Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə44/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
1   ...   40   41   42   43   44   45   46   47   ...   60

118        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
xlorator  binası  daxil  olmaqla  yeni  su  anbarı  tikilmişdir.  Eyni  zamanda 
2  kilometr  uzunluğunda  magistral  boru  xətti  çəkilərək  mövcud  su 
şəbəkəsinə birləşdirilmişdir,Şamaxı və Qəbələ şəhərlərində də müvafiq 
işlər görülmüşdür.  
Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi çərçivəsində 
Azərbaycan  Respublikasının  bir  sıra  şəhər  və  rayon  mərkəziləri 
əhalisininnin, o cümlədən onlara yaxın kəndlərdə yaşayanların davamlı 
şəkildə təmiz içməli su ilə təmin olunması məqsədi 2007-ci ildə etibarən, 
Azərbaycan Respublikası hökuməti və Dünya Bankı arasında kredit sazişi 
imzalanmış  və  layihə  üzrə  işlərin  həyata  keçirilməsinə  başlanılmışdır. 
Məsələn,  demoqrafik  proqnozlara  əsasən,  2030-cu  ilədək  İsmayıllı 
şəhərinin əhalisinin sayı 28 min nəfəri üstələyəcək, paralel olaraq, şirin 
suya tələbat artacaqdır. Rayon mərkəzini fasiləsiz şirin su ilə təmin etmək 
məqsədi ilə 2013-cü ildə Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri 
Layihəsi  çərçivəsində  bölgənin  Qız  qalası  ərazisindəki  Ax-ox  çayın 
məcrasından uzunluğu 11 kilometrə çatan magistral su kəməri çəkilişi başa 
çatdırılmış,  onun  üzərində  sügötürücü  qurğu,  su  anbarı,təzyiqazaldıcı 
anbar və s. tikilmişdir. Nəticədə,  İsmayıllı şəhərinin əhalisi gün ərzində 
adambaşına 180 litr fasiləsiz içməli su ilə təmin edilmişdir. Əlavə olaraq, 
İsmayıllı şəhərinə yaxın ərazidə yerləşən və ümumilikdə 10 min 252 nəfər 
əhalisi olan Mican, İsmayıllı, Xanagah və Talıstan kəndlərində də içməli 
su xətləri istifadəyə verilmişdir. 
Həmin il Ramazan bayramı ərəfəsində Kürdəmir şəhərinin də şirin 
su ilə təminatı xeyli yaxşılaşdırılmışdır. Ötən müddət ərzində rayonun 
çay boyu yerləşən ərazilərində təmizləyici qurğular quraşdırılmış, 30-a 
yaxın  kəndə  indi  içməli  suyun  verilməsi  təmin  edilmişdir.  2011-ci  ilin 
oktyabrında  icrasına  başlanılan  «Kürdəmir  şəhərinin  su  təchizatı  və 
kanalizasiya sistemlərinin yenidən qurulması» layihəsinə uyğun olaraq, 
əhalini  fasiləsiz  və  keyfiyyətli  içməli  su  ilə  təmin  etmək  üçün  Ağsu 
rayonu  ərazisindəki  Külüllü  su  mənbəyinin  istismarına  başlanılmışdır. 
Bu  məqsədlə  Girdmançayın  yatağında  məhsuldarlığı  saniyədə  450  litr 
olan  drenaj  tipli  suqəbuledici  qurğu  tikilmiş,  Külüllü  mənbəyindən 
Kürdəmir  şəhərinə  saniyədə  120  litr  təmiz  və  keyfiyyətli  içməli  suyun 
verilməsi  nəzərdə  tutulmuşdur.  Layihə  2035-ci  ilə  qədər  perspektiv 
inkişaf proqnozlarını nəzərə alaraq, Kürdəmir şəhərində 22,3 min nəfərin 
su təchizatı və kanalizasiya xidmətlərinin o cümlədən, bu rayonunun 14, 
Ağsu bölgəsinin isə 13 kəndində cəmi 48 min nəfərin su ilə təminatının 
yaxşılaşdırılmasına  hesablanmışdır.  Külüllüdən  Kürdəmir  şəhərinə  və 
ətraf kəndlərə suyun özaxımlı rejimdə verilməsi məqsədi ilə 27 kilometr 


       119
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
uzunluğunda magistral xətt çəkilmiş, tutumu 7,5 min kubmetr olan anbar 
tikilmişdir. Layihə çərçivəsində tikintisi nəzərdə tutulan 131,5 kilometrlik 
su şəbəkəsinin 110 kilometrlik hissəsində işlər artıq yekunlaşmışdır. Eyni 
zamanda, şəhərdə toplanacaq tullantı sularının sutəmizləyici qurğulara 
nəqlini  təmin  etmək  məqsədilə  6,3  kilometr  uzunluğunda  mikrotunel 
tipli kollektorun inşası və sutka ərzində 30 min m3 çirkabı təmizləyən 
qurğunun  tikintisi  başa  çatmaq  üzrədir.  Dövlət  büdcəsi  hesabına 
maliyyələşdirilən  layihənin  icrasının  2014-cü  ildə  başa  çatdırılması 
planlaşdırılır.  Külüllü  mənbəyi  Kürdəmir  şəhəri  ilə  yanaşı,  Zərdab  və 
Ucar şəhərlərini, həmçinin ətraf kəndləri də içməli su ilə təmin edəcəkdir. 
Layihəyə  uyğun  olaraq,  bu  mənbədən  Kürdəmir  şəhərinə  27,  Zərdab 
şəhərinə  72,  Ucar  şəhərinə  isə  57  kilometr  uzunluğunda  magistral  su 
kəmərləri çəkilmişdir. Layihə tam yekunlaşdıqdan sonra Ucar rayonunun 
22, Kürdəmir rayonunun 14, Zərdab rayonunun 15, Ağsu rayonunun 13 
və Göyçay rayonunun 3 kəndi də su ilə təmin olunacaqdır. Ümumilikdə 
layihədən 170 mindən artıq insan faydalanacaqdır. 
Kürdəmir şəhərində su şəbəkəsinin istifadəyə verilməsi mərasimində 
Prezident  İlham  Əliyev  ölkənin  su  təsərrüfatının  səmərəli  idarə 
olunmasının  vacibliyini  və  bu  məsələyə  dövlət  qayğısını  vurğulayaraq 
demişdir: 
«Bildiyimiz  kimi,  Azərbaycanda  su  ehtiyatları  o  qədər 
də  böyük  deyildir.  Bizim  əsas  mənbəmiz  ölkəmizdən  kənarda 
formalaşır.  Suyun  idarə  edilməsi,  sudan  səmərəli  şəkildə  istifadə 
olunması, əlbəttə ki, müasir şəbəkənin yaradılması layihələri xüsusi 
əhəmiyyət  daşıyır.  Əsas  məsələ  ondan  ibarətdir  ki,  Azərbaycan 
dövləti  bu problemi də həll  edir.  İnfrastruktur  layihələri  arasında 
içməli su və kanalizasiya problemləri əlbəttə ki, böyük əhəmiyyət 
daşıyır.  Biz  indi  müxtəlif  yerlərdə  baş  verən  hadisələri  izləyərkən 
görürük  ki,  sosial  məsələlərə  fikir  verilmədiyi  halda  böyük 
problemlər  yaşanır.  Çünki  bazar  iqtisadiyyatı,  əlbəttə  ki,  hər  bir 
ölkənin  iqtisadi  inkişafı  üçün  əsas  şərtdir.  Ancaq  bəzi  hallarda 
islahatlar  çətinliklərə  də  gətirib  çıxarır.  Bu  çətinliklərin  qarşısını 
almaq  və  islahatları  daha  da  inamla  aparmaq  üçün  güclü  sosial 
siyasət  olmalıdır.  Bu  sosial  siyasət  müxtəlif  formalarda  özünü 
göstərir  -  tikilən  məktəblər,  xəstəxanalar,  yollar,  sosial  obyektlər, 
maaşların,  pensiyaların  qaldırılması,  infrastruktur  layihələrinin 
icra  edilməsi,  yəni,  insanı  narahat  edən  bütün  problemlər  aradan 
qaldırılmalıdır».  Əhalinin  su  ilə  təminatının  xüsusi  əhəmiyyət  gəsb 


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə