20
...Şəmşirəm, ağarıb saçım-saqqalım,
Hər şeydən bir qədər pozulub halım.
Yorulmuş ovçuyam, qaçmış maralım,
Tüfəngi yalandan çaxıram evdə” (4, 295-296).
H.Z.Əliyevin qələmə aldığı söhbət-əhvalatlardan bir ço-
xunun yığcam süjet xətti var. Qaçaqlarla görüşən Aşıq Şəmşir
və Aşıq Talıbın həbs olunmasına; Aşıq Şəmşirlə Aşıq Bəstinin
qarşılaşmasına; Aşıq Şəmşirlə Aşıq Talıbın Gəncəyə səfər et-
məsinə həsr olunan söhbət-əhvalatlar dediyimizə misal ola bi-
lər. Yığcam süjet xətti olan bu əhvalatlarda dastan elementləri
özünü göstərir. Dastan elementləri ilk növbədə ondan ibarətdir
ki, danışılan əhvalatlarla şeir parçaları paralellik yaradır. Yəni
bu əhvalatlarda hansısa şeirin yazılma səbəbi və tarixçəsi yox,
süjet xəttinin özü diqqət mərkəzindədir. Aşıq Şəmşirin şeirləri
isə həmin süjet xəttini açmaq, ətə-qana doldurmaq funksiyası
daşıyır. Aşıq Şəmşir şeirlərinin belə bir funksiya daşıması
səciyyəvi bir haldır və bu səciyyəviliyi dastan amili ilə izah
etmək olar. Əvvəla, Aşıq Şəmşirin dastan yaratmaq təcrübəsi
var və “Soltan-Qəndab”, “Bəhmən-Humay”, “Tanrıverdi”,
“Kamal” kimi müasir dastanlar sırasında onun “Şəmşir-Sənu-
bər” dastanı da çap olunub. Digər tərəfdən isə şeirlər kimi, şeir-
lərin bağlı olduğu əhvalatlar da yaranacaq dastanların qida
mənbəyidir. Aşıq sənətinə Aşıq Ələsgərli, Aşıq Şəmşirli vaxt-
ların gözü ilə baxsaq, görərik ki, bu sənətdə hər şey: musiqi də,
şeir də, şeirlə qoşa səsləndirilən əhvalat da dastan üçündür və
yaxud dastana hesablanıb. Musiqinin, şeirin, yurd yerinin və
bunların hesabına yaranan dastanın ən çox məhəbbət mövzu-
suna həsr edilməsində isə təəccüblü bir şey yoxdur. Folklorşü-
naslıqdakı məlum qənaətə əsaslanıb deyə bilərik ki, qəhrəman-
lıqla müqayisədə məhəbbət mövzusunun daha geniş yer tut-
21
ması oğuznamələrdən sonrakı tarixi mərhələdə dastanların qa-
zandığı məzmun özünəməxsusluğu ilə bağlıdır. Bu cür məz-
mun özünəməxsusluğu aşıq yaradıcılığında haqq aşığı – haqq
aşiqi xəttini meydana çıxarır. Ustad aşıqların, eləcə də Aşıq
Şəmşirin çox sayda şeirləri, həmin şeirlərin birbaşa və ya do-
layı şəkildə bağlı olduğu dastanlar haqq aşığı – haqq aşiqi xət-
tinin ifadəsinə xidmət edir.
QAYNAQLAR:
1. Aslan M. Saxla izimi, dünya. Bakı, İşıq, 1989
2. Aşıq Ələsgər. Şeirlər, dastan-rəvayətlər, xatirələr.
(Toplayıb tərtib edəni İ.Ələsgər). Bakı, Çinar-çap, 2003
3. Dədə Şəmşir yaddaşlarda. Xatirələr. (Toplayıb tərtib
edəni Q.Şəmşiroğlu). Bakı, Gənclik, 2000
4. Əliyev H.Z. Gəlimli-gedimli dünya / Dədə Şəmşir yad-
daşlarda. Xatirələr. (Toplayıb tərtib edəni Q.Şəmşiroğlu). Bakı,
Gənclik, 2000
5. Kürdoğlu H. Dağlar nalə çəkib Şəmşirsiz ağlar / Dədə
Şəmşir yaddaşlarda. Xatirələr. (Toplayıb tərtib edəni Q.Şəm-
şiroğlu). Bakı, Gənclik, 2000
6. Pirsultanlı S.P. Ozan-aşıq sənətinin nəzəri məsələləri.
Bakı, Ozan, 2002
7. Sarıvəlli O. Aşıq ürəkli şair, şair ürəkli Aşıq Şəmşir /
Dədə Şəmşir yaddaşlarda. Xatirələr. (Toplayıb tərtib edəni
Q.Şəmşiroğlu). Bakı, Gənclik, 2000
8. Verdiyev S. Buzlaq dağının ətəyində / Dədə Şəmşir
yaddaşlarda. Xatirələr. (Toplayıb tərtib edəni Q.Şəmşiroğlu).
Bakı, Gənclik, 2000
22
Mukhtar Kazımoğlu (İmanov)
THE MASTER ASHUG AND HISTORICAL
TRADITION
Summary: The most important traditions of ashug art is
to organize the poems and saz (an Azerbaijani folk musical
instrument like guitar) musics in unity. The genres of ashug
poetry such as goshma, garayly, tajnis, divani, muhkammas
and etc. has its saz songs. Each genre is sung according to the
own saz music.
The saz music takes the important place in the creating of
the ashug poem. The master ashug tells the poem by heart on
the rhythm of the saz music. It means in many times the master
ashug creates the poem during the performance. Telling the
poem by heart means in the folk thinking to belong the divine
origin. It is the result of the thinking and the belief that there
are many legends about holiness of the master ashugs among
folk people. One of the most important traditions of ashug art
is to sing the poems in the parties with stories belonging to the
same poems. The more the poems, the saz music are met with
interest in ashug party, the stories connected with the poems
are listened very interestingly. Either the saz song, the poem, or
the story about the poem is the source of the nourishment. The
performance of the epos gives the large place to the saz, the
poem and the ashug art can show its essence in salient form.
With the high-pitched voice, performing the saz well, telling
the poem by heart, retelling the eposes in the party gives the
information that Ashug Shamsir is the master ashug belonging
to the tradition.
Key words: Ashug Alasgar, Ashug Shamshir, saz melo-
dy, ashug poem, epos performance, native land, goshma (quat-
rain), tradition
Dostları ilə paylaş: |