Asif ata (İnam ata)



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə7/74
tarix16.08.2018
ölçüsü1,63 Mb.
#63580
1   2   3   4   5   6   7   8   9   10   ...   74

 
25 
təbiətdən uzaq olması, görməməsi, adiliyi... Bunlar məndə yaranmadı 
ancaq. Belə... Mən kənddəki ağaclarla bir  yerdə böyüdüm. 
 
 
ġƏHƏRLĠYĠM 
 
(II Fəsil) 
 
Şəhərliyimdə, yəni gəncliyimdə ilk duyğu kəndin özüylə bağlıydı. 
Gəncədəki  çay,  Gəncəni  iki  hissəyə  bölən  çay,    bizim  çaya  çox 
oxşayırdı.  O  çayda  mən,  çayın  qırağında  özümü  kənddəki  kimi  hiss 
eləyirdim.  O  kənddəki  duyğular    davam  eləyirdi,  kənddəki  fikirlər 
davam eləyirdi. İkinci, şəhərlə bağlı duyğularım artıq şəhəri kənddən 
ayıran    duyğular  idi,  fərqləndirən  duyğular  idi.  Duyğuların  birincisi 
darvazalı  evlərlə  bağlıydı.  Şəhərdə  evlər  darvazalıydı.  Bu,  evləri 
fərqləndirirdi,  çünki  kənddə  evlər  qapalı  deyildi,  kənddə  evlər  bir-
birinin  üzünə    hamısı  açıq  idi.  Kənddəki  evlər  bir-birinə  qohum  idi. 
Burda isə hər bir küçənin, hər bir rayonun qapalı  aləmləri yaranardı. 
Hər darvazanın özü bir aləm idi. Burda insanlar bir-birindən ayrılırdı. 
Qapıların    açıqlığı  burda  ləğv  olunurdu.  Və  bu,  mənə  çox  pis  təsir 
eləyirdi.  Bunlar  mənim  o  düşüncələrimlə  uyğunlaşmırdı.  Kəsiklik 
yaranırdı. Elə bil ki, bütöv bir aləmdən ayrılırdım. Parçalanırdı, para-
lanırdı    şəhər.  Sonralar  mən  buna  alışdım,  bunda  özünəməxsus  bir 
şəhər  mənası  gördüm.  Şəhərdəkilər  kənddəkilər  kimi    bir-birinə 
doğma  deyildilər.  Onlar  darvazalı  evdə  yaşamalıydılar.  Bunların  hər 
birisi  başqa-başqa  aləmdən    gəlib  bura  düşmüşdülər.  Onları  elə  bir 
xüsusi  duyğu  da  birləşdirmirdi.  Burda  fərqlənmək  lazımdı,  xüsusilik  
lazımdı. Yoxsa onlar özlərini qoruyub saxlayammazdılar. Yağılıq baş-
layardı, lap belə dəhşətli. Ancaq hər halda  kəndlə şəhər arasında təzad 
mənim gözümdə darvazalı evlərdən başladı. Hərə öz evini bağlayırdı, 
evdə böyük  həyət vardı. Əgər belə demək mümkündürsə, elə bil bir-
birindən  ayrılmış  bir  qala  vardı.  Heç  kəs  o  biri  qalanı    zəbt  eləyəm-
mirdi. Hədd vardı, sədd vardı və bu həddə, bu səddə bir yadlıq vardı. 
Mən elə başa düşdüm ki, bir dünyadan başqa bir dünyaya gəlmişəm. 
Orda təbiətlə evlər  arasında vəhdət vardı, evlərlə evlər arasında vəh-


 
26 
dət  vardı,  insanlar  bir-birinə  çox  yaxşı  və  yaxın  idilər.    Biri  öləndə 
hamı ağlayırdı. Burda isə belə deyildi. Burda hər kəs özünü qoruyurdu 
o birisindən. 
Üçüncü  təmas  musiqiylə  bağlıydı.  Kənddə  mən  musiqi  eşidirdim, 
saz eşidirdim və sazla meşə arasında vəhdət eşidirdim. Burda birinci 
dəfə patefon eşitdim və patefonda Qərb əsərləri çalırdılar: tanqo, vals. 
Lakin nə çalırsa, çalsın mənə bunun hamısı kəndi xatırladırdı. Qəribə 
bir  duyğuydu,  mən  elə  bilirdim  ki,  bax  bu  mahnılar  meşənin  içində 
daha  yaxşı  səslənməlidir. Və  haradasa elə  orada  başlayıbdı,  patefona 
sonradan  gəlib.  Mənim  üçün  musiqinin  vətəni  kənd  idi.  Heç  ağlıma 
gəlmirdi ki, bu, şəhərdə yaranıb – bax, bütün o tanqo, o vals.  
Dəhşətli  dərəcədə  ömrümün  üfüqləri  genişlənirdi.  Bütün  dünya 
gəlirdi,  daxil  olurdu  plastinkaya.  Və  özümü  hədsiz  dərəcədə  xoşbəxt 
hiss  eləyirdim.  İçərim  hədsiz  dərəcədə  duyğuluydu.  Həmin  o  fikirlər 
ki,  dünya  çox  mənalıdı,  o,  göründüyündən  artıqdır  –  burda  özünü 
göstərirdi.  Demək  olar  ki,  mənim  musiqiylə  təmasımın  əsas  hissəsi 
gördüyüm şəhərdə başladı – Gəncədə başladı. Həmin o plastinkadan, 
o  əsərlərdən,  o  musiqi  parçalarından  Atanın  musiqiylə  doğmalığı 
başladı. Və o doğmalıq bir an da azalmır.  Musiqiyə yaxınlaşdıqca Ata 
Mənaya  yaxınlaşdı.  Və  Ata  başa  düşdü  ki,  musiqi  mənanın  səsidi. 
Təbiidir  ki,  uşaq    vaxtı  belə  anlayışlarla,  fəlsəfi  fikirlərlə,  bədii 
sözlərlə  ifadə  eləyə  bilməzdim.  Deyəmməzdim  ki,  mənası  nədi.  
Amma  bunu  mən  hiss  eləyirdim  içərimdə.  Beləliklə  də,  bir  tərəfdən 
kəndə  aparan  çay,  ikinci  tərəfdən  darvazalı    evlər,  üçüncü  tərəfdən 
musiqi  mənim  aləmimə,  ömrümə,  xilqətimə  çox  böyük  bir  zənginlik 
gətirdi. Sözlə ifadəsi  çox çətin mümkün olan, həm təəccüb, həqiqət, 
həm bir az yadlıq, maraq, bəzən isə qəm, kədər, həm hardasa yalqız-
lıq,  tənhalıq,  həm  də  çox  güclü  bir  daxili  göylük.  Evlər,  eşiklər, 
küçələr, bacalar, adamlar hamısı mənim gözümdə tamamilə nağıllaşır-
dı. Və dördüncü, böyük bir park vardı Gəncədə, çinar parkı vardı. O 
park mənim üçün möcüzə idi. Orda mən çinarları görürdüm, orda mən 
böyük  bir təbiətlə sənətin birliyini görürdüm. Orda qəribə bir vəhdət 
vardı.  Axşamların  qonmasını  gördüm  –  çinarlara.  Sonra  işıqların 
yanması,  sonra  yenə  hardasa  musiqi  səsləri,  adamların  gəlməsini, 


 
27 
getməsini,  geyimlər  rəngarəngliyi,  sifətlər  rəngarəngliyi,  gülüşlər 
rəngarəngliyi. Canlı oyanma  –  içəridən, daxildən.  
Təbiidir  ki,    mən  bunları  idealizə  eləyirdim.  Bunlar  tək  bundan 
ibarət  deyildi.  Parkda  murdarlıq  da  vardı  –  onu  mən    görmürdüm. 
Parkda  ədabazlıq  da  vardı  –  onu  mən  görmürdüm.  Kimsə  kimisə 
aldadırdı  –  mən  onu  görmürdüm.  Mənim    üçün  bunlar  idi  –  birlik. 
Çinarlar dəhşətli dərəcədə mənalı! O çinarların duruşundakı məna və 
sonra    işıqların  yanmasındakı  məna.  Adamların  gəlişindəki  məna  ki, 
təkcə  o  mənadan  ibarət  deyildi.  Mənasız  da    olardı,  amma  mən 
birincini görürdüm. Dünya gözümdə hədsiz dərəcədə bir möcüzəydi.  
Lakin bunu kimə deyəsən, yenə  həmişəki vəziyyət. Dünya möcü-
zədi, həm də dünya çox adi bir şeydi. Adiliyi hamı görürdü, möcüzəni 
təkcə mən  görürdüm. Hamı gəlirdi konsertə, pulunu verirdi, oturub əl 
çalırdı.  Amma  heç  kəs  bilmirdi  ki,  o  konserti  konsert    eləyən  elə 
həmin o çinarlardı, – məndən başqa. O konsert başqa bir yerdə olsaydı 
da, heç nəydi. Bütün bunların  hamısının qarışmasıydı, bax o çinarlar, 
o təbəssümlər, yerişlər, o şux axşamın çinarlara qonması. Belə bu  cür 
o fəlsəfi fikirlər yığılırdı içimə.  
Bir gün küçəylə gedəndə eşitdim ki, hardansa bir musiqi səsi gəlir.  
Kimsə  nəsə  çalır.  Ayrı-ayrı  alətlərdə  çalırlar.  Gördüm  ki,  çalanlar 
hamısı uşaqlardır – mən yaşda. Gördüm ki,  dərnək kimi bir şey var. 
Getdim  dedim  ki,  məni  də  yazın  bura.  Mənə  bir  alət  gətirdilər  –  
nəfəsli  alət.  Mən  başladım  bunu  üfürməyə.  Sonra  gördüm  mənim 
yanımdakı  yaxşı  bir  ariya  çalır  –  Şah  İsmayıldan.  O  birisi  də    zurna 
çalır.  Qəribə  bir  əfsunlaşmış  aləm  yaranır.  Çox  pis  çalırdılar,  amma 
məsələ  ondadır  ki,  çalırdılar,  bir  yerdə  çalırdılar.  Və  o  səs  gedir 
yayılırdı,  göyə  çıxırdı  –  qanadlanırdı,  addım-addım  qanad  açırdı.  Bu 
da məni dəhşətə  gətirirdi. Və mən həmin o dərnəyə yazıldım, başla-
dım özüm çalmağa. Çox tez bir vaxtda da öyrəndim. Və çalanda  elə 
bilirdim ki, Günəş doğur. İndiyə qədər də bax məndə o duyğu var. Sən 
çalırsan  –  Günəş  çıxır.  Lap  qışda  da,    qarda  da.  Hədsiz  dərəcədə 
xoşbaxt  idim,  bax,  bunların  hamısıyla  bir  yerdə.  Amma  heç  kəsə 
demək olmurdu  bunları. Olsa-olsa mən deyə bilərdim ki, ləzzət alıram 
çalğıdan. Nə olsun ki, nə deməliydi bu?! Bax, bu da mənim  şəhərli-
yimin  canıydı.  Kənddə  çay  vardı,  kənddə  dağ  vardı,  kənddə  yollar 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə