Asif ata (İnam ata)



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə2/74
tarix16.08.2018
ölçüsü1,63 Mb.
#63580
1   2   3   4   5   6   7   8   9   ...   74

 

Azərbaycan Dövlət Universitetinin  böyük Toplantılar odasında (“Akt 
zalı”nda)  “Etik  və  Estetik  Tərbiyə  Klubu”  yaratdı.  Bu  kluba  axışan 
insanlara  azərbaycanlaşan  mənalar,  məzmunlar  bəxş  edirdi.  Böyük 
maraq,  intizar,  narahatlıq  içində  axışıb  gələn  insanlar  yavaş-yavaş 
Onun  ideyalarının,  böyük  məqsədlərinin  ilk  rüşeymlərini  öyrənməyə 
başladılar.  Bu  insanlar  artıq  necə  yaşamağın,  necə  duymağın,  necə 
vətənləşməyin tələbləri ilə görüşürdülər.  
İnsanlar  burada  özlərini  tapmağa  başlayanda  şər  duyuq  düşdü, 
qeyzləndi,  mane  olmağın  yollarını  aradı  və  tapdı:  Rəsmi  konfransın 
keçirilməsini, mikrofonun işləmədiyini, zalın təmir ediləcəyini bəhanə 
gətirdi.  Klub  Respublika  “Bilik”  cəmiyyətinə  köçürüldü,  adı  “Ocaq” 
qoyuldu. “Klubun sədri Ocağın Atası ilə əvəz olunmalıdır” ideyası da 
burada yarandı. Ocaq Məramı aydınlaşmağa başladı, Ocağı yaşatmağa 
and  içildi.  Artıq  burada  böyük  ideyalar,  böyük  fikirlər  dilə  gətirildi: 
İnsanlaşmaq,  özünü  daxildən  dəyişmək,  Müqəddəsliyə  tapınmaq, 
Dünyanın  Dünyadan  böyük  mənasına  pənah  gətirmək...  Ruhani 
İntibaha  başlamağın  zəruriliyi  ağıllara  yeridilir,  düşüncələri  fəth 
edirdi.  “İnsanlaşma  olmadan  Müstəqil  Vətən,  Azad  Xalq  yaratmaq 
mümkün deyil” fikri güclü cazibə yaradırdı.  
Söz  yox  ki,  imperiya  (SSRİ)  içində  belə  bir  hərəkatın  başlaması, 
yaşaması  müşkül  bir  iş  idi.  “Bilik”  cəmiyyəti  rəhbərliyinin  ürəyinə 
dolan  qorxu,  çaşqınlıq,  şübhələr  qapını  Ocağın  üzünə  burada  da 
bağlatdı.  “Xatanı”  özlərindən  vaxtında  uzaqlaşdırmağın  yolu  bu  idi. 
Ocaq  isə  yanmalıydı.  Ata  rayonlara,  şəhərlərə  səfərlər  edir,  təhsil 
ocaqlarında olur, tələbələrlə, müəllimlərlə, elm adamları ilə, fəhlələrlə 
görüşlər  keçirirdi.  Hər  yerdə  sevgi  ilə,  sevinclə  qarşılanırdı.  Yataq-
xanalarda, kitabxanalarda keçirdiyi görüşlərin sorağı sürətlə yayılırdı. 
Nəhayət,  xəbərdarlıq  başladı,  rəsmi  tələblər  Asif  Atanın  özünə 
çatdırıldı: “Ocağı söndür, görüşə getmə – işdən qovularsan, hörmətdən 
salınarsan”. O vaxtkı  Evladlara da xəbərdarlıqlar edilirdi: “Bu adam-
dan  əl  çəkin,  o,  marksizm  əleyhinə,  kommunizm  əleyhinə  iş  aparır, 
millətçiliyi yayır, pantürkizmə xidmət edir və s.”. 
Hətta Asif Atanı partiyadan, işdən çıxarmaq, elmi adını, müəllimlik 
dərəcəsini əlindən almaq qərarı verilir. Aparırlar, gətirirlər, dindirirlər, 
mənəvi-psixoloji  təsir  göstərirlər.  Basqı  tükənmir,  azalmır.  Ailəsi 


 

dağılır. O bu basqılar altında tamam tək qalır və gizli fəaliyyətə keçir. 
Bundan  sonra  Ata  Ömrünün  (şərti  bölgümüzə  görə)  ikinci  mərhələsi 
başlayır.  Fiziki  yaşamağın  özü  belə  sual  altında  qaldığı  bir  halda 
hərəkat  yaratmaq?!.  Yatmağa  yeri  yox,  yeməyə  çörəyi.  Hansı  güc 
insanı ayaqda saxlamalıdır ki, belə çətin aşırımları aşasan?!  
Bu dövrdən Asif Atanın işi iki istiqamətdə gedirdi: həm hərəkatın 
təlimini,  fəlsəfəsini  yazmaq,  həm  də  bu  iĢi  həyata  keçirən  insanlar 
yetiĢdirmək.  Bu  ömrü  yaşamaq  sıradan  birisinin  işi  deyildi,  bu  artıq 
Peyğəmbərlik  idi,  ancaq  ənənəvi  Peyğəmbərlikdən  fərqli  bir  səviy-
yədə.  Məzmunca  ənənəvi  Peyğəmbərliyə  uyğun,  –  yəni  İnam  yarat-
maq,  İnamına tən  yaşamaq  və  onu  həyata  keçirmək  üçün  əziyyətlərə 
qatlaşmaq.  Fərq  isə  məramında,  meyarında,  biçimində  idi.  Hal  fərqi, 
anlayışlar  fərqi,  ideyalar  fərqi  “peyğəmbər”  sözünə  sığmadığı  üçün 
Ruhani  İntibahçılıq  hərəkatı  Ruhani  Atalıq  məzmununda  ifadə 
olundu. (“Ata sözü Peyğəmbər sözündən üstündür” deyirdi Asif Ata). 
Atalıq  məzmununda  vüqarlı  olmaq,  səbirli  olmaqla  yanaşı,  həm  də 
hökmlü  olmaq  tələbi  yaşayır.  Təvazökar  olmaqla  gedişatı  dəyişmək 
mümkün deyil. Asif Atanın yaratdığı İnam İnsana və insandakı bu ali 
keyfiyyətlərə  bağlıdır.  Ancaq  hanı  elə  bir  mühit  ki,  insandakı  ali 
keyfiyyətləri sevgi ilə qarşılasın?! Bütün dövrlərdə olduğu kimi, Asif 
Atanın  çağdaşları  da  onun  fikirlərini,  çağırışlarını  süngü  ilə  qarşıla-
dılar.  Əski  Peyğəmbərlərə  ən  çox  avamlar  təpki  göstərirdilər,  Asif 
Ataya  isə  ən  çox  elmli,  bilikli,  savadlı  çağdaşları  ağız  büzdülər:  –   
“XX  əsr  hara,  peyğəmbərlik  hara,  –  sən  ən  yaxşı  halda  ədəbiyyat 
tənqidçisi  ola  bilərsən.  Heç  filosof  da  ola  bilməzsən,  çünki  sənin 
fəlsəfi əsərlərində bir dənə də olsun, başqa fəlsəfələrdən sitat yoxdur, 
onların şərhi yoxdur”.  
Asif  Ata  Peyğəmbərliyi  elmə,  biliyə,  idraka  əsaslanır.  Əski 
Peyğəmbərlərdə  isə  fanatizm,  fantaziyalara  əsaslanan  sehr,  möcüzə 
üstünlük təşkil edirdi. 
Asif  Atanın  fəlsəfəsi  İnam  Fəlsəfəsidir.  O,  ənənəvi  fəlsəfələrə 
bənzəmir. Burada geniş şəkildə şərhçilik yoxdur. Eyni zamanda O, öz 
fikirlərini  gücləndirmək  və  sübuta  yetirmək  üçün  ənənəvi  fəlsəfə-
lərdən, baxışlardan nümunə götürmür. Bu, həm də İnsan  fəlsəfəsidir. 
Bu  fəlsəfə  Asif  Atanın  Mütləqə  İnam  Sivilizasiyası  carçılığına  yön 


 

verməklə, gələcəyi ümumbəşər səviyyəsində gözəlliyə, Müqəddəsliyə, 
İnsana – İnsanlığa bağlayan düşüncə sistemidir.  
Asif Atanın başlıca məqsədi dini İnamla əvəz eləməkdir. O, dinin 
alleqorik və mifik baxışlarla insanı yönəltmək üçün aldadıcı manevr-
lərini  rədd  edir.  Bu  manevrlərin  insanlığa  zərbə  vuraraq  siyasətin 
inkişafına  yaradığını  vurğulayır.  Asif  Ata  hesab  edir  ki,  insanı 
transsendental,  fövqəltəbii  qüvvələrin  xidmətçisinə  çevirməklə  bəşə-
riyyəti ağ günə çıxartmaq olmaz. İnam işi insana daxili ali güc, qüvvət 
verməlidir. Yalnız bu halda o, mənəvi Kamilliyə yüksələ bilər. İnsanı 
Qorxuya inandırmaqla itaətdə saxlamaq – Vicdana, Ədalətə yol açmır. 
Dində  insan  nə  eləyirsə,  “Göylər  Səltənəti”nin  xoşuna  gəlmək  və 
orada  özünə  yer  eləmək  üçün  eləyir.  Təmənnalı  ibadət,  təmənnalı 
xidmət  insanı  ölümlü,  keçici  “uğurlara”  şirnikdirir.  İnam  deyir 
Ölməzliyə  –  təmənnasızlıq,  fədakarlıq,  özündənkeçmə  səviyyəsində 
qovuşmaq  mümkündür.  İnsan  Mütləqi  Göylərdə  deyil,  içində 
tapmalıdır. İçindəki Mütləq onu həqiqətə yönəldər, vicdanlı və ədalətli 
edər.  Ədalətin  təməli  göylərdə  deyil,  insanın  içindədir.  Dində  insan 
bəndəliyə, qul  psixologiyasına alışdırılır. İnamda isə insan həqiqi qiy-
mətini  tapır.  Mütləqə  İnam  baxışına  görə,  “İnsan  –  daxilində  Mütləq 
daşıyan,  gerçəklikdən,  şəraitdən,  mühitdən,  zamandan  üstün  olan, 
Mütləqiliyə  meyil  edən  və  Mütləqləşməyə  qadir  olan  ruhani  varlıq-
dır”.  Bununla  da  həyat  nizamının,  gözəlliyinin,  müqəddəsliyinin  “o 
dünya”dan asılılığı rədd olunur və İnsan özünə tapşırılır.  
İkinci,  dində  Dünya  yoxdan  yaranır,  özü  də  dünyadan  kənardakı 
“İradənin” təsiri ilə. Sonra isə heçdən yaranan dünya heç (fani) sayılır. 
Dünyada  yaşamaq  formal  hesab  olunur  –  ömür  ikinci  və  “əsas 
dünyaya”  –  “o  dünyaya”  keçid  mərhələsi  kimi  təqdim  olunur.  İnsan 
dünyanı sevmir (fanini sevməzlər), sevgisini o biri dünyaya yönəldir. 
O  biri  dünyanın  qayğısı  ilə  yaşamağa  tərbiyə  olunan  insan  heçliyə 
çevrilir.  Dünyanın  gözəlliyi  də,  ahəngi  də,  məzmunu  da  maddiləş-
dirilir, axirət qarşısında törəmə bir vasitə kimi dəyərləndirilir – Dünya.  
İnamda Dünya Özündən  – Əzəli, Əbədi, Kamil, Sonsuz Dünyalıq 
Mənasından  yaranır.  Əzəli  olan  faniləşə  bilməz,  Əbədi  olan  dayana 
bilməz,  Sonsuz  olan  tükənə  bilməz,  Kamil  olan  idarə  oluna  bilməz. 
Əzəlinin  ötəri  olan  təzahürü  var,  Əbədinin  keçici  olan  təzahürü  var, 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə