Aşağıdakı şərtlərdən hansısa biri ödəndikdə müəssisənin digər müəssisəyə nəzarət etmək imkanına malik olması hesab olunur


ƏLAVƏLƏR Əlaqəli tərəflər haqqında məlumatın açıqlanmasına dair əlavə nümunə



Yüklə 217 Kb.
səhifə15/16
tarix20.01.2023
ölçüsü217 Kb.
#98873
1   ...   8   9   10   11   12   13   14   15   16

ƏLAVƏLƏR




Əlaqəli tərəflər haqqında məlumatın açıqlanmasına dair əlavə nümunə




Nümunə 1. Əlaqəli tərəflərin əməliyyatları üçün məlumatın açıqlanmasının müəyyən olunması



  1. Bulaq Şirkəti, səhmlərinin 30 %-nin sahibi Arka Şirkəti olan şirkətdir, il ərzində Arka Şirkətinin məhsullarının 10 %-ni alır. Məlumatın açıqlanması tələb olunur, çünki münasibət əhəmiyyətli təsirdən biridir və fəaliyyətin həcmi də əhəmiyyətlidir.

  2. Cahan Şirkəti, Arka Şirkətinin səhmlərinin 51 %-nin sahibi olan şirkətdir, il ərzində Arka Şirkətinin məhsullarının 1 %-ni alır. Münasibət nəzarətin bir hissəsi olduğundan məlumatın açıqlanması tələb olunur.

  3. Arka Şirkəti il ərzində Cahan Şirkətinin məhsullarının 0,5 faizini alır. Əvvəlcədən qeyd olunduğu kimi, Cahan Şirkəti Arka Şirkətinin səhmlərinin 51 % - nə sahibdir.

  4. Münasibət nəzarətin bir hissəsi olduğundan məlumatın açıqlanması tələb olunur.

  5. Arka Şirkətinin Prezidentinin əri il ərzində Arka Şirkətinin məhsullarının 0,5 faizini alır. Əhəmiyyətli təsir olduğu hallarda fəaliyyət maddi olmadığı üçün məlumatın açıqlanması tələb olunmur.

  6. Arka Şirkətinin direktorlarından birinin böyük oğlu, Arka Şirkətinə il ərzində Arka Şirkətinin aldığı xammallın 10 %-i həcmində xammal satır. Məlumatın açıqlanması tələb olunur, çünki münasibət əhəmiyyətli təsirdən biridir və fəaliyyətin həcmi də əhəmiyyətlidir.



Nümunə 2


XXX2 – ildə Arka Şirkəti Bulaq Şirkətinə öz məhsullarının 20 %-ni satdı. Bulaq Şirkətinə Arka Şirkətinin icraçı direktoru bütövlükdə sahibdir. Bulaq Şirkəti ilə bağlı satışlar normal bazar qiymətlərində aparılır. 31 dekabr XXX1 tarixinə Bulaq Şirkətindən heç bir ödənilməmiş debitor borclar yoxdur.


Əlaqəli tərəf münasibətləri bir çox bizneslərin normal xüsusiyyətidir, onların bəziləri vacib əhəmiyyət kəsb edir, xüsusilə də “əlaqəli tərəf” termini geniş şəkildə izah olunur. Məsələn, müəssisənin uzun müddət ərzində çalışdığı və ona iri sifarişlər verən müştərilərlə münasibətləri sözsüz ki, “əlaqəli tərəf”lərlə münasibətlər sayıla bilər. Bu münasibətlər yaxın və mütəmadi xarakterlidir, müəssisənin davamlı uğuru üçün vacibdir. Bu cür müştərilər hətta müəssisə tərəfindən digər müştərilərə göstərilməyən daha üstün davranışı əldə edə bilərlər. Oxşar vəziyyət müəssisənin təhcizatçıları ilə də yarana bilər. Müəssisənin borc verənlərlə olan münasibəti də adətən çox yaxın olur və tez – tez borc verənlər, müəssisə tərəfindən hər – hansı kredit (borc) götürülməmişdən,öncə qəbul edilməli olan müəyyən şərtlər və məhdudiyyətləri diktə etmək üstünlüyünə malik olurlar. Halbuki, belə münasibətlər ticarət məqsədli sayıla bilər və müəssisə tərəfindən müəyyən müştərilərlə hər hansı daha üstün davranışı və ya borc verən tərəfindən tələb olunan müəyyən məhdudiyyətlərin qəbul edilməsi də hətta optimal biznes qərarları ola bilər.





Yüklə 217 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə