Arif Rəhimoğlu



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə8/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   ...   61

 
17 
dilin öz qapısından içəri girməlidir. Başqa sözlə, Azərbaycan türkcəsi rus dilinin, fars dilinin, 
yaxud hər hansı bir üçüncü dilin vasitəçiliyinə söykənmədən özü birbaşa dünya dillərinin hər 
biri ilə ayrı-ayrılıqda təmasa keçməli və adların, sözlərin yazılışında birbaşa qaynaq dilin səs 
özəlliklərinə  söykənməklə  yalnız  Azərbaycan  türkcəsinin  səs  özəlliklərini  əsas  almalıdır. 
Örnəyin, İsveçin ikinci böyük şəhəri isveçcə Göteborg (deyilişdə: Yötebory) adlanır və bu ad 
rusca Гетебург (deyilişdə: Qyеteburq) yazılır. Ruscanın г (=q) səsi Azərbaycan türkcəsində h 
səsini  verdiyi  üçün  şəhərin  adı  bu  gün  Azərbaycanda  Hoteburq  (bəzənsə  Höteburq)  kimi 
göstərilir. Halbuki isveçcədə   G g hərfi qalın ünlülərdən öncə gələndə dilimizin q səsini, incə 
ünlülərdən öncə gələndə isə dilimizin y  səsini verir (ö hərfi və səsi isə yaxlaşıq eynidir ) və 
istər isveçlilər, istərsə də burda yaşayan Azərbaycan türkləri şəhərin adını y səsi ilə deyirlər. 
O zaman, nə üçün adı ruscadan çevirməli və Hoteburq//Höteburq yazmalıyıq? Məgər qaynaq 
dilin  –  isveçcənin  özəlliklərinə  və  Azərbaycan  türkcəsinin  özəlliklərinə  söykənib  dilimizdə 
Göteborg adını Yöteburq yazmağımız daha doğru olmazmı?! Təbii ki, daha doğru olar və belə 
də yazılmalıdır. 
 
Gətirdiyimiz  bircə  örnək  belə  açıqca  göstərir  ki,  ədəbi  dil  normalarımızı  gərəksiz  rus 
(+Avropa)  və  ərəb-fars  dil  normalarından  mütləq  arındırmalı,  öz  dil  normalarımızı  əsas 
götürməliyik.    
 
Azərbaycan  türkcəsi  ədəbi  dilinin  bütövləşməsində  Azərbaycanın  güneyinə  bağlı  ən 
aparıcı şərtlərdən biri xalq danışıq dilinə yaxın olan standart normalar sisteminə söykənməklə 
ədəbi  dilimizin  minillik  gələnəyini  bərpa  etməkdir.  Bu  yöndə  çox  işlər  görülməlidir  ki, 
onlardan  biri  də  düzgün  yazı  qaydalarının  vahidləşməsidir  və  biz  də  məhz  bu  sorundan 
danışmağı  göz  önündə  tuturuq.  Ancaq  öncə  dillə  bağlı  bir  neçə  anlayışı  açıqlamağı  gərəkli 
bilirik.  
 
 
 
 
 
 
 
 


 
18 
 
Birinci bölüm 
 
Ümumxalq dili  
 
Dil insanlar arasında ən üstün, ən önəmli ünsiyyət vasitəsi və anlamanın təməl aracıdır 
(vasitəsidir).  Bununla  yanaşı,  dil  həm  də  bir  kimlik  simgəsi  və  toplumun      dünyagörüşünü, 
kültürünü, gələnəyini, əxlaqını, tarixini, bir sözlə, topluma məxsus nə varsa, hamısını özümlü 
bir biçimdə qoruyub saxlayan və qurşaqdan-qurşağa ötürən ən böyük bir qaynaqdır. Hər bir 
xalqın  dili  o  xalqın  tayı  tapılmaz,  oxşarı  bulunmaz  ən  dəyərli  ümumi  sərvəti  və  ən  qutsal 
varıdır.   
 
İstənilən bir canlı dil aid olduğu xalqa xidmət edir və o xalqın ümumi sərvəti sayıldığı 
üçün  ümumxalq  dili  adlanır.    Örnəyin,  Azərbaycan  türklərinin  ümumxalq  dili  Azərbaycan 
türkcəsidir, Türkiyə türklərinin ümumxalq dili Türkiyə türkcəsidir, isveçlilərin ümumxalq dili 
isveç  (=svenska)  dilidir,  norveçlilərin  ümumxalq  dili  norveç  (=norska)  dilidir,  almanların 
ümumxalq dili alman (=döyç) dilidir vb. 
 
Ümumxalq dili çoxqatlı bir sistem oluşdurur və bu sistem içərisində iki böyük altsistem 
ayrıca fərqləndirilir: 1. xalq danıĢıq dili  2. ədəbi dil.  
 
 Bu  kitabçanın  yazılmasında  başlıca  amacımız  Azərbaycan  türkcəsi  ədəbi  dilindən  və 
onun  düzgün  yazı  qaydalarından  danışmaqdır,  ancaq  aydınlıq  yaranması  və  ədəbi  dillə 
tutuşdurula bilməsi üçün xalq danışıq dilinə də qısaca toxunmağı gərəkli bilirik.  
Xalq danıĢıq dili və onun qolları  
 
Xalq danışıq dili insanlar arasında etnik kimliyi bəlirləyən və xalqın vahidliyini ortaya 
qoyan  ən  aparıcı  amillərdən  biri  sayılır.  Qafqazlardan  baĢlamıĢ  Kəngər  körfəzinədək 
uzanan  Azərbaycan  etno-kültürəl  alanında  da  ən  azı  45  milyon  (bəzi  qaynaqlara  görə: 
50  milyon)  insan  bu  gün  vahid  Azərbaycan  xalq  danıĢıq  dilində    danıĢmaqdadır.  Bu 
vahid  xalq  danışıq  dili  istər  Dərbənd,  Borçalı,  Qarayazı  vb.  bölgələr  daxil  Azərbaycanın 
quzeyində  yaşayan,  istərsə  də  Kəngər  körfəzi  çevrəsindəki  qaşqay  elimiz  də  daxil 
Azərbaycanın  güneyində  yaşayan  bütün  Azərbaycan  türkləri  üçün  anlaşıqlı  olan  ümumi  bir 
dildir (İstisnasız olaraq bütün araşdırıcılar bu düşüncədədir ki, Türkmanelində (İraq) yaşayan 
türkmanların danışığı da Azərbaycan xalq danışıq dilindən ayrı deyil).  
 
Xalq danışıq dili günlük sadə yaşamda canlı ünsiyyət zamanı xalqın işlətdiyi  danışıqdır. 
Xatırladaq ki, istənilən xalq danışıq dili daha çox şifahi biçimdə işlədilir və həm geniş xalq 


 
19 
kütlələrinin canlı danışıq dili, həm də şifahi xalq yaradıcılığının –  folklorun dili kimi tanınır. 
Azərbaycan  türkcəsi  xalq  danışıq  dili  də  45  –  50  milyonluq  Azərbaycan  türk  xalqının  canlı 
danışıq    dili    və  dünyanın  ən  zəngin  folklorlarından  biri  olan  Azərbaycan    folklorunun 
yaradıldığı ulu bir dildir.   
 
Azərbaycan  türkcəsi  ədəbi  dili  zaman-zaman  dövlət  dili  kimi  rəsmi  status  qazanmışdır 
və  günümüzdə  də  Azərbaycan    Respublikasının  dövlət  dilidir.  Bununla  yanaşı,  Azərbaycan 
türkcəsinin həm xalq danışıq dili, həm də ədəbi dili zaman-zaman çevrədəki bir sıra ayrı-ayrı 
xalqlar  arasında  ümumünsiyyət  dili  və  yazı  dili  rollarını  da  üstlənmişdir    (Xatırladaq  ki,  bu 
durum XIX yüzilliyin sonlarınadək var olmuş, ruslar Azərbaycanın quzeyini işğal etdikdən və 
Azərbaycanın  güneyində  dövlət  fars  sovinizminin  əlinə  keçdikdən  sonra  isə  Azərbaycan 
türkcəsinin xalqlararası ümumünsiyyət dili və yazı dili rolları get-gedə azalmışdır. Ancaq bir 
dil üçün xalqlararası düzeydə rol oynamaq təkcə kültürəl məsələ deyil, həm də daha çox siyasi 
bir  məsələdir  və  quşqusuz,  Bütöv  Azərbaycan  Dövlətinin  yaranması  ilə  Azərbaycan 
türkcəsinin həmin rolları yenidən geniş biçimdə ortaya çıxacaqdır).    
 
Xalq danıĢıq dilində dil sisteminin bütün birimləri (vahidləri) üzrə çoxvariantlılıq 
var, yəni xalq danışıq dilində səs (fonetik birim), söz (leksik birim), söz biçimləri (morfoloji 
birim), söz birləşməsi, cümlə (sintaktik birim) vb. bu kimi dil birimlərinin işlədilməsində bəlli 
bir  çeşidlilik  özünü  göstərir.  Çoxvariantlılığın  olması  o  deməkdir  ki,  xalq  danışıq  dilində 
normalaşdırılma,  standartlaşdırılma,  dil  birimlərinin  təktürlü  (yekcins)  qəlib  biçimində  hamı 
üçün  eyni  cür  işlədilmə  zərurəti  vb.  yoxdur.  İnsanlar  xalq  danışıq  dilində  danışarkən 
cümlələrin ölçülü-biçili olmasına, cümlədə sözlərin doğru sıralanıb-sıralanmamasına, sözlərdə 
düzgün  deyilişin  gözlənib-gözlənilməməsinə  vb.  o  qədər  də  önəm  verməz,  terminlər  yerinə 
ümumtəsviri  sözlərdən  yararlanmağa,  daha  çox  qısa,  sadə,  aydın,  anlaşıqlı...danışmağa, 
bəzənsə yalnız öz aralarında bilinən sözlər işlətməyə vb. çalışarlar. Özəlliklə, xalq danışıq dili 
elə  bir  ön  hazırlıq  olmadan,  birbaşa  danışıq  zamanı  öztörəmə  (spontan)  yolla  ortaya  çıxan, 
monoloqa yer verilsə də, daha çox şifahi dialoq üzərində qurulan və rəsmi xarakter daşımayan 
doğal bir dildir. Canlı ünsiyyət səbəbinə xalq danışıq dili əl-qol hərəkətləri və him-cim (jest 
və mimika), səs tonu, intonasiya, vurğu, durğu vb. yardımçı vasitələrlə də çox zəngindir.  
 
Xalq danışıq dili geniş anlayışdır və bəlli özəlliklərinə görə bir-birindən seçilən çeşidli 
danışıq qollarını da öz içərisinə alır. Aparıcı özəllikləri baxımından Azərbaycan türkcəsi xalq 
danışıq dilində dörd qol ayıra bilərik: 1. ümumdanışıq qolu; 2. loru danışıq qolu; 3. bölgəsəl 
ləhcələr qolu;  4. sosial ləhcələr qolu.  
 
Bu qollardan hər birinə ayrı-ayrılıqda qısaca göz yetirək:   
1. ÜmumdanıĢıq qolu 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə