Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə41/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
1   ...   37   38   39   40   41   42   43   44   ...   60

108        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
   qlobal  iqlim  dəyişkənliyi  nəzərə  alınmaqla  ölkədə  su  ehtiyatlarından 
dayanıqlı istifadənin təşkili;
   əhalinin  sağlamlıq  üçün  zərərsiz  olan  şirin  su  ilə  fasiləsiz  təminatının 
yaxşılaşdırılması və zəruri sanitariya şəraitinin yaradılması;
   Azərbaycanda su ekosisteminin mühafizəsinin təmin edilməsi;
   çirklənmiş sular vasitəsilə yayılan xəstəliklərin qarşısının alınması.
     
Su  ehtiyatlarının  inteqrasiyalı  idarə  olunmasına  dair  milli  siyasət 
proqramı çərçivəsində fəaliyyətin səmərəsinin artırılması üçün davamlı 
olaraq aşağıdakı tədbirlər icra olunur: 
   ümumi  nəzarət  əsasında  su  ehtiyatlarından  səmərəli  istifadənin 
həvəsləndirilməsi; 
   içməli  suyun  keyfiyyətinin  yaxşılaşdırılması  və  müvafiq  standartlara 
uyğunlaşdırılması; 
   su  ekosistemlərinin  fəaliyyətini  tənzimləyən  müvafiq  qanunların 
təkmilləşdirilməsi; 
   transsərhəd  çayların  çirklənmədən  mühafizəsi  və  onların  hövzəsində 
yerləşən dövlətlər tərəfindən su ehtiyatlarından səmərəli istifadə edilməsi 
məqsədilə regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsi
   su  çatışmazlığının  aradan  qaldırılması  məqsədilə  sənaye  və  digər 
obyektlərdə suyun təkrar istifadəsinin genişləndirilməsi üçün qeyri-ənənəvi 
sulardan  (tullantı,  kollektor-drenaj,  çirkab  və  s.)  məqsədyönlü  istifadə 
edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi.
«Ətraf mühitin mühafizəsi ilə bağlı Azərbaycan Respublikasının 
qoşulduğu  beynəlxalq  konvensiya  və  sazişlərdən  irəli  gələn 
məsələlər  sahəsində  əlavə  tədbirlər  haqqında»  Azərbaycan 
Respublikası  Prezidentinin  30  mart  2006-cı  il  tarixli  Sərəncamında 
bildirilir  ki,  Azərbaycan  dövlət  müstəqilliyini  əldə  etdikdən  sonra 
ətraf  mühitin  mühafizəsi  sahəsində  bir  çox  beynəlxalq  konvensiya 
və  sazişlərə  qoşulmuş,  bu  sənədlərdən  irəli  gələn  öhdəliklərin  yerinə 
yetirilməsi  istiqamətində  zəruri  addımlar  atmışdır.  Son  illər  ətraf 
mühitin mühafizəsi
 ilə bağlı beynəlxalq təşkilatlarla əlaqələr genişlənmiş, 
birgə  layihələr  hazırlanaraq  həyata  keçirilmiş,  ekoloji  tarazlığın  təmin 
edilməsinə,  ətraf  mühitin  çirkləndirilməsinin  qarşısının  alınmasına 
yönəldilmiş  bir  sıra  dövlət  proqramlarının  icrasına  başlanılmışdır. 


       109
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
Bunlarla  yanaşı,  üzərinə  götürdüyü  öhdəliklərin  tam  həcmdə  yerinə 
yetirilməsini təmin etmək üçün müvafiq dövlət orqanlarının səylərinin 
artırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikası ətraf mühitin 
mühafizəsi istiqamətində 15 beynəlxalq sənədi, o cümlədən, 
BMT-nin 
«Transsərhəd  su  axarlarının  və  beynəlxalq  göllərin  mühafizəsinə 
və  istifadəsinə  dair»  Konvensiyasını  ratifikasiya  etmiş  (2000-ci  il)
bir il sonra isə həmin konvensiyanın 
«Su və sağlamlıq» Protokoluna 
qoşulmuşdur.  Protokol  2005-ci  ildən  hüquqi  qüvvəyə  minmişdir.  Adı 
çəkilən Konvensiya çərçivəsində 2002-2003-cü illərdə TASİS Proqramının 
xətti  ilə  maliyyələşdirilən 
«Çayların  birgə  idarə  olunması»  layihəsi 
yerinə  yetirilmişdir.  Layihədən  məqsəd  transsərhəd  çirklənmələrlə 
bağlı müşahidələrin aparılması, onların qiymətləndirilməsi və nəzarətdə 
saxlanılması, çirklənmənin aradan qaldırılması üçün müvafiq tədbirlərin 
həyata  keçirilməsinin  təmin  olunmasıdır.  Layihənin  icrası  zamanı 
Azərbaycan  ərazisinə  daxil  olan  4  transsərhəd  çayın,  o  cümlədən  Kür 
çayının  monitorinqi  aparılmış,  mövcud  təmizləyici  qurğuların  bərpası 
və yenilərinin inşasına dair təkliflər hazırlanmışdır. Bundan başqa, Qazax 
və  Beyləqan  rayonları  ərazilərində  transsərhəd  sularda  çirklənmənin 
monitorinqinin keçirilməsi məqsədilə analitik tədqiqat laboratoriyaları 
istifadəyə  verilmişdir.  Bütün  bunlarla  yanaşı,  Azərbaycan  Respublikası 
1999-cu ildə BMT-nin 
«Ətraf mühit ilə bağlı məsələlərdə məlumatın 
əldə  edilməsi,  qərar  qəbul  edilməsində  ictimaiyyətin  iştirakı  və 
ədalət  məhkəməsinin  açıq  keçirilməsi  haqqında»  Konvensiyasını 
(
Orxus,  1998-ci  il)  ratifikasiya  etmiş,  Bakıda  Ətraf  Mühitə  dair 
İctimai  Məlumat  Mərkəzi  (Orxus  İctimai  Ekoloji  İnformasiya 
Mərkəzi)  yaradılmışdır.  1999-cu  ildə  isə  Azərbaycan  «Transsərhəd 
kontekstində  ətraf  mühitə  təsirin  qiymətləndirilməsi  haqqında» 
Konvensiyaya (Espo, 1991-ci il) qoşulmuş, həmin beynəlxalq sənəd üzrə 
öhdəliklərin  icrası  məqsədilə  işçi  qrup  yaradılmış,  ətraf  mühitə  təsirin 
qiymətləndirilməsi  ilə  bağlı  bir  sıra  təlimatların  layihələri  hazırlanmış, 
Konvensiya üzrə milli qanunvericilik bazasının beynəlxalq standartlara 
uyğunlaşdırılmasına başlanılmışdır
115

Qeyd olunduğu kimi, Azərbaycan Respublikası transsərhəd suların 
istifadəsi, qorunması və ətraf mühitin mühafizəsi ilə əlaqədar 15-dən 
çox beynəlxalq sənədə, o cümlədən 1998-ci ildə 
«Ətraf mühit ilə bağlı 
məsələlərdə  məlumatin  əldə  edilməsi,  qərar  qəbul  edilməsində 
ictimaiyyətin  iştirakı  və  ədalət  məhkəməsinin  açıq  keçirilməsi 
115   «Azərbaycan» qəzeti, 31 mart 2006-cı il, № 68


110        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
haqqında» Konvensiyaya, 1999-cu ildə «Transsərhəd kontekstində 
ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında» Konvensiyaya, 
2000-ci  ildə  «
Transsərhəd  su  axarlarının  və  beynəlxalq  göllərin 
mühafizəsinə  və  istifadəsinə  dair»  Konvensiyaya,  2002-ci  ildə 
həmin  konvensiyanın 
«Su  və  sağlamlıq  haqqında»  Protokoluna, 
2003-cü  ildə  «
Davamlı  üzvi  çirkləndiricilər  haqqında»  Stokholm 
Konvensiyasına və s. qoşulmuşdur. Bütün bunlarla yanaşı, transsərhəd 
su ehtiyatlarından Azərbaycana qarşı təhdid və ekoloji təxribat qismində 
istifadə  edilməsi  Azərbaycan  Respublikasının  Milli  Təhlükəsizlik 
Konsepsiyasında öz əksini tapmışdır: 
«Azәrbaycan Respublikasının 
şirin  su  ehtiyatlarının  böyük  hәcminin  qonşu  ölkәlәrdә 
formalaşması  vә  bu  ölkәlәrin  әrazilәrindә  kimyәvi,  radioaktiv 
vә  digәr  zәrәrli  maddәlәrlә  intensiv  çirklәnmәyә  mәruz  qalması 
әhalinin  içmәli  su  ilә  tәmin  olunmasında  problemlәr  yaradır. 
Bundan әlavә, Ermәnistan әrazisindә seysmik zonada yerlәşәn vә 
texnoloji baxımdan köhnәlmiş Metsamor Atom Elektrik Stansiyası 
bütövlükdә  region  üçün  tәhlükә  mәnbәyidir.  Әtraf  mühitin 
çirklәnmәsi, münbit torpaqların deqradasiyası, tәbii resurslardan 
qeyri-rasional  istifadә,  sәnaye  vә  mәişәt  tullantılarının  tәlәb 
olunan  sәviyyәdә  emal  olunmaması  ciddi  problem  mәnbәyidir. 
Ekoloji  problemlәr  iqtisadi  vә  sosial  hәyata  mәnfi  tәsir  göstәrir, 
ictimai  sağlamlığa,  cәmiyyәtin  maddi  sәrvәtinә  vә  dövlәtin 
müvafiq qurumlarının fәaliyyәtinә ciddi maneәlәr yaradır» (3.11. 
Ekoloji problemlər)
116
.
         
Yuxarı Qarabağ kanalının baş portal qurğusu və Xanarx su kanalı
 117
 
116   Azәrbaycan Respublikasının Milli Tәhlükәsizlik Konsepsiyası, http://www.mns.gov.az/
img/3766779-_5me02.%20Milli_Tehlukesizlik_Konsepsiyasi.pdf
117   http://mst.gov.az/ru/pages/gallery/


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə