzdində də su ilə əlaqəli 
ixtisaslaşdırılmış  təsisatlar  mövcuddur. 
Bütün  bunlar  nəzarətsizliyə  və  korrupsiya  hallarının  yaranmasına 
səbəb  olan  amillərdəndir.  Hazırda  həmin  dövlət  təşkilatlarına  aid 
funksiyaların  mərkəzləşdirilməsinə,  onların  bazasında  vahid  qurumun 

Dövlət Su Komitəsinin yaradılmasına başlanılmışdır. Qeyd edək ki, 
Azərbaycanda    əhalinin  su  ilə  təminatının  yaxşılaşdırılması  və  onunla 
bağlı digər xidmətlərin çevikliyinin təkmilləşdirilməsi, xüsusilə ölkənin 
su təsərrüfatının idarə olunmasında paralel fəaliyyətin aradan qaldırılması 
və  sahənin  bazar  iqtisadiyyatı  prinsipləri  əsasında  inkişaf  etdirilməsi  
məqsədilə  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  11 
iyun  2004-cü  il  tarixli  Sərəncamına 
(«Azərbaycan    Respublikasında  su 
təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında») əsasən, hələ 
on il əvvəl zəruri təşkilati tədbirlər həyata keçirilmişdir. Belə ki, Abşeron 
Regional  Səhmdar  Su  Cəmiyyəti 
«Azərsu»  Səhmdar  Cəmiyyəti 
Azərbaycan Respublikasının 
hidrosiyasətinin 
müəyyənləşdirilməsində, daxili 
və transsərhəd su ehtiyatlarından 
səmərəli istifadə olunmasında 
və mühafizəsində, təhdidlərin 
qabaqlanmasında geosiyasi 
çağırışlara cavab verən normativ-
hüquqi aktların mövcudluğu əsas 
şərtlərdəndir. 


106        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
adlandırılmış,  Azərbaycan  Respublikası  Dövlət  Tikinti  və  Arxitektura 
Komitəsinin  «Azərsukanaltəmir»  və  «Azərkəndsutəchizat»  istehsalat 
birlikləri,  Bakı  Şəhər  İcra  Hakimiyyətinin  Bakı  Kanalizasiya  İstehsalat 
Birliyi ləğv olunmuş, onların funksiyaları və tabeliyində olan müəssisə və 
təşkilatlar yeni təsisata verilmişdir. 
Naxçıvan Muxtar Respublikası. Heydər Əliyev adına su anbarı 
114
Hazırda  ölkənin  su  təsərrüfatının  idarə  olunmasında  tətbiq  edilən 
reqlament  və  sxemlərin,  o  cümlədən  su  ehtiyatlarının  istismarına  və 
mühafizəsinə, ətraf mühitin qorunmasına, yerli kommunal təsərrüfatın 
təşkilinə,  hidroloji  obyektlərin,  meliorasiya  şəbəkəsinin  tikintisinə  dair 
normaların  böyük  hissəsi  sabiq  SSRİ-nin  normativ  aktlarına  söykənir. 
Bu  sənədlərdə  su  ehtiyatlarının  istismarı  və  mühafizəsi  ilə  əlaqədar 
kompleks  yanaşmalar  öz  əksini  tapsa  da,  əhalinin,  kənd  təsərrüfatı 
və  sənaye  obyektlərinin  şirin  su  ilə  davamlı  təchizatının  yerli  şəraitə 
uyğunlaşdırılmış mexanizmləri, ayrı-ayrı coğrafi-iqtisadi zonalar üzrə su 
təsərrüfatı balansları nəzərə alınmamışdır. 1997-ci il dekabr ayının 26-
da  qəbul  edilmiş 
Azərbaycan  Respublikasının  Su  Məcəlləsi,  sənədə 
edilmiş  əlavə  və  dəyişikliklər  bu  çatışmazlığı  nisbətən  aradan  qaldırsa 
da,  onun  müasir  tələblərə  və  beynəlxalq  normalara  unifikasiyasına 
zərurət hiss olunmaqdadır. Problemlərin hüquqi müstəvidə həllinə nail 
olmaq məqsədilə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı 
Açıq  Səhmdar  Cəmiyyəti  tərəfindən 
«1996-2010-cu  illər  ərzində 
meliorasiya və su təsərrüfatının inkişafı Konsepsiyası» və müvafiq 
114   http://mst.gov.az/ru/pages/gallery/


       107
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
investisiya proqramları da işlənib hazırlanmışdır. Həmin sənədlərdə su 
təsərrüfatının  inkişafı  və  mühafizəsi,  bu  istiqamətdə  zəruri  islahatların 
aparılması, hidroqurğuların tikintisi və digər perspektiv məsələlər diqqətə 
çatdırılmışdır. Paralel olaraq, hələ 1998-ci ildə Dünya Bankı Azərbaycan 
əhalisini keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə 
«Azərbaycanın 
irriqasiya və drenaj sistemlərinin bərpasının və yaxşılaşdırılmasının 
texniki-iqtisadi  əsaslandırılması»  layihəsinin  maliyyələşdirilməsinə 
başlamışdır. Eyni zamanda, Avropa Bankının vəsaiti hesabına Ceyranbatan 
su  anbarının  ətrafında  ekoloji  şəraitin  yaxşılaşdırılmasına  yönəldilmiş 
müvafiq  tədbirlər  görülmüşdür.  Hazırda  Avropa  İqtisadi  Komissiyası 
və  ATƏT-in  iştirakı  ilə  Azərbaycan  Respublikasında  hidrosiyasətin 
müəyyənləşdirilməsində  əsas  sənədin  - 
Milli  Su  Strategiyasının 
yaradılması üzərində iş davam etməkdədir. Beynəlxalq hüquq aktlarına və 
Avropanın müvafiq konvensiyalarına söykənən ilk strategiyanın prioritet 
istiqaməti  məhdud  su  ehtiyatlarına  malik  olan  Azərbaycanda  yerüstü 
və yeraltı su ehtiyatlarının mərkəzləşdirilmiş qaydada idarə olunmasını, 
onların mühafizəsini, suya qənaət mexanizmlərini təmin etmək, ekoloji 
sistemi  yaxşılaşdırmaq,  transsərhəd  su  mənbələrinin  ortaq  istismarı 
istiqamətində dövlətlərarası əməkdaşlığı genişləndirməkdir. Beynəlxalq 
su  qanunvericiliyinə  və 
Avropa  İittifaqının  Su  Çərçivə  Direktivinə 
(SÇD) əsaslanan strategiyanın ümumi məqsədi Azərbaycanda mövcud 
su  ehtiyatlarının  səmərəli,  bərabər  və  optimal  istifadəsinə  yönəldilmiş 
milli cəhdlərin möhkəmləndirilməsi və inkişafıdır. 
Avropa  İttifaqının  Su  Çərçivə  Sazişindən,  BMT-nin  Avropa 
İqtisadi  Komissiyasının  konvensiyalarından  və  digər  beynəlxalq 
sənədlərdən  irəli  gələn  vəzifələrə  əsasən,  Azərbaycan  Respublikasının 
Su Strategiyasının hazırlanması ölkədə dayanıqlı sosial-iqtisadi inkişafın 
əsas  təminedici  amillərindən  olan  su  ehtiyatlarından  səmərəli,  ədalətli 
və  optimal  istifadənin  təşkili  üçün  milli  səylərin  birləşdirilməsidir. 
Həmin  strategiyanın  institusional  əsaslarının  yaradılması  və  onun 
reallaşdırılmasına  yönəldilmiş  fəaliyyət  planının  müəyyən  olunması, 
su  təsərrüfatının  idarə  edilməsinə  dair  qanunvericilik  aktlarının 
təkmilləşdirilməsi, biomonitorinq üzrə layihələrin icrası və s. Bütün bunlar 
su  ehtiyatlarının  inteqrasiyalı  idarə  olunmasına  istiqamətləndirilmiş 
aşağıdakı məqsədlərin gerçəkləşdirilməsinə xidmət edəcəkdir:


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə