Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə38/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
1   ...   34   35   36   37   38   39   40   41   ...   60

       101
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
sutəmizləyici  qurğuların  tikintisi  və  s.  üçün  maliyyə  imkansızlığını 
bəhanə  gətirərək,  həmin  Konvensiyaya  qoşulmağı  yubadırlar.  Xəzər 
dənizinin  səviyyəsinin  yüksəlməsi  də 
içməli  su  ehtiyatlarının  duzlaşmasını 
və  sıradan  çıxmasını  sürətləndirir, 
sahil  yaşayış  məntəqələrini  subasma 
təhlükəsi  qarşısında  qoyur.  Bu 
artımın  əsas  səbəblərindən  biri  məhz 
dəniz  sularının  neft  məhsulları  ilə 
çirklənməsidir. Rusiyalı mütəxəssislərin 
hesablamalarına  görə,  Xəzər  dənizi 
səthinin  hər  kvadratmetrindən  normal 
olaraq  atmosferə  il  ərzində  420  litr 
su  buxarlanmalıdır.  Lakin,  hətta  bir 
litr  dəniz  suyunda  olan  bir  milliqram 
neft  belə,  su  səhtini  örtərək  təbii 
buxarlanmanı xeyli dərəcədə azaldır. 
Azərbaycanın  ən  böyük  təbii  su  hövzələrindən  sayılan,  lakin 
nədənsə,  Azərbaycan  Respublikası  Ekologiya  və  Təbii  Sərvətlər 
Nazirliyinin balansında olmayan 
Hacıqabul gölü də sürətlə bataqlığa, 
ekoloji fəlakət zonasına çevrilməkdədir. Qədim geoloji dövrlərdə Xəzər 
dənizinin geri çəkilməsi nəticəsində yaranan gölün uzunluğu təqribən 
6  kilometrə,  eni  3  kilometrə,  sahəsi  16,68  km²-ə  çatırdı.  Kür  çayının 
su  ehtiyatlarından  qidalanan  Hacıqabul  gölünün  sahillərində  SSRİ 
dövründə yay istirahət mərkəzləri, iri balıqçılıq təsərrüfatı və avarçəkmə 
bazası  fəaliyyət  göstərmiş,  suyun  səviyyəsinin  sabit  saxlanılması 
məqsədilə  nasos  qurğuları  istismara  buraxılmışdır.  Azərbaycan 
Ornitologiya  Cəmiyyətinin  məlumatına  əsasən,  köçəri  su  quşlarının 
miqrasiya marşrutları üzərində yerləşən bu göldə hər il 15 mindən 25 
minədək nadir fauna nümunəsi qışlayır, nəsil artırırdı
110
. Mütəxəssislər 
Hacıqabul  gölünün  qurumasının  ən  böyük  səbəbini  1961-ci  ildə 
istifadəyə  verilən  Şirvan  kollektorunun  istismar  gücünün  artırılması, 
Kür çayından ayrılan qollar vasitəsilə suyun böyük hissəsinin suvarma 
işlərinə yönəldilməsi ilə izah edirlər. Bundan başqa, Hacıqabul şəhərinin 
çirkab sularının da buraya axıdılması onun ekologiyasına ciddi ziyan 
vurmuşdur
111

110   Р.Керимов, «Исследуется озеро Гаджигабул и птицы живушие у водоема», http://www.
echo-az.com/archive/2007_06/1592/obshestvo06.shtml
111   http://www.olaylar.az/news/social/10051
Hər il Ermənistan və Gürcüstan 
ərazilərindən transsərhəd çaylara 
müvafiq olaraq 350 milyon 
m³ və 330 milyon m³ kənd 
təsərrüfatı, sənaye və məişət 
tullantıları axıdılır. Tərkibində 
zərərli neft məhsulları, fenollar
ağır metallar olan həmin sular 
əhalinin sağlamlığına və hövzənin 
ekologiyasına ciddi ziyan 
vurmaqdadır.


102        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
Hacıqabul gölünün sahilləri: əvvəl və indi
2007-ci  ildən  etibarən  Azərbaycanda 
Milli  Su  Kadastrı  üzrə 
informasiya sisteminin yaradılmasına başlanılmışdır. Həmin sistemin 
formalaşdırılması  ölkədə  daxili  və  transsərhəd  su  ehtiyatlarının 
səmərəli idarə olunmasına, su təsərrüfatı ilə əlaqəli dövlət qurumlarının 
fəaliyyətinin əlaqələndirilməsinə əlverişli şərait yaradacaqdır. 2010-cu il 
sentyabr  ayının  3-də  dövlət  sərhədlərinin  müəyyənləşdirilməsinə  dair 
Rusiya  Federasiyası  və  Azərbaycan  Respublikası  arasında  bağlanmış 
müqavilə  transsərhəd  Samur  çayının  ehtiyatlarından  birgə  istifadəyə 
hüquqi zəmin yaratsa da, hazırda Dağıstandakı separatçı qüvvələrin bu 
sənədin  müddəalarına  qarşı  pozuculuq  fəaliyyəti  güclənməkdədir.  Su 
mənbələrinin sənaye və məişət tullantıları ilə çirklənməsi suyu əhalinin 
içməsi  və  təsərrüfat  işlərində  istifadəsi  üçün  yararsız  etməklə  bərabər, 
hövzələrin bioloji mühitinə də mənfi təsir göstərir. Hazırda bu prosesin 
qarşısının  alınması,  çirklənmiş  ərazilərin  təmizlənməsi  Azərbaycan 
Respublikasının  ekoloji  siyasətinin  prioritet  istiqamətlərindəndir. 
Bu  sahədə  fəaliyyəti 
«Hidrometeorologiya  fəaliyyəti  haqqında» 

  «Su  Məcəlləsinin  təsdiq  edilməsi  haqqında»  Azərbaycan 
Respublikasının  qanunları, 
«Ətraf  mühit  və  təbii  ehtiyatların 
monitorinqinin aparılması qaydaları haqqında» Əsasnamə və digər 
sənədlər  tənzimləyir.  Ölkədə  su  ehtiyatlarının  mühafizəsi  və  səmərəli 
istifadəsi məqsədilə suyun tərkibinin və çirklənməsinin monitorinqləri 
aparılır. Kür və Araz çaylarının keyfiyyətinə nəzarəti gücləndirmək üçün 
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qazax 
və Beyləqanda analitik tədqiqat laboratoriyaları fəaliyyətə başlamışdır
112

112  H.Məmmədli, «Su mənbələrinin çirklənmədən mühafizəsi Azərbaycanda reallaşdırılan 
ekoloji siyasətin mühüm istiqamətlərindəndir» www.eco.gov.az
 
2001
2002
2003
2004
2005
2006
2007
2008
2009
2010
2011
Təbii mənbələrdən                                                           
götürülən su - cəmi
10012
10075
10772 11440 12050 12360
12270
11735
11425
11566 11779
Su istehlakı - cəmi 
6414
6754
7370
8019
8607
8865
8371
7886
7639
7715
8012
  onlardan:
məişət-içməli 
məqsədlər üçün 
408
503
512
498
521
523
360
348
384
405
397
  istehsal ehtiyacları 
üçün
2273
1977
2264
2264
2360
2508
2157
2042
1638
1742
1760
onlardan içməli su
57
46
46
61
61
74
50
41
46
54
52
suvarmaya və kənd                                                                  
təsərrüfatının 
təchizatına
3709
4248
4579
5240
5710
5817
5837
5 474
5587
5497
5746
Dövri və 
ardıcıl istifadə                                                                   
olunan suyun 
həcmi 
1863
704
2236
2273
2224
2198
2078
2485
1891
1787
1788
istehsal ehtiyacları 
üçün ümumi 
su istehlakına 
nisbətən, faizlə
45
26
50
50
49
47
49
55
54
51
50


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə