Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə42/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
1   ...   38   39   40   41   42   43   44   45   ...   60

       111
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
«Azərbaycan  2020:  Gələcəyə  baxış»  İnkişaf  Konsepsiyasının 
hazırlanması  barədə  Azərbaycan  Respublikası  Prezidentinin 
Sərəncamından  irəli  gələn  vəzifələrdən  biri  məhz  ölkənin  yeni 
inkişaf  mərhələsi  üçün  strateji  vəzifələrin  və  fəaliyyət  sahələrinin 
müəyyənləşdirilməsi,  əsas  hədəf  qismində  çoxşaxəli,  səmərəli  və 
innovasiya  yönümlü  iqtisadiyyatın  formalaşdırılması,  sosial  sahədə 
qabaqlayıcı  inkişaf  meyillərinin  təmin  olunması  və  əhalinin  rifahının 
beynəlxalq  standartlar  səviyyəsinə  çatdırılması,  habelə  elmin, 
mədəniyyətin  inkişafında,  ictimai  həyatın  bütün  istiqamətlərində  yeni 
nailiyyətlərin əldə olunmasıdır
118
.
 Konsepsiyada bildirilir: «Son on ildə 
Azərbaycanda  şəhər  əhalisinin  xüsusi  çəkisi  nisbətən  artmışdır. 
Urbanizasiya meylinin növbəti illərdə də davam edəcəyi gözlənilir 
ki,  bu  da  şəhər  infrastrukturunun  formalaşdırılması  ilə  bağlı 
qarşıya yeni tələblər qoyur. Paytaxtda və ölkənin digər yerlərində 
həm dövlət, həm də özəl sektor tərəfindən aparılan tikinti-abadlıq 
işləri  və  iqtisadiyyatın  bütün  sahələrinin  inkişafı  üzrə  həyata 
keçirilən  tədbirlər  zamanı  ətraf  mühitin  mühafizəsi  tələbləri  ön 
planda olacaqdır. Konsepsiyanın əhatə etdiyi dövr ərzində mənzil-
kommunal  təsərrüfatı  sahəsində  köklü  islahatlar  aparılacaq,  ölkə 
əhalisinin  su  xidmətlərindən  və  kanalizasiya  sistemindən  istifadə 
imkanları  təkmilləşdiriləcək,  şəhər  və  qəsəbələr  təmizləyici 
qurğularla təmin ediləcəkdir. Daha müasir istilik təchizatı sistemi 
qurulacaq,  istilik  təchizatı  zonası  genişləndiriləcək,  iqtisadi 
cəhətdən  səmərəli  olmayan  qazanxanalar  ləğv  ediləcək  və  yeni 
istilik  təchizatı  mənbələri  tikilib  istifadəyə  veriləcəkdir.  Bütün 
bunlarla  yanaşı,  ətraf  mühitin  mühafizəsinə  dair  qanunvericiliyin 
qabaqcıl  beynəlxalq  təcrübəyə  uyğun  təkmilləşdirilməsi,  səmərəli 
monitorinq və nəzarət mexanizmlərinin yaradılması yönündə əməli 
addımlar atılacaqdır. Eyni zamanda, ekologiya və təbiətin mühafizəsi 
sahəsində elmi araşdırma fəaliyyətinin dəstəklənməsi üçün tədbirlər 
həyata  keçiriləcək  və  zəruri  infrastruktur  yaradılacaqdır.  Ölkədə 
ətraf  mühitin  qorunması  sahəsində  beynəlxalq  əməkdaşlığın 
genişləndirilməsinə,  ətraf  mühitin  mühafizəsi  mədəniyyətinin 
aşılanması məqsədi ilə ictimaiyyətin məlumatlandırılmasına xüsusi 
diqqət yetiriləcəkdir».
119
118   http://www.president.az
119  «Azərbaycan 2020: Gələcəyə baxış» İnkişaf Konsepsiyası  http://www.president.az/files/
future_az.pdf


112        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
Samur-Abşeron su kanalının sudurulducu qurğusu
120
«2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-
iqtisadi  inkişafına  dair  Dövlət  Proqramı»nın  icrasının  birinci  ilinin 
yekunlarına həsr olunmuş konfransda (
20 iyun 2012-ci il) Prezident İlham 
Əliyev  Azərbaycan  dövlətinin  strateji  baxışlarına  toxunaraq  demişdir: 
«Proqramda əsas infrastruktur məsələlərinin - ilk növbədə, su və 
kanalizasiya  layihələrinin  həlli  nəzərdə  tutulur.  Biz  elə  etməliyik 
ki, Bakı şəhərində və Bakı qəsəbələrində 24 saat keyfiyyətli içməli 
su  olsun…  Burada  su  və  kanalizasiya  problemlərinin  həlli  həm 
çox  böyük  maliyyə  vəsaiti,  həm  də  texniki  imkanlar  tələb  edir. 
Görülən işlər nəticəsində yeni sutəmizləyici qurğular, su anbarları 
tikilməkdədir. Bu anbarlar olmadan şəhəri dayanıqlı şəkildə su ilə 
təmin  etmək  mümkün  deyildir.  Sutəmizləyici  qurğular,  süzgəclər 
və xətlər dəyişdirilməlidir, yenilənməlidir. Bu, böyük işlər, böyük 
peşəkarlıq  tələb  edən  məsələlərdir.  Ancaq  vəzifə  belə  qoyulub  ki, 
Bakının  su  problemləri  birdəfəlik  həll  edilsin  və  icra  olunan  bu 
layihə gələcəyə də hesablansın»
121
.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2012-ci il iyul 
ayının  11-də
  Nazirlər  Kabinetinin  iclasında  söylədiyi  yekun  nitqində 
də bildirmişdir ki, Azərbaycan kənd təsərrüfatı sahəsində məhsuldarlığı 
artırmaqla  özünün  ərzaq  təhlükəsizliyini  tam  şəkildə  təmin  etmək 
imkanlarına  malikdir  və  bununla  əlaqədar  irimiqyaslı  meliorativ 
tədbirlər  həyata  keçirilməkdədir: 
«Bu  sahədə  iki  böyük  layihə  icra 
120   http://mst.gov.az/ru/pages/gallery/
121  http://www.president.az


       113
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
edilir, Samur-Abşeron kanalı - Taxtakörpü su anbarı və Şəmkirçay 
dəryaçası tikilir. Bu layihələrin icrası nəticəsində on minlərlə, bəlkə 
də yüz minlərlə hektar yeni əkin sahəsi dövriyyəyə buraxılacaq, yeni 
iş yerləri, yeni istehsal sahələri yaranacaqdır. Orada işlər cədvəl üzrə 
gedir və bəlkə də cədvəli bir qədər qabaqlayırlar. Mən hesab edirəm 
ki, bu layihələri daha da sürətləndirmək, vaxt itirməmək üçün əlavə 
vəsait  ayrıla  bilər».  Prezident  çıxışında  Bakıda  və  bölgələrdə  həyata 
keçirilən  su  və  kanalizasiya  xətləri  layihələrinə  də  toxunmuş,  Oğuz-
Qəbələ-Bakı  su  kəmərinin  istifadəyə  verilməsi  nəticəsində  əhalinin 
içməli  suya  olan  tələbatında  əsaslı  dönüş  yarandığını,  Bakının  bir  sıra 
yaşayış  sahələrinə  fasiləsiz  su  verildiyini,  digər  hidrolayihələrin  icrası 
sayəsində  də  irəliləyişlər  gözlənildiyini  əminliklə  vurğulamış,  qeyd 
etmişdir  ki,
  «gələn  ilin  sonuna  qədər  Hacıqabul,  Şirvan,  Neftçala, 
Biləsuvar, Salyan, Sabirabad, Saatlı rayonlarının 111 kəndinə yeni 
layihə  əsasında  təmiz  içməli  suyun  verilməsi  nəzərdə  tutulur.  Bu 
böyük layihə bu yaxınlarda artıq start götürəcəkdir». 
Azərbaycan  Respublikasında  su  təsərrüfatının  təkmilləşdirilməsi, 
onun  idarə  olunmasının  müasir  tələblər  səviyyəsinə  çatdırılması,  ilk 
növbədə təhdidləri qabaqlamaqla şirin su ilə təminatın yaxşılaşdırılması 
məqsədilə xeyli uğura imza atılmışdır. Məsələn, 2007-ci ildə Taxtakörpü, 
2009-cu ildə  Şəmkirçay su anbarlarının və həmin hidrotexniki qurğulara 
daxil olan su elektrik stansiyalarının inşasına başlanılmış, 2010-cu ildə 
Cəlilabad  rayonunda  Göytəpə  su  anbarının  inşası  başa  çatdırılmış, 
2011-ci ilin avqust ayında isə Samur-Abşeron suvarma sisteminə daxil 
olan  Vəlvələçay-Taxtakörpü  su  kanalının  birinci  mərhələsi  istifadəyə 
verilmişdir. Ümumi su tutumu 170 milyon m
3
 olan Şəmkirçay dəryaçası 
Şəmkir,  Göygöl,  Samux  və  Goranboy  rayonlarının  təqribən  50120 
hektar  torpaq  sahəsinin  su  təminatını  xeyli  yaxşılaşdıracaq,  20834 
hektarlıq  yeni  kənd  təsərrüfatı  ərazilərinin  isə  suvarılmasını  təmin 
edəcəkdir.  Milli  Su  Təchizatı  və  Kanalizasiya  Xidmətləri  üzrə  İkinci 
Layihə çərçivəsində Azərbaycanın 8 rayonunda - Şabran, Siyəzən, Ağsu, 
İsmayıllı,  Masallı,  Cəlilabad,  Yardımlı  və  Lerik  bölgələrində  içməli  su 
təchizatının, kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi 
üzrə  işlər  davam  etdirilməkdədir.  2011-2013-cü  illərdə  Bakı  şəhərinin 
və  onun  qəsəbələrinin  sosial-iqtisadi  inkişafına  dair  Dövlət  Proqramı 
üzrə  paytaxtın  Zirə,  Bilgəh,  Hövsan  və  Abşeron  rayonunun  Goradil 


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə