Asif ata (İnam ata)


Kutsal Bitiqlərin cədvəl bicimi



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə4/74
tarix16.08.2018
ölçüsü1,63 Mb.
#63580
1   2   3   4   5   6   7   8   9   ...   74

 
12 
Kutsal Bitiqlərin cədvəl bicimi 
 
ASĠF  ATA (ĠNAM ATA) 
 
KUTSAL  BĠTĠQLƏR 
10 Bitiqdə 
 
 
 ASĠF ATA (ĠNAM ATA) 
 
MÜQƏDDƏS KĠTABLAR 
10 cilddə 
 
Nəşrin ümumi adı: 
KUTSAL  ONLUQ,  qısaca ONLUQ 
 
Bit
iq 
(cild) 
sır
ası 
 
Bitiyin 
(cildin) adı 
 
Ġçindəki əsərlər 

Mütləqə 
Ġnam 
 Mütləqə İnam 
II 
MütləqləĢm
ək – Var 
olmaq 
 Mütləqləşmək – Var olmaq 
 III 
Anlam 
Ġnsaniliyi 
 Təzadlar;   Rəmzlər;  Mənalar 
 IV 
Görmək 
Ġnsaniliyi 
 Mütləqilik;   Olan və Olmayan;  
 Varlıq – Yoxluq; Ruhani Xətt;  
Münasibətlər;   Hallar 
 V 
Fəlsəfənin 
Təməli 
 İnam Fəlsəfəsi;  Təməl 
 VI 
Kutsal 
Quruculuq 
  Yol.Ata Sözü;  Sədaqət;  
 Ruhani Hökmlər;  Ruhani Sənədlər;  
Müqəddəs Kəlamlar 


 
13 
VI

Yetməli 
Olduğunuz 
 Adamlıq – İnsanlıq;   Adamdan – 
İnsana;   İnsana Yaramaq;  Özümlük – 
Özgəlik;   Dünənçilik – Sabahçılıq;  
İnsanilikdən Yaranan; Müqəddəslik; 
İnsanilik İmkanı; Həqiqət İnsaniliyi;  
İnsanilik 
 
VI
II 
Özüllər 
Özülü 
Ruhaniyyat; Əxlaq;  Mahiyyət 
 
 
IX 
 
Ġçdən 
Yaranma 
 Özündən Yüksək; Dünyadan Üstün; 
Dünyaçılıq – İnsançılıq;  Gerçəkliyi 
Ötmək;  Kamilləşmə Əməli;   Daxildən 
Gerçəkləşmək;  Bütövlük Həqiqəti 
 
 

Hüquqdan 
Haqqa 
Haqq; Ölçü;  Siyasətdən Üstün; Haqq 
– Haqsızlıq;  İqtisadiyyat İnsansızlığı – 
İqtisadiyyat İnsaniliyi;  
Həqiqət Azadlığı – Cəfəngiyyat 
Əsarəti 

Ruhani 
Sənədlər 
 
 
2 
YollaĢan 
Aqibət 
Atalıq Xilqəti; Ömrüm – Günüm; 
Bədiiyyat; Muğam Fəlsəfəsi                                                                                     
 

Həqiqətlər 
(Ata Söyləmləri   və ya Gerçəklik –      
Ata sınağında) 
 
Bitiqlər  (Cildlər)  içlərindəki  kitabların  Mütləqə  İnam  sistemində 
ifadə  elədikləri  məna  yaxınlığına  görə  təsnifatlaşdırılıb.  Bundan  baş-
qa, 2 yan Bitiq (əlavə cild) hazırlanıb (bunlar Onluğun əlavəsi sayılır).  
Birinci  Yan  (əlavə)  Bitiqdə  Asif  Atanın  Ocaq  quruculuğuna  aid 
olan  Ruhani  Sənədlər  –  Evladlara  Atanın  buyuruqları,  onları  Ruhani 
Səfərlərə, əməllərə yönəltmələri, Ailə Gününə Xeyir-duaları, Evladla-
rın Atadan Ruhani ad almaları və b.k. öz əksini tapmışdır.  
İkinci  Yan  Bitiqə  Asif  Atanın  Ömür  Yolunu,  sənətə  baxışını  əks 
etdirən Əsərləri daxildir. 


 
14 
Üçüncü Yan Bitiqdə isə Asif Atanın fəlsəfə ilə, ədəbiyyatla, dinlə, 
ictimai-siyasi hadisələrlə bağlı çoxsaylı deyimləri ifadə olunmuşdur. 
Bundan sonra Ocaq Müqəddəsatı həm ayrı-ayrı Müqəddəs Kitab və 
Kəlamlar  biçimində  (Asif  Atanın  sağlığında  olduğu  kimi)  qorunub 
saxlanacaq,  həm  də  “Onluq”  şəklində  artırılıb  yayılacaqdır.  Asif 
Atanın Müqəddəs Kitablarında (Bitiqlərdə sıralama baxımından) quru-
luş dəyişikliyi aparılsa da, mənasına, məzmununa, üslubuna, cümlə və 
fikir  quruluşuna  toxunulmayıb  və  bundan  sonra  da,  Mütləqə  İnam 
Ocağı  olaraq,  toxunulmasını  yolverilməz  hesab  edirik.  Kitab  və 
Kəlamları uyğun sıralamaqla “Onluq” şəklinə salmaqda məqsəd Ocaq 
Ruhaniyyatının  toplu  halında  əldə  olunmasını  və  öyrənilməsini 
sadələşdirməkdir.  
Atanın  elə  Kitabları  var  ki,  cəmi  bir  neçə  yarpaqdan  ibarətdir. 
Bunları  ayrıca  nəşr  elətdirmək çətindir  və  nəşrlər arasında  fasilələrin 
olması  pərakəndəlik  yaradır.  Bir  kitabı  əldə  edən  o  birini  əldə  edə 
bilmir.  Beləliklə,  İnamı  sistemli  şəkildə  öyrənməkdə  çətinlik  yaranır. 
Ancaq  işin  əsas  məqsədi  təkcə  bu  çətinliyi  aradan  qaldırmaq  deyil. 
Burada  həm  də  böyük  türk  xalqına  ruhaniyyat  Ocağı  yaratmaq,  onu 
bəşəriyyətin  gələcəyində  Kitablı,  Sözlü,  Peyğəmbərli  bir  xalq  olaraq 
görmək məqsədi güdülür. Asif Ata buyurur: “İstədim ki, türk xalqı heç 
kimdən fəlsəfə dilənməsin”. Bəli, türk xalqı özünə böyük mədəniyyət 
yaratmalıdır  ki,  başqa  mədəniyyətlər  onun  yönünü  türklükdən  qırağa 
döndərməsin.  
Asif  Atanın  kitablarının  müxtəlif  adlarda  və  cildlərdə  olmasına 
baxmayaraq, onları ümumi bir ad altında  – “Mütləqə İnam Ruhaniy-
yatı”  kimi qəbul eləmək gərəkdir.  
İnam  Kitabla  gəlir.  Bu  Kitab  Göylərin  diktəsi  və  tələbi  ilə 
yazılmayıb.  O,  İnsan  qəlbinin, idrakının  Anlama  qovuşması  ilə  mey-
dana çıxan müqəddəs fikirlər sistemidir.  
İnam Bəşər Ruhunun ölməzliyinə bağlıdır.  
İnamın məqsədi İnsanilikdir.  
İnamı  Dinə  bərabər  tutmaq  olmaz.  Din  etnik  keyfiyyətlərin  içinə 
girdi  və  onları  içəridən  dəyişikliyə  uğratdı.  Qəbul  edildiyi  xalqlarda 
insani,  bəşəri  imkanların  üzə  çıxmasına  yardımçı  olmadı.  Din  özü 
məqsədə  çevrildi.  Bu  səbəbdən  də  ideologiyalaşdı  –  ulusallığın 


 
15 
(milliliyin) zərərinə. Başqa sözlə, din konseptual ideologiya kimi çıxış 
elədi.  İdeologiya  mənafelərin  nəzəri  təminatçısıdır.  Ona  görə  də  din 
siyasətin əlavəsi kimi formalaşdı.  
Mütləqə  İnam  ümumbəşəri  bir  dünyabaxış  olmaqla  özülündə 
türklük keyfiyyətləri daşıyır. İnam başqa xalqların öz ruhaniyyatlarını 
yaratması  üçün  stimul  verir.  İnam  hesab  edir  ki,  hər  bir  xalq 
özünəməxsus  ruhani  keyfiyyətlərini  aşkarlamalı,  Özümlüyünü  – 
bənzərsizliyini  qorumaqla  ümumbəşəri  birliyə  nail  olmalıdır.  İnam 
türklüyü  başqa  xalqların  etnik  keyfiyyətlərinin  içinə  daşıyıb,  onların 
simasını dəyişmək istəyində bulunmur. İstənilən bir xalqın özünəməx-
susluğu  pozuntuya  uğrayırsa,  bəşərin  siması  zədələnir.  Siyasət  – 
xalqların  özünəməxsusluğunun  dəyişdirilməsindən  yaranır.  Hər  bir 
xalqın  mahiyyəti  onun  bəşəri  məzmunudur.  Buraya  müdaxilə  edib 
dəyişiklik  yaratmaq  –  siyasətin  özgələşdirmə  əməlidir.  Xalqların 
xarakterində üstünlük və ya əskiklik başqa şeydir. Üstünlük Özümlüyə 
doğmalaşmaqdır,  əskiklik  özümlüyə  yadlaşmaq.  Bir  xalqın  xarakter 
özünəməxsusluğu  mahiyyət  özünəməxsusluğuna  bərabər  deyilsə,  o, 
ruhaniyyat  vasitəsilə  bu  bərabərliyə  yetməlidir.  Ruhaniyyat  xalq 
ruhunu  qorumaq  üçündür.  Ruhaniyyatsız  xalqın  gələcəyi  yoxdur. 
Xalqları çağdaş Avropa tərəqqisi ilə gələcəyə aparmaq mümkün deyil. 
Avropa  tərəqqisi  xalqları  simasızlaşdırır.  Ümumən  Avropaçılıq 
dünyanı  çöküşə  gətirib  çıxartdı.  Səbəbi  Şərq  xalqlarının  geriliyində 
axtarırlar.  İnsani  tənəzzülü  texniki  tərəqqi  və  iqtisadi  yürüşlərlə  ört-
basdır eləməyə çalışırlar. İnam deyir – Xilas Peyğəmbərlik hadisəsin-
dədir.  Avropanın  zərərli  iqtisadi-texniki  sistemini  uçurub  bəşəriyyəti 
İnam  Yoluna  döndərmək  lazımdır.  Kapitalizm  demokratiyası  bütün 
eybəcərlikləri ilə özünü göstərdi. Nicat İnsanlaşmaqdadır, İnamdadır. 
İnamçılıq uzun yoldur, ancaq Azadlığın yeganə yoludur.  
İstəkli  sabahdaşlarımız!  Asif  Atanın  (İnam  Atamızın)  Müqəddəs 
Onluğunu  sizə  təqdim  edirik.  Burada  həyatın  dərin  fəlsəfi  mahiyyəti 
açılır  və  insan  taleyinin  azadlığa  qovuşma  imkanları  əks  olunur. 
İnsanın  qarşısında  həyatın  mənası    bütün  gözəlliyi  ilə  aşkarlandıqca 
Ölməzliyə inam yaranır. Bu inam İnsanı özünə qaytarır. İnsanın bütün 
cəhətləri İnam vasitəsilə dərk olunur. Özünüdərkdə cəmiyyətin yaşat-
dığı ədalətsizlik, gerilik, köhnəlik bilinir və onun aradan qaldırılması 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə