Avropa İttifaqının (Aİ) «Qeyri hökumət təşkilatlarının potensialının inkişafı əsasında ekoloji idarəetmə sisteminin gücləndirilməsi» layihəsi üzrə ərizə forması
Layihənin əsas məqsədi ölkədə ətraf mühitin qorunması sahəsində fəaliyyət göstərən QHT-lərin potensialının artırılması hesabına ekoloji idarəetmə sistemini gücləndirməkdir
1. mündəricat
2. TİTUL VƏRƏQİ
Ölkə:………………………..…………….. Layihənin təqdim edilmə tarixi…………………………………….
Layihənin № ________________ (Rəsmi istifadə üçün. Bu xananı boş buraxın)
Layihənin adı: _________________________________________________________________
(Ad layihənin məzmununu ifadə etməli, Aİ-nın layihə müsabiqəsinin məqsəd və məzmununa uyğun olmalıdır)
Ərizəçi
Təşkilatın adı ___________________________________________________________________
Yaranma tarixi _________________ __________________________________________________
Qeydiyyatdan keçmə tarixi__________________________________________________________
Hüquqi statusu___________________________________________________________________
Üzvlərin sayı_____________________________________
Həyata keçirilmiş layihələrin sayı ______________________________________________________
Poçt ünvanı:__________________________ Yerləşdiyi ünvan:_____ _____________
Telefon: ________________________________________________________________
Faks: ___________________________ E-Mail: ______________________________
Məsul şəxs: ______________________________________________________ (Ad, Soyad, Atasının adı və vəzifəsi)
Əlaqədar şəxs / layihə meneceri: _____________________________________ (Ad, Soyad, Atasının adı və vəzifəsi)
LAYİHƏ
Aİ təsnifatı:
Layihənin prioritet sahəsi
|
|
Layihənin nəticələri (maksimum 3 nəticə)
| |
Potensialın inkişaf etdirilməsi
| |
(2.2 hissəsində qeyd edilmiş tövsiyələrə əsasən)
|
Layihənin planlaşdırılan başlama tarixi:_____________ Layihənin həyata keçirilmə müddəti (18 ay və ya daha az):_______________
MALİYYƏ RESURSLARI
Layihə üçün Aİ-dan gözlənilən ümumi məbləğ: _______________AZN
Digər mənbələrdən alınacaq ümumi məbləği: _______________AZN
Layihənin ümumi dəyəri:_______________ AZN
Hesablamalar üçün istifadə ediləcək valyuta məzənnəsi ________________________ (Layihənin rəsmi istifadəsi üçün. Boş buraxın)
3. ƏRİZƏ
1-ci BÖLMƏ: LAYİHƏNİN QISA TƏSVİRİ
1.1. Layihənin qısa təsviri (Summary) (maksimum 1 səhifə)
2-ci BÖLMƏ: ƏSASLANDIRMA VƏ LAYİHƏNİN KONSEPSİYASI
2.1. Layihənin həyata keçirilməsi üçün təşkilatın ümumi şəraiti və imkanları, o cümlədən maliyyə
imkanları, kadr potensialı və təcrübəsi (maksimum 0.5 səhifə)
2.2. Layihənin məqsədləri və gözlənilən nəticələr (maksimum 1 səhifə)
2.3. Layihə fəaliyyətlərinin təsviri (maksimum 2 səhifə)
2.4. Fəaliyyətlərin həyata keçirilmə planı və təqvimi (maksimum 1 səhifə)
2.5. Layihənin həyata keçirilməsi nəticəsində QHT-nin potensialının gücləndirilməsi üzrə
indikatorlar (maksimum 1 səh)
2.6. Layihənin nəticələrinin və təcrübəsinin yayılması (maksimum 1 səhifə)
2.7. Əldə olunan nəticələrin dayanıqlığı (maksimum 1 səhifə)
3-cü BÖLMƏ: RİSKLƏR, LAYİHƏNİN MONİTORİNQİ VƏ QİYMƏTLƏNDİRİLMƏSİ
3.1. Layihənin uğurla həyata keçirilməsinin qarşısını ala biləcək risklər (maksimum 1 səhifə)
3.2. Layihənin monitorinq və qiymətləndirilmə planı (maksimum 1 səhifə)
3.3. Layihənin nəticələri üzrə indikatorlar (maksimum 1 səhifə)
4-cü BÖLMƏ: LAYİHƏNİN BÜDCƏSİ
4.1 Büdcənin maliyyələşmə mənbəyi üzrə (Cədvəl 2) və nəticə və fəaliyyətlər üzrə müfəssəl bölgüsü (Cədvəl 3)
4.2 QHT tərəfindən layihəyə göstəriləcək töhfə/dəstək (Cədvəl 4)
4.3 Büdcənin standart xərclər üzrə bölgüsü (Cədvəl 5)
4.4 Bank rekvizitləri
Avropa İttifaqının «Qeyri hökumət təşkilatlarının potensialının inkişafı əsasında ekoloji idarəetmə sisteminin gücləndirilməsi»
LAYİHƏSİNİN ƏRIZƏ FORMASININ DOLDURULMASI ÜZRƏ TƏLİMAT
Qrant Layihəsi Haqqında Ümumi Məlumat
Layihə Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi əsasında həyata keçirilir. İcraçı qurum kimi Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) çıxış edir. Müsabiqəni Aİ, BMTİP, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və QHT nümayəndələrindən ibarət münsiflər heyəti həyata keçirəcəklər.
ÜMUMİ TƏLƏBLƏR
Layihə təklifinin tərtibatı üzrə tələblər
Layihənin həyata keçirilməsi üzrə ərizə, standart titul vərəqi və layihənin qısa təsviri (summary) bir səhifə təşkil etməklə, 17 səhifədən çox olmamalıdır (cədvəllər və diaqramlar da daxil olmaqla). Ərizə çap olunmuş şəkildə təqdim edilməlidir.
Həmçinin təşkilatın statusunu təsdiq edən, maliyyə töhfəsi/dəstəyini göstərən sənədlər təqdim edilə bilər.
Əmin olun ki, layihə sənədlərinin hamısı aydın oxunur. Bütün əlavə sənədlərdə (əlavələrdə) layihənin adı əks edilməlidir. Göndərilən ərizə geri qaytarılmadığına görə, ərizənin bir nüsxəsini özünüzdə saxlayın.
Layihə təklifinin təqdim edilməsi üzrə tələblər
Ərizələrin son təqdim edilmə tarixi 19 sentyabr 2014-cü il yerli (Bakı) vaxtı ilə saat 18:00-dır. Zərfə qrant ərizəsinin çap olunmuş, imzalanmış və möhürlənmiş orijinalı və onun 3 kserokopiyası əlavə edilməlidir. Zərfin üzərində ərizəni təqdim edən təşkilatın və Qrant Proqramının adı (Avropa İttifaqının «Qeyri hökumət təşkilatlarının potensialının inkişafı əsasında ekoloji idarəetmə sisteminin gücləndirilməsi» layihəsi) qeyd edilməlidirlər.
Ərizələr Birləşmiş Mİllətlər Təşkilatı İnkişaf Proqramının (BMTİP) ofisinə təqdim edilməlidir.
Ünvan: Bakı, BMT-nin 50 İlliyi küçəsi, 3.
Suallar yalnız elektron poçt vasitəsilə verilə bilər: Email: orkhan.hasanov@un-az.org
1. MÜNDƏRİCAT
Mündəricat layihənin bütün əsas hissələrini əhatə etməlidir.
2. TİTUL VƏRƏQİ
Titul vərəqində layihə haqqında mühüm məlumat verilir. Titul vərəqində layihənin başlama tarixi və bitmə tarixi, ərizəçi və maliyyə vəsaitləri haqqında məlumat, və əgər varsa əlavə maliyyə mənbələri göstərilməlidir. Əlavə maliyyələşdirmə in-kind/natura və ya pul vəsaiti şəklində ola bilər.
3. ƏRİZƏ
Ərizə forması aşağıda qeyd olunmuş bölmələrdən ibarətdir
1-Cİ BÖLMƏ: LAYİHƏNİN QISA TƏSVİRİ 1.1 Layihənin qısa təsviri (Summary)
Layihə haqqında qısa məlumat, həmçinin layihə çərçivəsində həll olunacaq əsas ekoloji problemin (lərin) izahı və təklif olunan yanaşma və əsaslandırma verilməlidir. Həmçinin, bu bölmədə layihənin əsas məqsədi olan QHT-nin potensialının inkişafı üzrə fəaliyyətlərin nəticələri qeyd olunmalıdır.
2-Cİ BÖLMƏ: ƏSASLANDIRMA VƏ LAYİHƏNİN KONSEPSİYASI
2.1 Layihənin həyata keçirilməsi üçün təşkilatın ümumi şəraiti və imkanları, o cümlədən maliyyə imkanları, kadr potensialı və təcrübəsi
Bu bölmədə ərizəni təqdim edən təşkilatın təcrübəsi, potensialı və layihənin uğurla yerinə yetirilməsi üçün tələb olunan hazırlığı, həmçinin layihənin həyata keçirilməsi üçün Aİ ilə əməkdaşlıq nəticəsində öz potensialını artırmağa necə hazır olduğu öz əksini tapmalıdır. Bu bölmədə aşağıdakı məsələlər işıqlandırılır:
-
Ərizəni təqdim edən təşkilatın əsas fəaliyyət sahələri
-
Layihənin həyata keçirilməsinə təşkilati yanaşma(yəni təşkilat layihəni hansı yolla
həyata keçirməyi planlaşdırır)
-
Təşkilatın mövcud olduğu müddət və layihələrdə təcrübəsi
-
Təşkilatın idarəetmə və inzibati strukturu
-
Assosiasiya və ya digər ictimai birliklərdə iştirakı
-
Əsas hədəf olan əhali qrupu (qanunverici, icraedici, mərkəzi, müvafiq ictimai qrup, yerli, və s.)
-
Ekologiya sahəsində təcrübəsi (biomüxtəlifliyin qorunmasına yönəlmiş layihələr; İqlim dəyişməsinin nəticələrinin yumşaldılmasına dair və(və ya) İqlim dəyişikliklərinə adaptasiya; torpaqların deqradasiyası ilə bağlı olan problemlər/davamlı şəkildə meşədən istifadə etmə; beynəlxalq suların çirklənməsi; kimyəvi maddələrin idarə edilməsi, və s.)
2.2 Layihənin məqsədləri və gözlənilən nəticələr
Təklif olunan layihə çərçivəsində əldə olunacaq dəqiq və konkret nəticələrin izahı verilməlidir. Bu izah məntiqli olmalıdır. Cavablandırılacaq suallar aşağıdakılardır:
-
Təklif olunan layihənin konkret vəzifələri və əsas məqsədi
-
Layihənin əsaslandırmasının tam təsviri, o сümlədən layihənin həll edəcəyi məsələnin önəmi
-
Layihə çərçivəsində alınacaq nəticələr. Gözlənilən nəticələr qiymətləndirilə bilən formada olmalı və layihənin sonunda planlaşdırılan dəyişiklikləri ifadə etməlidirlər. Qranta iddiaçı kimi təşkilat layihənin məqsədinə yönələn konkret nəticələri müəyyən etməlidir
Hər bir layihə üçün birdən üçə qədər nəticə seçilməlidir, müvafiq indikatorlar isə nəticələrə uyğun olmalıdır. Tövsiyə olunur ki, əsas hədəfə çatmaq üçün nəticələrin sayı üçdən çox olmasın. Layihə nəticələri aşağıda göstərilmiş siyahıdan seçilə bilər
Nəticə 1: Ekoloji informasiya və biliklərin əldə edilməsi, istifadəsi və qiymətləndirilməsi üzrə potensial
Nəticə 2: Ekologiya sahəsində qanunvericilik, siyasət və strategiyanın hazırlanması üzrə potensial
Nəticə 3: İdarəetmə və ekoloji siyasətin həyata keçirilmə üzrə potensial
Nəticə 4: Ekoloji monitorinq və qiymətləndirmə üzrə potensial
…. və s.
Qeyd: QHT özü Layihənin ümumi məqsədinə cavab verən nəticə də təklif edə bilər; bu nəticə məntiqli şəkildə əsaslandırılmalıdır.
Məntiqə əsaslanan bu bölmədə, gözlənilən nəticələrin əldə edilməsi və layihənin məqsədinə çatmaq üçün hansı addımların atılacağı göstərilməlidir. Bu bölmədə gözlənilən nəticə və fəaliyyətlər arasında olan əlaqə dəqiq və aydın göstərilməlidir. (Ərizəçi, fəaliyyətin məqsədə çatmaq üçün məqsədəuyğun vasitə olduğunu məntiqli şəkildə əsaslandırmalıdır). Nəzərə alın ki, bu bölmədə yol verilə biləcək çatışmazlıqlar maliyyə dəstəyinin verilməməsinə səbəb ola bilər. Fəaliyyətlərin təsviri maksimum dərəcədə konkret olmalıdır. Fəaliyyətin təsvirində nə ediləcəyini, kimin edəcəyini, nə vaxt ediləcəyini (başlanğıc, davamiyyət, sonluq) və harada ediləcəyi haqda məlumatın verilməsi zəruridir. Həmçinin təsvirdə bu fəaliyyətlər nəticəsində faydalanan təşkilat və şəxslər də göstərilməlidir.
2.4 Fəaliyyətlər planı və həyata keçirilmə müddəti
Bu bölmədə məlumat qrafik şəklində də təqdim edilə bilər. Həmçinin hər mərhələ üçün başlama/qurtarma tarixləri qeyd olunmalıdır. Layihənin əsas fəaliyyətlərinin ardıcıllığı və onların icrasının əsas mərhələləri, həmçinin hər mərhələ üçün başlanma və qurtarma tarixləri qeyd olunmalıdır. Diqqət yetirin ki, layihələrin icra müddəti 18 ayı keçməsin. Bu hissədə mümkün qədər dolğun məlumat verin. Layihənin reallaşdırılması planında fəaliyyətlərin məntiqi ardıcıllığı nümayiş olunmalıdır. Bu ardıcıllıq layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətlərin, əvvəldən sonadək bütün addımların düşünülmüş olduğunun təsdiqidir. Layihənin reallaşdırılması planına zəruri hesabat, layihənin icrası üzrə monitorinq və qiymətləndirmələri də əlavə edin.
2.5 Layihənin həyata keçirilməsi nəticəsində QHT-nin potensialının gücləndirilməsi üzrə indikatorlar
Layihənin nəticələri üzrə (nəticələrin sayı 1-dən 3-dək olmaq şərti ilə) indikatorlar təyin edilməlidirlər. Bu indikatorlar nəticələrə doğru irəliləməyin göstəriciləridir. İndikatorlar SMART olmalıdırlar (yəni sadə, ölçülə bilən, yerinə yetirilə bilən, məqsədə uyğun və zamanla əlaqələndirilmiş)
2.6 Layihənin nəticələrinin və təcrübəsinin yayılması
Bu hissədə layihənin həyata keçirilməsi nəticəsində toplanmış təcrübənin gələcəkdə ətraf mühitin mühafizəsi sahəsində çalışan təşkilat və qurumlar arasında necə yayılacağı və təkrarlanacağı barədə məlumat verilməlidir.
2.7 Əldə olunan nəticələrin dayanıqlığı
Bu hissədə layihənin dayanıqlığına aid məlumat verilməlidir. Layihənin dayanıqlığı layihə həyata keçiriləndən sonra onun təsirini göstərməlidir. Məsələn, potensialın gücləndirilməsi üzrə layihədə, layihə bitəndən sonra QHT-nin ekoloji siyasət sahəsində təsir göstərmək imkanlarının necə dəyişdiyini və zaman baxımından dayanıqlığı göstərməlidir.
3-CÜ BÖLMƏ: RİSKLƏR, LAYİHƏNİN MONİTORİNQİ VƏ QİYMƏTLƏNDİRİLMƏSİ
Bu bölmədə risklər, problemlər, həmçinin layihənin iş planı və fəaliyyətlərin həyata keçirilməsinə nəzarət barədə ətraflı izahat verilməlidir. Bölmədə, aşağıda qeyd olunan məsələlərin tam təsviri verilməlidir:
3.1 Layihənin uğurla həyata keçirilməsinin qarşısını ala biləcək risklər
Xahiş edirik, layihənin məqsədinə çatmasına mane ola biləcək əsas risk faktorlarını aşkar edin və sadalayın. Bu faktorlar həm xarici (məsələn, beynəlxalq konvensiyanın tələblərinin dəyişməsi nəticəsində reallaşdırıla bilməzlər), həm də daxili (məsələn, valyuta kurslarının dəyişməsi) ola bilər. Həmçinin potensial risklərin aradan qaldırılması yollarını göstərin.
Bu bənddə həmçinin layihə həyata keçirilərkən onun əsaslandığı əsas ehtimallar (məsələn, daxili sabitlik və ekoloji siyasətin özəllikləri), öz əksini tapmalıdır.
3.2 Layihənin monitorinq və qiymətləndirmə planı
Bu bölmə aşağıda təqdim edilmiş Cədvəl 1-ə əsasən izah olunmalıdır. Cədvəldə layihənin həm həyata keçirilməsi zamanı, həm də layihə bitdikdən sonra monitorinq və qiymətləndirmənin necə aparılmasının izahı verilməlidir.
Cədvəl 1. Layihənin monitorinq qrafiki
Layihənin ümumi məqsədlərinin qısa izahı:
|
Layihənin konkret nəticələrinin qısa izahı № 11:
|
Bu nəticənin əldə olunması üçün zəruri olan tələbləri ardıcıl olaraq sadalayın . Hər bir fəaliyyət növü üçün cavabdeh olan şəxsi və fəaliyyətin yerinə yetirilməsinin indikatorunu qeyd edin.
|
Fəaliyyətin ayla (və ya kvartalla) müddəti
|
Fəaliyyət
|
Məsul şəxs
|
İndikator
|
1
|
2
|
3
|
4
|
5
|
6
|
7
|
8
|
9
|
10
|
11
|
12
|
1.1
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
1.2
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
1.3
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
1.4
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Layihənin monitorinq planı və həyata keçirilməsi qeyd olunan (2.4 bəndinə bax) qrafik və mərhələlərə uyğun olaraq həyata keçirilməlidir.
Monitorinq və qiymətləndirmə çərçivəsində həll olunması zəruri olan suallar:
-
Layihənin həyata keçirilməsi planında qeyd edilmiş addımlar və mərhələlər hansı meyarlar əsasında qiymətləndiriləcək;
-
Məqsəd(lərə) nail olmaq baxımından layihənin təsiri hansı meyar əsasında qiymətləndiriləcək;
-
Keçirilicək monitorinq və onların əsasında layihənin icrası dövründə onun tənzimlənməsi necə həyata keçiriləcək ;
-
Layihə iştirakçılarının monitorinq və qiymətləndirilmədə iştirakı necə təmin olunacaq.
3.3. Layihənin həyata keçirilməsi üzrə indikatorlar
Xahiş olunur layihənin yerinə yetirilməsinə kömək edən konkret və ölçülə bilən indikatorlar seçin. Bu indikatorlar layihənin monitorinqi və qiymətləndirilməsi üçün əsas kimi götürüləcəklər. Onlar yekun nəticəyə uyğun olmalıdırlar.
4-CÜ BÖLMƏ: LAYİHƏNİN BÜDCƏSİ
Büdcə layihənin əsas hissələrindən biridir və təqdim edən təşkilat onun yerinə yetirilməsi üzrə məsuliyyət daşıyır. Maliyyələşdirmə qəbul olunduqdan sonra, maliyyə informasiyası Aİ və ərizəni təqdim edən təşkilat arasında razılaşmanın tərkib hissəsinə çevrilir.
Maliyyə məsələlərindəki dəqiqlik layihəyə inamı artıracaqdır. Layihə büdcəsinin hazırlanmasında aşağıdakı mühüm prinsiplər nəzərə alınmalıdır:
-
Büdcəyə yalnız ərizədə qeyd olunmuş məqsəd və fəaliyyətlərin həyata keçirilməsi ilə bilavasitə əlaqədar olan xərclər daxil edilməlidir.
-
Büdcə məqsədəuyğun olmalıdır. Nəzərdə tutulmuş fəaliyyətlərin real qiymətini təyin edin və onları büdcədə əks etdirin.
-
Layihənin büdcəsi onun idarə edilməsi və həyata keçirilməsi ilə bağlı bütün xərcləri əhatə etməlidir. O cümlədən, monitorinq və qiymətləndirmənin qiyməti daxil edilməlidir.
-
Ofis icarəsi, əməkdaşların əmək haqqı və ya İnzibati xərclər ümumilikdə qrantın ümumi məbləğinin 10% -dən çox olmamalıdır.
-
Aİ-nin ayırdığı vəsait təsdiq olunmuş büdcəyə uyğun olaraq xərclənməlidir.
-
Bütün müvafiq maliyyə hesabatları hazırlanmalıdır. Onlar, müstəqil auditdən keçirilə və ictimaiyyətə açıqlana bilərlər.
-
Layihənin büdcəsi standart (qəbul edilmiş) büdcə xətləri üzrə göstərilməlidir; əgər hər hansı bir xərc bu standart maddələrə uyğun gəlmirsə, onlar ‘digər’ xərclərə salınır, ancaq nə üçün xərcləndikləri yenə də dəqiq göstərilməlidir.
-
Büdcənin ümumi məbləği üz vərəqində qeyd olunmuş məbləğə bərabər olmalıdır.
-
Bir layihə üçün istənilən məbləğ 39 min AZN (50 min ABŞ dolları) -dən çox olmamalıdır.
4.1 Maliyyə məlumatları
-
Layihənin maliyyələşdirilməsinin qısa izahı
Ərizəçi layihənin maliyyələşməsi haqda qısa məlumat təqdim etməlidir. Bu məlumat Cədvəl 2-də göstərildiyi kimi təqdim olunmalıdır.
Cədvəl 2: Layihənin maliyyələşmə mənbəyinin qısa izahı
Maliyyələşmə mənbəyi
|
Maliyyələşdirmə planı, [AZN]
|
Ümumi AZN
|
1-ci il
|
2-ci il
|
a. Aİ-QHT layihəsi
|
|
|
|
b. Ərizəni təqdim edən təşkilat
|
|
|
|
c. Birgə maliyyələşdirmədə iştirak edən digər təşkilatlar
|
|
|
|
Layihənin ümumi dəyəri
|
|
|
|
Cədvəl 3. Büdcənin fəaliyyətlər üzrə bölgüsü
Layihənin nəticələri
|
Nəticəyə aparan fəaliyyətlər
|
Nəticənin əldə edilməsinə sərf ediləcək məbləğ (AZN)
|
1.
|
1
|
|
2
|
|
...( və s.)
|
|
2.
|
1
|
|
2
|
|
...( və s.)
|
|
... ( və s.)
|
|
|
Cəmi:
|
|
4.2 QHT tərəfindən layihəyə göstərilicək töhfə/dəstək
Qrantın alınması üçün şərt olmasa da, təşkilatın özü tərəfindən layihəyə töhfənin verilməsi müsbət hal kimi qiymətləndirilir. Əgər təşkilat tərəfindən layihəyə töhfə verilərsə, bu töhfə cədvəl 4-dəki kimi göstərilə bilər.
Cədvəl 4: Ərizəni təqdim edən təşkilatın töhfəsi
Töhfənin mənbəyi
|
Növü (İn-kind/nəqd)
|
Dəyəri AZN
|
1.
|
|
|
2.
|
|
|
Cəmi:
|
|
Bu bənddə layihənin həyata keçirilməsi üzrə büdcə bölgüsü dəqiq göstərilməlidir. Gözlənilən xərclər aşağıda verilmiş cədvəldəki kimi dəqiq və aydin maddələr üzrə göstərilməlidir.
4.3 Layihənin standart xətlər üzrə büdcəsi
Cədvəl 5: Nəzərdə tutulan xərclər
Xərclərin növü
|
1-ci il, [AZN]
|
2-ci il, [AZN]
|
Ümumi, [AZN]
|
Cəmi, %
|
1. İşçilər / əmək
|
|
|
|
|
2. Avadanlıq / materiallar
|
|
|
|
|
3. Təlim / seminar / ezamiyyət / dəyirmi masalar
|
|
|
|
|
|
|
|
|
|
--------------------------------------------
|
|
|
|
|
--------------------------------------------
|
|
|
|
|
8. Digər xərclər
|
|
|
|
|
Layihənin ümumi dəyəri
|
|
|
|
|
4.4 Bank rekvizitləri
Layihə vəsaitlərini sizə köçürmək üçün bank rekvizitləri haqqında dolğun informasiya təqdim edin.
Ərizəçi bir neçə bank hesabına malik olan böyük təşkilat olduqda, vəsaiti almaq üçün hansı bank hesabından istifadə ediləcəyi barədə məlumat verilməlidir. Həmçinin, vəsaitlərin monitorinq və uçotunun necə aparıla biləcəyi göstərilməlidir.
LAYİHƏLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ:
İ. Müsabiqədə iştiraka buraxılma:
Müsabiqədə iştiraka buraxılmaq üçün təşkilat bu kriteriyaların hər birinə cavab verməlidir:
-
Ekologiya QHT-nin əsas istiqamətlərindən biridir, bu fəaliyyət istiqaməti onun qeydiyyat sənədində öz əksini tapıb və QHT bu sahədə layihələr həyata keçirib;
-
Təqdim edilmiş layihə təklifi QHT potensialının gücləndirilməsi üzrə ən azı bir nəticəni əhatə edir;
-
Layihədə göstərilmiş ekoloji məqsəd milli səviyyəli ekoloji problemi həll etməyə çalışır
ii. Müsabiqədə qiymətləndirmə xallarının verilməsi üzrə tələblər:
Müsabiqənin qaliblərini təyin etməkdə həlledici rol oynayacaq müsabiqə xalları aşağıdakı kriteriyalar üzrə veriləcəklər:
-
Layihə nəticələrinin aydınlığı, onların layihənin əsas məqsədinə çatmağa xidmət etdiklərini göstərməsi;
-
Layihənin həll edəcəyi problemin təsvirinin və hədəf qrupunun aydınlığı
-
QHT-nin layihələrin idarə edilməsində təcrübəsi
-
Təqdim edilən layihənin milli səviyyədə həyata keçirilən digər layihə və proqramlarla əlaqəsi/bağlılığı
-
Layihənin gələcəkdə təkrar edilməsi potensialı
-
Layihənin dayanıqlığı
-
Layihənin bu sahədə fəaliyyət göstərən təşkilat və qurumlar arasında əməkdaşlığın gücləndirilməsinə xidmət etməsi
-
Maliyyə bölgüsünün düzgün aparılması
-
Maliyyə bölgüsünün məntiqli və inandırıcı olması
MÜSABİQƏNİN TƏQRİBİ TƏQVİMİ:
|
Görüləcək iş
|
Tarix
|
1
|
Qrant elanının verilməsi
|
13 Avqust
|
2
|
QHT-lər üçün konfransın keçirilməsi (BMTİP Ofisi)
|
2 Sentyabr Saat 15:00
|
3
|
Sualların verilməsi üçün son tarix
|
5 Sentyabr
|
4
|
Layihə sənədlərinin təqdim edilməsi üçün son tarix
|
19 Sentyabr
|
Əlavə : Avropa İttifaqının «Qeyri hökumət təşkilatlarının potensialının inkişafı əsasında ekoloji idarəetmə sisteminin gücləndirilməsi» layihəsinin vizuallaşdırılması üzrə təlimat.
-
Bütün informasiya materiallarında layihənin adı eyni göstərilməlidir
-
Layihənin adı veb-saytlarda, yazılarda, informasiya bülletenlərində və s. məhz bu versiyada istifadə edilməlidir
Layihə haqqında informasiya və informasiya materialları
-
Nəşrlər də daxil olmaqla, layihə haqqında bütün informasiya və informasiya materialları, titul səhifəsində eyni ölçüdə iki loqo birlikdə göstərilməklə dərc edilməlidir (Aİ, BMTİP). Yerli tərəfdaşların da loqoları əlavə oluna bilər, amma bu iki loqo bütün hallarda verilməlidir.
-
Loqolar aşağıdakı qaydada verilməlidir: AI, BMTİP.
-
Bu tələb qrant alan və tərəfdaşlar tərəfindən hazırlanmış informasiya materiallarının hamısına aiddir.
Bannerlər
Bütün obyektlərdə bannerlər HƏR İKİ LOQO (Aİ və BMTİP) ilə GÖSTƏRMƏLİDİR. Siz həmçinin tərəfdaş və yerli təşkilatların loqosunu də daxil edə bilərsiniz, lakin bu İKİ loqo HƏR ZAMAN göstərilməlidir. Nümunələr aşağıda verilir:
Qrant alanların və tərəfdaşların loqosu burada yerləşdirilə bilər
Layihənin adı:
Həyata keçiriləcəyi yer:
Tarixi:
İstifadə edilən loqo nümunələri Aİ saytından götürülə bilər: http://ec.europa.eu/europeaid/work/visibility/index_en.htm
Dostları ilə paylaş: |